Məhkəmə qərarları › İş №e-2-2(113)-4046/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4046/2021

02.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4046/2021 02.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi və digər tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.03.2019-cu il tarixli BKN-00001-15/19A Əsas kredit müqaviləsinin və 07.03.2019-cu il tarixli BKNA0001-15/19A saylı Əlavə kredit müqaviləsinin ləğv edilməsi, 07.03.2019-cu il tarixli BKN-A0001- 15/19A saylı Əlavə kredit müqaviləsindən irəli gələn 15.07.2021-ci il tarixinə olan 82572,29 manat əsas borc, 4802,71 manat faiz borcu, 58159,56 manat dəbbə borcu, ümumilikdə 145534,56 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC-nin “Xətai” filialı ilə Cavabdeh2 arasında bağlanmış 06.05.2019-cu il tarixli BKX-B0001-15/19A saylı Əlavə kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 15.07.2021-ci il tarixinə olan 600000 manat əsas borc, 122077,31 manat faiz borcu, 758656,75 manat dəbbə borcu, ümumilikdə 1480734,06 manat məbləğində borcun, Cavabdeh2 iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması, iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış 06.03.2019-cu il tarixli, BKMG-B0001-15/19A saylı ipoteka müqaviləsi əsasında Cavabdeh1 məxsus olan olan ünvan 1 ünvanlı qeyri-yaşayış sahəsinə (3 saylı “Azərbaycan xörəkləri” kafesi) və iddiaçı Bank "xxxx" ASC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış 03.05.2019-cu il tarixli, BKMG-C0001-15/19A saylı ipoteka müqaviləsi əsasında Cavabdeh3 məxsus olan olan ünvan 2 ünvanlı (Yeni qaydalarla : ünvan 3ı) mənzilə tutmanın yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və həmin ipotekalar ilə təmin edilmiş kredit borcunun ipoteka predmetlərinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmetləri olan əmlaklar satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə, 07.03.2019-cu il tarixli BKN-A0001-15/19A saylı Əlavə kredit müqaviləsi üzrə qalan məbləğin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada, 06.05.2019-cu il tarixli BKX-B0001-15/19A saylı Əlavə kredit müqaviləsi üzrə qalan məbləğin Cavabdeh2 tutulması və ipoteka predmetləri olan ünvan 1 ünvanlı qeyri-yaşayış sahəsinin (3 saylı “Azərbaycan xörəkləri” kafesi) və ünvan 2 ünvanlı (Yeni qaydalarla : ünvan 3ı) mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Elektron informasiya sistemində yerləşdirilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənədi təqdim etməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin: 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı borcun ödənilməsi və digər tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli, 07.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə izah edilsin ki, mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edildikdən sonra və kommersiya mübahisəsi ilə bağlı işlər üzrə mülki prosessual qanunvericiliyinə tələblərinə riayət edildiyi təqdirdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar