Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3954/2025 15.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, ipoteka, zaminlik, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun хеyrinə - 001R********** saylı krеdit razılaşması üzrə 3006,75 manat məbləğində krеdit bоrcu, 242,5 manat məbləğində faiz bоrcu və 84,49 manat məbləğində cərimə borcu; - 001R********** saylı krеdit razılaşması üzrə 4029,85 manat məbləğində krеdit bоrcu, 264,19 manat məbləğində faiz bоrcu və 194,19 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7821,97 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98,22 manat məbləğində dövlət rüsumunun tutulması; tutmanın Cavabdeh1 məxsus olan 2002-ci il istehsal illi, 99ZA054 qeydiyyat nişanlı ZORZİ markalı yarımqoşqu nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması və ümumilikdə cəmi 7821,97 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 98,22 manat məbləğində dövlət rüsumunun 2002-ci il istehsal illi, 99ZA054 qeydiyyat nişanlı ZORZİ markalı yarımqoşqu nəqliyyat vasitəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001L**********10 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 6993,25 manat ödəmiş, onun 3006,75 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 165 gün üçün hesablanmış faiz borcu 242,5 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 165 gün üçün hеsablanmış cərimə 84,49 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixli 001R********** saylı kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 (altı min) manat məbləğində məbləğində kredit götürmüşdür. O, uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 1970,15 manat ödəmiş, onun 4029,85 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 75 gün üçün hesablanmış faiz borcu 264,19 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 75 gün üçün hеsablanmış cərimə 194,19 manat təşkil edir. Krеdit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə borc alan – ipoteka qoyan Cavabdeh1 ilə Bank arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 001M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilib) əsasında 2002-ci il istehsal illi, 99ZA054 qeydiyyat nişanlı ZORZİ markalı yarımqoşqu nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. DİN BDYPİnin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilmiş № 150555 saylı çıxarışa əsasən Cavabdeh1 məxsus olan 2002-ci il istehsal illi, 99ZA054 qeydiyyat nişanlı ZORZİ markalı yarımqoşqu nəqliyyat vasitəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin Qeydiyyat İmtahan Şöbəsinə təqdim olunmuşdur. İddiaçının nümayəndəsi ərizə ilə məkhəməyə müraciət edərək işə onların iştirakı olmdan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan sübutlardan aşağıdakılar müəyyən olunur: Borclu Cavabdeh1 və zamin Cavabdeh2 ilə Bank İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-ci il tarixli 001L**********10 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Borcluya Bank tərəfindən 120 ay müddətinə 500000 manat məbləğində krеdit хətti açılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən kreditin faiz dərəcəsinin yuxarı həddi 28%, faktiki illik faiz dərəcəsi FİFD 30% təşkil edir. 4.9-cu bəndinə əsasən kredit alan krediti və kredit faizini banka vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.02% məbləğində cərimə hesablamaq hüququna malikdir. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə verilmiş kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 11.7-ci bəndinə əsasən zamin təsdiq və bəyan edir ki, müqavilə üzrə verilən kreditlər barədə kredit alan və bank arasında istənilən razılaşma, o cümlədən kreditin faiz dərəcəsinin artırılması barədə razılaşma üzrə kredit alanın öhdəliklərinin icrası üçün kredit alan ilə birgə və tam məsuliyyət daşıyır. 12.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. xx.xx.2023-cü tarixli 001R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC Cavabdeh1 ümumi məbləği 10000 manat olan illik faiz dərəcəsi 26% olmaqla 18 ay müddətinə kredit ayırmışdır. Hesabdan çıxarışlardan və kreditin verilməsi-köçürülmə qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh1 hesabına 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, Cavabdeh1 tərəfindən 25 iyul 2023-cü il tarixdən 25 dekabr 2024-cü ilə qədər hər ayın 25-i və ya 27-si 679 manat, sonuncu ay 683,82 manat aylıq ödənişlər ödənilməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh1 xx.xx.2025-cü il tarixə əsas borcu 1605,9 manat, faiz borcu 484,58 manat, cərimə borcu 152,73 manat olmaqla, ümumilikdə "xxxx" QSC-yə olan borcu 2243,21 manat təşkil edir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 1605,9 manat, faiz borcu 140,44 manat, cərimə borcu 153,05 manat olmaqla, ümumilikdə "xxxx" QSC-yə olan borcu 1899,39 manat təşkil edir. xx.xx.2023-cü tarixli 001R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmadan görünür ki, İddiaçı QSC Cavabdeh1 ümumi məbləği 6000 manat olan illik faiz dərəcəsi 23% olmaqla 36 ay müddətinə kredit ayırmışdır. Hesabdan çıxarışlardan və kreditin verilməsi-köçürülmə qəbzindən görünür ki, xx.xx.2023-cü il tarixdə borclu Cavabdeh1 hesabına 6000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşmasının ödəniş planından görünür ki, Cavabdeh1 tərəfindən 25 avqust 2023-cü il tarixdən 27 iyul 2026-cı ilə qədər hər ayın 25-i və ya 27-si 235 manat, sonuncu ay 250,84 manat aylıq ödənişlər ödənilməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, borclu Cavabdeh1 əsas borc üzrə 4029,85 manat, faiz borcu 264,19 manat, cərimə borcu 194,19 manat olmaqla, ümumilikdə "xxxx" QSC-yə 4488,23 manat borc təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə İddiaçı QSC ilə bağladığı xx.xx.2023-cü il tarixli 001M**********01 saylı ipoteka müqaviləsi əsasında ZORZİ markalı, ağ rəngli, 2002-ci il buraxılışlı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən, Uzunmüddətli Kredit Müqaviləsinin müddəti: 120 ay, faiz dərəcəsinin yuxarı həddi: 28% olmaqla, ödənişlərin dövriliyi isə hər təqvim ayında bır dəfə olmaqla müəyyən edilmişdir. Müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 15000 manat təşkil edir. Müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayana tələbini irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 təqvim günü ərzində icra olunmaması ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququnu verir. Müqavilənin 9.1-ci bəndində nəzərdə tutulmuş şərt baş verdiyi təqdirdə İpoteka saxlayan İpoteka predmetinə ödəniş yönəldilməsi prosedurunu qanunvericiliyin tələblərinə əməl olunmaqla notariusun icra qeydi əsasında həyata keçirir. Bu Müqavilənin 9.2-ci bəndində nəzərdə tutulanlar İpoteka saxlayanın öz mülahizəsinə əsəsən İpoteka predmetinə tutmanın yönəldilməsi ücün birbaşa məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Müqavilənin 9.5-ci bəndinə əsasən, İpoteka predmeti məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir İpoteka saxlayanın İpoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilən ardıcıllıqla heyata keçirilir) yönəldilir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrinin AA150555 saylı xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh1 mülkiyyətindəki ZORZİ markalı, ağ rəngli, 2002-ci il buraxılışlı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli 001M**********01 saylı ipoteka müqaviləsinə əsasən yüklü edilmiş, ipoteka saxlayan "xxxx" QSC qeyd olunmuşdur. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi tələb olunmuş, əks halda borcun ipoteka predmetinə yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçı bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeyd alınması üçün DİN BDYPİ-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Cavabdeh1 və zamin Cavabdeh2 xx.xx.2025-ci il tarixədək kredit müqaviləsi üzrə cəmi 3333,74 manat borcu ödəməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı QSC 98,22 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərrə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinin xx.xx.2023-cü il tarixinə kimi qüvvədə olmuş əvvəlki tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 34.1-ci maddəsinə görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli 001L**********10 saylı uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 18 ay müddətinə aylıq 27,87% ilə 10000 manat məbləğində kredit verilmişdir. Həmçinin İddiaçı QSC ilə Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-ci il tarixli 001L**********10 saylı uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 36 ay müddətinə aylıq 27,72% ilə 6000 manat məbləğində kredit verilmişdir. Zamin borlcu ilə birlikdə öhdəliyin icra olunmaması üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin öhdəliyin icrasının təmin edilməsi üçün Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2023-cü il tarixli 001M**********01 saylı saylı ipoteka müqaviləsinə əsasən öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ZORZİ markalı, ağ rəngli, 2002-ci il buraxılışlı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Kreditor, yəni iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, yəni cavabdehlər kredit və zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. Buna baxmayaraq məhkəmə xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşması üzrə tutulacaq əsas və faiz borcunun məbləği ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşmasına əsasən 3006,75 manat əsas borc, 242,5 manat faiz borcunun tutulmasını tələb etmişdir. Lakin xx.xx.2025-ci il tarixdə təqdim etdiyi maliyyə arayışında kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə əsas borc 1605,9 manat, faiz borcu 140,44 manat hesablanmışdır. Həmçinin xx.xx.2025-ci il tarixli maliyyə arayışında xx.xx.2025-cü il tarixə əsas borc 1605,9 manat, faiz borcu 484,58 manat hesablanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə, xx.xx.2024-cü il tarixə hesablanmış maliyyə arayışını, qeyd olunan Konstitusiya Məhkəməsinin Qərarını və Mülki Məcəllənin 399.3-cü maddəsini əsas götürüb faiz borcunun müqavilə müddətinin sonuna qədər hesablanmalı olduğunu nəzərə alaraq hesab edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşmasıüzrə faiz borcu kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixinə hesablanmış 140,44 manat məbləğində müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə hesabdan çıxarışa əsasən cavabdehlər tərəfindən ödənişlər aparılmasını nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşması üzrə əsas borc 1605,9 manat müəyyən edilməlidir. Məhkəmə xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşması üzrə tələb edilən əsas və faiz borcu ilə bağlı sonrandan cavabdehlər tərəfindən hər hansı ödənişlər olmadığını nəzərə alaraq hesab edir ki, həmin razılaşma üzrə əsas və faiz borcu iddia tələbinə uyğun tutulmalıdır. Beləliklə işin hallarına məcmu şəkildə hüquqi qiymət verərək, cavabdehlərin iddiaya etiraz etmədiklərini, hesabdan çıxarış məlumatlarını və maliyyə arayışlarını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşmasına əsasən 1605,9 manat əsas, 140,44 manat faiz və xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşmasına əsasən 4029,85 manat əsas, 264,19 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşmasına əsasən 84,49 manat cərimə məbləğinin tutulmasını da tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış həmin kredit müqaviləsində ödənişlərin gecikdirildiyi təqdirdə cərimə haqqında razılaşma öz əksini tapmışdır. Lakin məhkəmə Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq xx.xx.2023-cü tarixli 001R********** saylı kredit razılaşması üzrə 80 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında imzalanmış xx.xx.2023-cü tarixli 001R********** saylı krеdit razılaşması üzrə 194,19 manat məbləğində cərimə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış həmin müqavilədə də öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də kreditorun mənafeyini, cavabdehin borc məbləğini qəbul etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən xx.xx.2023-cü tarixli 001R********** saylı krеdit razılaşması üzrə tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 194,19 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa iddiaçı tutumanın ipoteka predmeti olan Cavabdeh1 məxsus ZORZİ markalı, ağ rəngli, 2002-ci il buraxılışlı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılaraq borcun ödənilməsini və hərracdan əldə olunacaq vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə ilk növbədə qeyd edir ki, cavabdehlər kredit müqaviləsi üzrə vaxtaşırı ödənişləri ödəmədiklərindən iddiaçı ipoteka predmetinə tutmanın yönəldilməsini və açıq hərracdan satılmasını tələb etməkdə haqlıdır. İpoteka predmeti olan ZORZİ markalı, ağ rəngli, 2002-ci il buraxılışlı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsi açıq hərracda satılarkən ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ilkin satış qiyməti müəyyən edildiyindən və cavabdehlər ilkin satış qiymətini mübahisələndirmədiklərindən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə uyğun 15000 manat müəyyən olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus ZORZİ markalı, ağ rəngli, 2002-ci il buraxılışlı, **-ZA-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ilkin satış qiyməti 15000 manat müəyyən olunmalı, satışdan əldə olunmuş vəsait hesabına borc iddiaçının xeyrinə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 98,22 manat dövlət rüsumunun 83,15 manat hissəsinin əvəzi cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 001R********** saylı krеdit razılaşması üzrə 1605,90 manat əsas borc, 140,44 manat faiz borc, 80 manat cərimə borcu, 001R********** saylı krеdit razılaşması üzrə 4029,85 manat əsas borc, 264,19 manat faiz borcu, 194,19 manat cərimə borcu olmaqla, ümumilikdə 6314 (altı min üç yüz on dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində borc və ödənilmiş dövlət rüsumunun 83 (səksən üç) manat 15 (on beş) qəpiyinin əvəzi tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tələb üzrə tutma ipoteka predmeti olan 2002-ci il istehsal illi, 99ZA054 qeydiyyat nişanlı ZORZİ markalı, yarımqoşqu nəqliyyat vasitəsinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına kredit üzrə cavabdehin borcu ödənilsin, həmin əmlakın ilkin satış qiyməti 15000 (on beş min) manat müəyyən edilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh2 tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3954/2025
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3954/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver