Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3953/2023 04.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7200 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 150 manat məbləğində xərcin, 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7200 manat məbləğində borcun silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 150 manat məbləğində xərcin, 100 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsi təndirxana kimi fəaliyyət göstərir. Həmin təndirxananı icarə müqaviləsi əsasında vətəndaş X2 icarəyə vermişdir. Halhazıradək həmin qeyri-yaşayış sahəsi təndirxana kimi fəaliyyət göstərir. Həmin yerdə təbii qazdan istifadə üzrə **********00035 saylı abonent istifadəçisidir. Karta pul köçürülməklə təbii qazdan istifadə edilir. 28 aprel 2023-cü il tarixdə qeyri-yaşayış sahəsinə quraşdırılmış İtron G-6 markalı sayğac növbədənkənar dövlət yoxlaması səbəbi ilə çıxarılmışdır. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. 29 aprel 2023-cü il tarixdə isə sözügedən ünvana Elster G6 markalı müvəqqəti sayğac quraşdırılmışdır. Bununla bağlı, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 25 may 2023-cü il tarixli bildirişdə ünvanından çıxarılaraq dövlət yoxlamasına aparılmış sayğacın istismara yararsız olduğu göstərilmiş və fasiləsiz qaz təchizatının təmin edilməsi üçün yeni qaz sayğacının alınması tələb olunduğu göstərilmişdir. Araşdırma nəticəsində iddiaçıya 7200 manat borc yazıldığı məlum olmuşdur. Bununla bağlı, cavabdeh təşikalata müraciət etdikdə iddiaçıya müvafiq sənədlər təqdim edilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-4800 saylı aktla müəyyən edilir ki, ünvanından çıxarılmış sayğac 08 may 2023-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş və yoxlamanın nəticəsi olaraq göstərilmişdir ki, sayğaca geriyə axın verildi. Alarm-5 rejiminə düşmədi. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Sayğaca ümumi baxış keçirildi. Sayğacın batereya yuvasının daxilində olan düymə yapışqan vasitəsilə yapışdırılıb. Maqnit ötürücünün dişli çarxı aşkar edilmədi. Hesablayıcı mexanizmin rəqəmlərini birindən digərinə ötürən dişli çarxların dişləri kənar təsir nəticəsində kəsilib. Platadan gövdəyə gedən naqil öz yerindən çıxarılıb. Hesablayıcı mexanizmin rəqəmlərindən biri qarışıb. Əsassız yoxlaması nəticəsində iddiaçıya 7200 manat məbləğində borc yazılmışdır. Üstəlik abonentin saldosuna baxdıqda aydın olur ki, dövlət yoxlaması 08 may 2023-cü il tarixdə keçirilmiş, lakin borc 2023-cü ilin aprel ayında yazılmışdır. Təbii qazdan istifadəyə görə ödənişlərini vaxtı-vaxtında etmiş və heç bir müdaxilə etməmişdir. Dövlət yoxlaması qərəzli şəkildə aparılmış, iddiaçı tərəfimdən sayğaca hər hansı bir kənar təsir olmamışdır. İstifadəsində olmuş qaz sayğacının yararsız olması ehtimal olunduğu halda da həmin hal mübahisəli borcun əsaslı hesab edilməsi üçün əsas vermir. İddiaçıya yazılan 7200 manat məbləğində borc pulun silinməsi üçün pretenziya qaydasında cavabdehə rəsmi qaydada ərizə ilə müraciət etsə də, heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacının göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi əsası ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar yoxlamanın aparılması Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Bu barədə KY231917562 saylı reyestrdən çıxarış verilmişdir. Müvafiq qaydada xx.xx.2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacına baxış keçirildikdə sayğaca müdaxilə nəticəsində sayğacın qaz sərfini qeyd etmədiyi müəyyən edilmişdir. Bu səbəbdən cavabdehin əməkdaşları tərəfindən qaz sayğacı çıxarılmış və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilərək itirilmiş qazın dəyərini təşkil edən 7200 manat borc hesablanmışdır. Bundan başqa çıxarılmış qaz sayğacı müvafiq qaydada laboratoriyada müayinədən keçirilmiş və sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçının abonent saldosuna baxdıqda aydın görmək olar ki, müdaxiləli qaz sayğacından istifadə edən müddətdə 6 ay ərzində (12.2022 – 04.2023) 156 manat dəyərində təbii qazdan istifadəyə görə öncədən ödəniş etmişdir, müdaxiləli sayğac əvəzləndikdən sonra isə üç ay ərzində (05.20xx-xx.2023) 512 manat dəyərində təbii qazdan istifadə etmişdir. Bütün yuxarıda qeyd edilənlərdən aydın görünür ki, iddiaçı istifadəsində olan qaz sayğacına müdaxilə edərək təbii qazın dəyərini ödəmədən təbii qazdan istifadə etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanun: 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər.
8. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanı: 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
11. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
12. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. xx.xx.2023-cü il tarixdə KY231917562 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
14. xx.xx.2023-cü il tarixli ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsində (təndirxana) quraşdırılmış qaz sayğacı xəttən açılmış, Dövlət yoxlamasına göndərilmişdir.
15. xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4800 saylı Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın surətindən görünür ki, Dövlət yoxlamasına aparılmış iddiaçıya məxsus qaz xəttinə quraşdırılmış G6 markalı smart kart tipli qaz sayğacına xx.xx.2023-cü il tarixində Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və yoxlamanın nəticəsində aşkar olunmuşdur ki, sayğaca geriyə axın verildi. Alarm-5 rejiminə düşmədi. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Sayğaca ümumi baxış keçirildi. Sayğacın batereya yuvasının daxilində olan düymə yapışqan vasitəsilə yapışdırılıb. Maqnit ötürücünün dişli çarxı aşkar edilmədi. Hesablayıcı mexanizmin rəqəmlərini birindən digərinə ötürən dişli çarxların dişləri kənar təsir nəticəsində kəsilib. Platadan gövdəyə gedən naqil öz yerindən çıxarılıb. Hesablayıcı mexanizmin rəqəmlərindən biri qarışıb.
16. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2023-cü ilin aprel ayına 7200 manat məbləğində borc hesablanmışdır.
17. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı xx.xx.2023-cü il tarixdə ******* saylı Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilməklə çıxarılaraq Dövlət yoxlamasına aparılmış, Metrologiya Departamenti tərəfindən xx.xx.2023-cü il tarixdə sayğaca baxış keçirilmiş və yoxlamanın nəticəsində aşkar olunmuşdur ki, sayğaca geriyə axın verildi. Alarm-5 rejiminə düşmədi. Plombların rəngi plastmas qapağın rəngindən fərqlidir. Sayğaca ümumi baxış keçirildi. Sayğacın batereya yuvasının daxilində olan düymə yapışqan vasitəsilə yapışdırılıb. Maqnit ötürücünün dişli çarxı aşkar edilmədi. Hesablayıcı mexanizmin rəqəmlərini birindən digərinə ötürən dişli çarxların dişləri kənar təsir nəticəsində kəsilib. Platadan gövdəyə gedən naqil öz yerindən çıxarılıb. Hesablayıcı mexanizmin rəqəmlərindən biri qarışıb. Bu barədə xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4800 saylı Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt tərtib edilmiş və həmin akta əsasən dəymiş ziyan 21292 kub.metr müəyyən edilərək, cavabdeh tərəfindən iddiaçıya 7200 manat borc hesablanmışdır.
18. İstinad olunan çoxsaylı normalardan göründüyü kimi, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh nümayəndələri tərəfindən sahibkarlıq subyektlərində qaz sayğacına baxış keçirilməsi məqsədilə həmin yoxlamanı vahid məlumat reyestrində qeydə aldırmalı olmaları qanunvericiliyin imperativ tələbidir.
19. Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan bütün hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamalar nəticəsində istehlakçıya hesablanmış borcun silinməsinə dair kommersiya mübahisələri üzrə məhkəmə təcrübəsi qeyd olunan istiqamətdə formalaşmışdır.
20. İşin hallarından göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacı çıxarılaraq Dövlət yoxlamasına aparılmış, Metrologiya Departamenti tərəfindən həmin sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirilərək, nöqsanlar, o cümlədən sayğaca müdaxilə halı sonuncu tərəfindən müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən yoxlama xx.xx.2023-cü il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə qurtarmışdır.
21. Lakin cavabdeh tərəfindən yoxlamaların vahid məlumat reyestrində yoxlamanın başlanma tarixi xx.xx.2023, qurtarma tarixi isə xx.xx.2023 göstərilmişdir.
22. Göründüyü kimi Metrologiya Departamenti tərəfindən aparılmış yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır, hansı ki, nöqsanlar həmin yoxlama ilə müəyyən edilərək iddiaçıya əlavə sərfiyyat hesablanmışdır.
23. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən vahid məlumat reyestrində qeydə alınmadan iddiaçıya məxsus obyektdə həyata keçirilmiş yoxlamanın hər hansı hüquqi nəticəsi ola bilməz. Bu yoxlama nəticəsində Cavabdeh tərəfindən iddiaçıya qanunsuz hesablanmış borc məbləği silinməlidir.
24. Belə ki, təbii qazın təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh mübahisəli yoxlamalar barədə məlumatları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verməmiş, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə aparılan və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsi anlamında bu yoxlama tədbirini əvvəlcədən yoxlamaların vahid məlumat reyestrində qeydə aldırmamışdır.
25. Bununla bağlı məhkəmə izah edir ki, qanunsuz hərəkətlər barədə aktın tərtib olunması və həmin akta əsasən abonentə müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisnasının təsir dairəsinə düşmür.
26. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
27. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.
28. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
29. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 360 saylı Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və eyni tarixli 672 saylı qəbzdən görünür ki, iddiaçı vəkilin göstərdiyi yardıma görə Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 150 manat ödəniş etmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 150 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir.
30. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
31. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 100 manat məbləğində pul Bakı 16 saylı Mediasiya təşkilatına ödənilmişdir.
32. Beləliklə, qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın hüquqi nəticəsi olmadığından iddia təmin edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə İddiaçı hesablanmış 7200 manat məbləğində borc silinsin. Vəkilin göstərdiyi yardıma görə 150 manat və mediasiya xərcinə görə 100 manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev