Məhkəmə qərarları › İş №e-2-2(113)-4075/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4075/2022

18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4075/2022 18.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əhmədova Nərmin Məzahir qızı, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 Gənclərin X2 və qeyrilərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və s. tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh4 Gənclərin X2 və qeyrilərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 Gənclərin X1 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə “01” dekabr 2018-ci il tarixli 10207 saylı kredit xətti müqaviləsinə əsasən 3.000.000.00 manat əsas, 70.000.00 manat faiz, gecikdirilmiş vaxt üçün 389.583.33 manat faiz (5%) və 2.181.666.67 manat cərimə borcu olmaqla, cəmi 5.641.250.00 manat borcun tutulmasını, tutmanın ipoteka premetlərinə yönəldilməsini, ipoteka predmeti olan əmlakların açıq hərracdan satılmasını, əldə olunan vəsaitin hesabına borcun ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini və Cavabdeh2 həmin ipoteka predmetlərindən istifadə hüququna xitam verilməsini, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait “01” dekabr 2018-ci il tarixli 10207 saylı kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh4 Gənclərin X1 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini, cavabdehlər Cavabdeh4 Gənclərin X1, Cavabdeh6 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə “30” yanvar 2019-cu il tarixli 102 saylı Əlavə kredit xətti müqaviləsinə əsasən 1-ci kredit tranşı üzrə 1.200.000.00 manat əsas, 55.533.33 manat faiz, gecikdirilmiş vaxt üçün 146.000.00 manat faiz (5%) və 817.600.00 manat cərimə borcu olmaqla, cəmi 2.219.133.33 manatın, 2-ci kredit tranşı üzrə 300.000.00 manat əsas, 13.883.33 manat faiz, gecikdirilmiş vaxt üçün 36.500.00 manat faiz (5%) və 204,400.00 manat cərimə borcu olmaqla, cəmi 554.783.33 manat borcun tutulmasını, tutmanın ipoteka premetlərinə yönəldilməsini, ipoteka predmeti olan əmlakların açıq hərracdan satılmasını, əldə olunan vəsaitin hesabına borcun ödənilməsini, əmlakın boşaldılaraq təhvil verilməsini, ipoteka predmetlərinin satışından əldə olunacaq vəsait “30” yanvar 2019-cu il tarixli 102 saylı Əlavə kredit müqaviləsi üzrə iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlər Cavabdeh4 Gənclərin X1, Cavabdeh6 və Cavabdeh1 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsini, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 4597.58 manat dövlət rüsumunun, 6.90 manat bank xidmət haqqının, 400 manat ödənilmiş mediasiya xərcinin, 1056.50 manat ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş dövlət rüsumunun və xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Həmin Məcəllənin 149.2 və 149.2.4-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmin Məcəllənin 150.0 və 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. İş materiallarına əlavə edilmiş “01” dekabr 2018-ci il tarixli kredit müqaviləsinin 8.2-ci bəndindən və “30” yanvar 2019-cu il tarixli kredit müqavilənin 8.2-ci bəndindən görünür ki, müqavilədən irəli gələn və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. Mübahisələrin danışıqlar yolu ilə həllinə nail olunmadıqda mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə müəyyən edir ki, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd və onun qarşı tərəfə çatdırılmasını təsdiq edən sənəd (qəbz, xəbərnamə) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4 Gənclərin X2 və qeyrilərinə qarşı “borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi və s. tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar