Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4/2024 19.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi X2, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının cavabdehlər İnvestment Korporeyşn MMC və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi, eyni zamanda mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdeh “İnvestment Korporeyşn" MMC (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı) pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC "xxxx" Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı ilə İnvestment Korporeyşn MMC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsi üzrə 10400000 manat məbləğində əsas borc, 1173447,47 manat məbləğində faiz borcu, 1032011,37 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 504109,56 manat məbləğində faiz məbləği, ümumilikdə isə 13109568,4 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 270 manat girov predmetinin qeydə alınması üçün ödənilmiş cəmi 300 manat məbləğində dövlət rüsumunun İnvestment Korporeyşn MMCdən və Cavabdeh2 müştərək qayada iddiaçının xeyrinə tutulmasına, 2. Tutmanın girov predmeti olan: 1.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73,4144 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887909, reyestr N **********01,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016), 2.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60,3864 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887910, reyestr N **********00,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016) 3.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 27,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887906, reyestr N **********92,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 4.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 15,70 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887907, reyestr N **********93,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 5.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887914, reyestr N **********77,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 6.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887908, reyestr N **********28,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 7.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 3,38 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887913, reyestr N **********18,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016) 8.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1,85 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887911, reyestr N **********48,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 9.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 6,36 ha torpaq sahəsinə dair icarə hüquqununa (Çıxarış,seriya RX 0887912, reyestr N **********31,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016) yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı (bundan sonra mətndə Bank) ilə İnvestment Korporeyşn MMC arasında 17 oktyabr 2014-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/3404/14 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən X3 MMC-nə illik 06 faiz ödənilməsi şərti və kredit məbləğinin son ödəmə tarixi 21 sentyabr 2015-ci il qeyd edilməklə 10400000 manat məbləğində kredit verilmişdir. 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsinə əsasən kreditə görə illik ödənilməli olan faiz dərəcəsi 5,56 faiz olmuşdur.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə olan 27 avqust 2015-ci il tarixli 1 saylı əlavə sazişin 1-ci bəndinə əsasən kreditin ödənilməli olduğu son tarix 25 iyul 2018-ci il tarixə qədər uzadılmışdır. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 (bundan sonra – Zamin) 17 oktyabr 2014- cü il tarixli 1xx/xx/3404/14 saylı zaminlik müqaviləsi (bundan sonra – Zaminlik Müqaviləsi) əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə İnvestment Korporeyşn MMC-nə məxsus aşağıda göstərilənlər 12 fevral 2015-ci il tarixli BS-1 saylı hüququn sonrakı girovu müqaviləsinə 04 saylı əlavə sazişin 3.1-maddəsinə əsasən Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına girov qoyulmuşdur: 1.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73,4144 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887909, reyestr N **********01,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016), 2.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60,3864 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887910, reyestr N **********00,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016) 3.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 27,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887906, reyestr N **********92,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 4.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 15,70 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887907, reyestr N **********93,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 5.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 3,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887914, reyestr N **********77,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 6.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887908, reyestr N **********28,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 7.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 3,38 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887913, reyestr N **********18,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016) 8.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1,85 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887911, reyestr N **********48,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). 9.Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 6,36 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0887912, reyestr N **********31,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2016). Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri cavabdeh tərəfindən pozulmuş, kredit ödənişləri müqaviləyə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəzərinizə çatdırmaq istəyirik ki, bunun nəticəsində cavabdehin banka 10400000 manat məbləğində əsas borc, 1173447,47 manat məbləğində faiz borcu, 1032011,37 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 504109,56 manat məbləğində faiz məbləği, ümumilikdə isə 13109568,4 manat məbləğində borcu qalmışdır. Kredit müqaviləsinin 5.4.5ci bəndində göstərilir ki, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilənin 5.4.9-cu bəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək «Borc alan»ın vəzifəsidir. Həmin müqavilənin tələbinə görə «Kreditor»un müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO QSC "xxxx" KB-nin Mərkəzi Bank qarşısındakı xx.xx.2013-cü il tarixli, KBO13- 1526 nömrəli kredit müqaviləsi üzrə - 10 000000 manat əsas, 138541,66 manat faiz borcu olmaqla, cəmi 10138541,66 manat, xx.xx.2014-cü il tarixli, KBO14-1603 nömrəli kredit müqaviləsi üzrə - 10.000.000 manat əsas, 126666,69 manat faiz borcu olmaqla, cəmi 10126666,69 manat, xx.xx.2014-cü il tarixli, KBO14-1632 nömrəli kredit müqaviləsi üzrə - 5 000000 manat əsas, 52.777,79 manat faiz borcu olmaqla, cəmi 5 052777,79 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1696 nömrəli kredit müqaviləsi üzrə - 17600000 manat əsas, 185777,78 manat faiz borcu olmaqla, cəmi 17785777,78 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1729 nömrəli kredit müqaviləsi üzrə - 20000.000 manat əsas, 184.722,23 manat faiz borcu olmaqla, cəmi 20.184.722,23 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1737 nömrəli kredit müqaviləsi üzrə - 10.400.000 manat əsas, 96.055,58 manat faiz borcu olmaqla, cəmi 10.496.055,58 manat kredit borcunun ödənilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən girov qoyulmuş Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsinə dair icarə hüququ və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60.3864 ha torpaq sahəsinə dair icarə hüquqlarına və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,00 ha, 3,38 ha, 1,85 ha, 6,36 ha, 15,70 ha, 3,00 ha və 27,00 ha torpaq sahələrinə dair icarə hüquqlarına tutma yönəldilməsinə; 2) Qeyd olunan torpaq sahələri üzrə icarə hüququnun açıq hərracdan realizasiya olunmasından əldə edilən pul vəsaitləri hesabına QSC "xxxx" KB-nin göstərilən kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankı iddiasını onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən Mərkəzi Banka ünvanlanmış xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 130/2021 nömrəli məktub əsasında məlum olmuşdur ki, iddiaçı ləğv prosesində olan LPO QSC "xxxx" KB cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin girov predmetinə yönəldilməsi”nə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır (iş № e-2-2(113)- 130/2021). Məktubda barəsində məlumatlar qeyd olunmuş məsələlərin Mərkəzi Bankın qanuni kreditor maraqları və girov saxlayan kimi hüquqları ilə birbaşa əlaqəli olması Mərkəzi Bankın hazırki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində çıxış etməsini zəruri edir. Odur ki, Mərkəzi Bank iş üzrə obyektiv və ədalətli qətnamə qəbul edilməsi məqsədindən çıxış edərək aşağıdakıların qeyd olunmasını vacib hesab edir: xx.xx.2013-cü il tarixli, KBO13-1526 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən QSC "xxxx" KB-yə 1079 gün müddətinə, illik 5.25% ödəməklə 10 milyon manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində kredit üzrə əsas borcun xx.xx.2016-cı il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2012-ci il tarixli, 3M/183 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2013-cü il tarixli “Əlavə”yə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsinə dair icarə hüququ və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60.3864 ha torpaq sahəsinə dair icarə hüququ kreditin təminatı kimi qəbul edilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixli, 3m/183 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2016-cı il tarixli “Əlavə”də xx.xx.2013-cü il tarixli, KBO13-1526 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş əlavələr öz əksini tapmış və dövlət qeydiyyatına alınması təmin edilmişdir. xx.xx.2014-cü il tarixli, KBO14-1603 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən QSC "xxxx" KB-yə 1079 gün müddətinə, illik 4.8% ödəməklə 10 milyon manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində kredit üzrə əsas borcun xx.xx.2017-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 3M/53 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2014-cü il tarixli “Əlavə”yə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,00 ha, 3,38 ha, 1,85 ha, 6,36 ha, 15,70 ha, 3,00 ha və 27,00 ha torpaq sahələrinə dair icarə hüququ kreditin təminatı kimi qəbul edilmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixli, 3M/53 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2016-cı il tarixli “Əlavə”də xx.xx.2014-cü il tarixli, KBO14-1603 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş əlavələr öz əksini tapmış və dövlət qeydiyyatına alınması təmin edilmişdir. xx.xx.2014-cü il tarixli, KBO14-1632 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən QSC "xxxx" KB-yə 1080 gün müddətinə, illik 4% ödəməklə 5 milyon manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində kredit üzrə əsas borcun xx.xx.2017-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə kredit müqaviləsinə əlavə tərtib edilərək əsas borcun ödənilmə tarixi xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 3M/53 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2014-cü il tarixli “Əlavə”yə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,00 ha, 3,38 ha, 1,85 ha, 6,36 ha, 15,70 ha, 3,00 ha və 27,00 ha torpaq sahələrinə dair icarə hüququ kreditin təminatı kimi qəbul edilmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixli, 3M/53 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2016-cı il tarixli “Əlavə”də xx.xx.2014-cü il tarixli, KBO14-1632 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə edilmiş əlavələr öz əksini tapmış və dövlət qeydiyyatına alınması təmin edilmişdir. xx.xx.2015-ci il tarixli, KBO15- 1696 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən QSC "xxxx" KB-yə 1079 gün müddətinə, illik 4% ödəməklə 17,600,000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində kredit üzrə əsas borcun xx.xx.2018-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2012-ci il tarixli, 3M/183 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2015-ci il tarixli “Əlavə”yə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsinə dair icarə hüququ və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60.3864 ha torpaq sahəsinə dair icarə hüququ kreditin təminatı kimi qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli, KBO15-1729 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən QSC "xxxx" KB-yə 1080 gün müddətinə, illik 3.5% ödəməklə 20 milyon manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində kredit üzrə əsas borcun xx.xx.2018-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2012-ci il tarixli, 3M/183 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2015-ci il tarixli “Əlavə”yə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsinə dair icarə hüququ və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60.3864 ha torpaq sahəsinə dair icarə hüququ kreditin təminatı kimi qəbul edilmişdir. xx.xx.2015-ci il tarixli, KBO15-1737 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən QSC "xxxx" KB-yə 1080 gün müddətinə, illik 3.5% ödəməklə 10400000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsində kredit üzrə əsas borcun xx.xx.2018-ci il tarixə qədər ödənilməsi nəzərdə tutulmuşdur. Həmin kredit müqaviləsinin təminatı kimi xx.xx.2012-ci il tarixli, 3M/183 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2015-ci il tarixli “Əlavə”yə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsinə dair icarə hüququ və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60.3864 ha torpaq sahəsinə dair icarə hüququ kreditin təminatı kimi qəbul edilmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli, 3M/53 reyestr nömrəli “Hüququn girovu haqqında” müqaviləyə edilmiş xx.xx.2015-ci il tarixli “Əlavə”yə əsasən Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,00 ha, 3,38 ha, 1,85 ha, 6,36 ha, 15,70 ha, 3,00 ha və 27,00 ha torpaq sahələrinə dair icarə hüququ da qeyd olunan kreditin təminatı kimi Mərkəzi Bank tərəfindən qəbul edilmişdir. Hazırda yuxarıda qeyd oluan kredit müqavilələri üzrə LPO QSC "xxxx" KB-nin Mərkəzi Bank qarşısındakı qalıq borcları aşağıdakı kimidir: - xx.xx.2013-cü il tarixli, KBO13-1526 nömrəli kredit müqaviləsi üzrə - 10.000.000 manat əsas, 138.541,66 manat faiz borcu olmaqla, cəmi 10.138.541,66 manat; - xx.xx.2014-cü il tarixli, KBO14-1603 nömrəli kredit müqaviləsi üzrə - 10.000.000 manat əsas, 126.666,69 manat faiz borcu olmaqla, cəmi 10.126.666,69 manat; - xx.xx.2014-cü il tarixli, KBO14-1632 nömrəli kredit müqaviləsi üzrə - 5.000.000 manat əsas, 52.777,79 manat faiz borcu olmaqla, cəmi 5.052.777,79 manat; - xx.xx.2015-ci il tarixli, KBO15-1696 nömrəli kredit müqaviləsi üzrə - 17.600.000 manat əsas, 185.777.78 manat faiz borcu olmaqla, cəmi 17.785.777,78 manat; - xx.xx.2015-ci il tarixli, KBO15-1729 nömrəli kredit müqaviləsi üzrə - 20.000.000 manat əsas, 184.722,23 manat faiz borcu olmaqla, cəmi 20.184.722,23 manat; - xx.xx.2015-ci il tarixli, KBO15-1737 nömrəli kredit müqaviləsi üzrə - 10.400.000 manat əsas, 96.055,58 manat faiz borcu olmaqla, cəmi 10.496.055,58 manat. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri QSC "xxxx" KB-nin ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-01002-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. LPO QSC "xxxx" KB-nin ləğvedicisinin xx.xx.2016-cı il tarixli, 08/15756 nömrəli məktubu ilə Mərkəzi Bankın kreditor tələbləri qeydə alınmış və buna dair qəbz təqdim olunmuşdur. Onu da qeyd edirik ki, göstərilən kredit müqavilələri üzrə faiz borcları “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq xx.xx.2016-cı il tarixinədək, yəni bankın iflası barədə məhkəmə qərarı qüvvəyə mindiyi günədək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, hüquq girov qoyularkən girov predmeti özgəninkiləşdirilə bilən hüquq, o cümlədən torpaq sahəsinin, binanın, qurğunun, yaşayış evinin (mənzilin) icarəsi hüququ, mülkiyyətdəki paya hüquq, borc tələbidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. xx.xx.2012-ci il tarixli, 3M/183 reyestr nömrəli “Hüququn girovu haqqında” müqavilənin və xx.xx.2014-cü il tarixli, 3M/53 reyestr nömrəli “Hüququn girovu haqqında” müqavilənin 1.2-ci bəndlərinə uyğun olaraq, girov qoyulan yuxarıda göstərilmiş torpaq sahələrinə dair icarə hüququ istinad edilən müvafiq kredit müqavilələrinə əsasən QSC "xxxx" KB-nin Mərkəzi Bank qarşısındakı kredit öhdəliklərinin təminatıdır. Mərkəzi Bank girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişi girov qoyan Cavabdeh1 MMC-yə, o cümlədən də sonrakı girov saxlayan LPO QSC "xxxx" KB-nin ləğvedicisinə xx.xx.2016-cı il tarixli, 05-01017-2016 nömrəli məktubla göndərmişdir. Mərkəzi Bank tərəfindən girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2016- cı il tarixli məktubları ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 1xx/xx/3404/14 saylı Kredit müqaviləsindən görünür ki, QSC Bank Standard KB tərəfindən İnvestment Korporeyşn MMC-yə illik 6% hesablanmaqla, 10400000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.2-ci maddəsinə əsasən gecikdirilmiş borc üçün borc alan borc verənə illik 15% miqdarında cərimə ödəyir. xx.xx.2014-cü il tarixli 1xx/xx/3404/14 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin olaraq İnvestment Korporeyşn MMC QSC Bank Standard KB-nin qarşısında öhdəliklərini yerinə yetirməsi üçün cavabdehlik daşıyır. xx.xx.2015-ci il tarixli “xx.xx.2015-ci il tarixli BS-1 saylı hüququn sonrakı girovu müqaviləsinə 02 saylı əlavə saziş”dən görünür ki, müqavilənin 1-ci bəndinin 1.2 yarımbəndinə aşağıdakı dəyişikliklər edilmişdir: eyni zamanda girov saxlayanla: girov qoyan arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 25 iyul 2018-ci il tarixinədək 10400000 manat məbləğində, AS Georgia MMC arasında bağlanmış 13 aprel 2012-ci il tarixli 1xx/xx/1866/12 saylı kredit müqaviləsinə müvafiq olaraq 17 may 2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 6,56 % ödəməsi şərtilə 17600000 manat məbləğində, AS Georgia MMC arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli 1xx/xx/2474/12 saylı kredit müqaviləsinə müvafiq olaraq 20 iyul 2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 5,56% ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 19 mart 2013-cü il tarixli 1xx/xx/2664/13 saylı kredit müqaviləsinə müvafiq olaraq 26 fevral 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,82 % ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 23 iyul 2013-cü il tarixli 1xx/xx/2850/13 saylı kredit müqaviləsinə müvafiq olaraq 17 iyun 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,82 % ödəməsi şərtilə 10000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli 1xx/xx/2896/13 saylı kredit müqaviləsinə müvafiq olaraq 11 avqust 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,82 % ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 21 yanvar 2014-cü il tarixli 1xx/xx/3048/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 04 yanvar 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,85 % ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 17 iyul 2014-cü il tarixli 1xx/xx/3269/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 16 iyun 2017-ci il tarixinədək kreditdən istifadəyə görə illik 6,4 % ödəməsi şərtilə 10000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 1xx/xx/3471/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 08 noyabr 2017-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6 % ödəməsi şərtilə ******* manat məbləğində kredit verib. Bu müqavilənin 1.2-ci bəndində sadalanan kredit öhdəliklərinin icrasını təmin rtmək məqsədilə girov qoyan Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən: 1.Abşeron rayonu, 73,4144 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya MA 0336847, reyestr N **********01,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012), 2. 60,3864 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya MA 0336848, reyestr N **********00,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012) 3.27,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0119971, reyestr N **********92,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013). 4. 15,70 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0119969, reyestr N **********93,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013). 5. 3,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0043081, reyestr N **********77,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012). 6. 29,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 043846, reyestr N **********28,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012). 7. 3,38 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0097427, reyestr N **********18,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012) 8. 1,85 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0204082, reyestr N **********48,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013). 9. 6,36 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0233477, reyestr N **********31,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013) girov saxlayana girov qoyur. xx.xx.2015-ci il tarixli “xx.xx.2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsinə 02 saylı əlavə saziş”dən görünür ki, müqavilənin 2-ci bəndinin 2.3 və 2.5 yarımbəndlərinə aşağıdakı dəyişikliklər edilmişdir: borc alan bu müqaviləyə əsasən almış olduğu kreditə görə illik 5,56% miqdarında faiz ödəyir. xx.xx.2016-cı il tarixli “xx.xx.2015-ci il tarixli BS-1 saylı hüququn sonrakı girovu müqaviləsinə 04 saylı əlavə saziş”dən görünür ki, müqavilənin 1-ci bəndinin 1.2 yarımbəndinə aşağıdakı dəyişikliklər edilmişdir: eyni zamanda girov saxlayanla: girov qoyan arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 25 iyul 2018-ci il tarixinədək 10400000 manat məbləğində, AS Georgia MMC arasında bağlanmış 13 aprel 2012-ci il tarixli 1xx/xx/1866/12 saylı kredit müqaviləsinə müvafiq olaraq 17 may 2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 6,56 % ödəməsi şərtilə 17600000 manat məbləğində, AS Georgia MMC arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli 1xx/xx/2474/12 saylı kredit müqaviləsinə müvafiq olaraq 20 iyul 2018-ci il tarixinədək kreditdən istifadəyə görə illik 5,56% ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 19 mart 2013-cü il tarixli 1xx/xx/2664/13 saylı kredit müqaviləsinə müvafiq olaraq 26 fevral 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,82 % ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 23 iyul 2013-cü il tarixli 1xx/xx/2850/13 saylı kredit müqaviləsinə müvafiq olaraq 17 iyun 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,82 % ödəməsi şərtilə 10000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli 1xx/xx/2896/13 saylı kredit müqaviləsinə müvafiq olaraq 11 avqust 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,82 % ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 21 yanvar 2014-cü il tarixli 1xx/xx/3048/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 04 yanvar 2016-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6,85 % ödəməsi şərtilə 20000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 17 iyul 2014-cü il tarixli 1xx/xx/3269/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 16 iyun 2017-ci il tarixinədək kreditdən istifadəyə görə illik 6,4 % ödəməsi şərtilə 10000000 manat məbləğində, AS Georgiya MMC arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 1xx/xx/3471/14 saylı kredit müqaviləsinə müvafiq olaraq 08 noyabr 2017-cı il tarixinədək kreditdən istifadəyə görə illik 6 % ödəməsi şərtilə ******* manat məbləğində kredit verib. Bu müqavilənin 1.2-ci bəndində sadalanan kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov qoyan Abşeron rayonu Hövsan südçülük sovxozu ərazisində yerləşən: 1. 73,4144 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya MA 0336847, reyestr N **********01,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012), 2. 60,3864 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya MA 0336848, reyestr N **********00,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012), 3. 27,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0119971, reyestr N **********92,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013). 4. 15,70 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0119969, reyestr N **********93,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013). 5. 3,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0043081, reyestr N **********77,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012). 6. 29,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 043846, reyestr N **********28,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012). 7. 3,38 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0097427, reyestr N **********18,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012) 8. 1,85 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0204082, reyestr N **********48,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013). 9. 6,36 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0233477, reyestr N **********31,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013) girov saxlayana girov qoyur. xx.xx.2014-cü il tarixli hüququn girovu haqqında müqavilədən görünür ki, xx.xx.2014cü il tarixli, KBO14-1572 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq girov qoyan İnvestment Korporeyşn MMC ona icarə hüququ ilə məxsus aşağıdakı əmlakları Banka yəni Azərbaycan Respublikasının Mərkəzi Bankına girov qoyur: 29,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 043846, reyestr N **********28,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012), 3,38 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0097427, reyestr N **********18,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012), 1,85 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0204082, reyestr N **********48,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013), 6,36 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0233477, reyestr N **********31,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013), 15,70 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0119969, reyestr N **********93,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013), 3,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0043081, reyestr N **********77,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012), 27,0 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya RX 0119971, reyestr N **********92,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2013) girov saxlayana girov qoyur. Bu müqavilə əsasında girov 14 yanvar 2014-cü il tarixində Bakı şəhərində bağlanmış KBO14-1572 saylı kredit müqaviləsinə əsasən bankın borcalana verdiyi 20000000 manat kreditlə bağlı öhdəliklərin təminatıdır. Girov predmetləri ********* manat məbləğində qiymərtləndirilir. xx.xx.2012-ci il tarixli hüququn girovu haqqında müqavilədən görünür ki, xx.xx.2012ci il tarixli, KBO11-1400 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq girov qoyan İnvestment Korporeyşn MMC ona icarə hüququ ilə məxsus aşağıdakı əmlakları Banka yəni Azərbaycan Respublikasının Mərkəzi Bankına girov qoyur: 73,4144 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya MA 0336847, reyestr N **********01,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012) və 60,3864 ha torpaq sahəsinə dair icarə hüququnu (Çıxarış,seriya MA 0336848, reyestr N **********00,qeydiyyat N **********,qeydiyyat tarixi xx.xx.2012) girov saxlayana girov qoyur. Bu müqavilə əsasında girov 10 oktyabr 2011-cü il tarixində Bakı şəhərində bağlanmış KBO11-1400 saylı kredit müqaviləsinə əsasən bankın borcalana verdiyi ******* manat kreditlə bağlı öhdəliklərin təminatıdır. Girov predmetləri ********* manat məbləğində qiymərtləndirilir. xx.xx.2013-cü il tarixli KBO13-1526 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı QSC Bank Standard KB-yə xx.xx.2013-cü il tarixdən etibarən 1079 gün müddətinə illik 5,25% olmaqla 10000000 manat məbləğində kredit verir. Kredit üzrə borc xx.xx.2016-cı il tarixdədək ödənilməliidr. Kredit üzrə öhdəliklər yerinə yetirilmədikdə əsas borc məbləğinə illik 5,25 faiz dəbbə pulu hesablanır. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2013-cü il tarixli KBO13-1526 saylı kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılır. xx.xx.2014-cü il tarixli KBO14-1620 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı QSC Bank Standard KB-yə xx.xx.2014-cü il tarixdən etibarən 360 gün müddətinə illik 3,5% olmaqla 10400000 manat məbləğində kredit verir. Kredit üzrə borc xx.xx.2015-ci il tarixədək ödənilməliidr. Kredit üzrə öhdəliklər yerinə yetirilmədikdə əsas borc məbləğinə illik 3,5 faiz dəbbə pulu hesablanır. xx.xx.2014-cü il tarixli KBO14-1603 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı QSC Bank Standard KB-yə xx.xx.2014-cü il tarixdən etibarən 1079 gün müddətinə illik 4,8% olmaqla 10000000 manat məbləğində kredit verir. Kredit üzrə borc xx.xx.2017-ci il tarixədək ödənilməliidr. Kredit üzrə öhdəliklər yerinə yetirilmədikdə əsas borc məbləğinə illik 4,8 faiz dəbbə pulu hesablanır. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2014-cü il tarixli KBO14-1603 saylı kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılır. xx.xx.2014-cü il tarixli KBO14-1632 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı QSC Bank Standard KB-yə xx.xx.2014-cü il tarixdən etibarən 1080 gün müddətinə illik 4% olmaqla ******* manat məbləğində kredit verir. Kredit üzrə borc xx.xx.2017-ci il tarixədək ödənilməliidr. Kredit üzrə öhdəliklər yerinə yetirilmədikdə əsas borc məbləğinə illik 4 faiz dəbbə pulu hesablanır. xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2014-cü il tarixli KBO14-1632 saylı kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılır. xx.xx.2015-ci il tarixli KBO15-1696 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı QSC Bank Standard KB-yə xx.xx.2015-ci il tarixdən etibarən 1079 gün müddətinə illik 4% olmaqla 17600000 manat məbləğində kredit verir. Kredit üzrə borc xx.xx.2018-ci il tarixədək ödənilməliidr. Kredit üzrə öhdəliklər yerinə yetirilmədikdə əsas borc məbləğinə illik 4 faiz dəbbə pulu hesablanır. xx.xx.2015-ci il tarixli KBO15-1729 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı QSC Bank Standard KB-yə xx.xx.2015-ci il tarixdən etibarən 1080 gün müddətinə illik 3,5% olmaqla 20000000 manat məbləğində kredit verir. Kredit üzrə borc xx.xx.2018-ci il tarixədək ödənilməliidr. Kredit üzrə öhdəliklər yerinə yetirilmədikdə əsas borc məbləğinə illik 3,5 faiz dəbbə pulu hesablanır. xx.xx.2015-ci il tarixli KBO15-1737 saylı kredit müqaviləsindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı QSC Bank Standard KB-yə xx.xx.2015-ci il tarixdən etibarən 1080 gün müddətinə illik 3,5% olmaqla 10400000 manat məbləğində kredit verir. Kredit üzrə borc xx.xx.2018-ci il tarixədək ödənilməliidr. Kredit üzrə öhdəliklər yerinə yetirilmədikdə əsas borc məbləğinə illik 3,5 faiz dəbbə pulu hesablanır. xx.xx.2021-ci il tarixli 9/5366 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/3404/14 saylı Kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq İnvestment Korporeyşn MMCnin iddiaçı QSC Bank Standarda xx.xx.2019-cu il tarixə əsas borc üzrə ******* manat, faiz borcu üzrə ******* manat müəyyən edilir. İnvestment Korporeyşn MMC-nin iddiaçı QSC Bank Standarda xx.xx.2014-cü il tarixli 1xx/xx/3404/14 saylı Kredit müqaviləsi üazrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5%-lə hesablanmaqla faiz borcu 504109,53 manat müəyyən edilir. Tədqiqatın dəyəri 145 manat təşkil edir. xx.xx.2022-ci il tarixli 9/8724 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/3404/14 saylı Kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq İnvestment Korporeyşn MMCnin iddiaçı QSC Bank Standarda müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə əsas borc üzrə 10400000 manat, faiz borcu üzrə 1032011,37 manat müəyyən edilir. Tədqiqatın dəyəri 145 manat təşkil edir. xx.xx.2023-cü il tarixli 9/4149 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/3404/14 saylı Kredit müqaviləsinin və həmin müqavilənin əsasında imzalanmış sazişlərin qeyd olunan şərtlərini nəzərə alaraq İnvestment Korporeyşn MMCnin iddiaçı QSC Bank Standarda müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixə əsas borc üzrə 10400000 manat, faiz borcu üzrə 1173447,47 manat müəyyən edilir. Tədqiqatın dəyəri 145 manat təşkil edir. xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, LPO QSC "xxxx" KB 30 manat dövlət rüsumu ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467-ci və 477.0.4-cü maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankı ilə cavabdeh “İnvestment Korporeyşn MMC arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi və bank ilə Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsi üzrə 10400000 manat əsas borc, 1173447,47 manat faiz borcu və 504109,56 manat illik 5 % borcu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsi üzrə 1032011,37 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 422442,97 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə Cavabdeh2 kredit müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı zaminliyə 1 illik müddətin ötməsi ilə əlaqədar xitam verilməsi barədə verdiyi ərizəyə münasibətdə bildirir ki, kredit müqaviləsinin müddəti 12 ay müəyyən edilmiş, daha sonra 27 aprel 2015-ci il tarixli əlavə sazişlə kredit müqaviləsinin müddəti 25 iyul 2018-ci il tarixə qədər uzadılmış, LPO QSC "xxxx" Kommersiya Bankı isə məhkəməyə 19 may 2020-ci il tarixdə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş 1 illik müddətini ötürmüş, bu səbəbdən tələb Cavabdeh2 münasibətdə rədd edilməlidir. Məhkəmə həmçinin LPO QSC "xxxx" Kommersiya Bankının tutmanın girov predmetləri olan torpaq sahəsinə dair icarə hüququna yönəldilməsi tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi, sözügedən torpaq sahələrinə dair icarə hüquqları daha əvvəldən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən girov qoyulmuş, bu səbəbdən tələb həmin hissədə də təmin edilə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, LPO QSC "xxxx" Kommersiya Bankının iddiası qismən təmin edilməli, LPO QSC "xxxx" Kommersiya Bankı ilə İnvestment Korporeyşn MMC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsi üzrə 10400000 manat məbləğində əsas borc, 1173447,47 manat məbləğində faiz borcu, 422442,97 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 504109,56 manat məbləğində faiz məbləği, ümumilikdə isə 12500000 manat məbləğində pul, 30 manat məhkəmə üçün və 270 manat girov predmetinin qeydə alınması üçün ödənilmiş cəmi 300 manat məbləğində dövlət rüsumu İnvestment Korporeyşn MMC-dən iddiaçının xeyrinə tutularaq ödənilməlidir. İddia tələbi Cavabdeh2 aid hissədə və digər hissədə rədd edilməlidir. Məhkəmə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının iddiası ilə bağlı isə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlardan göründüyü kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı LPO QSC "xxxx" Kommersiya Bankına verilən kreditin müqabilində torpaq sahələrinə dair icarə hüququnu girov götürmüş, qeyd olunanlara sözügedən tələb əsaslı olduğundan təmin edilməli və LPO QSC "xxxx" KB-nin Mərkəzi Bank qarşısındakı xx.xx.2013-cü il tarixli, KBO13- 1526 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 138541,66 manat faiz borcu olmaqla, cəmi 10138541,66 manat, xx.xx.2014-cü il tarixli, KBO14-1603 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 126666,69 manat faiz borcu olmaqla, cəmi 10126666,69 manat, xx.xx.2014-cü il tarixli, KBO14-1632 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 52777,79 manat faiz borcu olmaqla, cəmi 5052777,79 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1696 nömrəli kredit müqaviləsi üzrə 17600000 manat əsas, 185777,78 manat faiz borcu olmaqla, cəmi 17785777,78 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1729 nömrəli kredit müqaviləsi üzrə 20000000 manat əsas, 184722,23 manat faiz borcu olmaqla, cəmi 20184722,23 manat, xx.xx.2015ci il tarixli, KBO15-1737 nömrəli kredit müqaviləsi üzrə 10400000 manat əsas, 96055,58 manat faiz borcu olmaqla, cəmi 10496055,58 manat kredit borcunun ödənilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən girov qoyulmuş Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsinə dair icarə hüququ və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60.3864 ha torpaq sahəsinə dair icarə hüquqlarına və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,00 ha, 3,38 ha, 1,85 ha, 6,36 ha, 15,70 ha, 3,00 ha və 27,00 ha torpaq sahələrinə dair icarə hüquqlarına tutma yönəldilməli, qeyd olunan torpaq sahələri üzrə icarə hüququnun açıq hərracdan realizasiya olunmasından əldə edilən pul vəsaitləri hesabına QSC "xxxx" KB-nin göstərilən kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcu ödənilməlidir. 435 manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. LPO QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 1xx/xx/3404/14 saylı kredit müqaviləsi üzrə 10400000 manat məbləğində əsas borc, 1173447,47 manat məbləğində faiz borcu, 422442,97 manat məbləğində cərimə üzrə borcu, gecikdirilmiş günlər üçün 5 faiz olmaqla 504109,56 manat məbləğində faiz məbləği, ümumilikdə isə 12500000 manat məbləğində pul, 30 manat məhkəmə və 270 manat girov predmetinin qeydə alınması üçün ödənilmiş cəmi 300 manat məbləğində dövlət rüsumu "xxxx" MMC-dən iddiaçının xeyrinə tutularaq ödənilsin. İddia tələbi Cavabdeh2 aid hissədə və digər hissədə rədd edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının iddiası təmin edilsin. LPO QSC "xxxx" KB-nin Mərkəzi Bank qarşısındakı xx.xx.2013-cü il tarixli, KBO13- 1526 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 138541,66 manat faiz borcu olmaqla, cəmi 10138541,66 manat, xx.xx.2014-cü il tarixli, KBO14-1603 nömrəli kredit müqaviləsi üzrə 10000000 manat əsas, 126666,69 manat faiz borcu olmaqla, cəmi 10126666,69 manat, xx.xx.2014-cü il tarixli, KBO14-1632 nömrəli kredit müqaviləsi üzrə ******* manat əsas, 52777,79 manat faiz borcu olmaqla, cəmi 5052777,79 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1696 nömrəli kredit müqaviləsi üzrə 17600000 manat əsas, 185777,78 manat faiz borcu olmaqla, cəmi 17785777,78 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1729 nömrəli kredit müqaviləsi üzrə 20000000 manat əsas, 184722,23 manat faiz borcu olmaqla, cəmi 20184722,23 manat, xx.xx.2015-ci il tarixli, KBO15-1737 nömrəli kredit müqaviləsi üzrə 10400000 manat əsas, 96055,58 manat faiz borcu olmaqla, cəmi 10496055,58 manat kredit borcunun ödənilməsi üçün cavabdeh "xxxx" MMC tərəfindən girov qoyulmuş Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 73.4144 ha torpaq sahəsinə dair icarə hüququ və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 60.3864 ha torpaq sahəsinə dair icarə hüquqlarına və Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 29,00 ha, 3,38 ha, 1,85 ha, 6,36 ha, 15,70 ha, 3,00 ha və 27,00 ha torpaq sahələrinə dair icarə hüquqlarına tutma yönəldilsin, qeyd olunan torpaq sahələri üzrə icarə hüququnun açıq hərracdan realizasiya olunmasından əldə edilən pul vəsaitləri hesabına QSC "xxxx" KB-nin göstərilən kredit müqavilələri üzrə Mərkəzi Bank qarşısındakı borcu ödənilsin. 435 manat məbləğində ekspertiza xərci "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-4/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4/2024
19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver