Məhkəmə qərarları › İş №e-2-2(113)-402/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-402/2024

11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-402/2024 11.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi və dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023- 04-20 saylı avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış 3749,22 manat borcun, xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-05-15 saylı Avtomobillərin icarə müqavisi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış ƏDV daxil 8857,61 manat borcun, Mitsubishi L 200 markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ƏDV daxil 850 manat məbləğində ziyan üzrə borcun, hüquq xidmətlərinə dair ödənilmiş 1000 manat məbləğində pulun, mediasiya xərci kimi ödənilmiş 210 manat məbləğində vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 006-23/ 2023-04-20 saylı Avtomobillərin icarə müqaviləsinə əsasən İddiaçı MMC Mitsubishi L 200 markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh MMC-yə icarəyə verməyi, Cavabdeh MMC isə həmin avtomobilə görə ƏDV xaric aylıq 1950 manat icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. “X2 Limited” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-05-15 saylı avtomobillərin icarə müqaviləsinə əsasən İddiaçı MMC “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh MMCyə icarəyə verməyi, Cavabdeh MMC isə həmin avtomobilə görə ƏDV xaric aylıq 1950 manatlı icarə haqqını ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə üzrə müəyyən edilmiş şərtlərə uyğun şəkildə tərəfimizdən üzərimizə düşən öhdəlikləri icra edərək avtomobilləri təhvil verməyimizə baxmayaraq Cavabdeh MMC müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini lazımınca icra etməyərək icarə haqqının ödənilməsini təmin etməmişdir. Eyni zamanda, qeyd edilməldir ki, İddiaçı MMC-yə məxsus “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh MMC tərəfindən vurulmuş 850 manatlıq maddi ziyan da, sonuncu tərəfindən ödənilməmişdir. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən Cavabdeh MMC avtomobilləri təhvil vermək vəzifəsini icra etməyərək yuxarıda qeyd olunan avtomobilə zərər vurması ilə yanaşı həmin avtomobili bizə təhvil verməmiş və qeyd olunan avtomobil tərəfimizdən öz imkanlarımızla aşkar edilərək Gəncə şəhərində yerləşən servis mərkəzindən evakuator vasitəsi ilə gətirilmişdir. Tərəfimizdən telefon vasitəsi ilə əlaqə saxlanılıb borcun ödənilməsi tələb edilməsinə, daha əvvəl rəsmi qaydada və email vasitəsi ilə məktublar göndərilməsinə və Cavabdeh MMC tərəfindən borcun ödənilməsinin vəd edilməsinə baxmayaraq icarə haqqının və dəymiş zərərin ödənilməsi təmin edilməmişdir. Tərəflər arasında imzalanmış hər iki müqavilənin 8.1-ci bəndinin tələbinə görə ilkin hesab faktura avtomobillərin təhvil verildiyi günə əsasən təqdim olunacaq və 10 gün ərzində içarəçi tərəfindən ödənilməli olacaq. Həmin müqavilələrin 8.2-ci bəndinin tələbinə görə sonrakı icarə haqqı üçün hesab-fakturalar hər ayın əvvəlində təqdim olunacaq. Hesab-faktura və vergi hesab-fakturanı təqdim etdikdən sonra 30 gün ərzində aylıq ödənişlər həyata keçiriləcək. “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobillə əlaqədar imzalanmış xx.xx.2023-cü il tarixli, 0xxxx/2023-05-15 saylı Avtomobillərin icarə müqaviləsinin 5.4-cü bəndinin tələbinə görə icarəçi avtomobilə dəyən hər hansı bir itki və ya ziyan üçün və başqa üçüncü şəxsin qaçaqmalları və qadağan olunmuş malların daşınması itki və ya zərərlər üçün məsuliyyət daşıyır. Eyni zamanda, qeyd edilməlidir ki, cavabdeh müəssisə tərəfindən ödənişlərimizin vaxtında edilməməsi və bununla da, hüquqırımızın pozulması nəticəsində əlavə olaraq məhkəmə və hüquqi xidmət üçün xərcləri çəkilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-04-20 nömrəli İddiaçı MMC ilə"xxxx" MMC arasında bağlanmış avtomobillərin icarə müqaviləsinin sürətindən görünür ki, X1 Limited” MMC “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh MMC-yə icarəyə verir, Cavabdeh MMC isə həmin avtomobilə görə ƏDV xaric aylıq 1950 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-05-15 nömrəli İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış avtomobillərin icarə müqaviləsinin sürətindən görünür ki, X1 Limited” MMC “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh MMC-yə icarəyə verir, Cavabdeh MMC isə həmin avtomobilə görə ƏDV xaric aylıq 1950 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli EBDE seriyalı 734138 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 650 manat, ƏDV daxil 767 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 650090 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 1950 manat, ƏDV daxil 2301 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 534071 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 577,30 manat, ƏDV daxil 681,22 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDG seriyalı 407581 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 1950 manat, ƏDV daxil 2301 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDH seriyalı 120242 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə Mitsubishi L 200 markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 1006,45 manat, ƏDV daxil 1187,61 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDİ seriyalı 651593 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 1950 manat, ƏDV daxil 2301 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDK seriyalı 685819 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 1950 manat, ƏDV daxil 2301 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDM seriyalı 832833 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 1950 manat, ƏDV daxil 2301 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDO seriyalı 718282 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 650 manat, ƏDV daxil 767 manat borcu var. xx.xx.2023-cü il tarixli EBDO seriyalı 718682 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə bağlı 720 manat, ƏDV daxil 850 manat borcu var. xx.xx.2023-cü il tarixli Mİ-09/2023-0830 nömrəli iş kartından görünür ki, “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobildə 850 manat məbləğində təmir işləri aparılmışdır. xx.xx.2023-cü il tarixli, **********34 nömrəli ödəmə qəbzindən görünür ki, İddiaçı MMC 210 manat mediasiya xərci ödəmişdir. xx.xx.2023-cü il tarixli, **********71 nömrəli ödəmə qəbzindən görünür ki, İddiaçı MMC 1000 manat hüquq xidməti xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1 və 700.2-ci maddələrinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlardan müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı MMC xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-04-20 saylı avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili, xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-05-15 saylı avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh MMC-yə icarəyə vermişdir. Göründüyü kimi, icarəyə verən üzərinə düşən öhdəliyi yerinə yetirsə də, icarəçi Cavabdeh MMC icarə haqqı ödəməməklə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı MMC qarşısında xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-04-20 saylı avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar 3749,22 manat borc, xx.xx.2023-cü il tarixli, 0xxxx/2023-05-15 saylı avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar ƏDV daxil 8857,61 manat borc, “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ƏDV daxil 850 manat məbləğində ziyan üzrə borcu yaranmışdır. Məhkəmə qeyd olunanlıarı nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin tələbi, həmçinin hüquq xidmətlərinə dair ödənilmiş 1000 manat məbləğində və mediasiya xərci kimi ödənilmiş 210 manat məbləğində vəsaitin cavabdehdən tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-04-20 saylı Avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış 3749,22 manat borc, xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-05- 15 saylı avtomobillərin icarə müqavisi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış ƏDV daxil 8857,61 manat borc, “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ƏDV daxil 850 manat məbləğində ziyan üzrə borc, hüquq xidmətlərinə dair ödənilmiş 1000 manat və mediasiya xərci kimi ödənilmiş 210 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli, 0xx-xx/2023-04-20 saylı Avtomobillərin icarə müqaviləsi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış 3749,22 manat borc, xx.xx.2023-cü il tarixli, 0xxxx/2023-05-15 saylı avtomobillərin icarə müqavisi üzrə “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsi ilə əlaqədar yaranmış ƏDV daxil 8857,61 manat borc, “Mitsubishi L 200” markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ƏDV daxil 850 manat məbləğində ziyan üzrə borc, hüquq xidmətlərinə dair ödənilmiş 1000 manat və mediasiya xərci kimi ödənilmiş 210 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar