Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3962/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X11” QSC və "xxxx" ASC olmaqla) “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 MMC-yə (bundan sonra-cavabdehlər) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 114170 Abş dolları əsas borcun, 47380.55 ABŞ dolları cərimə borcunun, 8083 ABŞ dolları əldən çıxmış faydanın (dəymiş zərər) ödəniş gününə olan məzənnə ilə və 580 manat dövlət rüsumunun, 320 manat vəkil xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1, "xxxx" MMC-nin rəhbəri Cavabdeh3, Cavabdeh2 MMC-nin rəhbərliyinin şirkətimizə qarşı olan cinayətkar əməlləri ilə bağlı Nərimanov rayon Polis İdarəsinə müraciətimiz olmuşdur. 1) Cavabdeh1 əvvəllər X11 MMC-də İT xidmətləri üzrə məsul şəxs olmuşdur. 2021-ci ilin axırı 2022-ci ilin əvvəlləri X11 MMC SQL Lisenziyalarının sifarişi üzrə tender elan edir. Tenderin qalibi Cavabdeh3 rəhbərlik etdiyi "xxxx" MMC olur. Cavabdeh1 sonradan bizə yazdığı izahatda da bildirdiyi kimi "xxxx" MMC-nin rəhbəri Hüseynlə yaxşı münasibətləri olub. X11 MMC tərəfindən Lisenziyaların dəyəri tam şəkildə ödənilir. Lakin "xxxx" MMC lisenziyaları təhvil verə bilmir. X7 niyyəti başqa idi. Yalannan sənəd saxtalaşdırmaqla Fariz "xxxx" MMC tərəfindən lisenziyaların guya X11 MMC-yə təhvil verilməsinə dair sənədə imza atır. Ancaq əslində ortada lisenziya yoxdur. Bu barədə X11 MMC daxili araşdırma başladır. Ciddi təzyiqlərdən sonra Fariz lisenziyaları onlara verəcəyini və problemi aradan qaldıracağını vəd edir. 2) Lakin Fariz və Hüseyn cinayətkar əməlləri ilə X11 MMC yə vurduğu ziyanı şirkətimizə qarşı cinayətkar əməllər törətməklə qarşılamağı qərara alır. Bu cinayətkar əməlləri üçün özlərinə başqa bir şirkəti də qoşurlar. Bu şirkətin adı İTEMS MMC-dir. 3) Belə ki Fariz İTEMS MMC ilə əlbir olaraq (Cavabdeh3la qabaqcadan əlbirlik öz yerində qalmaqla) şirkətimizə müraciət edir. Bir neçə ucuz qiyətə lisenziya alır və dəyərini də vaxtlı vaxtında tam ödəməklə etibarımızı qazanır. Daha sonra isə (2023-cü ilin əvvəllərində) şirkətimizə müraciət edərək İTEMS vasitəsilə X11 MMC yə SQL Lisenziyaları alınmalı olduğunu bildirir və qiymti biznən razılaşdırır. Qiymət 129170.16 ABŞ dolları təşkil edir. Bununla bağlı İTEMS MMC ilə aramızda xx.xx.2023-cü il tarixdə Farizin təşkilatçılığı ilə Alqı-Satqı müqaviləsi bağlanır. Lisenziyalar təhvil verilir və tərəfimizdən İTEMS MMC-yə elektron qaimə vurulur. Lakin aydın məsələdir ki, İTEMS MMC həmin məbləği bizə ödəmir. Sonradan Farizin izahatında da göstərdiyi kimi İTEMS şirkəti bu münasibətdə formal rol oynayır, bütün ödənişləri Hüseynlə Fariz ödəməlidir. Beləliklə Fariz və əlbir olduğu şəxslər bu müqavilə ilə cinayətkar əməllərini pərdələməyə çalışırlar. 4) Onu da qeyd edək ki, Fariz oxşar problemləri Qala Sığorta ASC də yaratdığı üçün İTEMS MMC vasitəsilə (02.03.203 tarixli müqavilə) Qala Sığorta ASC üçün də lisenziyalar almışdır. 5) Beləliklə Fariz və Hüseyn “X11” MMC və "xxxx" ASC-yə qarşı törətmiş olduqları cinayətkar əməlləri ilə vurmuş olduqları ziyanı etibarımızdan sui istifadə etməklə dələduzluq və sənəd saxtalaşdırmaq yolu ilə bizim şirkətdən qarşılayaraq öz cinayətkar əməllərini başa çatdırmışlar. 6) Bununla bağlı Cavabdeh1 xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli şirkətimizə verdiyi İzahatları var (Şikayətə əlavə olunur) 7) Vurulmuş ziyandan Farizlə Hüseyn birlikdə ofisimizə yaxınlaşaraq xx.xx.2023-cü il tarixdə 10000 ABŞ Dolları, xx.xx.2023-cü il tarixdə 5000 ABŞ dolları ödəyirlər. 8) Dəymiş zərərin miqdarı 114170 ABŞ dolları təşkil edir. Lakin bütün bunlara baxmayaraq Nərimanov rayon Polis İdarəsinin baş müstəntiqi X4 xx.xx.2024-cü il tarixli Qərarı ilə cinayət işinə xitam verilmişdir. Aparılmış istintaqla da müəyyən edilmişdir ki, Cavabdeh1 özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Cavabdeh3 və Qanuni nümayəndə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, əvvəlcədən quqrulmuş cinayətkar plana əsasən MONT MMC-nin direktoru X1 etibarından sui-istifadə edib aldatmaqla 40 gün müddətində dəyərini ödəyəcəyinə dair vəd verib Microsoft şirkətindən 24 ədəd SQL Server 2019 Standard Core-2 X13DG7GMGF0FLR2 markalı elektron açar-lisenziyanı əvvəllər Cavabdeh3 ilə əlbir şəkildə borclu olduqları X11 MMC-nin hesabına cinayətkar qrupun üzvü Qanuni nümayəndə direktoru olduğu İTEMS MMC vasitəsi ilə köçürtmüş, bundan sonra 8 ədəd SQL Server 2019 Standard Core-2 X13-DG7GMGF0FLR2 markalı elektron açarlisenziyanı əvvəllər özünün borclu olduğu Qala İnsurance şirkətinin hesabına köçürməklə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə MONT MMC-yə 186092 (yüz səksən altı min doxsan iki) manat ziyan vurmaqla zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Beləliklə müstəntiq tərəfindən xx.xx.2023-cü il tarixdə CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İstintaq zamanı təqsirləndirilən şəxs qismində Cavabdeh1, şahid qismində Cavabdeh3 dindirilmişlər və onların arasında üzləşmə istintaq hərəkəti aparılmışdır. Onlar həm ifadələrində həm də üzləşmədə cinayəti bir-birinin üstünə atmaqla cinayət əməlindən yayınmağa çalışmışlar. Belə ki, Fariz öz ifadəsində bildirir ki, məndə Hüseynə qarşı inam yarandığından təhvil təslim aktına yalandan qol çəkərək guya sözügedən lisenziyaların X11 MMC-yə verildiyini X11 MMC-nin rəhbərliyinə bildirdim. Daha sonra MONT MMC-də inam yaratmaq üçün ödənişini nağd qaydada etməklə bir neçə kiçik lisenziya aldım, inam yarandıqdan sonra isə X11 MMC-yə olan borcunu ödəməkdən ötrü həmin lisenziyaları MONT MMC-dən alıb və MONT MMCyə ödəyəcəyinə dair vəd verib, X11 MMC-yə olan borcunu bağladığını ifadəsində açıq aşkar bildirir. Hüseyn isə X11 MMC- dən aldığı sifariş əsasında onun şirkəti olan HS Texnologiya MMC vasitəsilə lisenziyaları X11 MMC-yə təhvil verdiyini bildirmişdir. Həmin lisenziyaları haradan sifariş etdiyini, həmin pulu hara xərclədiyini Hüseyn nədənsə xatırlamır. Halbuki X11 MMC-nin işçisi Xəyyamın verdiyi ifadədən görünür ki, Hüseynin dediyi kimi lisenziyalar X11 MMC-yə təhvil verilməmişdir. Elə bunun nəticəsi olaraq MMCdə daxili araşdırma aparılmış və Fariz sıxışdırılanda o bu işdə əlbir olduğu Hüseynlə planlı şəkildə MONT MMC-dən həmin lisenziyaları alıb X11 MMC-yə vermişdir. Nərimanov rayon Polis İdarəsinin müstəntiqi X6 cinayət işində yuxarıda qeyd etdiyim faktlara müəyyən etsə də, işin mülki xarakterli olduğunu, mülki münasibət olduğunu əsas gətirərərək cinayət işinə xitam vermişdir. Həmin qərardan məhkəmə nəzarəti qaydasında Nərimanov Məhkəməsinə və daha sonra Bakı Apellyasiya Məhkəməsinə şikayət versək də heç bir nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixli İtems MMC ilə Mont MMC arasında bağlanmış müqavilənin 5.5 -ci bəndinə əsasən gecikdirilən borca görə hər gün üçün 0.1 faiz dəbbə pulu ödənilməlidir. Dəbbə pulunun məbləği 47380.55 ABŞ dolları təşkil edir. (415 gün gecikmə, gecikdirilmiş məbləğ 114170 Abş dolları – 114.70 x 415=47380.55) Eyni zamanda cavabdehlərin bu cür əməlləri nəticəsində şirkətimiz ciddi maliyyə itkisinə məruz qalmışdır. Buna görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əldən çıxmış faydanı da tələb edirik. Əldən çıxmış fayda 8083 ABŞ dolları təşkil edir (17 ay).
3. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə yazılı etiraz ərizəsi təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, e-2-2(113)-3962/2025 nömrəli kommersiya işi üzrə Cavabdeh1 qarşı olan iddia tələbi əsassızdır. Belə ki, Cavabdeh1 iş materiallarında mövcud olan və kommersiya münahisəsinin əsasını təşkil eden 2 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsinin tərəfi deyildir, AR Mülki Məcəlləsinin 14, 386-cı maddələrinə əsasən müqavilənin tərəfi olmayan şəxsin üzərinə mülki öhdəliklər qoyula bilməz.
5. Cavabdeh3 xx.xx.2025-ci il tarixdə məhkəməyə yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da anlaşıldığı kimi 02 mart 2023-cü il tarixli 59/23 nömrəli alqısatqı müqaviləsi ilə satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC-yə elektron hesablayıcı maşınlar üçün müəllif hüquqları ilə qorunan, lisenziyalaşdırılmış və üçüncü şəxslərin iddialarından azad olan proqramları və ya həmin proqramlardan istifadə hüquqlarını satır. Alıcı, yəni Cavabdeh2 MMC bunun müqabilində hazırki müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan hesab-fakturalarda göstərilən məbləği Satıcıya, yəni İddiaçı MMC ödəyir. İş materiallarına əlavə edilmiş 10 aprel 2023cü il tarixli 00112/23G nömrəli təhvil-təslim aktı ilə yekun məbləği 164691,96 manat olan müqavilə predmeti mal İcraçı, yəni İddiaçı MMC tərəfindən Sifarişçi, yəni Cavabdeh2 MMC-yə təhvil verildiyi görünür yazmaq istəsəm də Sifarişçi hissəsi imzasız və möhürsüzdür. Amma bunun tərəf olaraq bizə aidiyyəti yoxdur. Bu hal müqavilə tərəflərinin biləcəyi məsələdir. Tərəf olaraq bizim üçün anlaşılan deyil ki, Cavabdeh3, satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC olan müqavilənin tərəfi olmadığı halda hansı səbəbdən iş üzrə cavabdeh kimi cəlb edilmişdir. 01 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda şahid qismində dindirilmiş İddiaçı MMC-nin direktoru X2 ifadəsində bir dəfə də olsa, epizodik olsa da Cavabdeh3 adını çəkmir. Günel xanım ifadəsində Cavabdeh1 MMC-nin ofisinə gəldiyini, elektron açar lisenziyası lazım olduğunu, qiymətin müəyyən edildiyini, bir ədəd lisenziya alınaraq pulunun ödənildiyini, sağlam şəxs təəssuratı yaratdığını, onları Cavabdeh2 MMC ilə tanış etdiyini, Cavabdeh2 MMC ilə müqavilə bağlandığını, lisenziyaların Farizin istəyi ilə Cavabdeh2 MMC-nin balansına göndərildiyini, ödəmə vaxtı Farizin ödənişləri etmədiyini gördüyünü, araşdırma apararaq lisenziyaların X10 verildiyini, orada audit yoxlaması zamanı Farizin bəzi lisenziyaları şirkətə vermədiyi, borcu ödəmək məqsədi ilə lisenziyaları şirkətə verdiyini müəyyən edildiyini qeyd etmişdir. Yəni Cavabdeh3, satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC olan müqavilənin tərəfi olmadığı kimi, müqavilənin bağlanmasında vasitəçi olmamış, İddiaçı MMC ilə görüşməmiş, mal almamış, vəd verməmiş, satıcı İddiaçı MMC, alıcı Cavabdeh2 MMC olan müqavilənin nə içində, nə kənarında rol almamışdır. ********* saylı cinayət işində şahid kimi keçmiş, HS Technology MMC-nin direktoru olmuş, direktoru olduğu MMC X11-yə müqavilə şərtlərinə uyğun elektron açar lisenziyaları satmış, müqavilə dəyərini almış, lisenziyaları təhvil-təslim aktı ilə şirkətə təhvil vermişdir. Daha sonra lisenziyaların X8 aşkarlanmaması və şirkətin İT departament müdiri olmuş Cavabdeh1 həmin lisenziyaları təmin edərək şirkətə təhvil vermişdir. Belə olan halda Cavabdeh3 icraatınızda olan kommersiya mübahisəsində cavabdeh qismində cəlb edilməsi anlaşılan deyil. Cavabdeh3 tərəfi olmadığı bir müqavilə üzrə, vəəd vermədiyi, görüşmədiyi, təhvil almadığı, öhdəlik götürmədiyi, vasitəçisi olmadı bir kommersiya mübahisəsi üzrə cavabdehlik daşıması nə ədalətlidir nə də ki qanuni. Qeyd olunanları nəzərə alaraq iddia tələbini iş üzrə Cavabdeh3 münasibətdə rədd etməyinizi Sizdən xahiş olunur.
7. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə verərək, e-2-2(113)-3962/2025 saylı iş üzrə mübahisə predmetini təşkil edən 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi üzrə iddia müddətini tətbiq edərək, 1 illik iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh2 MMC tərəfindən bağlanılmış, kommersiya mübahisəsinin əsasını təşkil edən, 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsinin formal bağlanılma faktı İddiaçının nümayəndəsi tərəfindən dəfələrcə məhkəmə iclas zalında səsləndirilmişdir və iddia ərizəsində qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021 -ci tarixli qərarın nəticəvi hissəsinin 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqdir və bu fakt AR Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarına uyğun olaraq Məhkəmə tərəfindən təsdiq edilməlidir və bu barədə ərizə ilə Məhkəməyə tərəfimizdən müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti valnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdivi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində oərar çıxarması ücün əsasdır. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir İİ ərzində irəli sürülə bilər. 2 mart 2023 tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi uydurma, əhəmiyyətsiz əqd hesab edilməsi barədə ərizə Məhkəməyə təqdim edilmişdir, tərəflərin müqavilə bağlanıldığı gündən həmin eqdin uydurma, əhəmiyyətsiz əqd olduğunu bilmələri faktını nəzərə alaraq 1 illik iddia müddəti keçmişdir.
9. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddia əsasız varlanma təşkil etdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinin əsasən iki illik müddət keçdiyi üçün məhkəmədən iddia müddətini tətbiq etməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
10. Cavabdeh1 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə verərək, AR Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən 2 illik iddia müddəti keçdiyi üçün iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
11. Cavabdeh2 MMC iddia tələbi ilə bağlı yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiada qeyd edilən mal alış əməliyyatlarına dair heç bir razılaşma və müqavilə tərəfimizdən imzalanmamışdır və bu məhsulların sifarişi ilə bağlı heç bir əlaqəmiz və hüquqi öhdəliyimiz yoxdur. İddiada göstərilən “02 mart 2023cü il tarixli 59/23 nömrəli alqı-satqı müqaviləsi” sadəcə ümumi çərçivə müqavilədir və konkret iddia edilən malların vəya xidmətlərin alışına istinad etmir. Bu çərçivə müqaviləsi əsasında konkret mal sifarişi, qiymət razılaşması, təhvil-təslimaktı, yaxud borcun ödənilməsinə dair hər hansı sənəd imzalanmamışdır. Qeyd edilən sənədlər tərəfimizdən təsdiqlənmədiyi və təsdiq edilmədiyi üçün Cavabdeh2 MMC-nin bu əməliyyatlar üzrə hüquqi öhdəliyi yoxdur. Əməliyyatlar faktiki olaraq üçüncü tərəf – Cavabdeh1 tərəfindən icra olunmuşdur Şirkətimiz İddiaçı MMC-yə qarşı hər hansı mal və ya xidmətə görə ödəniş etməmiş, bu mal və xidmətləri qəbul etməmiş, və heç bir təhviltəslim aktını imzalamamışdır. Bununla bağlı müvafiq bank çıxarışları və müqavilə sənədləri sübut kimi təqdim oluna bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, müqavilə münasibətləri qarşılıqlı razılaşma, icra, sənədlərlə təsdiq və öhdəlik əsasında formalaşır. Cavabdeh2 MMC ilə İddiaçı MMC arasında bu cür borc münasibətini təsdiqləyən hüquqi sənədlər mövcud deyil. Odur ki, cavabdeh kimi göstərilməyimiz hüquqi əsasdan məhrumdur.
13. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3962/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə “X11” QSC və "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb olunmuşdur.
II. Tərəflərin mövqeləri:
14. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi G.Səfərəliyeva iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə iclasında Cavabdeh2 MMC-nin qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib, yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
17. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinə etiraz edib, yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
18. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib, yazılı etirazlarının məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasını xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.
20. Məhkəmə iclasının üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
21. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
22. İddiaçı (satıcı) və Cavabdeh2 MMC (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 59/23 saylı alqı-satqı müqaviləsinə görə satıcı qeyd olunmuş elektron hesablayıcı maşınlar üçün müəllif hüquqları ilə qorunan, lisenziyalaşdırılmış və üçüncü şəxslərin iddialardan azad olan proqramları və ya həmin proqramlardan istifadə hüquqlarını (bundan sonra “Proqramlar”) Alıcıya satır, Alıcı isə bunun müqabilində hazırkı müqavilədə və onun ayrılmaz tərkib hissəsi olan hesab-fakturalarda göstərilən məbləği Satıcıya ödəyir.
23. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı əldə etmək istədiyi hər hansı bir Proqramı sifariş edə bilər. Sifariş Satıcının elektron poçt ünvanına yazılı şəkildə müraciət etməklə həyata keçirilir və Satıcı həmin Proqramı 7-30 (yeddi-otuz) iş günü ərzində ( Forsmajor halları istisna olmaqla, malgöndərənin şərtlərindən asılı olaraq) Alıcıya çatdırılmasını təmin etməlidir.
24. Müqavilənin 2.2-ci bəndinə əsasən Proqram Alıcıya çatdırılanda Tərəflər arasında müvafiq elektron qaimə-faktura ilə təsdiqlənir. Elektron qaimə-faktura online kargüzarlıqda təsdiqlənir.
25. Müqavilənin 2.3-cü bəndinə əsasən Alınan proqram təminatı geri qaytarıla bilməz.
26. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2023-cü il tarixli, EBDC seriyalı 924906 nömrəli 54961,91 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.
27. Cavabdeh1 iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə iddiaçıya xx.xx.2023-cü il tarixinə 114170,16 ABŞ dolları məbləğində borcunun olduğunu etiraf etmişdir.
28. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, EBBP seriyalı 818524 nömrəli 219107,36 manat məbləğində elektron qaimə faktura "xxxx" MMC tərəfindən “X11” MMC-yə təqdim edilmişdir.
29. "xxxx" MMC və “X11” MMC arasında imzalanmış, möhürlə təsdiq olunmuş təhviltəslim aktına əsasən SQL Server 2019 Standard Core-2 X14 – DG7GMGF0FLR2-0002 24 ədəd, VMware vSphere 7 X3 Kit for 6 processors-VS7- EPL-6AK-C+Production Support/Subscription for VMware vSphere 7 X3 Kit for 6 processors for 1 year 1 ədəd, Samsung 870 EVO 2TB 2.5 İnch SATA İİİ İnternal SSD disk 24 ədəd olmaqla “X11” MMCyə təhvil verilmişdir.
30. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci ildə Mega Amare LT MMC-yə 168457,53 manat pul ödənilmişdir.
31. İddiaçı tərəfindən Cavabdeh1 təqdim edilmiş xx.xx.2023-cü il tarixli fakturaya əsasən ƏDV-siz 82099,58 ABŞ dolları, xx.xx.2023-cü il tarixli fakturaya əsasən ƏDV-siz 27366,53 ABŞ dolları pul ödənilməlidir.
32. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
33. Belə ki, iddia ərizəsi 3 hissədən ibarətdir: 1. 114170 ABŞ dolların məbləğində pulun tutulması; 2. 47380,55 ABŞ dolların məbləğində dəbbə pulunun tutulması; 3. 8083 ABŞ dolları məbləğində əldən çıxmış faydanın ödənilməsi.
34. Məhkəmə iddia ərizəsini birinci hissədə qismən - Cavabdeh1 aid hissədə əsaslı hesab edir.
35. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 “X11” QSC və "xxxx" ASC-də İT üzrə mütəxəssis qismində çalışmış, hazırda onun həmin hüquqi şəxslərlə olan əmək müqavilələrinə xitam verilmişdir.
36. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, “X11” QSC-nin Cavabdeh3 qanuni təmsilçisi olduğu "xxxx" MMC ilə müqaviləsi olmuş, həmin müqavilə üzrə "xxxx" MMC-dən malların (24 ədəd lisenziya paketi) alınması razılaşdırılmış, həmin mallar təhvil verilmədiyi halda, tərəfindən formal olaraq təhvil aktı imzalanmışdır. Mallar təhvil verilmədiyi halda aktı imza etməsinin səbəbi isə Cavabdeh3 istəyi və həmin malları əldə etməsi üçün avans pulun ödənilməsinə ehtiyacının olması olmuşdur. Həmin malların təhvil verilmədiyi aşkar edildikdə, işlədiyi “X11” QSC ondan lisenziya paketlərinin təhvil alınıb hüquqi şəxsə verilməsini tələb etmişdir. Bundan əlavə, "xxxx" ASC vaxtilə 8 ədəd lisenziya paketinin alınması ilə bağlı Marstech şirkəti ilə müqavilə bağlamış, o, "xxxx" ASC-dən işdən çıxan zaman həmin lisenziya paketləri tapılmadığı üçün İT rəhbəri olaraq həmin mallar ondan tələb edilmiş, həmin lisenziya paketlərini də iddiaçı MMC-dən alıb "xxxx" ASC-yə təhvil vermişdir. Həmin malların alınması üçün Cavabdeh3 tanıdığı və onu tanış etdiyi iddiaçı MMC-yə ümumilikdə 32 ədəd lisenziya paketini sifariş etmiş, həmin lisenziya paketləri birbaşa ona deyil, onun tələbi ilə 24 ədədi “X11” QSC-yə, 8 ədədi isə "xxxx" ASC-yə təhvil verilmiş, hazırda həmin lisenziya paketləri üçüncü şəxslərdədir. Həmin lisenziya paketlərinin dəyərinin ödənilməsi ondan tələb edilsə də, o, öz payına düşən hissəni ödəmiş, qalan hissəsinin dəyərinin ödənilməsini isə Cavabdeh3 öz üzərinə götürmüşdür.
37. Məhkəmə iclasında iddiaçı MMC-nin qanuni təmsilçisi G.Səfərəliyeva izahatında bildirdi ki, Cavabdeh1 ona 32 ədəd lisenziya paketini sifariş etmiş, o həmin lisenziya paketlərini Microsoft Şirkətinə ödəniş etməklə almış, Cavabdeh1 istəyi ilə 24 ədədi “X11” QSC-yə, 8 ədədi isə "xxxx" ASC-yə təhvil verilmiş, hazırda işlək vəziyyətdədir. O, Cavabdeh1 yazılı müqavilə bağlanmalı olmasını tələb etdikdə, Cavabdeh1 özü birbaşa müqaviləyə imza etməkdən imtina etmiş, müqavilənin Cavabdeh2 MMC ilə formal olaraq bağlanmasını təklif etmişdir. O, bu təkliflə razılaşmış, yazılı müqavilə Cavabdeh2 ilə rəsmiləşdirilmişdir. Cavabdeh2 MMC tərəfindən ona lisenziya paketi sifariş verilməmiş, həmin MMC-yə hər hansı lisenziya paketi satılmamışdır. Hazırda bu iş üzrə həmin MMC ilə yazılı müqavilə imzalandığı üçün malların dəyərinin həm də cavabdeh MMC-dən ödənilməsini tələb edir. Cavabdeh1 ondan daha əvvəl də mal almış, lakin pulunu vaxtında ödədiyi üçün ona etibar etmişdir.
38. Məhkəmə iclasında cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında göstərdi ki, materiallarda olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi onunla bağlansa da, həmin müqavilə ümumi müqavilədir, cavabdeh MMC-nin həmin müqavilə üzrə hər hansı sifarişi olmamış, ona həmin müqavilə üzrə hər hansı mal satılmamışdır. Həmin müqavilə hazırda qüvvədədir, gələcəkdə həmin müqavilə üzrə sifarişlər edilə bilər. Həmin müqavilə bağlanarkən iddiaçı MMC ilə Cavabdeh1 arasında olan razılaşmadan məlumatlı olmuşdur. Belə ki, Cavabdeh1la şifahi olaraq razılaşmışdır ki, müqavilə cavabdeh MMC adından bağlanacaq, pulunu Cavabdeh1 MMC-nin vasitəsilə (pulu nağd qaydada cavabdeh MMC-nin bank hesabına mədaxil edib iddiaçı MMC-nin hesabına köçürməklə) ödəyəcəkdir.
39. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı MMC ilə Cavabdeh1 arasında 2023-cü ilin yanvar ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin bağlanması barədə Cavabdeh1 ofertası iddiaçı MMC tərəfindən aksept edilmiş, satılmalı olan mallar barədə razılıq əldə edilmiş, iddiaçı MMC tərəfindən Cavabdeh1 istəyi ilə həmin mallar - 8 ədəd lisenziya açarı xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə, 24 ədəd lisenziya açarı isə xx.xx.2023-cü il tarixdə “X11” QSC-yə təhvil verilmişdir.
40. Göstərilən hal iddiaçı MMC-nin nümayəndələrinin, habelə Cavabdeh1 məhkəmə iclaslarındakı izahatları, iddiaçı MMC-nin şikayət ərizəsi əsasında başlanmış cinayət işinin istintaqı zamanı verilmiş ifadələr (Cavabdeh1 ibtidai istintaq zamanı verdiyi ifadəsində də 2023-cü ilin əvvəllərində iddiaçı MMC-nin ofisində direktor G.Səfərəliyeva ilə görüşdüyünü, 24 ədəd elektron açar lisenziyasının nağd qaydada alışı barədə razılıq əldə edildiyini, həmin ilin mart ayına qədər pulunun ödəniləcəyini göstərmiş, qalan 8 ədəd elektron açar lisenziyasının da həmin MMC-dən nağd qaydada aldığını, ümumilikdə 32 ədəd elektron açar lisenziyasının almasını təsdiq etmişdir; iddiaçı MMC-nin qanuni təmsilçisi ifadəsində lisenziyaları alması üçün Cavabdeh1 şəxsən MMC-nin ofisinə gəldiyini, razılıq əldə edildiyini, malların dəyərinin Cavabdeh1 tərəfindən 1 ay sonra ödənilməli olduğunu göstərmişdir), habelə iddiaçı MMC və Cavabdeh1 arasında olan e-mail yazışmaları və sairə ilə müəyyən edilir.
41. Həmin malların Cavabdeh1 istəyi ilə üçüncü şəxslərə təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə e-mail vasitəsilə (mailto:fariz.seidov@gmail.comElektron ünvan ) məlumat verilmiş, sonuncu tərəfindən malların təhvil verilməsi faktı təsdiq edilmişdir.
42. Alınan malların dəyərinin ödənilməsi ilə bağlı iddiaçı MMC tərəfindən yuxarıda göstərilən e-mail ünvanına 2 ədəd hesab faktura təqdim edilmişdir (8 ədəd lisenziya paketi ilə bağlı - ƏDV daxil olmaqla 32292,50 ABŞ dolları, 24 ədəd lisenziya paketi ilə bağlı – ƏDV-siz 82099,58 ABŞ dolları).
43. Cavabdeh1 göstərilən müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 10000 ABŞ dolları, xx.xx.2023-cü ildə isə 5000 ABŞ dolları nağd qaydada ödəniş etməsi bu barədə müvafiq yazılı sübut olmasa da, onun özünün materiallarda olan (i.v.48-49) yazılı izahatı, habelə Cavabdeh1 və iddiaçı MMC-nin nümayəndələrinin məhkəmə iclaslarındakı izahatları ilə müəyyən edilmişdir.
44. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
45. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
46. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.
47. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
48. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
49. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
50. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
51. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
52. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
53. Belə ki, Cavabdeh1 satılmış malların əvəzi qismində ümumilikdə ƏDV daxil olmaqla 129170 ABŞ dolları (32292,50 ABŞ dolları və 96877,50 ABŞ dolları) ödəməli olduğu halda, cəmi 15000 ABŞ dolları vəsait ödəmiş, qalıq 114170 ABŞ dolları pul ödənilməmiş qalmışdır.
54. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda satılmış malların qalıq dəyərinin alıcıdan, yəni Cavabdeh1 ödənilməsini tələb etməklə haqlıdır.
55. Məhkəmə Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə razılaşmır, bununla bağlı aşağıdakıları qeyd edir.
56. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
57. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
58. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
59. 377.3-cü maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
60. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmiş, Cavabdeh1 yazılı izahatında (i.v.48-49) qalıq 114170 ABŞ dolları borcunun 2023-cü ilin sentyabr ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür.
61. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməmişdir.
62. Məhkəmə 114170 ABŞ dolları pulun həmçinin cavabdeh MMC, habelə Cavabdeh3 tutulması olması barədə iddiaçının iddia tələbini əsassız hesab edir, həmin hissədə iddianın rədd edilməli olması qənaətinə gəlir.
63. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 59/23 saylı alqı-satqı müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, cavabdeh MMC tərəfindən həmin müqavilə üzrə iddiaçıya hər hansı mal sifariş verilməmiş, iddiaçı MMC tərəfindən həmin müqavilə üzrə hər hansı mal cavabdeh MMC-yə təhvil verilməmişdir.
64. Materiallardan da görünür ki, malların sifariş verilməsi, təhvil verilməsi 2023-cü ilin yanvar və fevral aylarında, hazırkı müqavilənin tarixindən bir ay əvvəl olmuşdur.
65. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
66. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
67. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh MMC arasında hər hansı öhdəlik münasibəti olmadığından cavabdeh MMC iddiaçı qarşısında satılmış malların dəyərini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır.
68. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh3 aid hissədə də əsassızdır.
69. Belə ki, iddiaçının qanuni təmsilçisi G.Səfərəliyeva məhkəmə iclasındakı izahatında alıcı Cavabdeh1la onu məhz Cavabdeh3 tanış etdiyini, bu səbəbdən Cavabdeh1 öhdəliklərini icra etmədiyi təqdirdə onunla birgə məsuliyyət daşımalı olduğunu bildirmişdir.
70. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır.
71. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı ilə alqı-satqı müqaviləsi məhz Cavabdeh1la bağlanmış, həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təminatı qismində Cavabdeh3la hər hansı zaminlik müqaviləsi bağlanmamışdır.
72. Hazırda Cavabdeh3 iddiaçının iddia tələbinə cavab verməli olan şəxs deyildir.
73. Materiallarda olan iddiaçı MMC-nin qanuni təmsilçisi ilə Cavabdeh3 arasında olan vatsap yazışmalarından da bu hal müəyyən edilir, belə ki, yazışmalardan da göürünür ki, iddiaçı tərəf Cavabdeh3 aşağıdakı məzmunda mesaj göndərmişdir: “... Siz Bakusteel-dən bizə Farizi göndərmişdiz. ... İki mal alıb. Birinin pulunu ödədi. O birisinin isə deyəsən fikri yoxdur ödəmək. Guya onun dostu pul verməli idi, vermədi, trubkanı götürmür, atıb və s. Sadəcə çox narahatam”.
74. Cavabdeh3 qarşı yönəlmiş tələblərlə bağlı da məhkəmə qeyd edir ki, iddiaçı ilə həmin şəxs arasında hər hansı öhdəlik münasibəti olmadığından Cavabdeh3 iddiaçı qarşısında satılmış malların dəyərini ödəmək, habelə hər hansı digər öhdəlik daşımır.
75. Bu baxımdan məhkəmə vurğulayır ki, adı çəkilən cavabdehlərin qeyd edilən hissədə iddiaçının iddia tələbinə cavab verməli olan subyektlər kimi qəbul edilməsi mümkün deyildir; hər hansı iddia tələbi isə məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər.
76. Məhkəmə iddia ərizəsini ikinci, 47380,55 ABŞ dolları pulun tələb edilməsi hissəsində əsassız hesab edir.
77. Belə ki, Cavabdeh1la iddiaçı arasında dəbbə pulunun ödənilməsi ilə bağlı hər hansı yazılı razılaşma olmadığı üçün Cavabdeh1 dəbbə pulunun ödənilməsinin tələb edilməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz.
78. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
79. 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər
80. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
81. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.
82. 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur.
83. İddia tələbinin əsas borcun tutulması hissəsində cavabdeh MMC və Cavabdeh3 aid hissədə əsassız olması müəyyən edildiyi üçün onlardan dəbbə pulunun tələb edilməsi ilə bağlı iddia da əsassızdır, təmin edilə bilməz.
84. Məhkəmə iddianı üçüncü, 17 aylıq müddət üçün 8083 ABŞ dolları əldən çıxmış faydanın tələb edilməsi hissəsində də əsassız hesab edir.
85. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
86. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
87. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehlərin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onların iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
88. İşin araşdırılan hallarından delikt üzrə məsuliyyətin yaranmasının şərti – zərər vuranın təqsirli və hüquqa zidd əməli, habelə əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu öz təsdiqini tapmır.
89. Hazırkı halda iddiaçı cavabdehlərin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
90. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 114170 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
91. Bundan başqa iddia ərizəsində 320 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehlərdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, həmin xərci təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilmədiyindən göstərilən xərc iddiaçının özünə aid edilməlidir.
92. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
93. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
94. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 484,09 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) Cavabdeh1 tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 95,91 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
95. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 114170 (bir yüz on dörd min bir yüz yetmiş) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və 484,09 (dörd yüz səksən dörd manat sıfır doqquz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 95,91 (doxsan beş manat doxsan bir qəpik) manat dövlət rüsumu və hüquqi yardımla bağlı çəkilmiş 320 (üç yüz iyirmi) manat xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova