Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3942/2022 15.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, iddiaçı "xxxx" ASCnin nümayəndəsi Nümayəndə2 və cavabdeh, həmdə Cavabdeh2 MMC-nin nümayəndəsi Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, 07NKX/20 nömrəli kredit Xətti müqaviləsinə əsasən: 1-ci tranş üzrə 50000 manat əsas, 1124,38 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla,cəmi 51124,38 manat, 2-ci tranş üzrə 50000 manat əsas, 1333,32 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3458,33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 54791,65 manat məbləğində kredit borcunun, (ümumilikdə hər iki tranş üzrə 105916,03 manat kredit borcunun) həmçinin 400 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 MMC arasında bağlanmış 07NKX/20 nömrəli xx.xx.2020-ci il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması təyinatı ilə 12 ay müddətinə, illik 16 faiz ödəmək şərtilə 100000 manat bərpa olunan kredit xəttiaçılmış və həmin vəsaitin hər biri 50000 manat olmaqla iki tranşla verilməsi razılaşdırılmışdır. Kredit Xətti Müqaviləsinə əsasən borc verən borc alana bərpa olunan kredit xəttiaçmağı, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti, ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən təyinatı üzrəistifadəetməyi öhdəsinə götürmüşdür. Həmçinin kredit borcunun təminatı kimi iddiaçı ilə Cavabdeh1 arasında 07NKXZ/20 nömrəli, xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin kredit xətti müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Eyni zamanda sözügedən müqavilənin 6.1-ci bəndindən görünür ki, zaminlik müqaviləsi tərəflərin onu imzaladığı tarixdən qüvvəyə minməsi və xx.xx.2024-cü il tarixədək qüvvədə olması barədə razılığa gəlinmişdir. Borc alan kredit xəttindən istifadə etmiş, lakin müqavilədə nəzərdə tutulmuş qaydada krediti və ona hesablanmış faizləri borc verənə qaytarmayaraq müqavilə şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında həm Elektron Məhkəmə Sistemi, həmdə poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbi və iddia həcminin azaldılması barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmdə Cavabdeh2 MMC-nin nümayəndəsi Cavabdeh1 iddianı qismən qəbul edərək kreditin verildiyini, lakin tələb olunan vəsaitlə razılaşmayaraq iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 iyul 2020-ci il tarixli 07NKX/20 nömrəli iddiaçı "xxxx" ASC ilə cavabdeh Azgersu MMC arasında bağlanmış kredit müqaviləsindən görünür ki, borc verən borc alana 12 ay müddətində (xx.xx.2021-ci il tarixədək) 100 000 manat məbləğində, kredit xəttindən istifadəyə görə illik 16 % ödəmək şərtilə bərpa olunan kredit xətti açmağı, borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. 06 iyul 2020-ci il tarixli 07NKXZ/20 nömrəli iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinin görünür ki, bu müqaviləyə müvafiq olaraq Zamin 1.2-ci bənddə qeyd olunmuş kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Azgersu MMC-nin 06 iyul 2020-ci il tarixli 206PVSL202940001 nömrəli kredit müqaviləsi üzrə 24 noyabr 2022-ci il tarixə 50,000 manat əsas, 1124,38 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə borc hesablanmışdır. xx.xx.2022-ci il tarixli iddiaçı "xxxx" ASC tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, Azgersu MMC-nin 20 oktyabr 2020-ci il tarixli 206PVSL201880001 nömrəli kredit müqaviləsi üzrə 25 noyabr 2022-ci il tarixə 50,000 manat əsas, 1333,32 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 3458,33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə borc hesablanmışdır. 25 oktyabr 2022-ci il tarixli 9/6458 nömrəli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, 1-ci tranş üzrə Azgersu MMC-nin 06 iyul 2021-ci il tarixə Beynəlxalq Bank ASC-yə əsas borc 49.999,98 manat, 1333,32 manat faiz borcu, 13 iyul 2022-ci il tarixə faiz dərəcəsi 5 % hesablanmaqla əsas 3673,60 manat faiz borcu, 2-ci tranş üzrə Azgersu MMC-nin 06 iyul 2021-ci il tarixə Beynəlxalq Bank ASC-yə əsas borc 49999,99 manat, 1333,32 manat faiz borcu, 13 iyul 2022-ci il tarixə faiz dərəcəsi 5 % hesablanmaqla 3673,60 manat faiz borcu vardır. Ekspertiza xərci 150 manatdır. Bakı 4 saylı Mediasiya Təşkilatının mediasiya prosesinə xitam verilməsi barədə 27 aprel 2022-ci il tarixli MŞB/4-00953 nömrəli protokolundan görünür ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 400 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7 və 470.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia həcminin azaldılması barədə ərizəni və ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, iddia 06 iyul 2020-ci il tarixli 07NKX/20 nömrəli kredit müqaviləsinin 1-ci tranşı üzrə 49999,98 manat əsas və 1124,38 manat illik 5% hissədə, 2-ci tranşı üzrə isə 49999,99 əsas, 1333,32 manat faiz borcu və 3458,33 manat illik 5% hissədə, həmçinin 400 manat məbləğində mediasiya xərci hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsinin 1-ci tranşı üzrə 49999,98 manat əsas və illik 5%-lə 1124,38 manat cəmi 51124,36 manat, 2-ci tranşı üzrə 49999,99 əsas, 1333,32 manat faiz borcu və illik 5%-lə 3458,33 manat cəmi 54791,64 manat məbləğində pul ümumilikdə 105916 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 400 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 150 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada kredit müqaviləsinin 1-ci tranşı üzrə 49999,98 manat əsas və illik 5%-lə 1124,38 manat cəmi 51124,36 manat, 2-ci tranşı üzrə 49999,99 əsas, 1333,32 manat faiz borcu və illik 5%-lə 3458,33 manat cəmi 54791,64 manat məbləğində pul ümumilikdə 105916 manat məbləğində pul və mediasiya xərci kimi ödənilmiş 400 manat tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizası xərci olan 150 manat məbləğində vəsait cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3942/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3942/2022
15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver