Məhkəmə qərarları › İş №e-2-2(113)-4063/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4063/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4063/2023 05.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Əzai oğlu və Cavabdeh2 qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7700,53 AZN əsas borc, 598,56 AZN faiz borcu və 134,59 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 8433,68 AZN borcun tutulması, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9411,39 AZN əsas borc, 789,84 AZN faiz borcu və 13,73 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 10214,96AZN borcun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən İddiaçı ASC-dən illik 22 faizlə 12 ay müddətinə 10000 AZN kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 24 faizlə 36 ay müddətinə 10000 AZN kredit götürmüşdür. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. 2023-cü il martın 17-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7700,53 AZN əsas borc, 598,56 AZN faiz borcu və 269,17 AZN cərimə olmaqla ümumilikdə cəmi 8568,26 AZN borcu vardır. Cavabdeh1 banka xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 269,17 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 134,59 manat məbləğində tələb olunur 2023-cü il martın 17-dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9411,39 AZN əsas borc, 789,84 AZN faiz, 54,91 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 10256,14 AZN borcu vardır.Cavabdeh1 banka xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 54,91 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 13,73 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında olan kommersiya mübahisəsini mediasiya vasitəsilə həll etmək üçün müraciət etmiş, lakin tərəflər arasında razılıq əldə olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə yükləyərək onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrin üzürlü səbəbləri barədə məlumat verməmişlər. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilədən görünür ki, Cavabdeh1 İddiaçı ASC-dən illik 22 faizlə 12 ay müddətinə 10000 AZN kredit götürmüşdür. xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin olaraq öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli 9/6473 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, 22- MCR-1-690-22/1 saylı kredit verilməsinə dair razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 8240,81 manat məbləğində, xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 8650,60 manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 8871,98 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7707,61 manat, faiz borcu üzrə 533,21 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7707,61 manat, faiz borcu üzrə 942,99 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 7707,61 manat, faiz borcu üzrə 1164,37 manat müəyyən edilmişdir. Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2022-ci il tarixli, SMS_LOAN_********** saylı kredit verilməsinə dair razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 10193,65 manat məbləğində və xx.xx.2023-cü il tarixə banka olan əsas və faiz borcu 10740,41 manat məbləğində müəyyən edilir. O cümlədən xx.xx.2023-cü il tarixə əsas borc üzrə 9426,92 manat, faiz borcu üzrə 766,72 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 9426,92 manat, faiz borcu üzrə 1313,48 manat müəyyən edilmişdir. Tədqiqatın dəyəri 200 manatdır. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 22-MCR-1-690-22/1 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 7700,53 manat, faiz borc üzrə 598,56 manat, cərimə borc üzrə 269,17 manat borcu var. xx.xx.2023-cü il tarixli İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib olunan maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh1 SMS_LOAN_********** saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə əsas borc üzrə 9411,39 manat, faiz borc üzrə 789,84 manat, cərimə borc üzrə 54,91 manat borcu var. xx.xx.2023-cü il tarixli MŞB/9/2023-01060 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 9 saylı mediasiya təşkilatına 200 manat məbləğində pul ödəyib. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386.1, 467-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan öhdəliklərini yerinə yetirməyərək borcu ödəməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 7700,53 manat məbləğində, faiz borcu ekspert rəyində müəyyən edilmiş 533,21 manat məbləğində, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 9411,39 manat məbləğində, faiz borcu ekspert rəyində müəyyən edilmiş 766,72 manat məbləğində, həmçinin mediasiya prosesi üzrə ödənilmiş 200 manat məbləğində xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə 134,59 manat və 13,73 manat məbləğində cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq müvafiq olaraq 66,26 manat və 1,89 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7700,53 manat əsas borc, 533,21 manat faiz borcu və 66,26 manat cərimə borcu, cəmi 8300 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9411,39 manat əsas borc, 766,72 manat faiz borcu və 1,89 manat cərimə borcu, cəmi 10180 manat ümumilikdə isə 18480 manat məbləğində borc, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müstərək qaydada xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7700,53 manat əsas borc, 533,21 manat faiz borcu və 66,26 manat cərimə borcu, cəmi 8300 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9411,39 manat əsas borc, 766,72 manat faiz borcu və 1,89 manat cərimə borcu, cəmi 10180 manat ümumilikdə isə 18480 manat məbləğində borc, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün nəzərdə tutulmuş 200 manat məbləğində xərc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar