Məhkəmə qərarları › İş №e-2-2(113)-4005/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4005/2022

30.08.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4005/2022 30.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X8 qızının katibliyi, iddiaçı X3 nümayəndəsi vəkil Nümayəndə və Cavabdeh ASC-nin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X3 Cavabdeh ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən qanunsuz tutulmuş 13653 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması və çəkilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, cavabdeh ilə X6 arasında 10 noyabr 2016 tarixli 111314 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmışdır. Sözügedən müqavilə əsasında X9 rayonu Lökbatan qəsəbəsi İntiqam Nəbiyev küçəsi 41C ünvanında yerləşən ticarət obyektində sudan istifadə edir. Cavabdeh tərəfindən daha əvvəllər-2018-ci ildə Abbasov Rövşən barəsində qanunsuz və əsassız borc hesablanmışdır. O vaxtkı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 06 sentyabr 2018-ci il 2-2(81)-514/2018 saylı qətnaməsi ilə əsassız hesablanmış borc məbləği silinmişdir. Tərəfinizdən apellyasiya şikayəti verilməsinə baxmayaraq, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq Cavabdeh ASC tərəfindən qətnamələr göz ardı edilmiş, məhkəmə tərəfindən qanunsuz hesablanmış borcların silinməsinə baxmayaraq Cavabdeh ASC tərəfindən həmin borclar vətəndaşdan qanunsuz tələb edilmiş və vətəndaş həmin borcların ödənilməsinə məcbur edilmişdir. X1 heç bir əsas olmadan 13653 (8742+4911) manat məbləğində ödəniş alınmışdır. Halbuki həmin borc məhkəmə tərəfindən qanunsuz hesab edilərək silinmişdir. İddiaçı ticarət obyektinə suyun verilməsinin dayandırılmaması üçün məcbur qalaraq cavabdehin tələb etdiyi pul vəsaitini ödəmişdir. Əks halda suyun verilməsinin dayandırılması iddiaçıya xeyli miqdarda ziyan vurulmasına səbəb olacaqdı. Cavabdehin qanunusuz hərəkətləri nəticəsində X4 13653 manat maddi ziyan dəymiş, yəni ödənilməli olmayan pul vəsaiti məcburi formada iddiaçıya ödətdirilmişdir. Cavabdeh ASC tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli 01/4/01- 7/6/4124 saylı məktubda da göstərilir ki, 111314 müqavilə nömrəli obyektə ümumilikdə 13653 (8742+4911) manat borc hesablanmış və həmin borc tam şəkildə ödənilmişdir. Faktiki olaraq 13653 manat məbləğində vəsaitin X2 qanunsuz (məhkəmə qətnamələri ilə silinmiş olduğu halda tələb edilməklə) alınmışdır. Sözügedən məktubda borc məbləğinin hesablanması əsası və hansı invertar aktlar əsasında hesablanması konkret olaraq göstərilmişdir ki, həmin aktlar daha əvvəllər məhkəmə mübahisəsinin predmeti olmuş və məhkəmə həmin aktları qanunsuz hesab etmişdir. Pretenziya qaydasında cavabdehə müraciət edilərək, (məhkəmə qətnaməsi pretenziya məktubuna əlavə edilmişdir) iddiaçıya hesablanmış borcların qanunsuz olduğu və qanunsuz şəkildə ondan artıq ödənişlər alındığı cavabdehin nəzərinə çatdırılmış və həmin məbləğ geri tələb edilmişdir. Lakin cavabdeh heç bir reaksiya verməmişdir. Mülki Prosessual Məcəllənin 82.3 və 82.4-cü madələrinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdeh ASC tərəfindən borc hesablanması və qanunsuz ödənişlərin məcburi formada alınması üçün cavabdehin gətirdiyi xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/4124 saylı məktub bütün dəlillər, əsaslar artıq əvvəlki məhkəmə mübahisələri zamanı araşdırılıb, məhkəmə aktları ilə həmin dəlillərə hüquqi qiymət verilib, müvafiq borcun hesablanması əsasları-aktlar məhkəmə tərəfindən qanunsuz hesab edilmiş və həmin dəlillər, hallar, əsaslar yenidən məhkəmə tədqiqatının predmeti ola bilməz. Məhkəmə iclasında iştirak etmiş iddiaçı X3 nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh ASC-nin nümayəndəsi X10 tələbi qəbul etməyərək izahatında Cavabdeh ASC-nin 2019-cu ilin oktyabr ayında abonentin borcundan 20370 manat məbləğində vəsaitin silindiyini və 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli 2-2(81)-514/2018 nömrəli qətnaməsinin tam icra olunduğunu bildirərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Cavabdeh ASC-nin 29 mart 2022-ci il tarixli 01/4/01-7/6/4124 nömrəli məktubundan görünür ki, iddiaçı X3 istifadə etdiyi ticarət obyektinə Cavabdeh ASC tərəfindən xx.xx.2017-ci il tarixli, MXD-6441, xx.xx.2017-ci il tarixli MXD-6548, xx.xx.2017-ci il tarixli, MXD-7874, xx.xx.2018-ci il tarixli MXD-9317, xx.xx.2018-ci il tarixli, MXD-9527 saylı aktlar tərtib olunmuş, ümumilikdə 8742 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Araşdırma zamanı həmçinin, müqavilədə nəzərdə tutulmuş d=50 mm-lik boru vasitəsilə kanalizasiya şəbəkəsinə axıdılan qrunt suyuna görə hesabat verilməyən 161 gün (28.06xx.xx.2018-ci il tarixlərdə) üçün 4911 manat dəyərində verilməmiş sərfiyyatın hesablandığı məlum olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli 2-2(81)- 514/2018 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X3 Cavabdeh ASC-yə qarşı iddiası qismən təmin edilmiş və Cavabdeh ASC tərəfindən iddiaçı X4 hesablanmış 20370 manat məbləğində borc silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli 2-2(81)-514/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X3 111314 nömrəli abonent kodunun saldosundan görünür ki, obyektin sudan istifadəyə görə 2019-cu ilin sentyabr ayı üçün ümumi borcu 26473 manat təşkil etdiyi halda 2019-cu ilin oktyabr ayına həmin borc 20370 manat azalaraq 6103 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 06 sentyabr 2018-ci il tarixli 2-2(81)-514/2018 nömrəli qətnaməsi ilə iddiaçı X4 hesablanmış 20370 manat məbləğində borc silinmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş 20370 manat məbləğində borc X3 adına olan 111314 nömrəli abonent koduna aid olan borcundan 2019-cu ilin oktyabr ayında Cavabdeh ASC tərəfindən silinmiş, yəni 2019-cu ilin sentyabr ayı üçün ümumi borcu 26473 manat təşkil etdiyi halda, 2019-cu ilin oktyabr ayına həmin borcdan 20370 manat silinməklə qalıq borc 6103 manat təşkil etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir, belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə silinməli olan 20370 manat məbləğində borcun Cavabdeh ASC tərəfindən X3 adına olan 111314 nömrəli abonent kodundan silinmədiyinə istinad edərək, həmin silinməyən borcun əvəzi kimi artıq ödənilmiş hesab etdiyi 13653 manat məbləğində vəsaitin geri qaytarılmasını xahiş etmiş, halbuki Cavabdeh ASC tərəfindən 20370 manat məbləğində borc 2019-cu ilin oktyabr ayında 111314 nömrəli abonent kodundan silinmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz tutulmuş 13653 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması və çəkilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı X3 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı qanunsuz tutulmuş 13653 manat məbləğində pul vəsaitinin iddiaçıya geri qaytarılması və çəkilmiş 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar