Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-395/2025 25.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh6 MMC və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh6 MMC və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh6 MMC və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5 MMC“, Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC və Cavabdeh2 K5802/01 saylı kredit müqaviləsinə əsasən 500,000.00 (beş yüz min) manat əsas borc, 35,180.33 (otuz beş min yüz səksən manat otuz üç qəpik) manat faiz borcu, 66,083.33 (altmış altı min səksən üç manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 601,263.66 (altı yüz bir min iki yüz altmış üç manat altmış altı qəpik) manat məbləğində borcun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətinə olan Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha sahədən ibarət olan torpaq sahəsi (Reyestr nömrəsi: **********72), Lənkəran rayonu, Şovu kəndində 0.1 ha torpaq sahəsində yerləşən 78.8 kv.m olan fərdi yaşayış evi (Reyestr nömrəsi: **********61-10301), Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha torpaq sahəsində yerləşən 1316.7 kv m. qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********95-06301), sadalanan əmlakların ilkin satış qiymətilərinin qeyd edilən qiymətlər ( Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha sahədən ibarət olan torpaq sahəsi (Reyestr nömrəsi: **********72) ilkin satış qiyməti 15,000 (on beş min) manat, Lənkəran rayonu, Şovu kəndində 0.1 ha, 78.8 kv m. torpaq sahəsində yerləşən fərdi yaşayış evi (Reyestr nömrəsi: **********61- 10301) ilkin satış qiyməti 50,700.00 (əlli min yeddi yüz) manat, Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha 1316.7 kv m. torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********95-06301) ilkin satış qiyməti 258.700 (iki yüz əlli səkkiz min yeddi yüz) manat) müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin İddiaçı ASC-yə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi, ipoteka predmetləri satıldıqdan sonra 1 ay müddətində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC-yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh5 MMC“, Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 891.26 (səkkiz yüz doxsan bir manat iyirmi altı qəpik) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi İdarəsində qeydiyyata alınması üçün 3 əmlak üzrə 47 (qırx yeddi manat dörd qəpik) manat dövlət rüsumu və 279.40 (iki yüz yetmiş doqquz manat qırx qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) iləCavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC (bundan sonra “birgə borcalanlar”) arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-06088LE/2019 saylı Razılaşma imzalanmışdır.Birgə borcalanlar həmin Razılaşmanı imzalayaraq www.pashabank.az saytında yerləşdirilmiş X4 qeyd edilmiş şərtlərini (müvafiq redaksiyada) qəbul etmişdir. Sonradan tərəflər arasında 29 dekabr 2022-ci il tarixli xx.xx.2032-ci il tarixdədək 60.000000 (altmış milyon) manat məbləğində GL5802 saylı və xx.xx.2022-ci il tarixli xx.xx.2032-ci il tarixədək K5802 saylı Kredit Limiti Müqavilələri bağlanmışdır. Bank ilə birgə borcalanlar arasında bağlanılmış GL5802 saylı Kredit Limiti Müqaviləsi üzrə birgə borcalanların Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli Z5489 saylı saylı zaminlik müqaviləsi imzalanmışdır. Bundan əlavə Bankla birgə borcalanlar arasında bağlanmış GL5802 və K5802 saylı Kredit Limiti müqavilələrindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədi ilə: İ. Cavabdeh2 mülkiyyətinə olan Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha sahədən ibarət olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə 29 deksbr 2022-ci il tarixli İ4499 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********72, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İİ. Cavabdeh2 mülkiyyətinə olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASCnin xeyrinə 29 dekabr 2022-ci il tarixli İ4500 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********61-10301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. İİİ. Cavabdeh2 mülkiyyətinə olan Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə 29 dekabr 2022-ci il tarixli İ4500 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi dövlət reyestrində qeydə alınmış və bu haqda (Reyestr nömrəsi: **********95- 06301, qeydiyyat tarixi: xx.xx.2023, qeydiyyat nömrəsi: **********) dövlət reyestrindən çıxarış verilmişdir. Bankla birgə borcalanlar arasında OnGTC-06088LE/2019 saylı Razılaşma, GL5802 və K5802 saylı Kredit Limiti Müqavilələri çərçivəsində aşağıdakı kredit müqaviləsi imzalanmışdır. - xx.xx.2022-ci il tarixli K5802/01 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2023-ci il tarixədək illik faiz dərəcəsi 14%, kreditin müddəti ərzində cərimə faiz dərəcəsi 9%, kreditin müddəti bitdikdən sonra cərimə faiz dərəcəsi 23% olmaqla 500,000.00 (beş yüz min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit xətti açılmışıdr. Lakin Müştəri qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək, borcun müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bildiririk ki, Cavabdeh5 MMC"xxxx" MMC, Cavabdeh6 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC-nin xx.xx.2024cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri öhdəlikləri aşağıdakı kimidir: - K5802/01 saylı kredit müqaviləsinə əsasən 500,000.00 (beş yüz min) manat əsas borc, 35,180.33 (otuz beş min yüz səksən manat otuz üç qəpik) manat faiz borcu, 66,083.33 (altmış altı min səksən üç manat otuz üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 601,263.66 (altı yüz bir min iki yüz altmış üç manat altmış altı qəpik) manat təşkil edir, gecikmə günü: 307 Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək Borcalan və zaminə xəbərdarlıq məktubları göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Eyni zamanda İpoteka saxlayan İddiaçı ASC İpoteka qoyanlara “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.1-ci bəndinə uyğun olaraq ipoteka predmetlərinə tutmanın yönəldiləcəyinə dair ipoteka qoyanların Banka məlum olan qeydiyyat ünvanlarına bildiriş göndərmişdir və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin müvafiq Ərazi İdarələrinə təqdim olunmuş və qeydiyyata alınmışdır. İddiaçı ASCiddia ərizəsinin məhkəməyə verilməsi üçün 891.26 (səkkiz yüz doxsan bir manat iyirmi altı qəpik) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi İdarəsində qeydiyyata alınması üçün 3 əmlak üzrə 47 (qırx yeddi manat dörd qəpik) manat dövlət rüsumu və 279.40 (iki yüz yetmiş doqquz manat qırx qəpik) manat xidmət haqqı ödəmişdir. Belə ki, tərəflər arasında imzalanmış Bank xidmətlərinin göstərilməsinə dair X3 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən Bu Müqavilə çərçivəsində kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Bank xidmətlərinin göstərilməsinə dair X3 4-cü bölümünün 3.8ci bəndinə əsasən müştərinin Bank qarşısında mövcud pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir ödəniş ilkin olaraq cərimə(peniya) faizlərinin, sonra kredit faizlərinin və son olaraq əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Müəyyən edilmiş ardıcıllıq Bank tərəfindən birtərəfli qaydada dəyişdirilə bilər. Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Həmçinin GL5802 saylı Kredit Limiti Müqaviləsinin 5.1.2-ci bəndində kredit alanın müqavilənin vaxtından əvvəl xitam vermək və hər bir qaytarılmalı kredit məhsulu üçün kredit borcunu, faizi, xərcləri və başqa məsrəfləri kredit alandan tələb edə bilər. İpoteka müqaviləsinə əsasn bu müqavilə ilə təminat verilən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.
3. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verib cavabdehlər Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC və Cavabdeh2 birgə qaydada K5 802/01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 500,000.00 (beş yüz min manat, sıfır qəpik) manat əsas borc, 35,180.33 (otuz beş min yüz səksən manat, otuz üç qəpik) manat faiz borcu, 90,638.89 (doxsan min altı yüz otuz səkkiz manat, səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 625,819.22 (altı yüz iyirmi beş min səkkiz yüz on doqquz manat, iyirmi iki qəpik) manat borcun İddiaçı ASC- nin xeyrinə tutulması; tutmanın aşağıda qeyd edilən əmlaklara yönəldilməsi: Cavabdeh2 mülkiyyətinə olan Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha sahədən ibarət olan torpaq sahəsi (Reyestr nömrəsi: **********72); Lənkəran rayonu, Şovu kəndində 0.1 ha torpaq sahəsində yerləşən 78.8 kv.m olan fərdi yaşayış evi (Reyestr nömrəsi: **********61-10301); Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha torpaq sahəsində yerləşən 1316.7 kv m. qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********95-06301), həmin əmlakların ilkin satış qiymətilərinin qeyd edilən qiymətlər müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin İddiaçı ASC-yə olan öhdəliklər üzrə borclarının ödənilməsinə yönəldilməsi: Cavabdeh2 mülkiyyətinə olan: Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha sahədən ibarət olan torpaq sahəsi (Reyestr nömrəsi: **********72) ilkin satış qiyməti 15,000 (on beş min) manat; Lənkəran rayonu, Şovu kəndində 0.1 ha, 78.8 kv m. torpaq sahəsində yerləşən fərdi yaşayış evi (Reyestr nömrəsi: **********61-10301) ilkin satış qiyməti 50,700.00 (əlli min yeddi yüz) manat; 3 Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha 1316.7 kv m. torpaq sahəsində yerləşən qeyri-yaşayış binası (Reyestr nömrəsi: **********95-06301) ilkin satış qiyməti 258.700 (iki yüz əlli səkkiz min yeddi yüz) manat; İpoteka predmetləri satıldıqdan sonra 1 ay müddətində boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsini; İpoteka predmetlərinin satışından əldə olunan pul vəsaiti cavabdehlərin İddiaçı ASC- yə olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda, qalıq borcun cavabdehlər Cavabdeh5 MMC, Cavabdeh3 MMC, Cavabdeh6 MMC, Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 915.82 (doqquz yüz on beş manat, səksən iki qəpik) manat dövlət rüsumu, ipoteka bildirişinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Ərazi İdarəsində qeydiyyata alınması üçün 3 əmlak üzrə 47 (qırx yeddi manat, dörd qəpik) manat dövlət rüsumu və 279.40 (iki yüz yetmiş doqquz manat, qırx qəpik) manat xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-395/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh2 qarşı “ipoteka predmetinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Əzizov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə iclasının cavabdehlərin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
9. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10.İddiaçı ilə cavabdeh MMC-lər arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2021-ci il tarixli 1.0.4 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC-06088LE/2019 saylı Razılaşma imzalanmışdır.
11. İddiaçı ilə cavabdeh MMC-lər arasında xx.xx.2022-ci il tarixli GL5802 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2032-ci il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 34% olmaqla, 60000000 (altmış milyon) manat məbləğində kredit limiti ayrılmışdır. 12.İddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixli K5802 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2032-ci il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 34% olmaqla, 60000000 (altmış milyon) manat məbləğində kredit limiti ayrılmışdır. 13.İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixli K5802/01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 9% olmaqla, 500000 (beş yüz min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit verilmişdir. 14.Cavabdehlərin K5802 saylı kredit limiti müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli Z5489 saylı zaminlik müqaviləsi bağlanmışdır. 15.İddiaçı və Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli İ4499 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha torpaq sahəsi K5802 saylı kredit limiti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 16.Müqavilənin 5.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti 15000 manat müəyyən edilmişdir. 17.İddiaçı və Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli İ4500 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan Lənkəran rayonu, Şovu kəndində yerləşən 78.8 kv.m olan 0,1 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi K5802 saylı kredit limiti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 18.Müqavilənin 5.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti 50700 manat müəyyən edilmişdir. 19.İddiaçı və Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli İ4501 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan ), Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha torpaq sahəsi və onun üzərində yerləşən 1316.7 kv m. qeyri-yaşayış binası K5802 saylı kredit limiti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. 20.Müqavilənin 5.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti 258700 manat müəyyən edilmişdir. 21.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli PB/PBL-OUT-00427-2024 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh5 MMC-nin xx.xx.2024-cü il tarixinə K5802/01 saylı kredit müqaviləsi üzrə əsas borcu 500000 manat, faiz borcu 35180,33 manat, cərimə borcu 66083,33 manat olmaqla cəmi 601263,66 manat təşkil edir. 22.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********72 nömrəli çıxarışa əsasən Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 23.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********95- 06301 nömrəli çıxarışa əsasən Lənkəran şəhəri, 21-ci məhəllədə, 12a nömrəli qeyri yaşayış binası İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 24.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********61- 10301 nömrəli çıxarışa əsasən Lənkəran rayonu, Şovu kəndində fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə yüklü edilmişdir. 25.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8742 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə iş iş materiallarında olan çıxarış məlumatları, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 MMC, “Ay-San" MMC, Cavabdeh4 MMC, “Ukrayna Nemətləri" MMC, Cavabdeh6 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli K5802/01 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixinə, xx.xx.2024-cü il tarixinə (ipoteka bildirişinin çatdırılma tarixi) və xx.xx.2024-cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) cavabdehlərin iddiaçı banka xx.xx.2023-cü il tarixinə əsas borcu 500.000,0 manat, faiz borcu 28.777,78 manat, xx.xx.2024-cü il tarixinə əsas borcu 500.00,0 manat, faiz borcu 42.388,89 manat, xx.xx.2024-cü il tarixinə əsas borcu 500.000,0 manat, faiz borcu 46.138,89 manat müəyyən edilmişdir.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/2206 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə iş materiallarında olan çıxarış məlumatları, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 MMC, “Ay-San" MMC, Cavabdeh4 MMC, “Ukrayna Nemətləri" MMC, Cavabdeh6 MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli K5802/01 saylı Maliyyələşdirmə üçün ərizəyə əsasən xx.xx.2024-cü il tarixinə (ipoteka bildirişinin çatdırılma tarixi) və xx.xx.2024cü il tarixə (maliyyə arayışında göstərilən tarixə) cavabdehlərin iddiaçı banka xx.xx.2024-cü il tarixinə əsas borcu 500.000,0 manat, faiz borcu 42.388,89 manat, xx.xx.2024-cü il tarixinə əsas borcu 500.000,0 manat, faiz borcu 46.138,89 manat təşkil edir.
27. “X5 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2025-ci il tarixli, 82 nömrəli mütəxəssis rəyinin nəticə hissəsinə görə:
1. İpoteka qoyan Cavabdeh2 məxsus Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha torpaq sahəsinin real bazar qiyməti təqribən 45.668,00 manat təşkil edir.
2. İpoteka qoyan Cavabdeh2 məxsus Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha torpaq sahəsinin likvid qiyməti 41.516,36 manat təşkil edir.
3. İpoteka qoyan Cavabdeh2 məxsus Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0,10175 ha torpaq sahəsində yerləşən 1316,7 kv.m qeyri-yaşayış binasının real bazar qiyməti 519.139,0 manat təşkil edir.
4. İpoteka qoyan Cavabdeh2 məxsus Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0,10175 ha torpaq sahəsində yerləşən 1316,7 kv.m qeyri-yaşayış binasının likvid qiyməti 471944,0 manat təşkil edir.
5. İpoteka qoyan Cavabdeh2 məxsus Lənkəran rayonu, Şovu kəndində 0,1 ha torpaq sahəsində yerləşən 78,8 kv.m olan fərdi yaşayış evinin real bazar qiyməti 82040,4 manat təşkil edir.
6. İpoteka qoyan Cavabdeh2 məxsus Lənkəran rayonu, Şovu kəndində 0,1 ha torpaq sahəsində yerləşən 78,8 kv.m olan fərdi yaşayış evinin likvid qiyməti 74582,2 manat təşkil edir.
28. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
29. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
31. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
32. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
33. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
34. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
35. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
36. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
37. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
38. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasən əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir.Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
39. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
40. Həmin Qanunun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
41. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər, ipoteka predmetinin təsviri, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
42. Sözügedən Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
43. Beləliklə, işin hallarından məlum olur ki, iddiaçı ilə cavabdehlər arasında xx.xx.2022-ci il tarixli GL5802 saylı kredit limiti müqaviləsi imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2032-ci il tarixədək illik faiz dərəcəsi 25%, illik cərimə faizi 34% olmaqla, 60000000 (altmış milyon) manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı ilə Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixli K5802/01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 14%, illik cərimə faizi 9% olmaqla, 500000 (beş yüz min) manat məbləğində dövriyyə vəsaitinin artırılması məqsədi ilə kredit verilmişdir. Cavabdehlərin K5802 saylı kredit limiti müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixli Z5489 saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli İ4499 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha torpaq sahəsi K5802 saylı kredit limiti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 15000 manat müəyyən edilmişdir. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli İ4500 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan Lənkəran rayonu, Şovu kəndində yerləşən 78.8 kv.m olan 0,1 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi K5802 saylı kredit limiti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 50700 manat müəyyən edilmişdir. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli İ4501 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan öz mülkiyyət hüququ ilə ona məxsus olan ), Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha torpaq sahəsi və onun üzərində yerləşən 1316.7 kv m. qeyri-yaşayış binası K5802 saylı kredit limiti müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin ilkin satış qiyməti 258700 manat müəyyən edilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada icra etməyərək, kredit müqaviləsi üzrə ödəməli olduğu əsas və faiz borcu tam şəkildə iddiaçıya ödəməmişlər.
44. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əsas borclu olan Cavabdeh5 MMC-dən və zaminlər olan digər cavabdehlərdən yaranmış kredit borcu məbləğləri birgə qaydada tutulmalı, cavabdehlərdən tutulacaq kredit müqaviləsi üzrə faiz borcunun məbləği iddia tələbi həddində müəyyən edilməlidir.
45. Belə ki, xx.xx.2025-ci il tarixli, 9/2206 nömrəli ekspert rəyində cavabdehin kredit müqaviləsi üzrə faiz borcu iddia tələbində göstərilən məbləğlərdən çox müəyyən edilsə də, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 46.Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, K5802/01 saylı kredit müqaviləsinə əsasən hesablanmış 90638,89 manat cərimənin tutulması tələbini də irəli sürmüşdür. 47.Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdehlər tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. 48.Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 49.Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 50.Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borcluların əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq 25000 manat müəyyən edilməlidir.
51. Həmçinin iddia ərizəsində ipoteka predmetlərinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi tələbi də irəli sürülmüşdür.
52. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından Cavabdeh5 MMC-nin iddiaçıya xx.xx.2022-ci il tarixli, K5802/01 saylı kredit müqaviləsi üzrə 500 000 manat əsas borc, 35.180,33 manat faiz borcu, 25000 manat cərimə borcunun olması müəyyən edildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır, iddia tələbi həmin hissədə qismən təmin edilməli, göstərilən borcların ödənilməsinin təmin edilməsi məqsədilə ipoteka predmetlərinin açıq hərracda satışı həyata keçirilməli, satışdan əldə edilən vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka qoyanlara qaytarılmalıdır.
53. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti “X5 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 82 nömrəli mütəxəssis rəyinə uyğun müəyyən edilməlidir.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən xx.xx.2022-ci il tarixli, K5802/01 saylı krеdit müqaviləsi üzrə cavabdehlərdən birgə qaydada 500 000 manat əsas borc, 35.180,33 manat faiz borcu, 25 000 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, tələb ipoteka predmetləri olan: cavabdeh Ağahəmid Tofiq oğluna məxsus Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha sahədən ibarət olan torpaq sahəsinə - ilkin satış qiyməti 41516,36 manat olmaqla, Lənkəran rayonu, Şovu kəndində 0.1 ha torpaq sahəsində yerləşən 78.8 kv.m olan fərdi yaşayış evinə- ilkin satış qiyməti 74582,20 manat olmaqla, Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha torpaq sahəsində yerləşən 1316.7 kv m. qeyri-yaşayış binasına ilkin satış qiyməti 471944 manat olmaqla yönəldilməli, göstərilən əmlaklar açıq hərracdan satılmalı, satışdan əldə olunan vəsait hesabına göstərilən borclar tutularaq iddiaçıya ödənilməli, satışdan artıq qalan vəsait ipoteka predmetlərinin mülkiyyətçilərinə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
56. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 850,18 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişlərin qeydə alınması ilə bağlı ödənilmiş 47 manat dövlət rüsumu və 279,40 manat xidmət haqqı cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.
57. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərclərinə dair bildirişlərdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 200 manat (100 manat + 100 manat) təşkil edir.
58. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən 200 manat ekspertiza xərci cavabdehlərdən birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
59. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh6 MMC və Cavabdeh2 birgə (müştərək) qaydada 500000 manat əsas borc, 35180,33 manat faiz borcu, 25000 manat cərimə borcu, 850,18 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün ödənilmiş 47 manat dövlət rüsumu, 279,40 manat xidmət haqqı, ümumilikdə 561356,91 (beş yüz altmış bir min üç yüz əlli altı manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb ipoteka predmeti olan Cavabdeh2 məxsus Lənkəran şəhəri, 21-ci məhəllə ünvanında yerləşən 0.05825 ha sahədən ibarət olan torpaq sahəsinə - ilkin satış qiyməti 41516,36 (qırx bir min beş yüz on altı manat otuz altı qəpik) manat olmaqla, Lənkəran rayonu, Şovu kəndində 0.1 ha torpaq sahəsində yerləşən 78.8 kv.m olan fərdi yaşayış evinə - ilkin satış qiyməti 74582,20 (yetmiş dörd min beş yüz səksən iki manat iyirmi qəpik) manat olmaqla, Lənkəran şəhəri, 21-ci məhəllə, 12a, döngə 5 ünvanında 0.1075 ha torpaq sahəsində yerləşən 1316.7 kv.m qeyri-yaşayış binasına - ilkin satış qiyməti 471944 (dörd yüz yetmiş bir min doqquz yüz qırx dörd) manat olmaqla yönəldilsin. Göstərilən əmlaklar açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına ümumilikdə 561356,91 (beş yüz altmış bir min üç yüz əlli altı manat doxsan bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 65,64 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh6 MMC və Cavabdeh2 birgə (müştərək) qaydada 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova