Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3996/2024 03.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin cavabdehlər “X3” MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı pul və tutmanın ipoteka predmetinə yönəlmə tələbi barədə kiçik iddialara dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı ASC kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 MMCarasında bağlanmış 25 dekabr 2020-ci il tarixli 297313-1-37010 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 355000 manat məbləğində əsas borc, 23712,46 manat məbləğində faiz borcu, 55,95 manat məbləğində cərimə borcu, ümumilikdə isə 378768,41 manat məbləğində pulun, dövlət rüsumunun 668,77 manat məbləğində xərcin əvəzinin, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının müştərək qaydada Cavabdeh1 MMC-dən, Cavabdeh2 və Cavabdeh4 MMC-dən (keçmiş TUR SAN-A” MMC) İddiaçı ASC-nin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətini 300000 manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,29065 ha torpaq sahəsi və onun üzərində yerləşən, ümumi sahəsi 494.3 m2 (Əmlak kompleksi kimi müəssisənin tərkibi “İstehsal binası”-1 mərtəbəli, tikintialtı sahəsi 440.8 kv.m. ümumi sahə 353.7 kv.m.“Anbar”-1 mərtəbəli, tikintialtı sahəsi 50 m2, “İstehsal sahəsi” 1 mərtəbəli tikintialtı sahəsi 90 m2 ümumi sahəsi 70.7 m2. “Gözətçi binası” 1 mərtəbəli, tikintialtı sahəsi 35.5.kv.m.) olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Çünki MPM-nin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar sadələşdirilmiş qaydada verilə bildiyindən, həmçinin 284-4.1.2-ci maddəyə əsasən verilmiş tələb 284-1-ci maddənin tələblərinə uyğun olmadığı üçün iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. . Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-4.1.2-ci maddəyə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. - 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. - 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, İddiaçı ASC-nin cavabdehlər “X3” MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı pul və tutmanın ipoteka predmetinə yönəlmə tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268 və 284-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ASC-nin cavabdehlər “X3” MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı pul və tutmanın ipoteka predmetinə yönəlmə tələbi barədə kiçik iddialara dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. İddia ərizəsinə əlavə edilmiş sənədlər, həmçinin xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 668,77 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Günay Həşimova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3996/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3996/2024
03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver