Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-407/2020 23.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X3 Bağman qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdeh «X2 Company» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı cavabdehdən xx.xx.2019-cu il tarixə xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 516000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419586,69 manat faiz borcu olmaqla, cəmi 3936586,69 manat, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 516000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419586,69 manat faiz borcu olmaqla, cəmi 3936586,69 manat, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 785150,33 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 647200,50 manat faiz borcu olmaqla, cəmi 5958051,41 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən xx.xx.2019-cu il tarixə xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 516000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419586,69 manat faiz borcu olmaqla, cəmi 3936586,69 manat, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə ******* manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 516000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419586,69 manat faiz borcu olmaqla, cəmi 3936586,69 manat, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 785150,33 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 647200,50 manat faiz borcu olmaqla, cəmi 5958051,41 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsinə əsasən cavabdehə avadanlıq alınması məqsədilə 9 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərtilə 3.000.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsinə əsasən 8 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 3.000.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsinə əsasən isə 8 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 4.700.278 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqavilələrinin 3.4.1ci maddəsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqavilələrin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq cavabdeh hər üç kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Borclunun xx.xx.2015-ci il tarixli 144/15 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2016-cı il tarixində 30000 manat, xx.xx.2015-ci il tarixli 148/15 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2016-cı il tarixində 50000 manat, xx.xx.2015-ci il tarixli 147/15 saylı kredit müqaviləsi üzrə sonuncu ödənişi xx.xx.2016-cı il tarixində 30000 manat olmuşdur. Hazırda borclunun xx.xx.2019-cu il tarixə hesablanmış banka ödənilməmiş pul borcu xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, müddət sonuna hesablanan 1.000 manat müddət sonuna hesablanan faiz borcu, 516.5000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419.586,69 manat faiz borcu olmaqla, cəmi 3.936.586,69 manat, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 3.000.000 manat əsas borc, müddət sonuna hesablanan 1.000 manat müddət sonuna hesablanan faiz borcu, 516.000 manat məbləğində hesablanan cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419.586,69 manat faiz borcu olmaqla, cəmi 3.936.586,69 manat, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə isə 4.524.133,84 manat əsas borc, müddət sonuna hesablanan 1.566,76 manat faiz borcu, 785.150,33 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 647.200,50 manat faiz borcu olmaqla, cəmi 5.958.051,41 manat təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə avadanlıq alınması məqsədilə 9 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərtilə 3.000.000 manat məbləğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 8 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 3.000.000 manat məbləğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdehə 8 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 4.700.278 manat məbləğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxx 2019-cu il tarixli **********312 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə ******* manat kredit, 1000 manat faiz, 516000 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 416586,69 manat faiz borcu olmaqla cəmi 3936586,69 manat borcu vardır. xx xxxxx 2019-cu il tarixli **********316 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə ******* manat kredit, 1000 manat faiz, 516000 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 419586,69 manat faiz borcu olmaqla cəmi 3936586,69 manat borcu vardır. xx xxxxx 2019-cu il tarixli **********312 saylı Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2019-cu il tarixə 4524133,84 manat kredit, 1566,76 manat faiz, 785150,33 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 647.200,50 manat faiz borcu olmaqla cəmi 5958051,41 manat borcu vardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(82)- 877/2019 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş, ekspertiza qarşısında xx.xx.2015-ci il tarixli, 144/15 saylı, xx.xx.2015-ci il tarixli, 147/15 saylı və xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqavilələri üzrə nə vaxt və hansı məbləğdə ödəniş aparılması, aparılmış ödənişlərin nə qədər məbləğinin əsas, nə qədər məbləğinin faiz borcuna çıxılması və cərimənin necə hesablanması barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1112 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “X1” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və kredit müqavilələrinin şərtləri əsas götürülməklə “X1” MMC-nin xx xxxxx 2019-cu il tarixə (maliyyə arayışı tarixinə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) banka olan borcu xx xxxxxxx 2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 3.356.203,70 manat məbləğində, o cümlədən əsas borc üzrə 2.977.410,87 manat, faiz borcu üzrə 378.792,83 manat, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 3.352.602,68 manat məbləğində, o cümlədən əsas borc üzrə 2.974.216,27 manat, faiz borcu üzrə 378.386,40 manat, xx xxxxxx 2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə ümumilikdə 5.081.389,89 manat məbləğində, o cümlədən əsas borc üzrə 4.537.517,94 manat, faiz borcu üzrə 543.871,94 manat müəyyən edilmişdir. Bank tərəfindən xx xxxxxxx 2015-ci il tarixli, 144/15 saylı, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı və xx xxxxxx 2015-ci il tarixli, 148/15 saylı kredit müqavilələri üzrə hesablanan cərimə borclarının hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşmaları üzrə cərimə borcları hesablanmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə avadanlıq alınması məqsədilə 9 ay müddətinə, illik faiz dərəcəsi 6% faiz ödənilmək şərtilə 3.000.000 manat məbləğində, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsinə əsasən 8 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 3.000.000 manat, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsinə əsasən 8 ay müddətinə, illik 6% faiz ödənilmək şərtilə 4.700.278 manat məbləğində kredit verməyi, cavabdeh isə iddiaçıdan aldığı kreditləri və onlara hesablanmış faiz borclarını müqavilələrin tərkib hissəsi olan ödəniş qrafiklərinə müvafiq olaraq ödəməyi öhdələrinə götürmüşlər. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tələbində kredit müqavilələri üzrə xx.xx.2019-cu il tarixə olan borc məbləğlərinin tutulmasını qeyd etsə də, iş materiallarına əlavə olunmuş maliyyə arayışlarından müəyyən olunur ki, tələb olunan borc məbləğləri xx xxxxx 2019-cu il tarixə hesablanmış borc məbləğləridir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat və xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə ******* manat tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1112 saylı rəyi ilə cavabdehin iddiaçıya ödəməli olduğu xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.977.410,87 manat, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.974.216,27 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdehin iddiaçıya olan borcu xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.977.410,87 manat, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə əsas borc 2.974.216,27 manat məbləğində müəyyən olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya ödəməli olduğu əsas borclar üzrə xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2.977.410,87 manat, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2.974.216,27 manat məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xx xxxxxx 2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə əsas borca aid hissədə isə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1112 saylı rəyi ilə göstərilən müqavilə üzrə əsas borc məbləği (543.871,94 manat) iddiada tələb olunan məbləğdən (4524133,84 manat) artıq olması müəyyən olunsa da, verilmiş tələb üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, kredit müqavilələrinə əsasən tələb olunan faiz borcu məbləğləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1112 saylı rəyi cavabdehin kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən iddiaçıya olan borcu xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 378.792,83 manat, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 378.386,40 manat və xx xxxxxx 2015ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 543.871,94 manat məbləğində müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan ekspert rəyi ilə müəyyən olunmuş xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 378.792,83 manat, xx xxxxxx 2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 378.386,40 manat və xx xxxxxx 2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 543.871,94 manat məbləğlərində faiz borcları cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilələrdən irəli gəlir. Belə ki, müqavilənin 2.6-cı bəndinə əsasən borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faiz cərimə və vaxtı keçmiş kredit üzrə 12 faizi ödəyir. Lakin məhkəmə hesab edir ki, tələb olunan xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 516000 manat, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 516000 manat və xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 785150,33 manat dəbbə pulu məbləği yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onların məbləğlərini azaldaraq xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 148870,54 manat, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 148710,81 manat və xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 226206,70 manat hədlərində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2977410,87 manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148870,54 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 378792,83 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2974216,27 manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148710,81 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378386,40 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 226206,70 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 543871,94 manat faiz borcu məbləğində kredit borcu tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (12304166,96 manat) iddia tələbinin (13831224,79 manat) 88,95 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,68 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 3,32 manat məbləği isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 133,42 manat məbləği cavabdehdən, qalan 16,58 manat məbləği isə iddiaçıdan tutulmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən xx.xx.2015-ci il tarixli, 144/15 saylı kredit müqaviləsi üzrə 2977410,87 manat əsas borc, 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148870,54 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 378792,83 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 147/15 saylı kredit müqaviləsi üzrə 2974216,27 manat əsas borc, müddət sonuna hesablanan 1000 manat müddət sonuna hesablanan faiz borcu, 148710,81 manat məbləğində cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 378386,40 manat faiz borcu, xx.xx.2015-ci il tarixli, 148/15 saylı kredit müqaviləsi üzrə 4524133,84 manat əsas borc, müddət sonuna hesablanan 1566,76 manat faiz borcu, 226206,70 manat cərimə borcu və kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 543871,94 manat faiz borcu məbləğində kredit borcu tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 26,68 manat məbləği “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 3,32 manat məbləği isə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 150 manat məbləğində ekspertiza xərclərinin 133,42 manat məbləği “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 16,58 manat məbləği isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-407/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-407/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver