Məhkəmə qərarları › İş №e-2-2(113)-4077/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4077/2023

09.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4077/2023 09.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi (qanuni təmsilçi) X5, Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı cavabdehlərin əməkdaşlarının hərəkətlərinin qanunsuz sayılması, konteynerlərin qaytarılması, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və vurulmuş maddi (96366,48 manat) və mənəvi (25000) ziyanın tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinə qarşı cavabdehlərin əməkdaşlarının hərəkətlərinin qanunsuz sayılması, konteynerlərin qaytarılması, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və vurulmuş maddi (96366,48 manat) və mənəvi (25000) ziyanın tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx"xxxx"xxxx" MMC arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC-dən ayda azı 30 dəfə olmaqla bərk məişət tullantılarının və tikintidə istifadə edilən materiallarının tullantılarının zərərsizləşdirilməsi üçün istehsalat tullantılarının xüsusi təyinatlı nəqliyyat vasitələri ilə daşınmasını və müvafiq ümumşəhər zibil poliqonunda zərərsizləşdirilməyə təhvil verilməsini "xxxx"MMC öhdəsinə götürmüşdür. Qeyd edilən xidmət sayından əlavə olaraq ehtiyac yaranarsa, "xxxx" MMC-nin sifarişinə və müvafiq müraciətinə əsasən, digər vaxtlarda da məişət tullantılarının daşınması üçün "xxxx"xxxx"xxxx" MMC-yə müraciət olunduqda dərhal gecikdirilmədən xidmət göstərəcəkdir və məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi və müvafiq qaydada məhv edilməsi ilə bağlı tədbirlər görüləcəkdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus 1.1 m3 həcmində Konteyneri, Xətai rayonu Cavanşir küçəsi 36 saylı ünvandan daha sonra isə xx.xx.2023- cü il tarixdə, "Kasko-RCP-H MMC"-yə məxsus 4 ədəd 0.36 m3 həcimli konteyneri, “Kommunal Xidmətlər Müəssisəsi' MMC-nin nəqliyyat vasitəsindən istifadə edilməklə kağız məmulatların yığılması üçün nəzərdə tutulmuş 1 ədəd dəmir şkafı X6 özbaşına götürmüş, hadisənin qarşısıalınan zaman avtomobilin sürücüsü idarə etdiyi avtomobili "xxxx" əməkdaşının üzərinə sürmüş, sonradan isə telefon əlaqəsi yaradaraq, "Kasko-RCP-H” MMC ilə bağlanmış müqavilə pozulmadığı halda apardığı əşyaların qaytarılmayacağnı bildirmişdir. “Kommunal Xidmətlər Müəssisəsi" MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə araşdırma aparılması üçün polis bölməsinə müraciət etmiş əmlakın qaytarılmasında və pozulmuş hüquqların bərpasında köməklik göstərilməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Polis idarəsinin 36-cı Polis Bölməsinin tədqiqatçısı, polis mayoru X20 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmiş, mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Cavabdeh2 MMC-nin Heydər adlı şəxs tərəfindən əmlakların aparılması nəticəsində "xxxx" MMC-yə 1.350 manat maddi ziyan vurulmuş və iş ahəngi pozulmuşdur. Cavabdeh təşkilatların qanunsuz əməlləri barədə müxtəlif vaxtlarda Bakı şəhər Kommunal Təssərufat Departamentinin sədri X7, Cavabdeh2 MMC-nin direktoru X9, Bakı şəhəri İcra hakimiyyətinə etirazlar göndərilmişdir. Həmin məktublarda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinə dair” fərmanını, “İstehsalat və məişət tullantıları” haqqında qanunu, Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 saylı qərarını rəhbər tutaraq, sanitariya qaydalarına, gigiyena və ekologiya normalarına riayət edərək İddiaçı MMC 20 ildən artıq bir müddətdir ki, Bakı şəhərində bərk məişət tullantılarının daşınması kimi fəaliyyət növü ilə məşğul olur. "xxxx" MMC xidmət göstərdiyi təşkilatlarla yalnız hər iki tərəfdən könüllü və mənfəətli imzalanmış müqavilə əsasında işləyir, təşkilatlar "xxxx" MMC tərəfindən tullantıların toplanması ücün konteynerlər ilə təmin edilir, toplanmış bərk məişət tullantıları xüsusiləşdirilmiş müasir avtonəqliyyat vasitələri ilə daşınaraq zərərsizləşdirilməsi məqsədi ilə (Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamını əsas tutarq “Təmiz Şəhər “ ASC ilə bağlanmış iki tərəfli müqavilə əsasında) "xxxx" ASC-yə təhvil verilir və bu məqsədlə hər ay təxminən 2200 manat xidmət haqqı "xxxx" MMC tərəfindən ödənilir. Eyni zamanda "xxxx" MMC möhtərəm prezidentin respublikada iş yerlərinin açılmasına dair tövsiyələrinə əməl edərək onlarla insan ailəsini işlə təmin edir. Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan Cavabdeh2 MMC-nin işçiləri xidmət göstərdiyi şirkətlərə hədə qorxu gələrək, respublikada səlahiyyəti olan rəhbər şəxslər adından çıxış edərək, iddiaçı ilə bağlanmış müqavilələrə xitam verilməsini həmin şirkətlərdən tələb və məcbur edirlər. Cavabdeh2 MMC-nin işçilərinin hədə qorxu gəlməsinin nəticəsi olaraq “KASCO-RCP-H MMC ilə bağlanmış bir cox müqaviləyə təzyiq altında xitam verilmişdir, beləlikə 2021-ci ilin əvvəlindən bu günədək hər ay 4000 manatadək məbləgində "xxxx" MMC-yə ziyan vurulmuşdur. Eyni qanunsuz hərəkətlər dəfələrlə cavabdeh Xocalı pr.29 ünvanında yerləşən "xxxx" Xətai 3 tərəfindən törədilmiş, 13 müqavilə pozulmuş, ümumilikdə, 1 il ərzində 96.366,48 manat ziyan vurulmuşdur. Qanunsuz hərəkətlər barədə Bakı şəhər İcra hakimiyyətinin başçısı X17 da ünvanlanmışdır. Həmin məktublara cavab olaraq bildirilmişdir ki, "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2008-ci il tarixli, 2983 nömrəli Sərəncamı ilə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının yığılması, daşınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmış, müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi ücün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları Bakı Şəhər İcra Hakimiyyətinə verilmişdir. Məişət tullantılarının yığılması, toplanması və daşınması sahəsində madditexniki baza gücləndirilmiş, şəhərin sanitar təmizliyinin təmin edilməsi ilə bağlı işlərin aparılması və davamlı olaraq inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən infrastrukturun daha da yaxşılaşdırılması, tullantıların tərkibinə görə çeşidlənərək yığılması və bu istiqamətdə digər tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2019-cu ildə Böyük Britaniyanın bu sahədə ixtisaslaşmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanılmışdır. "Mott MacDonald" şirkəti tərəfindən məişət tullantılarının idarə edilməsi çərçivəsində görüləcək tədbirlərin ardıcıllığını, sanitar- təmizlik işlərinin həcmini, tullantıların yığılması, müvəqqəti saxlanılması və daşınması metodunu, habelə tələb olunan maşın-mexanizmlərin və avadanlıqların sayının müəyyən edilməsi üçün müqavilə şərtlərinə uyğun olaraq pilot layihə çərçivəsində 2019-cu ilin iyul ayından Nərimanov rayonu ərazisində bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edilmişdir. Məsləhətçi Şirkətin əsas tələblərindən biri odur ki, çeşidləmə tətbiq olunan rayonda narıncı və yaşıl konteynerlər yerləşdirməklə məişət tullantılarının toplanması və daşınması bir mənbədən yerinə yetirilməlidir. Yəni narıncı konteynerlərdə çeşidlənən mallar səhər tezdən başlayaraq gecə 00-a qədər mütəmadi olaraq toplanıb daşınmalıdır. Cari ilin mart ayından tullantıların idarə edilməsi sahəsində innovativ metodların tətbiqinin genişləndirilərək pilot layihənin Nizami, Nəsimi və Yasamal rayonları ərazisində icrasına başlanılmış, daha sonra digər rayonlarda həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində iki növdə yeni plastik məişət tullantıları konteynerləri müvafiq yerlərdə qoyulmuş, əhalinin sıx yaşadığı ərazilər üzrə yeni konteyner meydançaları tikilmiş, əhali arasında tullantıların çeşidinə görə atılması üçün maarifləndirmə işləri aparılmış, bukletlər paylanılaraq plastik, kağız (karton), metal, şüşə və s. tərkibli tullantıların ayrıca atılması üçün narıncı rəngli tullantı konteynerləri və qarışıq tullantıların yığılması üçün isə yaşıl rəngli konteynerlər qoyulmuş, təkrar emala yararlı olan tullantıların miqdarının artırılması üçün əhali arasında mütəmadi maarifləndirmə işləri aparılmaqla yanaşı, tullantı sahələrində çeşidlənməyə nəzarət olunması üçün işçilər də təhkim olunmuş, dövlət vəsaiti hesabına alınan xüsusiləşdirilmiş kommunal təyinatlı nəqliyyat vasitələrindən səmərəli istifadə olunmaqla çeşidlənən bərk məişət tullantılarının aparılan monitorinqlərə əsasən eyni nöqtələrdən mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün təhvil verilməsi ilə bağlı işlərin fasiləsiz olaraq həyata keçirilməsi aidiyyəti struktur təşkilatlar tərəfindən Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2011 -ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq təmin edilir. Lakin bu məktubda göstərilən iradlarına münasibət bildirilməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2019-cu il tarixdə Dövlət Neft Şirkətinin X4 ünvanlanmış məktubda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 2008-ci il 6 avqust tarixli, 2983 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, şəhərin ekoloji vəziyyətinin və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balansında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları verilməklə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və “Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Prezidentin kommunal təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğının təzahürü olaraq müvafiq sərəncamlarına əsasən mənzilkommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı sanitar təmizliyin təmin edilməsi üçün müasir texnologiyaların tətbiqinə, eləcədə bu sahədə aparılan islahatların səmərəliliyinin artırılmasına imkan verən xüsusi təyinatlı kommunal texnika Bakı şəhərinə gətirilərək istismara buraxılmışdır. Görülmüş ardıcıl tədbirlər nəticəsində şəhər ərazisində məişət tullantılarının yığılması, qablaşdırılması və daşınması- sahəsində maddi texniki baza gücləndirilmiş, şəhərin sanitar təmizliyinin təmin edilməsi ilə bağlı işlərin aparılması və davamlı olaraq inkişaf etdirilməsi üçün müasir tələblərə cavab verən səmərəli kommunal infrastruktur yaradılmışdır. Bununla əlaqədar şəhər ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması və daşınmasının, o cümlədən bu xidmətlərlə bağlı hüquqi və fiziki şəxslərlə müqavilələr bağlanması Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına uyğun olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində Cavabdeh2 təsis edilmiş, şəhər ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması, zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilməsi və bu xidmətlərlə bağlı mülkiyyət formasından asılı olmayaraq təşkilatlarla müqavilələrin bağlanması həmin Cəmiyyət tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigyeniya və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları”nın 6.1-ci maddəsinə əsasən məişət tullantılarının daşınmasına, xüsusiləşdirilmiş avtonəqliyyat vasitələri ilə, yerli icra hakimiyyəti orqanlarının kommunal təsərrüfatı qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullatıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilərlər. Cavabdehlərin qanunsuz göstərişləri, haqsız rəqabət aparmaları, bir sıra idarə və təşkilatların "xxxx"MMC ilə bağlanmış müqavilələrin ləğv olunmasına nail olunmuşdur. xx.xx.2021-ci il tarixdə “Nəsimi 15” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanmış müqavilə ləğv olunmuş, Azərbaycan Tibb Universiteti ilə "xxxx" MMC arasında bağlanmış müqavilələr “Socar Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini X10 ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilə, "xxxx" MMC-nin Baş Direktor müavini Tahir Məmmədov ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqqavilə, DİN Baş Mühafizə İdarəsinin Rəisi Polis X1 Əliyev ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, DİN Baş Mühafizə İdarəsinin Rəisi Polis X1 Əliyev ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə, “Socar Təhlükəsizlik İdarəsinin Rəisi R.Q.Əliyev ilə bağlanmiş xx.xx.2016-cı il tarixli müqavilə, X26 İdarəsinin Rəisi Vasif Əmirov ilə bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə, "xxxx" MMC-nin Baş Direktoru Eldar Məhərrəmov ilə bğlanmış xx.xx.2020-ci il tarixli müqavilə, ARİİN X15 X3 V.M.Vəliyev ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə, “Socar Qazİxrac İdarəsinin” rəisi Qağaməli Seyfullayev ilə bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə pozulmuşdur. Qanunsuzluqlar barədə müxtəlif orqanlara şikayətlər edilmişdir. Kiçik və X23 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə izah edilmişdir ki, hüquqların pozulduğunu hesab etdiyi üçün məhkəməyə müraciət edə bilər. Lakin cavabdeh təşkilatlar qanunun bu tələbinə baxmayaraq idarə müəssisələr ilə heç bir tender keçirmədən müqavilələr bağlamışlar. Digər azad sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsləri isə müqavilələr bağlamaq imkanından məhrum etmiş, hədə qorxu, qanunsuz göstərişlər verməklə yalnız öz mənafelərinə uyğun müqavilələr bağlamışlar. Cavabdeh tərəfindən daxil olmuş məktublarla bir sıra məlumatlar təqdim edilsə də, tələb olunmuş sənəd və məlumatlar tam təqdim edilməmişdir. Məlumatların verilməməsi və ya lazımi qaydada verilməməsi qanun pozuntusu hesab edilir.

3. Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərəsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə, müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatların Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları verilməklə Bakı şəhərinin ərazisində (Qala qəsəbəsi istisna olmaqla) əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təvil verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdır. Bununla əlaqədar bütün bərk məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 06 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh2 təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın tələblərinə əsasən məişət tullantılarının daşınması, xüsusiləşdirilmiş avtonəqliyyat vasitələri ilə, yerli icra hakimiyyəti orqanlarının kommunal- təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilərlər. Məişət tullantılarının daşınması sahəsində müəyyən edilmiş bu tələblərə uyğun olaraq Cavabdeh2 tərəfindən paytaxt ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi ilə bağlı xidmətlərin fiziki və hüquqi şəxslərə göstərilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr əsasında təmin edilir. Davamlı olaraq sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun təmizliyin təmin edilməsi tədbirləri çərçivəsində tullantıların tərkibinə görə çeşidlənərək yığılması məqsədilə 2019-cu ildə Böyük Britaniyanın bu sahədə ixtisaslaşmış “Mott MacDonald” şirkəti ilə müqavilə bağlanmışdır. “Mott MacDonald” şirkəti tərəfindən məişət tullantılarının idarə edilməsi çərçivəsində görüləcək tədbirlərin ardıcıllığını, sanitar-təmizlik işlərinin həcmini, tullantıların yığılması, müvəqqəti saxlanılması və daşınması metodunu, habelə tələb olunan maşınmexanizlərin və avadanlıqların sayının müəyyən edilməsi üçün müqavilə şərtlərinə uyğun olaraq pilot layihənin icrasına 2019-cu ilin iyul ayından Nərimanov rayonu ərazisində başlanmışdır. Məsləhətçi Şirkətin əsas tələblərindən biri odur ki, çeşidləmə tətbiq olunan rayonda narıncı və yaşıl rəngli yeni çeşidləyəci konteynerlər yerləşdirməklə məişət tullantılarının toplanması və daşınması bir mənbədən yerinə yetirilməlidir. Yəni narıncı konteynerlərdə çeşidlənən mallar mütəmadi olaraq toplanıb daşınmalıdır. Cari ilin mart ayından tullantıların idarəedilməsi sahəsində innovativ metodların tətbiqi genişləndirilərək 01 mart 2021 - ci il tarixdən Nizami rayonu, 01 aprel 2021-ci il tarixdən Nəsimi rayonu, xx.xx.2021 -ci il tarixdən Yasamal rayonu. 20 sentyabr 2022-ci il tarixdən Səbail rayonu, 03 noyabr 2022-ci il tarixdən Xətai rayonu və 14 aprel 2023-cü il tarixdən Pirallahı rayonu ərazisində pilot layihənin icrasına başlanılmış, daha sonra digər rayonlardada həyata keçirilməsi nəzərdə tutulmuşdur.Layihə çərçivəsində yeni plastik məişət tullantıları konteynerləri müvafiq yerlərdə qoyulmuş, əhalinin sıx yaşadığı ərazilər üzrə yeni konteyner meydançaları tikilmiş,əhali arasında tullantıların çeşidinə görə atılması üçün maarifləndirmə işləri aparılmış, bukletlər paylanılaraq plastik, kağız (karton), metal, şüşə tərkibli tullantıların ayrıca atılması üçün narıncı rəngli tullantı konteynerləri və qarışıq tullantıların yığılması üçün isə yaşıl rəngli konteynerlər qoyulmuş, təkrar emala yaralı olan tullantıların miqdarının artırılması üçün əhali arasında mütəmadi maarifləndirmə işləri aparılmaqla yanaşı, tullantı sahələrində çeşidlənməyə nəzarət olunması üçün işçilər də təhkim olunmuşdur. Bundan əlavə, 1990-cı illərin ortalarında Bakı şəhəri və onun ərazi bölgüsü üzrə rayonlarında sənaye və bərk məişət tullantılarının toplanması, daşınması işləri Almaniya şirkəti olan “UP Azərbaycan MMC” və “KASCO WASTE servise” Azərbaycan-Finlandiya birgə müəssisəsi tərəfindən həyata keçirilirdi. Həmin adıçəkilən müəssisələr tərəfindən Bakı şəhəri ərazisində bərk məişət tullantılarının yığılması, qablaşdırılması, daşınması, qanunsuz zibilliklərin ləğv edilməsi və s. sanitar-təmizlik tədbirləri ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirə bilmədiklərinə görə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsasən bağlanmış müqavilələr ləğv edilmişdir. Bununla da bərk məişət tullantılarının idarəedilməsi məsələsinə 2008-ci ildə yenidən baxılmış və məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında müvafiq sərəncam qəbul edilmişdir. Hal-hazırda paytaxt ərazisində fəaliyyət göstərən məhdud zəruri infrastruktura və az sayda xüsusi kommunal texnikası olan "xxxx" MMC Azərbaycan, "xxxx"xxxx"xxxx" MMC, İddiaçıMMC, "xxxx" MMC, “KASCO WASTE SERVİCE(AZ.F/MMC), Qaya-M LTD, X19, “Az Logistika and Management Services MMC, “Trans Waste Service MMC”, “Təmiz Büllur MMC”, "xxxx" MMC, “MPŞ"MMC, "xxxx" MMC əsasən kommersiya müəssisələrinə aid tullantılarının daşınmasını həyata keçirirlər. Cavabdeh2 tərəfindən sözügedən ünvandan yeşiklərin kənarlaşdırılmasının səbəbi pilot layihənin icrası ilə əlaqdədar keçirilən monitorinq zamanı market işçilərinin əvvəlcədən maarifləndirilməsinə baxmayaraq, marketin qarşısında özbaşına yaratdıqları zibil meydançalarında kustar üsulla hazırlanmış dəmir konteynerlər yerləşdirilməsi olmuşdur. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan market rəhbərliyi bu hərəkəti və eyni zamanda hərəkətsizliyi ilə qeyd olunan layihənin həyata keçirilməsinə mane olmaqla, həmçinin ərazidə antisanitar vəziyyətin mövcudluğuna şərait yaratmışıdır. Ona görə də İddiaçı MMC-nin Kommunal Xidmətlər Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən onun sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yönələn hərəkətlər edilməsi ilə bağlı irəli sürdüyü tələblər tamamilə əsassız olmaqla həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır. Cavabdeh2 tərəfindən xüsusiləşdirilmiş kommunal təyinatlı nəqliyyat vasitələrindən səmərəli istifadə olunmaqla əmələgəlmə mənbəyindən asılı olmayarq bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün aidiyyatı üzrə təhvil verilməsi xidməti Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri tariflərinin tənzimlənməsi barədə" xx.xx.2011-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflər əsasında təmin edilir. Həmin Qərara əsasən 1 m3 məişət tullantısının daşınma tarifi ƏDV ilə 10 (on) manat müəyyən edilmişdir. Cavabdeh2 MMC tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə göstərilən ünvanlarda fəaliyyətə başlayan marketlərdə mövcud tariflərə uyğun olaraq, Bakı şəhəri üzrə xidmət göstərən digər marketlərdə olduğu kimi əmələgələn tullantıların daşınması işinin pilot layihə çərçivəsində təşkil edilməsi tövsiyə olunmuşdur.

4. Cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin "Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamına əsasən Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara cavab verən tərzdə qurulması və idarə edilməsi, bu prosesin mütəşəkkil qaydada həyata keçirilməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və bu sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirilməsi məqsədilə, müstəqil mənzil fondu olan dövlət idarə, müəssisə və təşkilatlarının Bakı şəhərində bərk məişət tullantılarının yığılması və daşınması ilə bağlı funksiyaları və bu funksiyaların yerinə yetirilməsi üçün balanslarında olan zibil toplama məntəqələri, maşın-mexanizmləri və avadanlıqları verilməklə Bakı şəhərinin ərazisində (Qala qəsəbəsi istisna olmaqla) əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi Bakı Şəhər icra Hakimiyyətinə tapşırılmışdır. Bununla əlaqədar bütün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi üçün "Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci ıl 06 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”na uyğun olaraq Cavabdeh2 təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın tələblərinə əsasən məişət tullantılarının daşınması, xüsusiləşdirilmiş avtonəqlıyyat vasitələri ilə. yerli icra hakimiyyəti orqanlarının kommunal-təsərrüfat qurumları, həmçinin müvafiq təşkilatlarla müqavilə bağlamış və tullantıların daşınması və emalı ilə məşğul olan fiziki və hüquqi şəxslər həyata keçirə bilərlər. Məişət tullantılarının daşınması sahəsində müəyyən edilmiş bu tələblərə uyğun olaraq, Cavabdeh2 tərəfindən paytaxt ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi ilə bağlı xidmətlərin fiziki və hüquqi şəxslərə göstərilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanmış müqavilələr əsasında təmin edilir. Davamlı olaraq sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun təmizliyin təmin edilməsi tədbirləri çərçivəsində tullantıların tərkibinə görə çeşıdlənərək yığılması məqsədilə 2019-cu ildə Böyük Britaniyanın bu sahədə ixtisaslaşmış "Mott MacDonald" şirkəti ilə müqavilə bağlanmışdır. "Mott MacDonald" şirkəti tərəfindən məişət tullantılarının idarə edilməsi çərçivəsində görüləcək tədbirlərin ardıcıllığını, sanitar- təmizlik işlərinin həcmini, tullantıların yığılması müvəqqəti saxlanılması və daşınması metodunu, habelə tələb olunan maşın-mexanizmlərin və avadanlıqların sayının müəyyən edilməsi üçün müqavilə şərtlərinə uyğun olaraq pilot layihənin icrasına 2019-cu ilin iyul ayından Nərimanov rayonu ərazisində başlanmışdır. Məsləhətçi Şirkətin əsas tələblərindən biri odur ki, çeşidləmə tətbiq olunan rayonda narıncı və yaşıl rəngli yeni çeşidləyəci konteynerlər yerləşdirməklə məişət tullantılarının toplanması və daşınması bir mənbədən yerinə yetirilməlidir. Yəni narıncı konteynerlərdə çeşidlənən mallar mütəmadi olaraq toplanıb daşınmalıdır. Cari ilin mart ayından tullantıların idarəedilməsi sahəsində innovativ metodların tətbiqi genişləndirilərək 01 mart 2021-ci il tarixdən Nizami rayonu, 01 aprel 2021-cı il tarixdən Nəsimi rayonu. xx.xx.2021-cı il tarixdən Yasamal rayonu. 20 sentyabr 2022-cı il tarixdən Səbail rayonu. 03 noyabr 2022-ci il tarixdən Xətai rayonu və 14 aprel 2023-cü il tarixdən Pirallahı rayonu ərazisində pilot layihənin icrasına başlanılmış, daha sonra digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində yeni plastik məişət tullantıları konteynerləri müvafiq yerlərdə qoyulmuş, əhalinin sıx yaşadığı ərazilər üzrə yeni konteyner meydançaları tikilmiş, əhali arasında tullantıların çeşidinə görə atılması üçün maarifləndirmə işləri aparılmış, bukletlər paylanılaraq plastik, kağız (karton), metal, şüşə tərkibli tullantıların ayrıca atılması üçün narıncı rəngli tullantı konteynerləri və qarışıq tullantıların yığılması üçün isə yaşıl rəngli konteynerlər qoyulmuş, təkrar emala yararlı olan tullantıların miqdarının artırılması üçün əhali arasında mütəmadi maarifləndirmə işləri aparılmaqla yanaşı, tullantı sahələrində çeşidlənməyə nəzarət olunması üçün işçilər də təhkim olunmuşdur. Bundan əlavə, 1990-ci illərin ortalarında Bakı şəhəri və onun ərazi bölgüsü üzrə rayonlarında sənaye və bərk məişət tullantılarının toplanması, daşınması işləri Almaniya şirkəti olan "UP Azərbaycan MMC"xxxx"KASCO WASTE servise" Azərbaycan-Finlandiya birgə müəssisəsi tərəfindən həyata keçirilirdi. Həmin adıçəkilən müəssisələr tərəfindən Bakı şəhəri ərazisində bərk məişət tullantılarının yığılması, qablaşdırılması, daşınması, qanunsuz zibilliklərin ləğv edilməsi və s. sanitartəmizlik tədbirləri ilə bağlı götürdükləri öhdəlikləri yerinə yetirə bilmədiklərinə görə Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamlarına əsasən bağlanmış müqavilələr ləğv edilmişdir. Bununla da bərk məişət tullantılarının idarəedilməsi məsələsinə 2008-ci ildə yenidən baxılmış və məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında müvafiq sərəncam qəbul edilmişdir. Hal-hazırda paytaxt ərazisində fəaliyyət göstərən məhdud zəruri infrastruktura və az sayda xüsusi kommunal texnikası olan “UPinternational" MMC Azərbaycan, "xxxx" MMC, "xxxx" MMC, KASCO-RCP-H' MMC, ' AAS- ATE BM” MMC, KASKO WASTE SERVİCE (Az.F/MMC), Qaya-M LTD, X19, "Az Logistika and Management Services” MMC, "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC, “MPŞ" MMC, "xxxx" MMC əsasən kommersiya müəssisələrinə aid tullantılarının daşınmasını həyat keçirirlər. Cavabdeh2 tərəfindən sözügedən ünvandan yeşiklərin kənarlaşdırılmasının səbəbi pilot layihənin icrası ilə əlaqədar keçirilən monitorinq zamanı market işçilərinin əvvəlcədən maarifləndirilməsinə baxmayaraq, marketin qarşısında özbaşına yaratdıqları zibil meydançalarında kustar üsulla hazırlanmış dəmir konteynerlər yerləşdirilməsi olmuşdur. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan market rəhbərliyi bu hərəkəti və eyni zamanda hərəkətsizliyi ilə qeyd olunan layihənin həyata keçirilməsinə mane olmaqla, həmçinin ərazidə antisanitar vəziyyətin mövcudluğuna şərait yaratmışdır. Ona görə də, “KASCO RSP H" MMC-nin Cavabdeh2 tərəfindən onun sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yönələn hərəkətlər edilməsi ilə bağlı irəli sürdüyü tələblər tamamilə əssasız olmaqla həqiqəti əks etdirmir və qərəzli xarakter daşıyır. Cavabdeh2 tərəfindən xüsusiləşdirilmış kommunal təyinatlı nəqliyyat vasitələrindən səmərəli istifadə olunmaqla əmələgəlmə mənbəyindən asılı olmayaraq bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün aidiyyəti üzrə təhvil verilməsi xidməti Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının "Məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri tariflərinin tənzimlənməsi barədə" xx.xx.2011 ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflər əsasında təmin edilir. Həmin Qərara əsasən 1 m3 məişət tullantısının daşınma tarifi ƏDV ilə 10 (on) manat müəyyən edilmişdir. "Kommunal Xidmərlər Müəssisəsi” MMC tərəfindən "Araz Supermarket” MMC-nin rəhbərliyinə göstərilən ünvanlarda fəaliyyətə başlayan marketlərdə mövcüd tariflərə uyğun olaraq. Bakı şəhəri üzrə xidmət göstərən digər marketlərdə olduğu kimi əmələgələn tullantıların daşınması işinin pilot layihə çərçivəsində təşkil edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti iddiaçı “KASCO RSP H" Məhdud Məsuliyyətli Cəmiyyətinə sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələr yaratmamışdır, eləcə də iddiaçının Departament tərəfindən ona zərər vurulması barədə subutları olmamış və məhkəməyə də təqdim etməmişdir. II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (qanuni təmsilçi) X14 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 8 ədəd konteyner götürmüşdülər, polisə müraciət etdikdən sonra 4 ədəd konteyneri qaytarmışlar, dünən ona məlumat verilmişdir ki, digər konteynerləri də qaytarmışlar. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin nümayəndəsi X16 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

7. Əvvəl keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi X21 iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

11. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

12. xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan müəyyən olunur ki, ünvan 5 ünvanda yerləşən "xxxx" MMC-nin məişət tullantıların atılması ilə bağlı “Kasko-RCP-H MMC”-i və Cavabdeh2 MMC-i arasında bağlanmış müqavilə, icraçılar arasında mübahisəyə, icra rəqabətinə səbəb olmuş və nəticədə xx.xx.2023-cu ıl tarixdə Bakı şəhər İH-nin X12 “Kommunal Xidmətlər Müəssisəsinin" şobə müdiri vəzifəsində işləyən X6, ünvan 6 ünvandan “Kasko-RCP-H MMC"-nin ümulikdə olan 4 ədəd 0.36 m3 həcilmlı konteyneri, kağız məmulatlatın yığılması üçüm nəzərdə tutulmuş 1 ədəd dəmir şkafı olduğu yerdən götürərək “Kommunal Xidmətlər Müəssisəsi" MMC-nin ərazisinə aparmış və bu barədə mülkiyyətçiyə məlumat vermişdir.

13. Məhkəmə iddia tələbinin konteynerlərin qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan konteynerlər Cavabdeh2 MMC tərəfindən iddiaçıya qaytarılmış və bu hal iddiaçının nümayəndəsinin (qanuni təmsilçi) izahatı ilə öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə Cavabdeh2 MMC tərəfindən təmin olunmaqla mübahisə aradan qalxdığından iddia həmin hissədə təmin oluna bilməz.

14. Məhkəmə iddia tələbinin maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Məlum olduğu kimi, zərərin əvəzinin ödənilməsinin əsas məqsədi hər hansı bir şəxsin əmlakda onun iradəsi xaricində əmələ gələn azalmayı, yəni zərəri eynilə və ya pulla aradan qaldırmaq, zərər verən hadisə nəticəsində zərər çəkənin əmlakında azalmış olan dəyər yerinə keyfiyyət və ya kəmiyyət baxımından eyni olan dəyər qoymaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (1096 və 1097-ci maddələr). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı və borclunun hüquqa zidd əməli ilə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur. Bu mənada zərər mülki-hüquqi məsuliyyətin ən önəmli ünsürünü təşkil edir.

16. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsini tələb edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

17. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi).

18. Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, digər şəxslərin onunla bağladığı müqavilələrin məhz cavabdehlərin təqsiri üzündən (cavabdehlərin digər şəxslərə hədəqorxu gəlməsi və s.) pozulmasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir.

19. Bundan başqa, digər şəxslərin iddiaçı ilə müqavilələri pozması və cavabdehlərlə müqavilə bağlaması barədə iddiaçının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.

20. Məhkəmə iddianın mənəvi zərər tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir:

21. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 Ns-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”.

22. Ancaq hazırkı halda, iddiaçı tərəf ancaq cavabdehlər tərəfindən digər şəxslərə hədə qorxu, qanunsuz göstərişlər verməklə onların iddiaçı ilə müqavilələri pozmasına və nəticədə iddiaçının öz öhdəliklərini yerinə yetirə bilməməsi və reputasiyasının zərər gördüyünə istinad etmişdir.

23. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehlərin digər şəxslərə hədə qorxu, qanunsuz göstərişlər verməklə sonuncuların iddiaçı ilə müqavilələri pozması iş materialları ilə sübut olunmur, bundan başqa hətta bu cür olsa da belə, qeyd edilən hal İddiaçı adlı kommersiya hüquqi şəxsinin mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilməz. Belə ki, mənəvi sarsıntı və iztirabların keçirilməsi fiziki şəxslərə xas bir xüsusiyyətdir, hüquqi şəxsin isə necə mənəvi sarsıntı keçirə bilməsi imkanı belə anlaşılan deyildir.

24. Bu baxımdan məhkəmə hesab edir ki, iddia mənəvi ziyanın tələb edilməsi hissəsində təmin edilə bilməz.

25. Məhkəmə iddia tələbinin cavabdehlərin əməkdaşlarının hərəkətlərinin qanunsuz sayılması və sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması hissələrinə münasibətdə aşağıdakıları qeyd edir:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

28. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.

29. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

30. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

31. Sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər ("Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

32. Göründüyü kimi, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehlərin əməkdaşlarının hərəkətlərinin iddia etdiyi qanunsuz olmasının, eləcə də, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələr yaradılmasının sübut edilməsidir. Cavabdehlərin üzərinə düşən sübutetmə yükü isə ondan ibarətdir ki, onlar əgər iddiaçı müvafiq halları sübuta yetirərsə, o zaman onların əməkdaşlarının hərəkətlərinin qanuni olması və iddiaçının sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin yaradılmamasını sübut etməlidirlər.

33. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1 -ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır.

35. Həmçinin məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

36. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

37. İddiaçının məhkəməyə təqdim etdiyi cavabdehlərlə, eyni zamanda digər orqanlarla yazışmaları və izahatında göstərilənlər mötəbər sübut növü kimi qiymətdəndirilə bilməz.

38. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

39. Məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər və tutarlı sübutlar məhkəməyə təqdim edilmədiyi üçün iddia əsassızdır və rədd olunmalıdır. VI. Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2nə və Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı cavabdehlərin əməkdaşlarının hərəkətlərinin qanunsuz sayılması, konteynerlərin qaytarılması, sahibkarlıq hüquqlarının həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılması və vurulmuş maddi (96366,48 manat) və mənəvi (25000) ziyanın tutularaq iddiaçının hesabına köçürülməsi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar