Məhkəmə qərarları › İş №e-2-2(113)-4012/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4012/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4012/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı F.H.Abbasova və E.M.X9 Mahmud X5 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı F.H.Abbasova və E.M.X9 Mahmud X5 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı F.H.Abbasova və E.M.X9 Mahmud X8 iddia ərizəsi ilə müraciət edərək, cavabdeh X6 tərəfindən hesablanmış 151.580,10 (yüz əlli bir min beş yüz səksən manat on qəpik) manat borcun əsassız olduğu üçün silinməsi, çəkilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 41,58 (qırx bir manat əlli səkkiz qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB “Mahmud” KFT-na qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 84.727,20 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İB iddia ərizəsinə əlavə verərək MKFT-dan 421.391,12 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Cavabdeh İB iddia tələbinə əlavə verərək MKFTdan 421.391,12 manat əsas borcun və 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh İB-nın hesabına ödənilməsinə dair qətnamə qəbuledilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)- 05/2019 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi; qarşılıqlı iddia təmin edilmiş, MKFT və onun xidmət göstərdiyiməktəblərdə İB tərəfindən sökülmüş qazsayğaclarının İB-nin hesabına quraşdırılması qət edilmişdir (hakim V.Əzizova). Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)-2/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilkin iddianın təmin edilməsi, MKFTdan 421.391,12 manat təbii qazdan istifadəyə dair yaranmış borcun tutularaq İB-yə ödənilməsi; MKFT-nın İB-ya qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir (sədrlik edən - H.Babayeva, hakimlər - Z.Məmmədov və M.Rzayev). Azərbaycan RespublikasıAli Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 2-2(102)-84/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2- 2(105)- 2/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən – A.Hüseynov, hakimlər - S.Hüseynova və B.Məmmədli). Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)-05/2019 saylı qətnaməsi qismən – MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılması hisssələrində ləğv edilməsi; həmin hissələrdə yeni qətnamə qəbul edilərək, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borc İBnin xeyrinə tutulmuş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – F.Məmmədov, hakimlər – S.Qafari və İ.Dəmirov). Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022ci il 5 may tarixli 2-2(102)-252/2022 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçıCavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyib. Göründüyü kimi CavabdehİB tərəfindən 421391,12 manat borcun olmasını bildirilsədə məhkəmə tərəfindən borc məbləği 286328,82 manat olaraq müəyyən edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləriarasında yaranan 135062,3 ( 421391,12 manat dan 286328,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLİ “Mahmud” X5 balansından silinməmişdir. Bundan başqa CavabdehİB cavabdeh “Mahmud” X3rşı iddia qaldıraraq cavabdehdən Sumqayıt şəhəri üzrə Uşaq Baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 140571,90 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 40 qəpik xidmət haqqının məcburi qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2-2(85)-80/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLİ “Mahmud” X4 CavabdehİB-nin xeyrinə Sumqayıt şəhəri üzrə uşaq baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 124054,82 ( yüz iyirmi dörd min əlli dörd manat səksən iki qəpik ) məbləğində borc , 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi 0,40 qəpik xidmət haqqının tutulması qət edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 16517,080 ( 140571,90 manat dan 124054,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti “Mahmud” X5 adından silinməmişdir. Pretenziya qaydasında cavabdehə müraciət edilərək iddiaçıya hesablanmış bocların qanunsuz olduğu üçün silinməsini tələb etsəkdə cavabdeh heç bir reaksiya verməmişdir.

II.Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbini müdafiə edir. Tələb əsaslıdı, cavabdeh tərəfindən verilən etirazın heç bir əsası yoxdu. Üzürlü səbəbdən məhkəmə baxış iclasında iştirak edə bilmir. İştirakı olmadan mülki işə baxıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini sizdən xahiş edir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)- 05/2019 saylı qətnaməsi ilə cavabdeh “Mahmud” X4 təbii qazdan istifadəyə görə yaranmış 244746,95 manat borcun Cavabdeh İB-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, “Mahmud” X8 və onun xidmət göstərdiyi məktəblərdə Cavabdeh İB tərəfindən sökülmüş qaz sayğaclarının Cavabdeh İB-nin hesabına quraşdırılması, ekspertiza tədqiqatı üçün sərf edilmiş 390 manatın 300 manat hissəsinin “Mahmud” X4, 90 manat hissəsinin Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)-2/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 may 2019-cu il tarixli, 2-2(085)- 05/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, İlkin iddia təmin edilmiş. «Mahmud» X4 421391,12 (dörd yüz iyirmi bir min üç yüz doxsan bir manat on iki qəpik) manat məbləğində təbii qazdan istifadəyə dair yaranmış borc tutularaq Cavabdehnə ödənilməsi, “Mahmud” X5 Cavabdehnə qarşı borcun silinməsi və qaz sayğaclarının quraşdırılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 mart tarixli 2-2(102)-84/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 18 sentyabr tarixli 2-2(105)- 2/2020 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 13 may tarixli 2-2(085)- 05/2019 saylı qətnaməsi qismən – MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 244.746,95 manat borcun İB-nin xeyrinə tutulması, MKFT və onun xidmət göstərdiyi məktəblərdə İB tərəfindən sökülmüş qaz sayğaclarının İB-nin hesabına quraşdırılması hisssələrində ləğv edilməsi; həmin hissələrdə yeni qətnamə qəbul edilərək, MKFT-dan təbii qazdan istifadəyə görə yaranmış 286.328,82 manat məbləğində borc İB-nin xeyrinə tutulmuş, qarşılıqlı iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 5 may tarixli 2-2(102)-252/2022 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçıCavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 7 dekabr tarixli 2-2(105)-83/2021 saylı qətnaməsi iddiaçı Cavabdeh İB-nə münasibətdə dəyişdirilmədən saxlanılmişdir.

12. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2-2(85)- 80/2018 saylı qətnaməsinə əsasən Cavabdeh İB-nin iddiası tələbi qismən təmin edilərək F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLİ “Mahmud” X4 CavabdehİB-nin xeyrinə Sumqayıt şəhəri üzrə uşaq baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 124054,82 manat məbləğində borc , 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi 0,40 qəpik xidmət haqqının tutulması qət edilmişdir.

13. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)- 83/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “Mahmud” KFT-dan təbbi qazdan istifadəyə görə yaranmış 286328,82 manat məbləğində borcun Cavabdeh İB-nin xeyrinə tutulması qət etdildiyi və icra sənədində qeyd olunan məbləğ “Mahmud” KFT tərəfindən tam şəkildə ödənildiyi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin 2-2(105)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)- 83/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Cavabdeh “Mahmud” X3rşı təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması haqqında ilk iddia tələbinə və “Mahmud” X5 Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi və qaz sayğaclarının quraşdırılması haqqında qarşılıqlı iddia tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-83/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsinə dair cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizəyə baxaraq, məhkəmə ərizənin təmin edilməməsini qərara almışdır. Həmin qərardaddan görünür ki, ərizəçinin ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən 421391,12 manat borcun olması bildirilsə də məhkəmə tərəfindən borc məbləği 286328,82 manat olaraq müəyyən edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 135062,3 (421391,12 manatdan 286328,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti F.H.Abbasova və E.M.X9 “Mahmud” X5 balansından silinməmişdir. Cavabdeh iddia tələbində tələb edilən məbləğlə məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğin arasında yaranan 135062.3 manat pulu Təsərrüfatın balansından silmir və əsas gətirir ki, məhkəmə qətnamə qəbul edərkən 421391,12 manat məbləğdən 286328,82 manat hissəsini təmin etsə də yaranan fərq olan 135062,3 manatın silinməsi barədə heç bir qeyd aparmamışdır.

15. Məhkəmə iş materiallarını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

17. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

21. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

24. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

25. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, cavabdeh qaz paylayıcı qurum tərəfindən iddiaçı publik hüquqi şəxsə 151580,10 manat məbləğində borc yazılmışdır. Əvvəlki dövrlərdə həmin borcun da hazırki iş üzrə iddiaçıdan tutulması xahiş edilsə də, məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, X2 İB-nə borcu olsa da, 151580,10 manat hissəsində İB-nin iddiaları təmin edilməmişdir. Buna baxmayaraq İB-yi fərq olunan borc məbləğini iddiaçıya məxsus abonent hesabından silməmişdir və həmin məbləği iddiaçıdan tələb etməkdə davam edir. Hazırki iş üzrə iddiaçı qəbul edilən məhkəmə aktlarına dair izah verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına müraciət etsə də, ərizəsi təmin edilməmişdir. X6 isə iddiaçıya bildirmişdir ki, hüquqi şəxslərə münasibətdə borcun silinməsi ilə bağlı məhkəmə qərarı olmadan İB-i həmin borcu abonent hesabından silə bilmir. Ona görə də iddiaçı, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb.

26. İddiaçı qeyd edilən borc məbləğlərinin əsassız hesablandığını, borcun mövcudluğu ilə bağlı hər hansı təsdiqedici sənədlərin olmadığını bildirir və silinməsini tələb edir. Cavabdeh isə məhkəmə gedişatı zamanı abonent saldosundan başqa qeyd edilən borc məbləğini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir.

27. Məhkəmə ilkin olaraq hazırkı borcun yaranması əsasları ilə bağlı aşağıdakı məqamları qeyd etməyi zərurihesab edir.

28. Göründüyü kimi CavabdehİB tərəfindən 421391,12 manat borcun olmasını bildirilsə də digər məhkəmələr tərəfindən borc məbləği 286328,82 manat olaraq müəyyən edilmişdir. Tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 135062,3 ( 421391,12 manat dan 286328,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLİ “Mahmud” X5 abunə balansından silinməmişdir.

29. Bundan başqa CavabdehİB cavabdeh “Mahmud” X3rşı iddia qaldıraraq cavabdehdən Sumqayıt şəhəri üzrə Uşaq Baxçalarında istifadə olunan təbii qaza görə yaranmış 140571,90 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun və 40 qəpik xidmət haqqının məcburi qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmiş və məhkəmənin qətnaməsi ilə borc 124054,82 manat məbləğində müəyyən edilmişdir.

30. Qeyd olunanlara əsasən tələb edilən məbləğlə məhkəmə tərəfindən müəyyən edilən borc məbləğləri arasında yaranan 16.517,080 ( 140571,90 manat dan 124054,82 manat pul çıxıldıqdan sonra yaranan məbləğ) manat məbləğində pul vəsaiti “Mahmud” X5 abunə balansından silinməmişdir.

31. Hazırda mübahisələndirilən 151580,10 manat borcla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

32. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

33. Cavabdeh qeyd edilən borc məbləği ilə bağlı müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər.

34. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir.

35. Beləliklə, məhkəmə hesab edir ki, 151.580,10 manat borcun əsaslılığı ilə bağlı cavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilmir və bu səbəbdən – həmin borc əsassız olduğundan silinməlidir.

36. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci və 41,58 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

37. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

38. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

39. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir.

40. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddian təmin olunduğu üçün (dövlət rüsumunun hesablanması kalkülyatorunun göstəricisi nəzərə alınmaqla) 441,58 manat mediasiya xərcinin və dövlət rüsumu əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V.Nəticə:

42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən F.H.Abbasova və E.M.X9 Mahmud X7 hesablanmış 151.580,10 manat borc məbləği silinsin. Mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 441,58 manat pul vəsaiti Cavabdehndən tutularaq iddiaçı F.H.Abbasova və E.M.X9 Mahmud X7 ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar