Məhkəmə qərarları › İş №e-2-2(113)-4041/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4041/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4041/2023 13.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh8 qarşı cavabdehlər Cavabdeh5 və Cavabdeh7 iddiaçının xeyrinə 001 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 45195.68 manat əsas borc, 561.72 manat faiz borcu, 204.41 manat cərimə borcu olmaqla, cəmi 45961.81 manat, 1621/K nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 35460 manat əsas borc, 2906.78 manat faiz borcu olmaqla, cəmi 38 366.78 manat olmaqla, ümumilikdə 84 328.59 manat məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 92.90 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması, tələbin Cavabdeh4 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli 002 nömrəli ipoteka müqaviləsinə və xx.xx.2021-ci il tarixli 1621/Sİ nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 və Cavabdeh3 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 nömrəli 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən, 100.8 kv.m. ümumi, 60.4 kv.m. yaşayış, 40.4 kv.m. yardımçı sahəsindən ibarət 5 otaqlı 142 nömrəli mənzilə və Cavabdeh1 ilə iddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli 001 nömrəli ipoteka müqaviləsinə və 3.11.2021-ci il tarixli 1621/Sİ-1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində 145 nömrəli 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 51.74 kv.m. ümumi, 30.14 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 74 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onların satışından əldə olunmuş vəsaitin Cavabdeh5 001 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və 1621/K nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 84328.59 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 92.90 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan – Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 nömrəli 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən, 100.8 kv.m. ümumi, 60.4 kv.m. yaşayış, 40.4 kv.m. yardımçı sahəsindən ibarət 5 otaqlı 142 nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2, Cavabdeh8 və yetkinlik yaşına çatmayan X1 mənzildən çıxarılması və onlar tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində 145 nömrəli 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 51.74 kv.m. ümumi, 30.14 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 74 nömrəli mənzilə tutma yönəldikdən sonra Cavabdeh1 mənzildən çıxarılması və onun tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh8 qarşı cavabdehlər Cavabdeh5 və Cavabdeh7 iddiaçının xeyrinə 001 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 45195.68 manat əsas borc, 561.72 manat faiz borcu, 204.41 manat cərimə borcu olmaqla, cəmi 45961.81 manat, 1621/K nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 35460 manat əsas borc, 2906.78 manat faiz borcu olmaqla, cəmi 38 366.78 manat olmaqla, ümumilikdə 84 328.59 manat məbləğinin, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ödənilmiş 92.90 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin tutulması, tələbin Cavabdeh4 və Cavabdeh3 ilə iddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli 002 nömrəli ipoteka müqaviləsinə və xx.xx.2021-ci il tarixli 1621/Sİ nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 və Cavabdeh3 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 nömrəli 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən, 100.8 kv.m. ümumi, 60.4 kv.m. yaşayış, 40.4 kv.m. yardımçı sahəsindən ibarət 5 otaqlı 142 nömrəli mənzilə və Cavabdeh1 ilə iddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli 001 nömrəli ipoteka müqaviləsinə və 3.11.2021-ci il tarixli 1621/Sİ-1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 tam mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində 145 nömrəli 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 51.74 kv.m. ümumi, 30.14 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 74 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların ilkin satış qiyməti müəyyən edilməklə, açıq hərracdan satılması və onların satışından əldə olunmuş vəsaitin Cavabdeh5 001 nömrəli xx.xx.2018-ci il tarixli kredit müqaviləsi və 1621/K nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 84328.59 manat borcunun, ipoteka qoyulmuş əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlərin qeydiyyata alınmasına dair ödənilmiş 92.90 manat dövlət rüsumunun, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 manat məbləğində mediasiya xərcinin ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan – Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 39 nömrəli 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən, 100.8 kv.m. ümumi, 60.4 kv.m. yaşayış, 40.4 kv.m. yardımçı sahəsindən ibarət 5 otaqlı 142 nömrəli mənzilə tutma yönəldikdən sonra cavabdehlər Cavabdeh3, Cavabdeh9, Cavabdeh4, Cavabdeh6, Cavabdeh2, Cavabdeh8 və yetkinlik yaşına çatmayan X1 mənzildən çıxarılması və onlar tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, A.Məmmədov küçəsində 145 nömrəli 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən 51.74 kv.m. ümumi, 30.14 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 74 nömrəli mənzilə tutma yönəldikdən sonra Cavabdeh1 mənzildən çıxarılması və onun tərəfindən boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, satışdan əldə olunacaq vəsait borc tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ümumi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizəylə məhkəməyə müraciət edərək iddia ərizəsini baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar