Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-402/2021 03.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, X3 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı tərəfindən cavabdehə ödənilmiş 102222 manat 40 qəpik məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehə ödənilmiş 102222 manat 40 qəpik məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının istixanasına guya sayğaca müdaxilə etməsi barədə cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt tərtib edilmişdir və akta əsasən 102222 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Bununla əlaqədar olaraq, cavabdehə və Salyan X2rşı iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(057)-1453/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli SS-29/1640-00394 saylı aktları və xx.xx.2017-ci il tarixli abonent saldosu qanunsuz hesab edilərək ləğv edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(057)-1453/2017 saylı qətnaməsi qüvvədə qalmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddia tələbi məhkəmə icraatında olduğu müddətdə istixananın qaz xəttinin bərpa edilməsi və kəsilməsinin qarşısının alınması üçün iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Salyan rayon Məhkəməsinin qərardadı ilə ərizəsi təmin edilmişdir. Lakin cavabdeh məhkəmə qərardadının olmasına baxmayaraq pulu ödəmədiyi təqdirdə qazı kəsəcəyini israrla bildirmişdir. İddiaçı cavabdehin istixananın qaz təchizatının dayandıracağından və məhsullarının məhv olmasının qarşısının alınması məqsədi ilə məcburiyyət qarşısında qalıb iddiaçıya hesablanmış 102222 manat 40 qəpik dəymiş ziyanı ödəmişdir. Əks təqdirdə istixanada yetişdirdiyi məhsullar məhv ola, daha böyük ziyana uğraya bilərdi. Cavabdehin rəsmiləri məhkəmənin iddianı təmin edəcəyi təqdirdə həmin pulu iddiaçıya qaytaracağını bildirmişlər. Lakin Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(057)-1453/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra dəfələrlə cavabdehə ödənilmiş pulun iddiaçıya geri qaytarılması üçün yazılı və şifahi müraciətlər etsə də, iddiaçıya məhkəməyə müraciət etməyini, məhkəmə qətnaməsi olduqdan sonra həmin məbləği ona geri qaytara biləcəklərini söyləmişlər. Cavabdehlə aparılan danışıqların, yazışmaların heç bir nəticəsi olmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək izahatında bildirdi ki, iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona məxsus istixanaya xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktı əsasında 102222,40 manat dəymiş ziyan hesablanmışdır. Salyan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(057)- 1453/2017-ci il tarixli qətnaməsi ilə cavabdehin xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktı ləğv edilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Şirvan apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(057)-1453/2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. xx.xx.2017-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt ləğv edildiyi üçün tərəfindən ödənilmiş 102222,40 manat dəymiş ziyan ona geri ödənilməlidir. İddia tələbi əsassızdır. Belə ki, SOCAR-ın İnformasiya Texnologiyaları və X1 Departamentinin xx.xx.2017-ci il tarixli SS- 29/1640-00394 saylı rəyinə əsasən iddiaçıya məxsus istixananın qaz xətti üzərindən çıxarılmış qaz sayğacının arxiv məlumatlarına əsasən 05-xx xxxxxx 2016, 01-xx xxxxxx 2017, 01-xx xxxxxx 2017-ci il tarixlərdə 511112 m3 qaz sərfinin hesabatdan kənarda qalmışdır. Hesabatdan kənarda qalmış qaz sərfinin iddiaçının hesabına əlavə olunması üçün “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli akt tərtib edilmiş və qeyd olunan qaz sərfi abonentin hesabına qeydiyyata alınmışdır. İddiaçının istixanada təbii qazdan istifadəyə görə xx.xx.2017-ci il tarixə 105948,84 manat məbləğində borcu olmuşdur. İddiaçı 2017-ci ilin dekabr ayında cavabdehin Salyan rayon qaz istismar idarəsinə müraciət edərək istixananın qaz təchizatının bərpa edilməsini xahiş etmişdir. Cavabdehin Salyan rayon qaz istismar idarəsinin rəhbərliyi ilə iddiaçının nümayəndəsi arasında xx.xx.2017-ci il tarixdə borcun ödənilməsi barədə razılaşma protokolu tərtib edilmişdir. Qeyd olunan razılaşma protokoluna əsasən iddiaçı 105948,84 manat məbləğində borcu 2018-ilin yanvar ayından başlayaraq hər ay 13243,50 manat olmaqla 2018-ci ilin avqust ayınadək ödənilməsini öhdəlik götürmüş, cavabdeh tərəfindən isə iddiaçıya məxsus istixananın qaz təchizatının bərpa edilməsi öhdəlik götürülmüşdür. Hər iki tərəf xx.xx.2017-ci il tarixli razılaşma protokolu ilə müəyyən edilmiş öhdəliklərinə tam riayət etmişdir. Tərəflər arasında tərtib edilmiş razılaşma protokolu müqavilə xarakterli olmaqla qarşılıqlı razılaşmanı özündə əks etdirir. Əgər iddiaçı müəyyən olunmuş qaz sərfiyyatı ilə razı deyildirsə onda o, tərtib olunmuş aktı imzalamamalı idi. Qeyd olunanlar iddia tələbinin əsassız olmasının birbaşa sübutudur. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatının enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqında” 356 saylı xx xxxx 2000-ci il tarixli Fərmanında qeyd edilmişdir ki, işlədilən hər kub metr təbii qazın dəyəri ödənilməlidir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi uçota alınmaqla ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilmişdir. xx xxx 2016-cı il tarixli ***-**-** saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, cavabdeh, iddiaçını keyfiyyətli qazla təmin etməyi, iddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq cavabdehin hesabına ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2017-ci il tarixli “İstehlak olunmuş təbii qaza görə yaranmış debitor borcun ödənilməsi barədə” Razılaşma protokolundan görünür ki, iddiaçı aylıq istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsindən əlavə təbii qaza görə xx.xx.2017-ci il tarixə yaranmış 105948,84 manat məbləği xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək hər ay 13243,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2017-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə dəymiş ziyan 511112 kub.metr müəyyən edilmişdir. Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(057)-1453/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdehnə və Salyan Reqional X5rşı aktların, abonentin saldosunun və itirilmiş qazın bərpası üzrə tələblərin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı barəsində tərtib edilmiş Cavabdeh İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktnın ləğv edilməsi, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş və İTRİ-nin Avtomatlaşdırma və Metrologiya Departamentinin rəis müavini Ə.Ağaməmmədov tərəfindən təsdiq edilməmiş qaz sayğacına baxış keçirilməsi barədə aktın ləğv edilməsi, Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS-29/1640-00394 saylı aktın ləğv edilməsi, Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədrinin təsdiqlədiyi xx xxxxxx 2017-ci il tarixli “İtirilmiş qazın bərpası üzrə tələblər”in ləğv edilməsi, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Abonentin saldosu”nun ləğv edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(106)-1222/2018 saylı qətnaməsindən görünür ki, Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(057)- 1453/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2017-ci ilin fevral ayına 102222,40 manat məbləğində borc hesablanmışdır. İddiaçının 2020-ci ilin noyabr ayına borcu 2603,60 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdeh tərəfindən iddiaçıya akta əsasən 2017-ci ilin fevral ayına 102222,40 manat məbləğində borc hesablanmışdır. İddiaçı cavabdehlər Cavabdehnə və Salyan Reqional X5rşı aktların, abonentin saldosunun və itirilmiş qazın bərpası üzrə tələblərin qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Salyan rayon Məhkəməsinə müraciət etmişdir. Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(057)-1453/2017 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı barəsində tərtib edilmiş Cavabdeh İB-nin “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktnın ləğv edilməsi, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş və İTRİnin Avtomatlaşdırma və Metrologiya Departamentinin rəis müavini Ə.Ağaməmmədov tərəfindən təsdiq edilməmiş qaz sayğacına baxış keçirilməsi barədə aktın ləğv edilməsi, Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS-29/1640-00394 saylı aktın ləğv edilməsi, Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədrinin təsdiqlədiyi xx xxxxxx 2017-ci il tarixli “İtirilmiş qazın bərpası üzrə tələblər”in ləğv edilməsi, İddiaçı barəsində tərtib edilmiş xx.xx.2017-ci il tarixli “Abonentin saldosu”nun ləğv edilməsi qət edilmişdir. İddiaçı, ona məxsus istixanaya verilən qaz dayandırıldığı üçün cavabdehlə xx xxxxxx 2017-ci il tarixli “İstehlak olunmuş təbii qaza görə yaranmış debitor borcun ödənilməsi barədə” Razılaşma protokolu tərtib etmiş və iddiaçı aylıq istehlak olunmuş təbii qazın dəyərinin ödənilməsindən əlavə təbii qaza görə xx.xx.2017-ci il tarixə yaranmış 105948,84 manat məbləği xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək hər ay 13243,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüş və iddiaçı tərəfindən borc ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinin məzmunundan göründüyü kimi, əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Qanunda nəzərdə tutulmamış əsaslarla varlanmış şəxsin qanundan əmələ gələn öhdəlikləri, müqavilə əsası olmadan varlanmış şəxsin isə müqavilə öhdəlikləri yaranır. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi cavabdeh, Salyan rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş akt əsasında iddiaçıya hesablanmış 102222,40 manat pul vəsaitini, qətnamədən verdiyi apellyasiya şikayətinin nəticəsini gözləmədən hər ay 13243,5 manat olmaqla xx xxxxxx 2018-ci il tarixdən başlayaraq əldə etmişdir. Göründüyü kimi cavabdeh məhkəmə qətnamələri ilə qanunsuz olması müəyyən olunmaqla ləğv edilmiş akt əsasında iddiaçının 102222,40 manat məbləğində pul vəsaitini əldə etməklə əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı tərəfindən Cavabdehnə ödənilmiş 102222 manat 40 qəpik məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-402/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-402/2021
03.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver