Məhkəmə qərarları › İş №e-2-2(113)-397/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-397/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-397/2023 16.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “Bulaq-1" Kiçik Müəssisəsinə qarşı pul və əşyaların qaytarılması tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı MMC-nin xeyrinə 36000 manat məbləğində pulun tutulması və əşyaların (cədvəldə göstərilən) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 12 mart 2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icarəyə verən , yəni Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3500 m2 olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən 3000 m2 hissəsini icarəçi İddiaçı MMC-yə icarəyə vermişdir. Həmin müqavilənin 3-cü maddəsinə əsasən icarə müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilir və icarə müqaviləsinin müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin ləğv edilməsinə dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti eyni şərtlərlə daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 8-ci maddəsinə əsasən müqavilənin ləğv edilməsi icarəyə götürən tərəfindən 1 ay qabaqcadan yazılı ərizə ilə həyata keçirilir. Müqavilənin ləğv edilməsi icarəyə verən tərəfindən isə 6 ay qabaqcadan xəbərdar edilməklə və ya 6 ay icarə haqqı məbləğində təzminat ödəmək şərti ilə 1 ay qabaqcadan yazılı xəbərdarlıq edilməklə həyata keçirilir. Müqavilə xx.xx.2020-ci il tarxində bağlandıqdan sonra xx.xx.2021-ci il tarixində müqavilə müddəti bitsə də, tərəflər müqavilənin 3-cü madəsinə əsasən müqaviləni ləğv etməmiş, müqavilə münasibətləri davam etmişdir. Daha sonra müqavilə münasibətlərinin müddəti xx.xx.2022-ci il tarixində bitsə də, yenı müqavilənin 3-cü bəndinə əsasən müqaviləyə xitam verilməmiş, müqavilə daha 1 il müddətinə uzadılmışdır. Bu dəfə isə icarəyə verən müqavilənin 8-ci maddəsinə əməl etməmiş, müqavilənin ləğvi ilə bağlı 6 aylıq müddəti gözləmədən, icarə müqaviləsini bir tərəfli ləğv etmiş, başqa şəxslərlə icarə müqaviləsi bağlamışdır, hal-hazırda həmin şəxslərlə də icarə müqaviləsi davam edir. Bu səbəblə də, icarəyə verən 6 aylıq icarə haqqı məbləğini yəni 36000 manat məbləğini ödəməlidir. İcarə müqaviləsi bağlanarkən icarə obyektində olan əşyalar əvvəlki icarədarlar tərəfindən iddiaçıya satılsa da icarəyə verən müqaviləyə xitam verərkən həmin əşyaları iddiaçıya qaytarmaqdan imtina temişdir. Bununla bağlı dəfələrlə müraciət edilsə də, icarəyə verən imtina etmişdir. bu səbəblə də məhkəmə qaydasında tələb etmək zərurəti yaranmışdır. Cavabdeh “Bulaq-1" Kiçik Müəssisəsi iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, İddiaçı iddia ərizəsi verərək Cavabdehndən onun xeyrinə 36000 manat məbləğində pulun tutulması və ümumi dəyəri 22540 manat təşkil edən 25 adda müxtəlif təyinatlı mebel və texniki vasitələrin ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi İddiaçı iddia tələbi iki hissədən ibarətdir. Məhz bu səbəbə görə də həmin iddia tələblərinin hər birinə ayrı-ayrılıqda münasibət bildirmək istəyirəm. Qeyd etmək istəyirəm ki, İddiaçı Cavabdeh ilə 16 mart 2020-ci il tarixində notariat qaydasında 3M-412 reyestr nömrəli “İcarə müqaviləsi” bağlayaraq sonuncunun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 3500 m2-dən ibarət olan qeyri-yaşayış sahəsini (mehmanxananı) icarəyə götürmüş və həmin mehmanxanadan SOCAR-ın podratçısı kimi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Türkiyə Respublikasının "xxxx" Şirkətinin işçilərinə yataqxana xidməti göstərmişdir. İddiaçı 2022-ci ilin mart ayı üzrə icarə haqqını Cavabdehnə tam həcmdə ödəmişdir. Lakin 2022-ci ilin mart ayının son günü heç bir xəbərdarlıq etmədən İddiaçı işçi heyəti özlərinə məxsus daşınması mümkün olan əmlakları götürərək Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk etmişdirlər. Hətta onlar mehmanxananı tərk edərkən yataqxana xidməti göstərdikləri 57 nəfər Türkiyə Respublikasının vətəndaşlarını bizim öhtəmizə buraxmışdırlar. Bundan sonra 2022-ci ilin aprel ayının 10-na kimi həmin 57 nəfərə Cavabdeh tərəfindən haqqı ödənilmədən yataqxana xidməti göstərilməkdə davam etdirilmişdir. İddiaçı işçi heyəti Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk etdikdən sonra 2022-ci ilin mart ayı üzrə 2417 manat həcmində təbii qazı istifadə edilməsinə və 57 nəfərin gündə iki dəfə qidalanmaq şərti ilə yataqxana xidmətinin göstərilməsinə görə 5000 manat həcmində xərclər İddiaçı MMC tərəfindən bu günə kimi ödənilməmişdir. İddiaçı öz iddia ərizəsində iddia edir ki, güya onlar Cavabdeh tərəfindən “İcarə müqaviləsi"-nin 8-ci bəndində göstərilən qaydada xəbərdar edilmədən sonuncu tərəfindən həmir, müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Məhz bu səbəbə görə də Cavabdehndən 6 aylıq icarə haqqı həcmində 36000 manat kompensasiya tələb edirlər. “İcarə müqaviləsi”-nin 8. bəndinə görə ““İcarəyə götürən” təhvil təslim ak:: ilə icarəyə götürdüyü icarə predmetini olduğu şəkildə “İcarəyə verən”-ə təhvil verməlidir.” Göründüyü kimi İddiaçı icarə predmetini təhvil-təslim aktı əsasında Cavabdehnə təhvil verməmiş və sonuncu tərəfindən 16 mart 2020-ci il tarixli, 3M-412 reyestr nömrəli “İcarə müqaviləsi”-nə birtərəfli qaydada xitam verilməsini sübut edə bilmədiyi halda, ondan 6 aylıq icarə haqqı həcmində 36000 manat: kompensasiya tələb edir. Halbu ki, yuxarıda qeyd etdiyim kimi İddiaçı bu günə kimi Cavabdeh qarşısmda 7417 manat həcmində ödənilməmiş borcu mövcuddur. İddiaçı iddia tələbinin ikinci hissəsini güya Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk edərkən özünə məxsus olan ümumi dəyəri 22540 manat təşkil edən 25 adda mebel və digər avadanlıqların ona qaytarılmaması ilə əsaslandırmağa çalışmışdır. Bununla əlaqədar olaraq bildirirəm ki, İddiaçı MMC-nin iddia ərizəsində göstərilmiş mebel və digər avadanlıqların siyahısı 2020-ci ilin mart ayında oniar tərəfindən Cavabdeh mülkiyyətində olan mehmanxana icarəyə götürülərkən, onlara qədər həmin mehmanxananı idarə etmiş Nizami Həsənovdan öz aralarında qiymətləndirmə apararaq qəbul etdikləri avadanlıqların siyahısı əsasında tərtib edilmişdir. Yəni İddiaçı tərəfindən Cavabdeh mülkiyyətində olan mehmanxanan: icarə əsasında istifadə edildiyi 2 (iki) il müddətində həmin avadanlıqlardan istifadə edilmişdir. Digər tərəfdən İddiaçı işçi heyəti Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk edərkən həmin avadanlıqların bir hissəsini özləri ilə aparmışdırlar. (Cədvəl N2 və 1-ə bax) Qeyd etmək istəyirəm ki, İddiaçı işçi heyəti Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk etdikdən sonra mehmanxanada saxlanılmış mebel və digər avadanlıqları istənilən vaxt onlara təhvil verməyə hazırıq. (Cədvəl N° 2-ə bax) Bununla da İddiaçı “Bulaq-1" Kiçik Müəssisəsinə qarşı hər iki iddia tələbinin heç bir əsası olmadığı sübut olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tələb olunan əşyalar iddiaçı tərəfindən əvvəl həmin mehmanxanada icarə əsasında fəaliyyət göstərən şəxslərdən alınmış, lakin icarə müqaviləsi qüvvədə olan dövrdə Cavabdeh tələbi ilə iddiaçı məcburi mehmanxanadan çıxarılmış və həmin əşyaların aparılmasına maneələr törədilmişdir. Həmçinin izahatında iyul ayından xəstə olduğunu və pretenziyanın gec göndərildiyini bildirmişdir. Odur ki, məhkəmədən qeyd olumanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Bulaq-1" Kiçik Müəssisəsinin nümayəndəsi Vəkil2 etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hazırda tələb olunun əşyalar iddiaçı tərəfindən əvvəl həmin mehmanxanada icarə əsasında fəaliyyət göstərən şəxslərdən alınmış, lakin “Bulaq-1" Kiçik Müəssisəsinə təhvil verilməmiş, İddiaçı MMC 2022-ci ilin mart ayının icarə haqqını ödəyəndən sonra həmin ayın 31-i mehmanxanada fəaliyyətini birtərəfli qaydada könüllü dayandırmış və özünə məxsus əşyaları (etirazda qeyd olunan əşyalardan başqa) götürərək icarəyə götürdükləri qeyri-yaşayış sahəsini tərk etmişlər. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın etirazda qeyd olunan əşyalara münasibətdə qismən təmin edilməsini, pul tələbi hissəsində isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş mehmanxanada nəzarətçi kimi fəaliyyət göstərən X1 izahatında bildirmişdir ki, 2022-ci ilin əvvəlində mehmanxanada qalan şəxslərin sayı kəskin azaldığına, artıq mehmanxananın istifadə edilməsi icarəçiyə icarə haqqı ödəməkdə çətinlik yaratdığına görə, İddiaçı MMC 2022-ci ilin mart ayında özlərinə məxsus əşyaların bir qismini götürərək mehmanxananı tərk etmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 mart 2020-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3500 m2 olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən 3000 m2 hissəsini hər ay 6000 manat ödəmək şərti ilə 2 il müddətinə İddiaçı MMC-yə icarəyə vermiş, 3-cü bəndinə əsasən müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına heç bir təklif irəli sürməzlərsə icarə müddəti eyni şərtlərlə daha 1 il müddətinə uzadılmış hesab edilir, 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi icarəyə götürən tərəfindən 1 ay qabaqcadan yazılı ərizə ilə həyata keçirilir. Müqavilənin ləğv edilməsi icarəyə verən tərəfindən isə 6 ay əvvəl yazılı xəbərdarlıq edilməklə və ya 6 ay icarə haqqı məbləğində təzminat ödəmək şərti ilə 1 ay qabaqcadan yazılı xəbərdarlıq etməklə həyata keçirilir. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC həmin tarixdə Cavabdehnə pretenziya məktubu göndərərək tələb yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Etiraza əlavə edilmiş siyahıdan görünür ki, İddiaçı işçi heyəti Cavabdeh mülkiyyətində olan mehmanxananı tərk etdikdən sonra mehmanxanada saxladığı əşyalar aşağıdakılardır: 1) Simsiz telefon aparatı-2 ədəd; 2) Künc divanı-1 ədəd; 3) Soyuducu-1 ədəd; 4) Mebel dəsti-1 ədəd; 5) Ofis mebeli-1 ədəd; 6) Gecə işığı lampası-1 ədəd; 7) Tozsoran-4 ədəd; 8) Stul-70 ədəd; 9) Kondisioner-2 ədəd; 10) Faks terminalı-1 ədəd; 11) Restoran avadanlığı-2 ədəd; 12) Seyf-30 ədəd; 13) Restoran mebeli (yumru stol)- 4 ədəd İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmə baxışında müəyyən edilmişdir ki, icarəyə verən Cavabdeh ilə icarəyə götürən İddiaçı MMC arasında bağlamış 12 mart 2020-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 3500 m2 olan qeyri-yaşayış sahəsinin 3000 m2 hissəsi hər ay 6000 manat ödəmək şərti ilə 2 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir. Həmçinin həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilənin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına heç bir təklif irəli sürməzlərsə icarə müddəti eyni şərtlərlə daha 1 il müddətinə uzadılmış hesab edilir, 8-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi icarəyə götürən tərəfindən 1 ay qabaqcadan yazılı ərizə ilə həyata keçirilir. Müqavilənin ləğv edilməsi icarəyə verən tərəfindən isə 6 ay əvvəl yazılı xəbərdarlıq edilməklə və ya 6 ay icarə haqqı məbləğində təzminat ödəmək şərti ilə 1 ay qabaqcadan yazılı xəbərdarlıq etməklə həyata keçirilir. İddiaçı məhkəməyə müraciət edərək icarə müqaviləsi qüvvədə olan dövrdə Cavabdeh tələbi ilə məcburi qaydada mehmanxanadan çıxarıldıqlarını, bu səbəbdən onlara məxsus olan əşyaları mehmanxanadan apara bilmədiklərini, buna uyğun olaraq icarəçiyə məxsus olan əşyaların qaytarılmasını, həmçinin müqavilənin 8-ci bəndinə əsasən 36000 manat məbləğində təzminat ödənilməsini xahiş etmişlər. Cavabdeh isə etirazında İddiaçı MMC 2022-ci ilin mart ayının icarə haqqını ödədiyini, lakin həmin ayın 31-i mehmanxanada fəaliyyətini birtərəfli qaydada könüllü dayandırdığını və özünə məxsus əşyaları, etirazda qeyd olunan əşyalardan başqa apardıqlarını bildirmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı 31 mart 2022-ci il tarixdə məcburi qaydada mehmanxanadan çıxarıldığını və tələb olunan əşyaların aparılmasına maneələrin törədildiyini qeyd etsə də, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim etməmiş, hətta hüquqlarının pozulduğunu bilən iddiaçı həmin dövrdə bununla bağlı müvafiq orqanlara (polis və sair) şikayət etməmiş, pretenziyanı isə xx.xx.2022-ci il tarixdə (təxminən 6 ay sonra) iddiaçıya göndərmiş, bu isə onu göstərir ki, müqavilə şərtlərini icarəyə verən pozmamış və əşyaların aparılmasında maneələr törətməmişdir. Bununla yanaşı iddiaçı müəyyən əşyaları cavabdehdən tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçı ilk öncə həmin əşyaların cavabdehə təhvil verilməsini əks etdirən, yəni sonuncunun sahibliyində olmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməlidir, lakin o, bunu etməmiş, cavabdeh isə iddiaçının istinad etdiyi həcmdə deyil, müəyyən əşyaların onlarda qaldığını etiraf etmişdir. Göründüyü kimi iddiaçı mehmanxanadan məcburi qaydada çıxarıldığını və tələb olunan əşyaların aparılmasına maneələrin törədildiyini sübuta yetirə bilmədiyindən iddia tələbi qismən təmin edilməli və cavabdehin etirazında qeyd olunan mehmanxanada qalan əşyalar iddiaçıya qaytarılmalı, iddia tələbi digər hissələrdə isə rədd edilməlidir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 1) Simsiz telefon aparatı-2 ədəd; 2) Künc divanı-1 ədəd; 3) Soyuducu-1 ədəd; 4) Mebel dəsti-1 ədəd; 5) Ofis mebeli-1 ədəd; 6) Gecə işığı lampası-1 ədəd; 7) Tozsoran-4 ədəd; 8) Stul-70 ədəd; 9) Kondisioner-2 ədəd; 10) Faks terminalı-1 ədəd; 11) Restoran avadanlığı-2 ədəd; 12) Seyf-30 ədəd; 13) Restoran mebeli (yumru stol)-4 ədəd alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. İddia digər hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 1) Simsiz telefon aparatı-2 ədəd; 2) Künc divanı-1 ədəd; 3) Soyuducu-1 ədəd; 4) Mebel dəsti-1 ədəd; 5) Ofis mebeli-1 ədəd; 6) Gecə işığı lampası-1 ədəd; 7) Tozsoran-4 ədəd; 8) Stul-70 ədəd; 9) Kondisioner-2 ədəd; 10) Faks terminalı-1 ədəd; 11) Restoran avadanlığı-2 ədəd; 12) Seyf-30 ədəd; 13) Restoran mebeli (yumru stol)-4 ədəd alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İddia digər hissələrdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar