Məhkəmə qərarları › İş №e-2-2(113)-3978/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3978/2023

17.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3978/2023 17.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixli 05/2022 saylı müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən malın alınması üçün cavabdehə ödənilmiş xx.xx.2022-ci il tarixdə OX 8 ödəniş tapşırığı ilə 10966,25 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə OX 3 saylı ödəniş tapşırığı ilə 13755,03 ABŞ dollar pul vəsaitinin (və yaxud mal şəklində), cəmi 24721.28 ABŞ dollar məbləğində pul vəsaitinin cavabdehdən tularaq iddiaçıya geri qaytarılması, maddi və mənəvi ziyan kimi cavabdehdən 200000 ABŞ dollarının tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı xx.xx.2022-ci il tarixli 05/2022 saylı müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən malın alınması üçün cavabdehə ödənilmiş xx.xx.2022-ci il tarixdə OX 8 ödəniş tapşırığı ilə 10966,25 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə OX 3 saylı ödəniş tapşırığı ilə 13755,03 ABŞ dollar pul vəsaitinin (və yaxud mal şəklində), cəmi 24721.28 ABŞ dollar məbləğində pul vəsaitinin cavabdehdən tularaq iddiaçıya geri qaytarılması, maddi və mənəvi ziyan kimi cavabdehdən 200000 ABŞ dollarının tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. Həmin Məcəllənin 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən ərazi aidiyyəti qaydalarına riayət edilmədən verilmişdir. Belə ki, cavabdeh, hüquqi ünvanı Startovaya küçəsi 26, Dnepr şəhəri, 49000, Ukrayna olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmaqla xarici şəxsdir və onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olması iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, tərəflər arasında bağlanmış 17 may 2022 tarixli, 05/2022 saylı müqavilənin “arbitraj” adlanan 10-cu bəndində tərəflər arasında yaranmış mübahisələrin həlli ilə bağlı məsələlərin Dnipropetrovski vilayətinin İqtisad Məhkəməsində baxılması nəzərdə tutulmuşdur. Yəni tərəflər arasında bağlanmış müqavilədə də Azərbaycan Respublikası məhkəməsinin deyil, Ukrayna Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gəlmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı xx.xx.2022-ci il tarixli 05/2022 saylı müqavilənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən malın alınması üçün cavabdehə ödənilmiş xx.xx.2022-ci il tarixdə OX 8 ödəniş tapşırığı ilə 10966,25 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə OX 3 saylı ödəniş tapşırığı ilə 13755,03 ABŞ dollar pul vəsaitinin (və yaxud mal şəklində), cəmi 24721.28 ABŞ dollar məbləğində pul vəsaitinin cavabdehdən tularaq iddiaçıya geri qaytarılması, maddi və mənəvi ziyan kimi cavabdehdən 200000 ABŞ dollarının tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar