Məhkəmə qərarları › İş №e-2-2(113)-3949/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3949/2023

21.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3949/2023 21.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh tərəfindən ipoteka predmetləri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanda yerləşən 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli Y-49/4 saylı protokolun imzalanmış hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən ipoteka predmetləri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanda yerləşən 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli Y-49/4 saylı protokolun imzalanmış hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(006)-208/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanında yerləşən ümumi sahəsi 1.0 ha olan torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksi kimi müəssisənə dair X2, "xxxx" MMC və X1 ilə QSC “Standart Bank” KB arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür. Qətnamə qanuni qüvvəyə minmişdir. Eyni zamanda həmin qətnamənin məzmunundan müəyyən olunur ki, ipoteka predmeti alqı-satqısına dair müqavilə Bankın möhürü ilə təsdiq edilməmişdir, eyni zamanda Bankın adından müqaviləni imzalayan Ağabalayev.B.O adlı şəxsin həmin müqaviləni imzalamaq səlahiyyətinə malik olmasına dair sənəd "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərdə müəyyən olunmamış, eyni zamanda həmin sənədin cavabdehlərdən tələb olunmasına baxmayaraq, məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi hazırda iddiaçı məhkəməyə müraciət etməklə hərracın yekunları barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, Y-49/4 nömrəli Protokolun imzalanmış hesab olunmasını xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, sözügedən məhkəmə mübahisəsi üzrə iddia tələbinin əsasını təşkil edən xx.xx.2020-ci il tarixli, Y-49/4 nömrəli Protokolun etibarlılığı və ya qanuniliyi yuxarıda göstərilən məhkəmə aktı ilə yoxlanılmış, protokol etibarlı hesab edilməmiş və digər əsaslarla yanaşı məhz elə buna görə ipoteka müqaviləsinə xitam verilmiş, ipoteka predmeti ipotekadan azad edilmiş və dövlət reyestrində qeydə alınmış yüklülüyü ləğv edilmiş, həmçinin əmlakın üzərindəki məhdudiyyət götürülmüşdür. Qeyd olunanlardan göründüyü kimi iddiaçı hazırki iddiasında artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə hüquqi qiymət verilmiş xx.xx.2020-ci il tarixli, Y-49/4 nömrəli Protokolu mübahisələndirdiyindən (imzalanmış hesab olunması) məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdeh tərəfindən ipoteka predmetləri olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Rəşid Behbudov küçəsi, döngə 1/5 ünvanda yerləşən 1.0 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 1034.83 kv.m olan əmlak kompleksinin satılması ilə bağlı keçirilmiş hərracın yekunlarına dair xx.xx.2020-ci il tarixli Y-49/4 saylı protokolun imzalanmış hesab edilməsi barədə iddia ərizəsinə dair kommersiya işinin icraatına xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar