Məhkəmə qərarları › İş №e-2-2(113)-4048/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4048/2025

04.03.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4048/2025 04.03.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" QSC (bundan sonra – iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən göstərilmiş xidmətlərə görə 5 186 487,78 (beş milyon yüz səksən altı min dörd yüz səksən yeddi dollar 78 sent) ABŞ dolları, 110 145,34 (bir yüz on min yüz qırx beş manat 34 qəpik) manat, 2 979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı əsas borc, 395 083,48 (üç yüz doxsan beş min səksən üç dollar 48 sent) ABŞ dolları, 13 176,55 (on üç min yüz yetmiş altı manat 55 qəpik) manat faiz borcu, cəmi 5 581 571,26 (beş milyon beş yüz səksən bir min beş yüz yetmiş bir dollar 26 sent) ABŞdolları, 123 321,89 (yüz iyirmi üç min üç yüz iyirmi bir manat 89 qəpik) manat, 2 979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı və 5 600 (beş min altı yüz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh QSC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, , “Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY), (bundan sonra - Daşıyıcı) ilə “X9” Məhdud Məsuliyyətli Cəmiyyəti (yeni adla Cavabdeh QSC) (bundan sonra - Ekspeditor) arasında dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasının təşkili barədə xx.xx.2021-ci il tarixli 78374 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Daşıyıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında Ekspeditor tərəfindən cəlb edilmiş yüklərin Ekspeditorun sifarişi ilə bütün rejimlərdə (idxal, ixrac, tranzit və daxili) daşınması və bununla əlaqədar digər xidmətləri (bundan sonra - Xidmətlər) təqdim etməyi, Ekspeditor isə Xidmətlərdən istifadə müqabilində bu Müqavilənin şərtlərinə uyğun olaraq Daşıyıcıya Müqavilə ilə müəyyən edilmiş qaydada ödənişlər etməyi öhdəsinə götürür. ADY ilə “X9” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Agent - ekspeditor) arasında agent ekspeditor fəaliyyətinin həyata keçirilməsi barədə xx.xx.2024-cü il tarixli 13-1/2-793/2024 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Agent ekspeditor bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə ADY-yə dəmir yolu nəqliyyatı ilə illik ən azı 15 000 000 (on beş milyon) ABŞ dolları məbləğində yüklərin bütün rejimlərdə (idxal, ixrac, tranzit və daxili) daşınmasını sifariş edəcəyini öhdəsinə götürür, ADY isə ödənişli əsaslarla Agent - ekspeditor tərəfindən təqdim edilən yüklərin daşınmasını öhdəsinə götürür. ADY (bundan sonra - İcraçı) ilə “X9” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Sifarişçi) mühafizə və müşayiət xidmətlərinə dair xx.xx.2024-cü il tarixli 13-1/2-1480/2024 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçinin müraciətinə əsasən Sifarişçiyə məxsus, Azərbaycan Respublikası ərazisi daxilində, Azərbaycan Respublikası ərazisindən digər dövlətlərə ixrac rejimində (sərhəd stansiyasına qədər) və tranzit rejimində bir xarici dövlətdən digər xarici dövlətə Azərbaycan Respublikasının ərazisindən tranzit (sərhəddən sərhədə) daşınan müxtəlif məhsullar ilə yüklü olan vaqonların İcraçının müvafiq stansiyalarında və stansiyalararası mənzillərində mühafizəsi və müşayiəti xidmətlərini (bundan sonra - Xidmət) həyata keçirməyi, Sifarişçi isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə №1-də (X2) qeyd edilən qiymətlə və şərtlərlə göstərilmiş Xidmətin dəyərini İcraçıya ödəməyə öhdəsinə götürür. Məhkəmənin nəzərinə çatdırırıq ki, Cavabdeh QSC-nin (“X9” QSC) ADY-nin qarşısında beynəlxalq yükdaşıma xidmətlərinə görə xx.xx.2021-ci il tarixli 78374 nömrəli müqaviləyə əsasən 592 884,87 (beş yüz doxsan iki min səkkiz yüz səksən dörd dollar 87 sent) ABŞ dolları, xx.xx.2024-cü il tarixli 13-1/2-793/2024 nömrəli müqaviləyə əsasən4 538 787,19 (dörd milyon beş yüz otuz səkkiz min yeddi yüz səksən yeddi dollar 19 sent) ABŞ dolları, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54 815,72 (əlli dörd min səkkiz yüz on beş dollar 72 sent) ABŞ dolları, yük daşıma sifarişinin dəyişdirilməsinə görə 6 219,98 (altı min iki yüz on doqquz manat 98 qəpik) manat, mühafizə xidmətlərinə görə 64 972,49 (altmış dörd min doqquz yüz yetmiş iki manat 49 qəpik) manat, teleqram xidmətlərinə görə 1 439,86 (bir min dörd yüz otuz doqquz manat 86 qəpik) manat, vaqonların Rusiya Federasiyasında hərəkətinə görə 2 979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı məbləğində borc öhdəliyi yaranmışdır. Habelə nəzərinizə çatdırırıq ki, ADY tərəfindən Cavabdeh QSC-yə 2022-ci ilin mart, aprel, may, oktyabr, noyabr, dekabr aylarında, 2023-cü ilin fevral, iyul, avqust, sentyabr, noyabr, dekabr aylarında, 2024-cü ilin yanvar, mart, aprel aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə 37 513,01 (otuz yeddi min beş yüz on üç manat 01 qəpik) manat yığımlar hesablanmışdır. Bildiririk ki, xx.xx.2024-cü il tarixdə tərəflər arasında Üzləşdirmə Aktı imzalanmış, lakin Cavabdeh QSC bu günə kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh QSC-nin ADY-nin qarşısında beynəlxalq yükdaşıma xidmətlərinə görə xx.xx.2021-ci il tarixli 78374 nömrəli müqaviləyə əsasən 592 884,87 (beş yüz doxsan iki min səkkiz yüz səksən dörd dollar 87 sent) ABŞ dolları məbləğində yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 281 321,81 (iki yüz səksən bir min üç yüz iyirmi bir dollar 81 sent) ABŞ dolları, xx.xx.2024- cü il tarixli 13-1/2-793/2024 nömrəli müqaviləyə əsasən 4 538 787,19 (dörd milyon beş yüz otuz səkkiz min yeddi yüz səksən yeddi dollar 19 sent) ABŞ dollarıməbləğində yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 111 215,25 (bir yüz on bir min iki yüz on beş dollar 25 sent) ABŞ dolları, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54 815,72 (əlli dörd min səkkiz yüz on beş dollar 72 sent) ABŞ dolları məbləğində yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 2 546,42 (iki min beş yüz qırx altı dollar 42 sent) ABŞ dolları, mühafizə xidmətlərinə görə 64 972,49 (altmış dörd min doqquz yüz yetmiş iki manat 49 qəpik) manat məbləğində yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 10 625,14 (on min altı yüz iyirmi beş manat 14 qəpik) manat, teleqram xidmətlərinə görə 1 439,86 (bir min dörd yüz otuz doqquz manat 86 qəpik) manat məbləğində yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 78,71 (yetmiş səkkiz manat 71 qəpik) manat, stansiyalarda göstərilmiş xidmətlərə görə 37 513,01 (otuz yeddi min beş yüz on üç manat 01 qəpik) manat yığım və həmin borcun icrasının gecikdirilməsi səbəbindən 2 472,70 (iki min dörd yüz yetmiş iki manat 70 qəpik) manat məbləğində əlavə olaraq faiz borcu hesablanmışdır. Bununla bağlı, Cavabdeh QSC-yə xx.xx.2025-ci il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, xx.xx.2021-ci il tarixdə “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati hüquqi forması dəyişdirilərək “X9” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmişdir. Daha sonra isə xx.xx.2024-cü il tarixdə “X9” Qapalı Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti adlandırılmışdır. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının 01/25 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin2.1.1-ci bəndinə əsasən cəmiyyətin əsas fəaliyyət istiqaməti müvafiq sahədə dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak etmək; 2.1.2-ci yarımbəndinə əsasən dəmiryol nəqliyyatı vasitəsilə yüklərin, sərnişinlərin, poçtun və baqajın daşınmasının, həmçinin liman əməliyyatlarının səmərəli şəkildə təşkilini təmin etmək, bu sahənin inkişafı, genişləndirilməsi və şaxələndirilməsi üzrə tədbirlər həyata keçirmək; 2.1.3-cü yarımbəndinə əsasən dəmiryol nəqliyyatının və limanın infrastruktur obyektlərinin, o cümlədən dəmiryol stansiyalarının (vağzalların, dayanacaqların), xətlərin, lokomotiv və vaqon təsərrüfatı depolarının, süni qurğuların (tunellərin, körpülərin) və digər daimi qurğuların, avadanlıqların, mühəndis kommunikasiyalarının, anbarların, binaların, istehsalat, inzibati və digər obyektlərin tikintisi, yenidən qurulması, bərpası və təmiri işlərini təşkil etmək; 2.1.4-cü yarımbəndinə əsasən aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 36.1.4-cü maddəsinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar fəaliyyəti sahəsidir. Göründüyü kimi stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş № 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda Təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş QU-45 formalı qəbul - təhvilçinin yaddaş vərəqəsi yuxarıda qeyd edilən Təlimata uyğun tərtib edilmiş və həmin qəbul - təhvilçinin yaddaş vərəqələri stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Stansiya xidmətlərinin göstərilməsi ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır.

3. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən Cavabdeh QSC-yə göstərilmiş beynəlxalq yükdaşıma xidmətlərinə görə xx.xx.2021-ci il tarixli 78374 nömrəli müqaviləyə əsasən 592 884,87 (beş yüz doxsan iki min səkkiz yüz səksən dörd dollar 87 sent) ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 281 321,81 (iki yüz səksən bir min üç yüz iyirmi bir dollar 81 sent) ABŞ dolları faiz borcu, xx.xx.2024-cü il tarixli 13-1/2-793/2024 nömrəli müqaviləyə əsasən 4 538 787,19 (dörd milyon beş yüz otuz səkkiz min yeddi yüz səksən yeddi dollar 19 sent) ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 111 215,25 (bir yüz on bir min iki yüz on beş dollar 25 sent) ABŞ dolları faiz borcu, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54 815,72 (əlli dörd min səkkiz yüz on beş dollar 72 sent) ABŞ dolları məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 2 546,42 (iki min beş yüz qırx altı dollar 42 sent) ABŞ dolları faiz borcu, mühafizə xidmətlərinə görə 64 972,49 (altmış dörd min doqquz yüz yetmiş iki manat 49 qəpik) manat məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 10 625,14 (on min altı yüz iyirmi beş manat 14 qəpik) manat faiz borcu, teleqram xidmətlərinə görə 1 439,86 (bir min dörd yüz otuz doqquz manat 86 qəpik) manat məbləğində əsas borc və yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 78,71 (yetmiş səkkiz manat 71 qəpik) manat faiz borcu, stansiyalarda göstərilmiş xidmətlərə görə 37 513,01 (otuz yeddi min beş yüz on üç manat 01 qəpik) manat əsas borc və həmin borcun icrasının gecikdirilməsi səbəbindən 2 472,70 (iki min dörd yüz yetmiş iki manat 70 qəpik) manat faiz borcu, yük daşıma sifarişinin dəyişdirilməsinə görə 6.219, 98 (altı min iki yüz on doqquz manat 98 qəpik) manat, vaqonların Rusiya Federasiyasında hərəkətinə görə 2.979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı, həmçinin ödənilmiş 5.600 (beş min altı yüz) manat dövlət rüsumu, ekspert rəyinə görə ödənilmiş 13.000 (on üç min) manat xidmət haqqı, cəmi 5 581 571,26 (beş milyon beş yüz səksən bir min beş yüz yetmiş bir dollar 26 sent) ABŞ dolları, 123 321,89 (yüz iyirmi üç min üç yüz iyirmi bir manat 89 qəpik) manat, 2 979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) isveçrə frankı, 5 600 (beş min altı yüz) manat ödənilmiş dövlət rüsumu və 13.000 (on üç min) manat ekspert rəyinə görə ödənilmiş xidmət haqqı Cavabdeh QSC-dən alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 20000 manat ödəniş edilmiş, bu səbəbdən beynəlxalq yükdaşıma xidmətlərinə görə xx.xx.2021-ci il tarixli 78374 nömrəli müqaviləyə əsasən cavabdehin 581120,16 ABŞ dolları məbləğində əsas borcu qalmışdır.

5. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (daşıyıcı) ilə cavabdeh (əvvəlki adı “X9” MMC) (ekspeditor) arasında imzalanmış xx.xx.2021-ci il tarixli, 78374 nömrəli Dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasının təşkili barədə müqaviləyə əsasən daşıyıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında ekspeditor tərəfindən cəlb edilmiş yüklərin ekspeditorun sifarişi ilə bütün rejimlərdə (idxal, ixrac, tranzit və daxili) daşınması və bununla əlaqədar digər xidmətləri təqdim etməyi, ekspeditor isə xidmətlərdən istifadə müqabilində bu müqavilənin şərtlərinə uyğun olaraq digər xidmətləri təqdim etməyi, ekspeditor isə xidmətlərdən istifadə müqabilində bu müqavilənin şərtlərinə uyğun olaraq daşıyıcıya müqavilə ilə müəyyən edilmiş qaydada ödənişlər etməyi öhdəsinə götürür.

9. İddiaçı (daşıyıcı) ilə cavabdeh (əvvəlki adı “X9” MMC) (ekspeditor) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 13-1/2-793/2024 nömrəli Agent-ekspeditor fəaliyyətinin həyata keçirilməsi barədə müqaviləyə əsasən agent-ekspeditor bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə ADY-yə dəmir yolu nəqliyyatı ilə illik 15 000 000 (on beş milyon) ABŞ dolları məbləğində yüklərin bütün rejimlərdə (idxal, ixrac, tranzit və daxili) daşınmasını sifariş edəcəyini öhdəsinə götürür, ADY isə ödənişli əsaslarla Agent-ekspeditor tərəfindən təqdim edilən yüklərin daşınmasını öhdəsinə götürür.

10. İddiaçı (daşıyıcı) ilə cavabdeh (əvvəlki adı “X9” MMC) (ekspeditor) arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 13-1/2-1480/2024 nömrəli Mühafizə və müşayiət xidmətlərinə dair müqaviləyə əsasən icraçı sifarişçinin müraciətinə əsasən sifarişçiyə məxsus, Azərbaycan Respublikası ərazisi daxilində, Azərbaycan Respublikası ərazisindən digər dövlətlərə ixrac rejimində (sərhəd stansiyasına qədər) və tranzit rejimində bir xarici dövlətdən digər xarici dövlətə Azərbaycan Respublikasının ərazisindən tranzit (sərhəddən sərhədə) daşınan müxtəlif məhsullar ilə yüklü olan vaqonların icraçının müvafiq stansiyalarında və stansiyalararası mənzillərində mühafizəsi və müşayiəti xidmətlərini həyata keçirməyi, sifarişçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə № 1-də (X6) qeyd edilən qiymətlə və şərtlərlə göstərilmiş xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür.

11. Tərəflər arasında imzalanmış, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli üzləşdirmə aktından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi qalıq borcu 5.513.914,99 ABŞ dolları təşkil edir.

12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-4048/2025 saylı qərardadını icrası ilə əlaqəar iddiaçı "xxxx" QSC-də aparılmış məhkəməmühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikasının Auditorlar Palatası sərbəst auditor X7 xx.xx.2025-ci il tarixli audit rəyinin nəticə hissəsindən görünür ki, mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək iddiaçı "xxxx" QSC tərəfindən cavabdeh "xxxx" QSC-ya göstərilmiş beynəlxalq yük daşıma və daşıma ilə bağlı əlavə xidmətlərə görə tətbiq olunmuş tariflərdən yaranan borc aşağıdakı kimidir: beynəlxalq yükdaşımalara görə - 5.119.907,35 (581.120,16+4.538.787,19) ABŞ dolları, daşıma ilə bağlı əlavə xidmətlərə görə - 54.815,72 ABŞ dolları, cəmi: 5.174.723,07(beş milyon yüz yetmiş dörd min yeddi yüz iyirmi üç dollar 07 sent) ABŞ dolları. Mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək iddiaçı "xxxx" QSC tərəfindən cavabdeh "xxxx" QSC-ya göstərilmiş stansiya, mühafizə, teleqram və yükdaşıma sifarişinin dəyişdirilməsi xidmətlərinə görə tətbiq olunmuş tariflərdən yaranan debitor borc aşağıdakı kimidir: mühafizə xidmətləri — 64.972,49 manat, teleqram xidmətləri — 1.439,86 manat, stansiya xidmətləri — 37.513,01 manat, yükdaşıma sifarişinin dəyişdirilməsi — 6.219,98 manat cəmi: 110.145,34 manat. Mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək iddiaçı tərəfindən "xxxx" QSC-ya məxsus vaqonların Rusiya Federasiyasında hərəkətinə görə tətbiq olunmuş tariflərə görə cavabdeh "xxxx" QSC-nin borcu aşağıdakı kimidir: 2.979,43(iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) İsveçrə frankı. Debitor borcları tərtib olunan zaman cavabdeh "xxxx" QSC tərəfindən edilən sonuncu ödənişlər nəzərə alınmışdır.

13. Azərbaycan Respublikasının Auditorlar Palatası sərbəst auditor X7 xx.xx.2025-ci il tarixli audit rəyinin araşdırma hissəsindən görünür ki:

14. Təqdim olunmuş sənədlərə əsasən müəyyən olunmuşdur ki, iddiaçı ’’Azərbaycan Dəmir Yolları “ Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 saylı Sərənsamına əsasən Azərbaycan Dövlət Dəmir Yolunun yenidən təşkili yolu ilə yaradılmışdır.

15. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 25 fevral tarixli 342 saylı fərmanına əsasən “ Bakı Beynəlxalq Dəniz Ticarət Limanf’Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN **********) ona qoşulması formasında yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

16. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dəmiryol nəqliyyatı ilə yük və sərnişin daşımalarının və bu nəqliyyat növü üzrə digər xidmətlərin göstərilməsini təşkil və təmin edən, ümumi istifadəli dəmiryol nəqliyyatının infrastrukturunun saxlanılmasını, fəaliyyətinin təşkilini və hərəkətinin idarə edilməsini həyata keçirən,Xəzər dənizinin Bakı şəhərinə aid olan Cəmiyyət üçün ayrılmış liman akvatoriyasında və ərazisində beynəlxalq standartlara uyğun dayanıqlı liman fəaliyyətinin təşkilini və idarə edilməsini həyata keçirən dəmiryol və liman xidmətləri göstərən kommersiya hüquqi şəxsidir.

17. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnamə kapitalı 1.996.077.950 (bir milyard doqquz yüz doxsan altı milyon yetmiş yeddi min doqquz yüz əlli) manat olmaqla,onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 2(iki) manat olan 998.038.975(doqquz yüz doxsan səkkiz milyon otuz səkkiz min doqquz yüz yetmiş beş) ədəd adi səhmdən ibarətdir.’’Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsi "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin yeganə səhmdarıdır (100%) və Azərbaycan Respublikasının adından çıxış edir.

18. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2025-ci il tarixli,3-21-2-2-1/2- 28687/2025 saylı çıxarışına əsasən “Azərbaycan Dəmir Yolları “Qapalı Səhmdar Cəmiyyəti vergi ödəyicisi kimi qeydə alınaraq ona ********** saylı VÖEN verilmişdir.

19. "xxxx" QSC-nin AZ57İBAZ******************** saylı hesabı "xxxx"ASC-nin Nəqliyyat filialında açılmışdır.

20. Audit ilə əhatə olunan dövr ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin maliyyətəsərrüfat fəaliyyətinə aşağdıdakı şəxslər cavabdeh olmuşlar: X1- xx.xx.2022-ci ildən hal hazıradək. Baş mühasib: Həbibbəyli Məmməd- bütün dövr ərzində. "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin Hüquqi ünvanı: AZİ010, Bakı şəhəri,Nəsimi rayonu D.Əliyeva küçəsi 230.

21. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasının təşkili barədə xx.xx.2021-ci il tarixli,78374 saylı müqavilə imzalanmışdır.

22. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cəlb edilmiş yüklərin onun sifarişi ilə bütün rejimlərdə (idxal,ixrac, tranzit və daxili) daşınması və bununla əlaqədar olaraq digər xidmətləri təqdim etməyi, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti isə xidmətlərdən istifadə müqabilində bu müqavilənin şərtlərinə uyğun olaraq daşıyıcıya müqavilə ilə müəyyən edilmiş qaydada ödənişlər etməyi öhdəsinə götürmüşdür.

23. Bağlanmış 78374 saylı,xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin (QSC) "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 592.884.87 (beş yüz doxsan iki min səkkiz yüz səksən dörd dollar 87 sent) ABŞ dolları məbləğində borc öhdəliyi və öhdəliyin gecikdirilməsinə görə hesablanmış 281.321,81 (iki yüz səksən bir min üç yüz iyirmi bir dollar,81 sent) ABŞ dolları məbləğində hesablanmış faiz borcu ödənilməmiş qalmışdır.

24. "xxxx"QSC ilə CavabdehQSC arasında agent-espeditor fəaliyyətinin həyata keçirilməsi barədə xx.xx.2024-cü il tarixli, 13-1/2-793/2024 saylı müqavilə imzalanmışdır.

25. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən ağent-ekspeditor bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Azərbaycan Dəmir Yollarf’QSC-nə dəmir yol nəqliyyatı ilə illik ən azı 15.000.000(on beş milyon) ABŞ dolları məbləğində yüklərin bütün rejimlərdə (idxal,ixrac, tranzit və daxili) daşınmasını sifariş edəcəyini öhdəsinə götürür,”Azərbaycan Dəmir Yolları”QSC isə ödənişli əsaslarla agent-ekspeditor tərəfindən təqdim olunan yüklərin daşınmasını öhdəsinə götürür.

26. "xxxx" QSC ilə (bundan sonra -İcraçı) Cavabdeh QSC (bundan sonra- Sifarişçi) mühafizə və müşayiət xidmətlərə dair 23.02 .2024-cü il tarixli 13-1/2 1480/2024-cü il tarixli müqavilə imzalanmışdır.

27. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçinin müraciətinə əsasən sifarişçiyə məxsus Azərbaycan Respublikası ərazisi daxilində, Azərbaycan Respublikası ərazisindən digər dövlətlərə ixrac rejimində (sərhəd stansiyasına qədər) və tranzit rejimdə bir xarici dövlətdən digər xarici dövlətə Azərbaycan Respublikası ərazisindən tranzit (sərhəddən sərhədə) daşman müxtəlif məhsullar və yüklü olan vaqonların icraçının müvafiq stansiyalarında və stansiyalar arası mənzillərində mühafizəsi və müşayəti xidmətlərini həyata keçirməyi, sifarişçi isə bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə №l-də (X4) qeyd edilən qiymətlə və şərtlərlə göstərilmiş xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür.

28. Bağlanmış xx.xx.2024-cü il tarixli, 13-1/2-793/2024 saylı müqavilənin şərtlərinə əsasən "xxxx" QSC-nin "xxxx"QSC-nə 4.538.787,19( dörd milyon beş yüz oyuz səkkiz min yeddi yüz səksən yeddi dollar 19 sent) ABŞ dolları, yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 111.215,25 (bir yüz on bir min iki yez on beş dollar 25 sent) ABŞ dolları,daşıma ilə bağlı əlavə xidmətlərə görə 54.815,72 (əlli dörd min səkkiz yüz on beş dollar 72 sent) ABŞ dolları, yaranmış borcun gecikdirilməsi səbəbindən 2546,42 (iki min beş yüz qırx altı dollar 46sent) ABŞ dolları, mühafizə xidmətlərinə görə 64.972,49 (altmış dörd min doqquz yüz yetmiş iki manat 49 qəpik) manat,yaranmış borcun icrasının gecikdirilməsi səbəbindən 10.625,14 (on min altı yüz iyirmi beş manat 14 qəpik) manat, teleqram xidmətlərinə görə 1.439,96 (bir min dörd yüz otuz doqquz manat 86 qəpik) manat, yaranmış borcun gecikdirilməsi səbəbindən78,71 (yetmiş səkkiz manat 71 qəpik) manat, stansiyalarda göstərilmiş xidmətlərə görə 37.513,01 (otuz yeddi min beş yüz on üç manat 01 qəpik) manat, yığım və həmin borcun icrasının gecikdirilməsi səbəbindən 2472,70 (iki min dörd yüz yetmiş iki manat 70 qəpik) manat məbləğində əlavə faiz borcu hesablanmışdır.

29. "xxxx" QSC tərəfindən vəsaitlər vaxtında ödənilmədiyi üçün (281.321,81 ABŞ dolları+ 111.215,25 ABŞ dolları +2.546,42 ABŞ dolları +10625,14 manat+78,71 manat + 2472,70 manat) cəmisi: (395.083,51x1,7=671.641,97 manat) 684.818,51 manat faiz hesablanmışdır. Faiz borcunun hesablanması üçün əsas olaraq iddiaçı "xxxx" QSC ilə Cavabdeh QSC arasında bağlanmış agent-ekspeditor fəaliyyətinin həyata keçirilməsi barədə xx.xx.2024-cü il tarixli müqavilənin 8.2 bəndi və “Mülki Məcəllə”nin 445.7 maddəsi əsas götürülmüşdür.

30. Həmin bənddə göstərilir: Tərəflər müqavilə üzrə öhdəlikləri tam və ya vaxtında yerinə yetirə bilmədiyi tədqirdə hər gecikmiş gün üçün sifariş dəyərinin 0,5%-i miqdarında olmaqla tələb irəli sürüldükdən 3(üç) iş günü ərzində cərimə ödəyir,lakin cərimə sifariş dəyərinin 10 (on) %-dən çox olmamalıdır.

31. Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə tərəfindən "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin rəisi E.Əhmədova yazdığı xx.xx.2022- ci il tarixli, EL-M-17/22 saylı məktubunda Azərbaycan Respublikasina Rusiya Federasiyasından taxta daşınması üçün universal platformalar ayrılmasını xahiş etmişdir. Həmin vaqonların Rusiya ərazisində boş gediş haqqının Cavabdeh QSC tərəfindən ödənilməsinə həmin məktubda təminat verilmişdir.

32. Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə tərəfindən "xxxx" QSC-nin direktor müavini İ.Hüseynova xx.xx.2022-ci il tarixli EL-M-20/22 saylı məktub yazılmışdır. Həmin məktubda onun müraciətinə əsasən taxta yükünün daşınması üçün "xxxx" QSC tərəfindən 42383596, 42383612, 42383422, 42383471, 42383406, 42383380, 42383638, 42383547, 42383653, 42383620 saylı 10 (on) ədəd platforma vaqonu ayrıldığını göstərmişdir. Həmin vaqonların Rusiya Federasiyası ərazisinə göndərilməsinə, eyni zamanda hərəkət dövriyyəsində yarana biləcək maddi öhdəliklərin Cavabdeh QSC tərəfindən ödənilməsinə zəmanət verilmişdir.Ayrılmış vaqonların Rusiya Federasiyasında hərəkətinə görə "xxxx" QSC-nə hesablanmış 2979,43(iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) İsveçrə frankının ödənilməsi üçün Cavabdeh QSC-nə 005013 saylı,xx.xx.2022-ci il saylı tarixli hesab təqdim olunmuş lakin həmin məbləğ ödənilməmişdir. Həmin məbləğ "xxxx" QSC-nin iddia ərizəsində alınacaq debitor borcların siyahısına daxil edilmişdir.

33. İddiaçı "xxxx" QSC ilə Cavabdeh QSC arasında sonuncu dəfə xx.xx.2024-cü ildə Üzləşdirmə aparılması haqqında akt tərtib olunmuşdur. Aparılmış üzləşdirmə zamanı iddiaçınıntəqdim etdiyi xx.xx.2023-cü il tarixə olan debitor borclarına cavabdehin heç bir iradı,narazılığı olmamışdır.Tərtib olunmuş üzləşdirmə aktı iddiaçı "xxxx" QSC-nin 5(beş) nümayəndəsi və Cavabdeh QSC-nin direktoru Qanuni nümayəndə tərəfindən imzalanmış və hər iki QSC-in möhürləri ilə təsdiq olunmuşdur.

34. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixə 78474 saylı xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən beynəlxalq yükdaşıma xidmətlərinə görə yaranan debitor borca və həmin məbləğə xx.xx.2024-cü il tarixə faiz hesablanması cədvəlini cavabdehə təqdim etdikdən sonra Cavabdeh QSC tərəfindən xx.xx.2024-cü ildə- 35.000 manat, xx.xx.2025-ci ildə- 35.000 manat, xx.xx.2025-ci ildə-20.000 manat olmaqla, cəmisi: 90.000 manat (52941,18 ABŞ dolları) ödənilmişdir. Alınmış vəsait iddiaçı "xxxx" QSC tərəfindən əsas borcun azaldılmasına yönəldilmişdir.

35. Hazırda 78747 saylı xx.xx.2021-ciil tarixli müqavilə üzrə beynəlxalq yük daşımalara görə əsas borc (634.061,34 ABŞ dolları- 52.941,18 ABŞ dolları) 581.120,16 ABŞ dolları təşkil edir.

36. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4787 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş iş materiallarında olan e-qaimələr üzrə tədqiqat aparılaraq görülmüş işlər və xidmətlərlə bağlı aşağıdakılar müəyyən olundu: xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh QSC-yə göstərilmiş beynəlxalq yük daşıma və daşıma ilə bağlı əlavə xidmətlərə görə görülmüş işlərin dəyəri mülki iş materiallarında olan e-qaimələrə əsasən 9.416.408,88 manat (5.539.064,05 ABŞ dolları) məbləğində müəyyən edildi. İş materiallarında olan e-qaimələrə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh QSC-yə göstərilmiş stansiya xidmətinə görə 51.924,51 manat, mühafizə xidmətinə görə 68.923,09 manat, teleqram xidmətinə görə 1.440,49 manat və yük daşıma sifarişinin dəyişdirilməsi xidmətlərinə görə 6219,98 manat məbləğində xidmətlərin təqdim edildiyi müəyyən edildi, göstərilənlərdən əlavə mülki iş materiallarında olan e-qaimələr əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçı "xxxx" QSC tərəfindən Cavabdeh QSC-yə məxsus vaqonların Rusiya Federasiyasında hərəkətinə görə tərtib edilmiş eqaimənin dəyəri 5142,79 manat məbləğində müəyyən edildi. E-qaimələrə əsasən görülmüş iş və xidmətlərin dəyəri müəyyən edilsə də iddiaçı tərəfindən görülmüş işlərə və xidmətlərə görə cavabdeh tərəfindən aparılmış ödənişlər barədə hər hansı bir ödəniş sənədi (ödəniş tapşırığı, bank hesabından çıxarış və s. aparılmış ödənişlərlə bağlı sənəd) olmadığı üçün suallarda soruşulan debitor borcların konkret hansı məbləğdə olmasını müəyyən etmək mümkün olmamışdır.

37. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci ildə dəmir yolu nəqliyyatı ilə yüklərin daşınmasının təşkili barədə müqavilə, xx.xx.2024-cü ildə agent-ekspeditor fəaliyyətinin həyata keçirilməsi barədə müqavilə, xx.xx.2024-cü ildə mühafizə və müşayiət xidmətlərinə dair müqavilə bağlanmışdır.

39. Materiallardan görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər və işlər cavabdeh tərəfindən qəbul edilsə də, dəyəri tam şəkildə ödənilməmişdir.

40. Materiallarda olan xx.xx.2025-ci il tarixli audit rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdədək iddiaçı tərəfindən cavabdehə göstərilmiş beynəlxalq yük daşıma və daşıma ilə bağlı əlavə xidmətlərə görə tətbiq olunmuş tariflərdən yaranan borc aşağıdakı kimidir: beynəlxalq yükdaşımalara görə - 5.119.907,35 (581.120,16+4.538.787,19) ABŞ dolları, daşıma ilə bağlı əlavə xidmətlərə görə - 54.815,72 ABŞ dolları, cəmi: 5.174.723,07 (beş milyon yüz yetmiş dörd min yeddi yüz iyirmi üç dollar 07 sent) ABŞ dolları, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixdədək iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya, mühafizə, teleqram və yükdaşıma sifarişinin dəyişdirilməsi xidmətlərinə görə tətbiq olunmuş tariflərdən yaranan debitor borc aşağıdakı kimidir: mühafizə xidmətləri — 64.972,49 manat, teleqram xidmətləri — 1.439,86 manat, stansiya xidmətləri — 37.513,01 manat, yükdaşıma sifarişinin dəyişdirilməsi — 6.219,98 manat cəmi: 110.145,34 manat. Mülki işin materiallarına və təqdim olunmuş sənədlərə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdədək iddiaçı tərəfindən "xxxx" QSC-yə məxsus vaqonların Rusiya Federasiyasında hərəkətinə görə tətbiq olunmuş tariflərə görə cavabdehin borcu aşağıdakı kimidir: 2.979,43 (iki min doqquz yüz yetmiş doqquz frank 43 santim) İsveçrə frankı. Debitor borcları tərtib olunan zaman cavabdeh tərəfindən edilən sonuncu ödənişlər nəzərə alınmışdır.

41. Məhkəmə iclasında auditor Akif Aağayev izahatında tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli audit rəyini təsdiq etdiyini, həmin rəyin verilməsi üçün tərəfindən xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixə qədər tədqiqat aparıldığını, tədqiqatın aparılması ilə bağlı iddiaçı QSC-də olduğunu, elektron qaimələrin, onların alt sənədlərinin, habelə bütün ödəniş sənədlərinin tərəfindən tədqiq edildiyini, tədqiqata tərəfindən cavabdehin nümyəndələrinin dəvət edilməsinə baxmayaraq gəlmədiklərini, bunun tərəfindən aktlaşdırıldığını bildirdi.

42. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

45. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

46. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

47. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

48. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

49. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

50. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

51. Həmin Məcəllənin 852.1-ci maddəsinə əsasən ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.

52. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehdən 592884,87 ABŞ dolları əsas borcun tutulmasını tələb etsə də, materiallardan görünür ki, məhkəmə icraatı dövründə - xx.xx.2025-ci il tarixində cavabdeh tərəfindən iddiaçıya həmin müqavilə üzrə 20000 manat vəsait ödənilmişdir.

53. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin ödəniş nəzərə alınmaqla iddia ərizəsi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən xx.xx.2021ci il tarixli müqavilə üzrə 581120,16 ABŞ Dolları əsas borc, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4538787,19 ABŞ Dolları əsas borc, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54815,72 ABŞ Dolları əsas borc, mühafizə xidməti ilə bağlı 64972,49 manat əsas borc, teleqram xidməti ilə bağlı 1439,86 manat əsas borc, stansiya xidməti ilə bağlı 37513,01 manat əsas borc, yük daşınma sifarişinin dəyişdirilməsi ilə bağlı 6219,98 manat, vaqonların Rusiya Federasiyasında hərəkəti ilə bağlı 2979,43 isveçrə frankı (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş dolların və isveçrə frankının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməlidir.

54. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/4787 nömrəli ekspert rəyini hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə almır.

55. Belə ki, rəydən görünür ki, tədqiqat aparılan və qalıq borc müəyyən edilən zaman yalnız elektron qaimələr nəzərə alınmış, habelə cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmamış, bununla da hazırkı iş üzrə mötəbər rəy verilmədiyi müəyyən edilmişdir.

56. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla faiz borclarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

57. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

58. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

59. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

60. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

61. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

62. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

63. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

64. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

65. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir.

66. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 581120,16 ABŞ Dolları əsas, 281321,81 ABŞ Dolları faiz borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4538787,19 ABŞ Dolları əsas, 111215,25 ABŞ Dolları faiz borcu, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54815,72 ABŞ Dolları əsas, 2546,42 ABŞ Dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) faiz borcu, mühafizə xidməti ilə bağlı 64972,49 manat əsas, 10625,14 manat faiz borcu, teleqram xidməti ilə bağlı 1439,86 manat əsas, 78,71 manat faiz borcu, stansiya xidməti ilə bağlı 37513,01 manat əsas, 2472,70 manat faiz borcu, yük daşınma sifarişinin dəyişdirilməsi ilə bağlı 6219,98 manat, vaqonların Rusiya Federasiyasında hərəkəti ilə bağlı 2979,43 isveçrə frankı (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş isveçrə frankının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

68. İddiaçı 13.000 (on üç min) manat mütəxəssisə (audit) ödənilmiş xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş edir.

69. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 205OPXO253230576 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən X7 hesabına 13000 manat audit xidmətlərinin göstərilməsi ilə bağlı ödəniş edilmişdir.

70. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən cavabdehdən 13000 manat tutularaq iddiaçıya ödənilməlidir.

71. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 5500 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

72. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil edir.

73. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən yaranmış ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

74. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 581120,16 ABŞ Dolları əsas, 281321,81 ABŞ Dolları faiz borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 4538787,19 ABŞ Dolları əsas, 111215,25 ABŞ Dolları faiz borcu, daşıma ilə bağlı əlavə xidmətlərə görə 54815,72 ABŞ Dolları əsas, 2546,42 ABŞ Dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) faiz borcu, mühafizə xidmətlərinə görə 64972,49 manat əsas, 10625,14 manat faiz borcu, teleqram xidməti ilə bağlı 1439,86 manat əsas, 78,71 manat faiz borcu, stansiya xidməti ilə bağlı 37513,01 manat əsas, 2472,70 manat faiz borcu, yük daşınma sifarişinin dəyişdirilməsi ilə bağlı 6219,98 manat, vaqonların Rusiya Federasiyasında hərəkəti ilə bağlı 2979,43 isveçrə frankı (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş isveçrə frankının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə), 5500 manat dövlət rüsumu və 13000 manat audit rəyinin alınması ilə bağlı çəkilmiş xərc tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Cavabdeh QSC-dən 200 (iki yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar