Məhkəmə qərarları › İş №e-2-2(113)-398/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-398/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-398/2025 07.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «icarə müqaviləsi üzrə borcun ödənilməsi və sair» tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi və dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «əmlakların geri qaytarılması» tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, № 01/1222P saylı icarə müqaviləsinin ləğv olunması, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, № 01/1222P saylı icarə müqaviləsi üzrə yaranmış 9764,82 manat və 1757,7 manat ƏDV borcunun cavabdehdən tutularaq İddiaçı MMC-nə verilməsi, cavabdehə təqdim olunmuş mallardan 29538 manat dəyərində olan: 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m qiyməti 240 manat olan 3 m (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m qiyməti 15 manat olan 500 m (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakıayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qolədəd 200); - 1 m qiyməti 15 manat olan 800 m (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qolədəd 510) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-nə verilməsi və hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 01 dekabr 2022-ci il tarixli, № 01/1222P saylı iddiaçının əmlakının icarə verilməsinə dair müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən icarəyəverən ona məxsus olan əmlakı icarəçinin istifadəsinə verməyi, icarəçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma/sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada icarəyə verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.4.2-ci bəndinə əsasən icarəçinin əmlakı bu müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq vəzifəsi müəyyən edilmişdir. Müqavilənin 8.3-cü bəndinə əsasən “Mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı Tərəfin müraciəti ilə fiziki şəxslərlə bağlı işlərdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi, hüquqi şəxslərlə bağlı işlərdə Bakı Kommersiya Məhkəməsində həll olunur.” Ona görə də hazırkı ərizəyə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İcarə müqaviləsinə əlavə olunmuş müvafiq əlavələrdə icarəyə verilən əmlakların qiymətləri tərəfimizdən razılaşdırılmışdır. Bundan başqa, müqavilə üzrə öhdəliklər tərəfimizdən tam şəkildə yerinə yetirilərək icarəyə verənə məxsus bir sıra əmlaklar müvafiq vaxtlarda aktlarla icarəçiyə təhvil verilmişdir. Hazırda cavabdehin qeyd olunan icarə müqaviləsi üzrə İddiaçı MMC-nə 9764,82 manat və 1757,7 manat ƏDV borcu yaranmışdır. Bundan başqa,cavabdehə təhvil verilən və aşağıda qeyd olunan cəmi dəyəri 29538 manat olan əmlakları da geri qaytarmır: 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m qiyməti 240 manat olan 3 m (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m qiyməti 15 manat olan 500 m (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakıayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qolədəd 200); 1 m qiyməti 15 manat olan 800 m (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qol ədəd 510) xx.xx.2024-cü ilədək "xxxx" MMC-ninİddiaçı MMC-nə 9764,82manat icarə müqaviləsi üzrə və 1757,7 ƏDV borcu yaranmış, lakin cavabdeh nə həmin borcunu ödəmir, nə də ona təhvil verilmiş mallardan 29538 manat dəyərində olan avadanlıqları bu günədək geri qaytarmamışdır. Cavabdehə müqavilə üzrə üzərinə düşən öhdəliyin yerinə yetirilməsi ilə bağlı xəbərdarlıqlar, pretenziyalar edilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə olunmamışdır.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 01 dekabr 2022-ci il tarixli, № 01/1222P saylı icarə müqaviləsi üzrə yaranmış 9764,82 manat və 1757,7 manat ƏDV borcunun cavabdehdən tutularaq İddiaçı MMC-nə verilməsi; - Cavabdehə təqdim olunmuş mallardan 29538 manat dəyərində olan: 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m3 qiyməti 240 manat olan 3 m3 (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m 2 qiyməti 15 manat olan 500 m2 (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakı ayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qol ədəd 200); - 1 m2 qiyməti 15 manat olan 800 m2 (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qol ədəd 510) və ya onların müvafiq olaraq dəyərinin cavabdehdən alınaraq İddiaçı MMC-nə verilməsi; - Hüquqi yardım üçün vəkilə ödənilən 300 manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılaraq 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələnin və 194 ədəd uzun qol Türk İskələnin, Hüquqi yardım üçün vəkilə ödənilən 300 (üç yüz) manat pulun və ödənilmiş 215 manat dövlət rüsumunun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq İddiaçınə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək 07 may 2025-ci il tarixə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirərək, iddia ərizəsinə olan dəqiqləşmələri nəzərə alaraq iddia tələbini müdafiə etməklə məhkəmədən iclasın onun iştirakı olmadan keçirərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə AR MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 01 dekabr 2022-ci il tarixli, № 01/1222P saylı iddiaçının əmlakının icarəyə verilməsinə dair müqavilə imzalanmışdır.

10. Müqaviləin 1.1-ci bəndinə əsasən İcarəyə verən ona məxsus olan əmlakı (bundan sonra “Əmlak” adlandırılacaq) İcarəçinin istifadəsinə verməyi, İcarəçi isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə nəzərdə tutulmuş icarə haqqını, daşınma, quraşdırma\sökmə işlərinin ödənişini müəyyən edilmiş vaxtda və qaydada İcarəyə verənə ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən Aylıq icarə haqqı Tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən icarə müddətinin ilk ayı tam olaraq hesablanılır.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə imzalandığı gündən qüvvəyə minir. İcarəyə verən müvafiq avadanlığı icarəyə təhvil verdikdən sonra İcarə haqqının hesablanması başlayır.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən icarəçi İcarə haqqını hər ayın ilk həftəsi növbəti ay üçün tam olaraq İcarəyə verənə nağd ödəyir və ya hesablaşma hesabına köçürür.

15. Müqavilənin 2.5-ci bəndinə əsasən bütün vergilər İcarəçi tərəfindən ödənilir.

16. Müqavilənin 3.1-ci bəndinə əsasən İcarəyə verənin hüquqları:

17. Müqavilənin 3.1.1-ci bəndinə əsasən əmlakın təyinatı üzrə istifadəsinə və bu Müqavilənin şərtlərinə əməl edilməsinə nəzarət etmək;

18. Müqavilənin 3.1.2-ci bəndinə əsasən icarə haqqının vaxtında ödənilməsini İcarəçidən tələb etmək;

19. Müqavilənin 3.2-ci bəndinə əsasən İcarəyə verənin vəzifələri:

20. Müqavilənin 3.2.1-ci bəndinə əsasən icarəyə verilən Əmlakı bu Müqavilə ilə nəzərdə tutulmuş qaydada müvafiq təhvil-təslim Aktı əsasında İcarəçiyə təhvil vermək;

21. Müqavilənin 3.4-cü bəndinə əsasən İcarəçinin vəzifələri:

22. Müqavilənin 3.4.1-ci bəndinə əsasən icarə haqqını bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək;

23. Müqavilənin 3.4.2-ci bəndinə əsasən əmlakı bu Müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;

24. Müqavilənin 4.1-ci bəndinə əsasən Əmlakın təhvil verilməsi hər iki Tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim Aktına əsasən həyata keçirilir.

25. Müqavilənin 4.2-ci bəndinə əsasən təhvil-təslim Aktında Əmlakın cari təmir vəziyyəti, əmlakların siyahısı və dəyəri ( ölçü, qiymət, həcm və s.) öz əksini tapır. Əmlak İcarəyə verənə təhvil verildiyi vəziyyətdə geri qaytarılmalıdır.

26. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 saylı əlavə olan qiymət razılaşma protokoluna əsasən ayaqaltı iskələ H-tipli və iskələ nevsan, xx.xx.2023-cü il tarixli 2 saylı əlavəyə əsasən dirək-3.85 m və dirək-4.5 m, xx.xx.2024-cü il tarixli 3 saylı əlavəyə əsasən iskələ bakı, taxta 5x15 4 m və dairəvi kolon 0.50x4m icarə giymətləri razılaşdırılmışdır.

27. xx.xx.2024-cü il tarixli malların təhvil-təslimi haqqında 1 saylı akta əsasən iskələ Bakı 84 ədəd, iskələ Bakı qısa qol 80 ədəd, iskələ Bakı uzun qol 160 ədəd, taxta 5x15 4 m 32 ədəd, dairəvi kolon 0.50x4 m 2 ədəd və iskələ bakı 400 ədəd cavabdeh MMC-yə təhvil verilmişdir.

28. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə kimi olan hesbata əsasən 16992 manat dəyərində, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmətlərə dair hesabata əsasən 4702,10 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixzinə kimi xidmətlər haqqında hesabata əsasən ƏDV daxil 590 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan xidmət haqqında hesabata əsasən 645,60 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi xidmətər haqqında heabata əsasən ƏDV daxil 590 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabda 708 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabata əsasən 1617,74 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabata əsasən 390,34 manat dəyərində, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi olan hesabatlara əsasən 390.34 manat və 1888 manat dəyərində icarə xidmətlərin göstərilməsi qeyd olunmuşdur.

29. Maliyyə arayışına əsasən 1 ədədinin qiyməti 27 manat olan 248 ədəd (cəmi dəyəri 6696 manat) Dirək 3.85m; 1 ədədinin qiyməti 38 manat olan 69 ədəd (cəmi dəyəri 2622 manat) Dirək 4.5m; 1 m qiyməti 240 manat olan 3 m (cəmi dəyəri 720 manat) 5x15 Taxta; 1 m qiyməti 15 manat olan 500 m (cəmi dəyəri 7500 manat) İskələ Bakı (İskələ Bakı ayaq hissə 105 ədəd, İskələ Bakı qısa qol 100 ədəd, İskələ Bakı uzun qol ədəd 200); 1 m qiyməti 15 manat olan 800 m (cəmi dəyəri 12000 manat) İskələ Türk; (İskələ Türk ayaq hissə ədəd 168, İskələ Türk qısa qol ədəd 255, İskələ Türk uzun qolədəd 510) xx.xx.2024-cü ilədək "xxxx" MMC-nin icarəsinə verilmiş və geri qaytarmamışdır.

30. Azərbaycan Respublikası ƏD MEM-in xx.xx.2025-ci il tarixli, 9/334 saylı ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərarda qeyd edilən 3 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2226 manat müəyyən edildiyi, dirəklərin divarının qalınlığından, taxtanın keyfiyyətindən həmçinin tələb və təklifən asılı olaraq müəyyən edilmiş qiymətərdə dəyişiklik olmasının istisna edilmədiyi, o cümlədən 87 ədəd qısa qol Türk İskələ və 194 ədəd uzun qol Türk iskələ ekspertiza tədqiqatına təqdim edilmədən, texniki göstəricilərinin müəyyən edilmədəyi üçün nəzəri qaydada qiymətəndirilməsinin mümkün olmadığı qeyd olunmuşdur.

31. Məhkəmə, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

32. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

34. Göründüyü kimi tərəflər arasında avadanlıqların icarəyə verilməsinə dair icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdı və hüquqi əsaslandırma da qanunvericilikdə həmin müqavilə üçün nəzərdə tutulmuş normaların qarşılıqlı təhlili əsasında aparılmalıdır. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən icarə haqqı borcu tam ödənilsə də (iddiaçı həmin hissədə tələbini azaltmışdır) və icarəyə verilmiş əmlakların bir hissəsi iddiaçıya geri qaytarılsa da, lakin icarəyə verilmiş bəzi əmlaklar qaytarılmamış qalmışdır. Məhkəmə hazırlıq iclaslarında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, artıq həmin əmlaklar cavabdehə lazım deyil, iddiaçı tərəf gəlib həmin əmlaklarını özü geri götürə bilər. Hazırda iddiaçı geri qaytarılmayan əmlakları cavabdehən tələb edir. Göründüyü kimi tərəflər arasında faktiki olaraq icra münasibətləri başa çatmışdır.

35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

36. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

37. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

38. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

39. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir;

40. Həmin Məcəllənin 697.1-ci maddəsinə əsasən Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.

41. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

42. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

43. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

44. Tərəflər arasında bağlanmış müqavilənin 3.4.2-ci bəndinə əsasən əmlakı bu Müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq;

45. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Əmlakın təhvil verilməsi hər iki Tərəfdən ən azı 2 (iki) nəfər səlahiyyətli şəxsin imzası ilə təsdiq edilən təhvil-təslim Aktına əsasən həyata keçirilir.

46. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən təhvil-təslim Aktında Əmlakın cari təmir vəziyyəti, əmlakların siyahısı və dəyəri ( ölçü, qiymət, həcm və s.) öz əksini tapır. Əmlak İcarəyə verənə təhvil verildiyi vəziyyətdə geri qaytarılmalıdır.

47. Qeyd olunanlardan göründüyü kimi tərəfər arasında müqavilə münasibətləri davam etmədiyindən və cavabdeh MMC-də müqavilə üzrə ona verilən malları iddiaçı hüquqi şəxsə qaytarılmasına dair öhdəlik götürdüyü halda həmin öhdəlikləri pozaraq bugünə kimi iddiaçıya geri qaytarmamışdır.

48. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əmlaklar cavabdehə təhvil verilməsi işdə olan aktlarla sübuta yetirildiyindən və həmin əmlakların bəzilərinin geri qaytarılması müqavilə şərtlərində nəzərdə tutulduğundan məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələnin və 194 ədəd uzun qol Türk İskələ alınaraq İddiaçı MMC-yə geri qaytarılmalıdır.

49. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 215 manat məbləğində dövlət rüsumu və 300 manat vəkil xərci ödənilmişdir.

50. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

51. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasibətdə 100 manat məbləğində dövlət rüsumu və 300 manat vəkil xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə dövlət rüsumu iddiaçıya, ekspertiza xərci isə cavabdehə aid edilməlidir. V. Nəticə:

53. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 24 ədəd dəmir dirək 3.85m; 30 ədəd dəmir dirək 4.5m; 3 m3 5x15 Taxta; 87 ədəd qısa qol Türk İskələ və 194 ədəd uzun qol Türk İskələ alınaraq İddiaçı MMC-yə geri qaytarılsın. Vəkil xərcinin əvəzi olaraq 300 manat və dövlət rüsumunun əvəzi olaraq 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qalan hissədə iddia rədd edilsin. Məhkəmə-əmtəəşünaslıqq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti cavabdеh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar