Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3989/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsinə dair pul” tələbi üzrə Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlu, iddiaçı "xxxx" (Azərbaycan) ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tələbi” barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İŞİN FAKTİKİ HALLARİ:
1. xx.xx.2023-cü il tarixdən qüvvədə olmaqla iddiaçı tərəfindən təqdim edilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında X1” çərçivəsində cavabdeh ona 3932 manat kreditin verilməsi barədə ərizə ilə müraciət etmiş, tərəflər arasında müştəri ərizəsi əsasında xx.xx.2023-cü il tarixli, 361764-CNS-48303 saylı kredit müqaviləsi bağlanmış, həmin kreditin şərtlərinə əsasən iddiaçı cavabdehə 24 ay müddətinə, illik 20% ödəmək şərtilə 3932 manat kredit məbləğində kredit vermişdir.
2. xx.xx.2023-cü il tarixli, 361764-CNS-48303 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə əsasən kreditin aylıq ödənişi 200,14 manat müəyyən edilmişdir. Cavabdeh kreditin qaytarılması ilə bağlı öhdəliyini qismən icra etmişdir.
3. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nə əsasən müştəri bank tərəfindən təklif olunan məhsul və /və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda Bank Xidmətlərinin göstərilməsinə dair X1 müştəri və bank arasında yaranan münasibətlərə tətbiq edilir. Müştəri bank tərəfindən təklif olunan məhsul və /və ya xidmətlərdən istifadə etmək məqsədilə müraciət etdiyi, habelə istifadə etməyə başladığı və ya mövcud istifadəni davam etdirdiyi halda X2in tələbləri ilə razılaşdığını bəyan etmiş olur. Bank X2in tamamilə və ya onun bir hissəsinin yenilənməsi (əlavə və dəyişikliklər edilməsi) hüququnu müstəsna olaraq özündə saxlayır. X2 ayrılıqda müqavilə hesab edilmir. Müştəri ona təqdim edilmiş və bank xidmətlrəri ilə bağlı dispozitiv və mühüm (xüsusi) şərtləri əks etdirən Ərizə-Razılaşmanı banka təqdim etməklə, Ümumi Şərtlərin tələb və müddəalarını qəbul etmiş hesab edilir və xidmətlərin dəyərini bankın qüvvədə olan Tariflərinə və Ərizə-Razılaşmaya əsasən ödəməyi öhdəsinə götürür. Müqavilə bağlandığı andan Ümumi Şərtlər və Tariflər, o cümlədən onlara əlavə dəyişikliklər müqavilənin tərkib hissəsinə çevrilir.
MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
4. İddiaçı xx.xx.2022-ci il tarixli, 355938-CNS-39265 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə 1817,39 manat əsas, 83,73 manat faiz borcu, 78,34 manat cərimə olmaqla, cəmi 1979,46 manat borcun, 39,79 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə idda ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixli, 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olub (https://vtb.az/aboutbank/documents/ saytı) həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli, 361764-CNS- 48303 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə banka müraciət etmiş və ona illik 20% hesablanması şərti ilə 24 ay müddətinə 3932 manat məbləğində kredit verilməsini xahiş etmiş, Bank isə aksepti qəbul etmişdir. Lakin borclu şəxs üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticəsində Banka ümumilikdə 1979,46 manat məbləğində borcu qalmışdır. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh tərəfindən imzalanmış “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
6. Cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə bildiriş göndərilsə də, cavabdeh etirazını məhkəməyə təqdim etməmişdir.
MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
12. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
13. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
14. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
21. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
22. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdən qüvvədə olmaqla iddiaçı tərəfindən təqdim edilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında X1” çərçivəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 361764- CNS-48303 saylı kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı cavabdehə kredit müqaviləsində müəyyən edilmiş şərtlərlə 3932 manat məbləğində kredit verməklə, göstərilən müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin cavabdeh kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə onun iddiaçıya kredit müqaviləsi üzrə əsas və faiz borcu yaranmışdır. Hazırda iddiaçı həmin kredit müqaviləsi üzrə yaranmış əsas borc, faiz borcu və dəbbə pulunun ödənilməsini cavabdehlərdən tələb edir.
23. xx.xx.2025-ci il tarixli maliyyə arayışından da görünür ki, cavabdehın xx.xx.20203cü il tarixli, 361764-CNS-48303 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə iddiaçıya əsas borcu 1817,39 manat, faiz borcu 83,73 manat olmuş, habelə 78,34 dəbbə pulu olmaqla, cəmi borcu 1979,46 manat təşkil edir.
24. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin kredit müqaviləsi əsasında kredit məbləğini və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmaqla bağlı öhdəliyə malik olmuşdur. Lakin, işin şərh edilən hallarından da görünür ki, cavabdeh kredit müqaviləsi üzrə kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
25. Tələbin 78,34 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin kredit müqaviləsi üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də dəbbə pulunun azaldılması üçün əsaslar olmadığından iddiaçı mübahisəli müqavilə üzrə yuxarıda göstərilən məbləğdə dəbbə pulunun tutulmasını tələb etməkdə də haqlıdır.
26. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
27. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (Mülki Məcəllənin 443.1-ci maddəsi). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində nəzərdə tutulur ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 361764-CNS-48303 saylı kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə ödənilməli olan 1817,39 (min səkkiz yüz on yeddi manat otuz doqquz qəpik) manat məbləğində əsas borc, 83,73 (səksən üç manat yetmiş üç qəpik) manat məbləğində faiz borcu, 78,34 (yetmiş səkkiz manat otuz dörd qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1979,46 (min doqquz yüz yetmiş doqquz manat qırx altı) manat pul məbləği və ödənilmiş 39,79 (otuz doqquz manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Komersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı