Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4006/2022 26.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi , Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, iddiaçının nümayədəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 170 000 (yüz yetmiş min) manat əsas borc, 400 manat mediasiya xərci, 60 manat dövlət rüsumu, cəmi 170 460 (yüz yetmiş min dörd yüz altmış) manat pulun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ("xxxx" MMC) arasında innovasiya məhsullarının hazırlanması, tətbiqinin genişləndirilməsi və innovativ texnologiyalara əsaslanan sənaye mallarının istehsalının təşkili işlərin da qarşılıqlı fəaliyyətin həyata keçirilməsi barədə bağlanılmış 12 mart 2018-ci il tarixli Tərəfdaşlıq müqaviləsinə müvafiq surətdə iddiaçı tərəfındən cavabdehin hesablaşma hesabına 2018ci ilin mart-aprel aylarında həmin işlərin görülməsi üçün pul formasında ümumilikdə 170000,0 (bir yüz yetmiş min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin Müqavilənin 2.3 bəndinə əsasən “cavabdeh” həmin vəsaiti olduğu kimi və ya inovativ məhsul (xidmət) formasında geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Yəni cavabdehin həmin öhdəliyi alternativ öhdəlik olub, seçmək hüququ cavabdehə aid idi. 12 iyul 2020-ci il tarixində müqavilənin icra müddətinin başa çatmasına baxmayaraq cavabdeh tərəfindən həmin pul vəsaiti geri qaytarılmadığı kimi, əvəzində inovativ məhsul da iddiaçıya verilməmişdir. İddiaçı vəsaitinin geri qaytarılmasının təmin edilməsi üçün cavabdehə xx.xx.2020-ci il tarixli 94-1/07 saylı, xx.xx.2020-ci il tarixli 94-1/199 saylı və xx.xx.2022-ci il tarixli 94-1/54 saylı məktublarla rəsmi müraciətlər etmiş, lakin bunların heç bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı münasibətini məhkəməyə təqdim edərək qeyd etmişdir ki, "xxxx" MMC 011/18 nömrəli 05 mart 2018-ci il tarixli məktubla "xxxx" MMC-yə (100% dövlət mülkiyyəti) müraciət edərək, maliyyə yardımı istəmiş və ayrılan vəsaitin maliyyə vəsaiti və ya innovativ məhsul (xidmət) şəklində geri qaytarılacağını bildirmişdir. Bundan irəli gələrək 12 mart 2018-ci il tarixində tərəflər arasında “Tərəfdaşlıq müqaviləsi” imzalanmışdır. Müqavilənin predmetindən də aydın olur ki, tərəflər AMEA Yüksək Texnologiyalar Parkında innovasiya məhsulunun hazırlanması, tətbiqinin genişləndirilməsi və innovativ texnologiyalara əsaslanan sənaye mallarının istehsalının təşkili işlərini qarşılılıqlı həyata keçirəcək. Müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, Elm və Texnologiya Parkı maliyyə yardımını müqavilə müddəti ərzində maliyyə vəsaiti və ya innovativ məhsul (xidmət) şəklində Təcrübə-Sənaye Zavoduna geri qaytarmalıdır. Lakin iddiaçı tərəf hər zaman cavabdehin hüququnu mədudlaşdırmağa və müqavilənin mahiyyətim təhrif edərək onu borc müqaviləsi kimi təqdim etməyə, manipulyasiya etməyə çalışmışdır. Belə ki, müqavilə müddətinin bitməsinə 3 ay qalmış Elm ve Texnologiya Parkına ünvanlanmış 94-1/07 nömrəli 15 yanvar 2020-ci il tarixli məktubda tərəfdaş müqaviləsinin 2.3 bəndi tam təhrif olunmuşdur. Məktubda deyilir ki, tərəfdaşlıq müqaviləsinin 2.3 bəndinə müvafiq olaraq, Elm ve Texnologiya Parkı maliyyə yardımının müqavilə müddəti ərzində geri qaytarılması öhdəçiliyini öz üzərinə götürmüşdür. Müqavilənin qüvvədə olma müddəti 12 mart 2020-ci il tarixinə qədərdir. Lakin müqavilə müddətinin başa çatmasına az vaxt qalmasına baxmayaraq maliyyə yardımının qaytarılması üçün hər hansı bir ödəniş aparılmamışdır. Göstərilənlərlə əlaqədar maliyyə yardımı şəklində edilən 170 min manat məbləğində vəsaitin tez bir zaman ərzində geri qaytarılması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Göründüyü kimi ilk müraciətdən iddiaçı müqavilə şərtlərindən kənara çıxmaq və cavabdehin seçmə hüququnu məhdudlaşdırmağa çalışmışdır. Beləliklə, tərəfdaşlıq müqaviləsinin mahiyyətini dəyişdirərək borc müqaviləsi kimi yanaşmışdır. Elm və Texnologiya Parkına 94-1/47 nömrəli 04 mart 2020-ci il tarixində edilmiş müraciət də oxşar məzmunlu olmuş, vəsaitin tez bir zamanda geri qaytarılması tələbi müəssisə qarşısında qoyulmuşdur. Bu Elm və Texnologiya Parkında elə bır dövrə təsadüf edir ki, həmin dövrdə AMEA tərəfindən müəssisənin fəaliyyəti yoxlanılmış və əsas işçı heyəti işdən azad edilmişdir. Bütün bu məsələlərdən Təcrübə-Sənaye Zavodunun məlumatlı olmasına baxmayaraq, yalnız vəsaitin geri qaytanlması tələbi ilə çıxış etmiş və müqavilə şərtini kobud surətdə pozmağa çalışmışlar. Müxtəlif manipulyasyalar etməklə “tərəfdaşlıq” müqaviləsini borc müqaviləsi kimi təqdim etməyə çalışmışdır. İddiaçının Elm və Texnologiya Parkına 94-1/54 nömrəli 24 yanvar 2022-d il tarixli 3-cü muraciətində isə qeyd olunan müqavilə üzrə ödəlik konkret olaraq, borc kimi təqdim edilmiş və 01 fevral 2022-ci il tarixədək vəsaitin ödənilməsini tələb edilmişdir. Təcrübə-Sənaye Zavodunun sayca 4-cü tələbi isə bir qədər formal xarakter daşıyır. Belə ki, məktubda tərəfdaşlıq müqaviləsinin 2. 3-cü bəndinə ilk dəfə tam mahiyyəti üzrə istinad edilib, müqavilə öhdəliyinin yerinə yetirilməsi üçün cavabdehin seçmək hüququnun olduğu qeyd edilib, lakin tələb hissəsində 170 min manatın 3 gün ərzində geri qaytaılması tələbi qoyulub. Vəsaitin geri qaytarılması ilə bərabər innovativ məhsulun (xidmət) təqdim olunması tələbi də irəli sürülməlidir. Buna əlavə "xxxx" MMC-nin fəaliyyətində yaranmış problemlər nəticəsində hər hansı vəsaitinin olmadığı, o cümlədən, sosial sığorta, işsizlikdən icbari sığorta, icbari tibbi sığorta, həmçinin "xxxx" MMC ilə borc mübahisəsi ilə əlaqədar 2020-ci ilin oktyabr ayından bank hesablarında 65 min manat və digər borclara görə sərəncamın olması qarşı tərəfə məlumdur. Lakin qarşı tərəfə danışıqlar zamanı alternativlərdən istifadə etməklə yaranmış öhdəliyin yerinə yetirilməsi imkanı çatdırılmışdır. Buna əsasən innovativ məhsulların təqdim edilməsi daxildir. Belə ki, müəssisə pilotsuz uçuş aparatları (kopter, sabit qanadlı), perimetr mühafizə sistemləri, partladıcının məsafədən idarə edilməsi kimi innovativ məhsullara sahibdir. Bu texnologiyaların bir qismi ilk dəfə Elm və Texnologiya Parkı tərəfindən hazırlanmışdır. Qeyd olunan Tərəfdaşlıq müqaviləsində ayrılmış vəsaitin xüsusi bir layihəyə ayrılması öz əksini tapmamışdır. Bu halda istənilən innovativ məhsul (xidmət) müqavilə öhdəliklərinin yerinə yetirilməsi kimi qarşı tərəfə təqdim edilə bilər. Eyni zamanda "xxxx" MMC Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan 100% səhm paketi dövlətə məxsus hüquqi şəxsdir. Dövlətə məxsus olan hüquqi şəxslərin borclanması barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı ıl 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalnması Qaydası”na əsasən tənzimlənir. Qüvvədə olan qaydalara əsasən dövlətə məxsus olan hüquqi şəxslər cari ilin dekabrın 1- dək növbəti il üzrə borclanma niyyətləri və borcalmanın ümumi məbləğləri barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edirlər. Azərbaycan Respublikasının Malryyə Nazirliyi 30 gün ərzində borc almaq niyyəti barədə müraciətləri təhlil edir, borc almağın yuxarı həddinə dair təkliflərini hazırlayır və borc almağın yuxarı həddində nəzərə alınan investisiya layihələrini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla növbəti il fevralın 1-dək həmin il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borc almasının yuxan həddini müəyyən edir. Dövlətə məxsus olan hüquqi şəxs borclanma həyata keçirilməzdən əvvəl Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə borcalmanın zəruriliyini və məqsədəuyğunluğunu əsaslandırmaqla yazılı müraciət edir. Müraciətlə birlikdə müvafiq sənədlər təqdim olunmalıdır, o cümlədən borc almağa səbəb olan layihə və ya tədbirin texniki-iqtisadı əsaslandırılması, borcalmaq investisiya layihəsi ilə bağlı həyata keçirildikdə Azerbaycan Respublikası iqtisadiyyat Nazirliyinin müsbət rəyi, dövlətə məxsus olan hüquqi şəxsin müraciət olunan il üçün müvafiq qaydada təsdiq edilmiş gəlir və xərclər smetasının ilkin gostərilən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatları və auditor rəyi, kredit bürosundan dövlətə məxsus olan hüquqi şəxsə aid kredit hesabatı, həmçinin dövlətə məxsus olan hüquqi şəxsin kredit hesabatında əksini tapmayan digər bordan haqqında məlumat dövlətə məxsus olan kommersiya hüquqi şəxsin müşahidə (direktorlar) şurasının (olmadıqda icra orqanının), qeyri-kommersiya hüquqi şəxsin isə himayəçilər şurasının (olmadıqda icra orqanının) borcalmaya dair qərarı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlətə məxsus olan hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətə və 30 gündən gec olmayaraq baxır, borcalmaya razılıq verilməsi və ya ondan imtina barədə qərar qəbul edir və bununla bağlı həmin hüquqi şəxsə yazılı məlumat verir. Borcalma layihə ilə bağlı həyata keçmədikdə Azerbaycan Respublikasının Maliyyə Nazirliyi layihənin xüsusiyyətlərindən asılı olaraq dövlətə məxsus olan hüquqi şəxsdən aidiyyəti dövlət orqanlarının (dövlət təşkilatlarının) rəyinin alınmasını tələb edir və ya müvafiq rəyin alınması üçün dövlət orqanlarına (dövlət təşkilatlarına) müraciət edir. İnvestisiya layihəsi ilə bağlı müvafiq rəyin alınması üçün borcalan bu Qaydada müəyyən olunmuş sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir, Azerbaycan Respublikasının İqtisadiyyat Nazirliyi müvafiq sənədlərə onların təqdim edildiyi gündən başlayaraq 20 iş günündən gec olmayaraq baxır və rəy bildirir. Borcalmanın dövlətə məxsus olan hüquqi şəxsin dövlət büdcəsi qarşısında öhdəliyinin və borcalma tarixinə mövcud digər öhdəliklərinin yerinə yetirilməsinə mane olacağına dair əsaslar aşkar olunduqda bu qaydada nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda və aidiyyəti dövlət orqanı (dövlət təşkilatı) mənfi rəy verdikdə, yaxud borcalma bunun üçün müəyyən edilmiş yuxan həddi keçdikdə borcalmaya razılıq verilməsindən imtina edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qaydanın nəzərdə tutulmuş imtina hallan olmadıqda, dövlətə məxsus olan hüquqi şəxsin borcalmasına razılıq verir. Borcalmaya venlmiş razılıq həmin razılığın şamil olunduğu ildən sonrakı ilin sonunadək qüvvədə qalır borcalma bu müddət ərzində həyata keçınlmədıkdə. verilmiş razılıq qüvvəsini itirmiş hesab olunur. Dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi imzalandıqdan sonra 3 iş günündən gec olmayaraq bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, investisiya layihələri üzrə eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə məlumat verir. Borcalmaya razılıq venldlkdən sonra dövlətə məxsus olan hüquqi şəxs borc müqaviləsi qüvvədə olduğu müddətdə hər rüb üçün maliyyə hesabatlarını, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq hər ilin yekunu üzrə auditor yoxlamasından keçmiş maliyyə hesabatlannı və auditor rəyini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edir. Beləliklə, qaydaların da tələbləri kobud şəkildə pozulmuşdur. Elm və Texnologiya Parkı qanun pozuntusuna yol verərək müvafiq razılığı və rəyi almamış, "xxxx" MMC isə ETP-nin razılıq almadığını və investisiya layihəsinin İqtisadiyyat Nazirliyindən müsbət rəyinin olmadığını bilə-bilə dövlətə məxsus büdcə vəsaitinin təminatsız, dəqiqləşdirilməmiş layihəyə (layihələrə) yönəltmişdir. Hər iki tərəf qanunvericiliyin Nizamnamələrinin tələbini, həmçinin tabeliyində olduqları yuxarı orqanın vəzifə səlahiyyətlərini mənimsəməklə Mülki Məcəllənin bilərəkdən kobud surətdə pozmaqla müvafiq müqavilə bağlamışdır. Ədalətlilik nöqteyı nəzərindən, həmçinin hər iki tərəfin maraqlarını nəzərə almaqla müqavilənin predmetini sifariş (əvvəlcədən dəqiqləşdirilməmiş) kimi qəbul etmək oları ki, bu da cari fəaliyyətə aid proses kimi qəbul edilə bilər. Bu hal dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması qaydasının tərəflər tərəfindən pozmadığı mənasına gəlir.Cavabdehin nümayəndəsi iddiaçının tələbinin innovativ məhsulun həmçinin məhsul yaradılması zamanı əldə olunmuş nəticələri özündə əks etdirən xidmətlərlə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" MMC və "xxxx" MMC olmaqla imzalanmış 12 mart 2018-ci il tarixli tərəfdaşlıq müqaviləsinə əsasən AMEA Yüksək Texnologiyalar Parkında innovasiya məhsullarının hazırlanması və tətbiqinin genişləndirilməsi və innovativ texnologiyalara əsaslanan sənaye mallarının istehsalının təşkili işlərində "xxxx" MMC və "xxxx" MMC arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsi tərəflər arasında razılaşdırılmışdır. 2.1-ci bəndə əsasən "xxxx" MMC "xxxx" MMC-nin 05 mart 2018-ci il tarixli 011/18 saylı məktubunu nəzərə almaqla və birgə fəaliyyətin Azərbaycan elminin inkişafına xidmət göstərəcəyini əsas götürməklə özünün maliyyə imkanları çərçivəsində "xxxx" MMC-nə maliyyə yardımı göstərməyi öhdəsinə götürür. 2.2-ci bəndə əsasən "xxxx" MMC göstərilmiş maliyyə yardımının Cəmiyyətin Nizamnaməsinə müvafiq surətdə innovasiya məhsulunun hazırlanması və ya təkmilləşdirilməsinə, təcrübə konstruktor işlərinin aparılması və nəticələrin sənayedə tətbiqinin təşkili işlərinə və eyni zamanda lazımi avadanlıqların və cihazların alınmasına yönəldilməsinə təminat verir. 2.3-cü bəndə əsasən "xxxx" MMC maliyyə yardımının müqavilə müddəti ərzində tədricən maliyyə vəsaiti ilə və ya innovativ məhsul (xidmət) şəklində "xxxx" MMC-nə geri qaytarılmasını öz öhdəsinə götürür. Tərəflər arasında imzalanmış 19 mart 2020-ci il tarixli 12 mart 2018-ci il tərəfdaşlıq müqaviləsinə əlavə razılaşmaya əsasən müqavilənin 3.1-ci maddəsi “3.1. Bu müqavilə imzalandığı gündən qüvvəyə minir və 12 iyul 2020-ci il tarixədək qüvvədədir.” kimi dəyişdirilmişir. "xxxx" MMC-nə İddiaçı MMC-nə ünvanlanan pretenziya məktubunda 170.000 manat məbləğində borcun 3 gün ərzində bank hesabına köçürülməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən “AMEA Təcrübə-Sənaye” Zavoduna ünvanlanan xx.xx.2018ci il tarixli 011/18 nömrəli məktubda “AMEA Təcrübə-Sənaye” Zavodunun “AMEA Yüksək Texnologiyalar Parkı”nın rezidenti olduğu nəzərə alınaraq, müəssisəyə maliyyə vəsaitinin ayrılması xahiş edilmiş, ayrılacaq maliyyə yardımının müqavilə müddəti ərzində maliyyə vəsaiti və ya innovativ məhsul (xidmət) şəklində geri qaytarılmasına təminat verilmişdir. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən məlum olur ki, “AMEA Təcrübə- Sənaye” Zavoduna məxsus bank hesabından "xxxx" MMC-nə məxsus bank hesabına 70.000 manat, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığının surətindən məlum olur ki, “AMEA Təcrübə-Sənaye” Zavoduna məxsus bank hesabından "xxxx" MMC-nə məxsus bank hesabına 100.000 manat maliyyə yardımı təyinatı üzrə ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında müqavilə imzalanmış, müqavilə əsasında "xxxx" MMC innovasiya məhsullarının hazırlanması və tətbiqinin genişləndirilməsi və innovativ texnologiyalara əsaslanan sənaye mallarının istehsalının təşkili işlərində özünün maliyyə imkanları çərçivəsində "xxxx" MMC-nə maliyyə yardımı göstərməyi öhdəsinə götürmüş, "xxxx" MMC isə öz növbəsində müvafiq innovasiya məhsulunun hazırlanması və ya təkmilləşdirilməsini öhdəliyini götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək razılşadırılmış pul məbləğini qarşı tərəfə ödəmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının ödənilmiş məbləğin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 170.000 manat tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz ərizəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur ki, "xxxx" MMC maliyyə yardımının müqavilə müddəti ərzində tədricən maliyyə vəsaiti ilə və ya innovativ məhsul şəklində "xxxx" MMC-nə geri qaytarılmasını öz öhdəsinə götürür. İş materiallarından məlum olmuşdur ki, tərəflər arasında imzalanmış müqavilə 12 iyul 2020-ci il tarixinədək qüvvədədir. Cavabdeh tərəfindən müqavilənin müddəti bitməsinə baxmayaraq hər-hansı innovativ məhsul və ya maliyyə vəsaiti iddiaçıya geri qaytarılmadığından iddiaçı maliyyə yardımını innovativ məhsul və ya maliyyə vəsaiti şəklində geri qaytarılmasını seçməkdə sərbəstdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas borc hissəsində təmin edildiyindən 400 manat mediasiya xərci, 60 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 170.000 (yüz yetmiş min) manat əsas borc, 400 manat mediasiya xərci, 60 manat dövlət rüsumu, cəmi 170.460 (yüz yetmiş min dörd yüz altmış) manat pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 170.000 (bir yüz yetmiş min) manat əsas borc, 400 manat mediasiya xərci, 60 manat dövlət rüsumu, cəmi 170 460 (yüz yetmiş min dörd yüz altmış) manat pul tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4006/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4006/2022
26.09.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver