Məhkəmə qərarları › İş №e-2-2(113)-3968/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3968/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3968/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 11265,95 ABŞ dolları - bundan 4314,94 ABŞ dolları əsas, 1443,68 ABŞ dolları faiz, 4878,53 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 628,80 ABŞ dolları faiz borcunun və iş üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 14 aprel 2014-cü il tarixli 194-14 USD nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 24 ay müddətinə illik 30 faiz olmaqla 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-194-14 USD nömrəli 14 aprel 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra xx.xx.2014-cü il tarixli 68409372 saylı kredit müqaviləsinə 20 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9208,66 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5271,36 ABŞ dolları əsas borc, 2389,4 ABŞ dolları faiz borcu və 1547,9 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılır və illik 8 faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış əsas borcun, cərimə və faiz borcunun ödənilməsi tələbi” mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, lakin cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etmədiklərindən “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə MŞB/10-00318 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********327 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 11265,95 ABŞ dolları təşkil edir. Bundan 4314,94 ABŞ dolları əsas, 1443,68 ABŞ dolları faiz, 4878,53 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 628,80 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə yükləyərək onun iştirak olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında əsas borcun mövcud olduğunu, lakin digər borcların mövcudluğu ilə razılaşmayaraq iddia tələbin həmin hissələrdə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 194/14-USD nömrəli kredit müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh2 30 ay müddətinə illik 30% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 60% dərəcəsi ilə, aylıq isə 5% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixli 194/14-USD nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli 194/14-USD nömrəli kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi zamin – Cavabdeh1 borcalanın müqavilə üzrə öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 194/14-USD nömrəli kredit müqaviləsin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********362 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 4314,94 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1443,68 ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 4878,53 ABŞ dolları cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan (illik faiz dərəcəsi 5% olmaqla) faiz məbləği 628,80 ABŞ dolları, ümumilikdə isə yaranmış borc məbləği 11265,95 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiz Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6462 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixə əsas borc 5099,04 ABŞ dolları, faiz borcu 1049,27 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borc 5099,04 ABŞ dolları, faiz borcu 1781,55 ABŞ dolları, illik 5% hesablanmaqla 732,28 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 100 manatdır. xx.xx.2023-cü il tarixli 00318 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ləğv prosesində olan İddiaçı ASC Bakı şəhəri 10 saylı mediasiya təşkilatına 210 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7, 467, 470.1 və 477.0.4-cü maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclular arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı 4314,94 ABŞ dolları əsas borc, 1443,68 ABŞ dollar faiz borcu, 4878,53 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 628,80 ABŞ dolları faiz borcu tələb etsə də, məhkəmə hesab edir ki, tələb əsas və illik 5%-lə hesablanmış borc hissədə tam, faiz borcu hissəsində qismən, yəni xx.xx.2023-cü il tarixli 9/6462 nömrəli ekspert rəyində müəyyən edilmiş kimi 1049,27 ABŞ dolları həcmində təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 206,99 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh zamin Cavabdeh1 qarşı tələbi rədd edilməlidir, belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edildiyindən iddiaçı hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddianın irəli sürməsi müddətini ötürmüşdür. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4314,94 ABŞ dolları əsas, 1049,27 ABŞ dollar faiz, 206,99 ABŞ dolları cərimə və illik 5%-lə hesablanmış 628,80 ABŞ dolları faiz borcu, cəmi 6200 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 210 manat məbləğində mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi Cavabdeh1 qarşı hissədə rədd olunmalıdır. İddia tələbinin 55,03%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərcinin 55,03 manatı Cavabdeh2, 44,97 manatı ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 4314,94 ABŞ dolları əsas, 1049,27 ABŞ dollar faiz, 206,99 ABŞ dolları cərimə və illik 5%-lə hesablanmış 628,80 ABŞ dolları faiz borcu, cəmi 6200 ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 210 manat məbləğində mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə rədd olunsun. Ekspertiza xərcinin 55,03 manatı Cavabdeh2, 44,97 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar