Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-40/2025 24.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" QSC-yə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" QSC-yə qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 2480498,95 (iki milyon dörd yüz səksən min dörd yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat-bundan ******* (bir milyon doqquz yüz doxsan iki min beş yüz manat) manat əsas, 487998,95 (dörd yüz səksən yeddi min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat faiz borcu, 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 4903422,06 (dörd milyon doqquz yüz üç min dörd yüz iyirmi iki manat sıfır altı qəpik) manat– bundan 4.310.000 (dörd milyon üç yüz on min) manat əsas, 593422,06 (beş yüz doxsan üç min dörd yüz iyirmi iki manat sıfır altı qəpik) manat faiz borcu, ümumilikdə 7.383.921,01 (yeddi milyon üç yüz səksən üç min doqquz yüz iyirmi bir manat sıfır bir qəpik) manat borcun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin və iş üzrə ödənilmiş 4082 (dörd min səksən iki) manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-dən tutulub LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh «AGLizinq” QSC arasında bağlanmış 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 33 (otuz üç) ay müddətinə illik 7 (yeddi) faiz dərəcəsi ilə ******* (iki milyon) manat məbləğində kredit verilmişdir. 05 mart 2020-ci il tarixli, 5 saylı əlavə razılığa əsasən, 12 mart 2014-cü il tarixli, 100.LN.2005.120314.00001 nömrəli kredit müqaviləsinin müddəti 13 mart 2023-cü il tarixinədək uzadılmışdır. Bundan əlavə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh QSC arasında bağlanmış 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 07 (sıfır yeddi) faiz dərəcəsi ilə 4.345359 (dörd milyon üç yüz qırx beş min üç yüz əlli doqquz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh QSC-yə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********218 və **********219 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh QSC tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh "xxxx" QSC-nin 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021- ci il tarixə kredit üzrə cəmi borcu 2480498,95 (iki milyon dörd yüz səksən min dörd yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat təşkil edir. Bundan ******* (bir milyon doqquz yüz doxsan iki min beş yüz manat) manat əsas, 487998,95 (dörd yüz səksən yeddi min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat faiz borcu, 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 4903422,06 (dörd milyon doqquz yüz üç min dörd yüz iyirmi iki manat sıfır altı qəpik) manat təşkil edir. Bundan ******* (dörd milyon üç yüz on min) manat əsas, 593422,06 (beş yüz doxsan üç min dörd yüz iyirmi iki manat sıfır altı qəpik) manat faiz borcu, ümumilikdə 7.383.921,01 (yeddi milyon üç yüz səksən üç min doqquz yüz iyirmi bir manat sıfır bir qəpik) manat borcu təşkil edir. Tərəfimizdən cavabdehə 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixliv ə 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli kredit müqavilələri üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki qeydiyyatda olduğu ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. Tərəfimizdən ilkin mediasiya sessiyasında iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir.
3. Cavabdehin nümayəndəsi (direktoru X3) xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı 100.LN.2005.120314.00001 nömrəli, 12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 2480498,95 manat, bundan ******* manat əsas, 487998,95 manat faiz borcu, 100.LN.2005.240919.00002 nömrəli, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 4903422,06 manat, bundan ******* manat əsas, 593422,06 manat faiz borcu, ümumilikdə 7.383.921,01 manat borcun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 4082 manat dövlət rüsumunun cavabdehdən tutulub ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə iddia ərizəsinə baxılır. Bankın iddia tələbinə dair hər hansı bir etirazları yoxdur.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmişlər və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişlər.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh «AGLizinq” QSC arasında bağlanmış 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 33 (otuz üç) ay müddətinə illik 7 (yeddi) faiz dərəcəsi ilə ******* (iki milyon) manat məbləğində kredit verilmişdir.
9. 05 mart 2020-ci il tarixli, 5 saylı əlavə razılığa əsasən, 12 mart 2014-cü il tarixli, 100.LN.2005.120314.00001 nömrəli kredit müqaviləsinin müddəti 13 mart 2023-cü il tarixinədək uzadılmışdır.
10. İddiaçı ASC ilə Cavabdeh QSC arasında bağlanmış 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 07 (sıfır yeddi) faiz dərəcəsi ilə 4.345359 (dörd milyon üç yüz qırx beş min üç yüz əlli doqquz) manat məbləğində kredit verilmişdir.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən «AGLizinq” QSC-nin 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixli krеdit müqaviləsi üzrə 08 sentyabr 2021-ci il tarixə əsas məbləğ üzrə borcu ******* manat, faiz üzrə borcu 487998,95 manat olmaqla, cəmi borc 2480498,95 manat müəyyən edilmişdir.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən «AGLizinq” QSC-nin 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli krеdit müqaviləsi üzrə 08 sentyabr 2021-ci il tarixə əsas məbləğ üzrə borcu ******* manat, faiz üzrə borcu 593422,06 manat olmaqla, cəmi borc 4903422,06 manat müəyyən edilmişdir.
13. Məhkəmənin xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2025-ci il tarixli və xx.xx.2025ci il tarixli qərardadları ilə iş üzrə mühasibatlıq və təkrar mühasibatlıq ekspertizaları təyin edilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/2102 saylı ekspert rəyinə əsasən 12 mart 2014-cü il tarixli 100.LN.2005.120314.00001 saylı kredit müqaviləsi üzrə iş materialları ilə təqdim edilmiş "xxxx" QSC-yə məxsus cari hesabdan çıxarış məlumatlarında müxtəlif kreditlər üzrə banka edilmiş ödənişlər bir hesab üzərindən aparıldığından və ödənişlərin təyinatları əks olunmadığından, hazırki tədqiqat ilə 12 mart 2014-cü il tarixli 100.LN.2005.120314.00001 saylı kredit razılaşması üzrə mövcud borcun məbləğini hesablamaq mümkün olmadı. 24 sentyabr 2019-cu il tarixli 100.LN.2005.240919.00002 saylı kredit müqaviləsi üzrə iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli 100.LN.2005.240919.00002 saylı kredit müqaviləsinə əsasən cavabdeh "xxxx" QSC-nin ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2021 -ci il tarixinə iddiaçı “İddiaçı ASC -yə yaranmış borcu aşağıdakı kimi müəyyən edilir: əsas borc üzrə 4.319.999,10 manat; faiz borcu üzrə 593.681,41 manat müəyyən edilmişdir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-i 25 avqust 2025-ci il tarixli məktubu ilə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir.
16. Məhkəmə, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
22. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
24. Məhkəmə tərəfindən hər iki kredit müqaviləsi üzrə borc məbləğlərinin düzgün hesablanıb-hesablanmamasını müəyyən etmək üçün dəfələrlə ekspertiza təyin edilmiş, lakin AR ƏN MEM-i tərəfindən cəmi bir mübahisələndirlən kredit müqaviləsi üzrə rəy verilmiş, digər müqavilə üzrə rəyin verilməsindən imtina edilmişdir. Rəy verilən müqavilə üzrə görünür ki, ekspert rəyində borc məbləğləri iddia ərizəsində göstərilən tələb məbləğindən daha çox hesablanmışdır.
25. Bununla yanaşı, cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, cavabdehin 100.LN.2005.120314.00001 nömrəli, 12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 2480498,95 manat, bundan ******* manat əsas, 487998,95 manat faiz borcu, 100.LN.2005.240919.00002 nömrəli, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 4903422,06 manat, bundan ******* manat əsas, 593422,06 manat faiz borcu, ümumilikdə 7.383.921,01 manat borcun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 4082 manat dövlət rüsumunun tutulmasına dair hər-hansı etirazı yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyi, nəticədə cavabdеh "xxxx" QSC-dən 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.992.500 manat əsas, 487.998,95 manat faiz borcu, 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ******* manat əsas, 593422,06 manat faiz borcu məbləği, yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, borc məbləğləri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərcləri, 4082 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün 4482 manat məbləğində mediasiya xərci/dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə:
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh "xxxx" QSC-dən 100.LN.2005.120314.00001 №-li, 12 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.992.500 (bir milyon doqquz yüz doxsan iki min beş yüz manat) manat əsas, 487.998,95 (dörd yüz səksən yeddi min doqquz yüz doxsan səkkiz manat doxsan beş qəpik) manat faiz borcu, 100.LN.2005.240919.00002 №-li, 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ******* (dörd milyon üç yüz on min) manat əsas, 593422,06 (beş yüz doxsan üç min dörd yüz iyirmi iki manat sıfır altı qəpik) manat faiz borcu, ümumilikdə 7.383.921,01 (yeddi milyon üç yüz səksən üç min doqquz yüz iyirmi bir manat sıfır bir qəpik) manat borc məbləği, mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 4482 manat tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti cavabdеh "xxxx" QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova