Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4077/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əmlakın qaytarılması) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı əmlakın qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 330 KVA gücündə “AKSA” markalı generatorun saz vəziyyətdə Cavabdehndən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi və 240 manat məbləğində ödənilmiş dövlət rüsumunun, hüquqi xidmətə görə vəkilə ödənilmiş 320 manat məbləğində pulun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 23 may 2019-cu il tarixdə 19/2305 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə digər mallarla yanaşı, 1 ədəd 330 KVA-lıq generator təqdim etmiş və Cavabdeh MMC tərəfindən həmin generatorun dəyəri olan ƏDV daxil 49147 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. İddiaçı tərəfindən cavabdeh MMC-yə 2019-cu ildə satılmış 1 ədəd 330 KVA-lıq generatorun 2022-ci ildə nasaz olması barədə iddiaçıya məlumat verilmiş, iddiaçı satdığı generatorun qüsurlarının aradan qaldırılması, qüsurun aradan qaldırılması mümkün olmadıqda isə başqa generatorla əvəz edəcəyi barədə cavabdeh MMC-yə məlumat vermişdir. Lakin Cavabdeh generatorun təmir olunması ilə razılaşmamış, yeni generator (eyni markalı) tələb etmiş, iddiaçı tərəfindən aslı olmayan səbəblərdən generatorun yenisi ilə əvəz olunması mümkün olmamışdır. Cavabdeh nasazlıq yaranmış generatoru nə təmir etdirmək üçün iddiaçıya vermiş, nə də başqa bir generatorla əvəz edilməsinə razı olmamışdır. Bundan sonra tərəflər arasında mübahisə baş vermiş, mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmamış, iddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 1 ədəd generator üçün ödənilmiş 49147 manat məbləğində pul vəsaitinin, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdehnə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Zamanlı" Məhdud Məsuliyyətli Cəmiyyətindən 49147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdehnə qaytarılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-550/2022 nömrə qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Qətnamədən naraz qalan cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(102)-684/2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(103)-550/2022 nömrə qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı tərəfindən cavabdehə satılmış 04 generatordan, 1 ədəd 330 KVA gücündə “AKSA” markalı generatorda nasazlıq yarandığından cavabdeh həmin generatora görə iddiaçıya ödənilmiş 49147 manat pul məbləğini məhkəmə qaydasında tələb etmiş və məhkəmə qətnaməsi ilə 49147 manat pul məbləği "xxxx" MMC-dən tutulmuşdur. Bildirilir ki, məhkəmə qətnaməsi ilə Cavabdehnə satılmış 1 ədəd 330 KVA gücündə “AKSA” markalı generatora ödənilmiş pul məbləği "xxxx" MMC-dən tutulmuş, lakin nasaz olduğu qeyd edilən 1 ədəd 330 KVA gücündə “AKSA” markalı generator "xxxx" MMC-yə qaytarılmamışdır. Göründüyü kimi, "xxxx" MMC-dən alınmış generatorun pulu cavabdehə verilsə də, nasaz olduğu generator "xxxx" MMC-yə qaytarılmamışdır. Cavadeh "xxxx" MMC generatoru mənimsəmiş, nəticə etibarı ilə əsassız olaraq varlanmışdır. Ona görə də hesab edillir ki, 1 ədəd 330 KVA gücündə “AKSA” markalı generator saz vəziyyətdə, generator olmadıqda isə generatorun dəyəri, yəni 49147 manat pul məbləği cavadehdən alınaraq iddiaçıya verilməlidir. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 23 may 2019-cu il tarixdə, 19/2305 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən satıcı bu müqavilədə nəzərdə tutulan bütün malların bu müqavilə ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürürlər. 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış müqaviləyə əsasən EVHF və elektron qaimə-faktura əsasında rəsmiləşdirilir. 3.2.2-ci bəndinə əsasən alıcıya satılan malların keyfiyyətli olmasını təmin etməsi; 3.2.5-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü digər vəzifələrin yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürməsi satıcının vəzifələrindəndir. 3.3.2-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini satıcıdan tələb etmək alıcının hüquqlarındandır. 3.4.2-ci bəndinə əsasən malların qiymətini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada satıcıya ödəmək alıcının vəzifələrindəndir. 6.1-ci bəndinə əsasən bu müavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Bu müddətdən sonra tərəflərdən hər hansı birinin təşəbbüsü ilə bir həftə ərzində müqaviləyə xitam verilməzsə, müqavilənin müddəti eyni şərtlərlə və eyni müddətdə uzadılmış hesab edilir. 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 15 aprel 2019-cu il tarixdə 196 saylı müqaviləyə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların – o cümlədən 1 ədəd generator 330 KVA “AKSA” dəyəri 58000 manat olmaqla, ümumi qiymətləri ƏDV daxil 125135,46 manat müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" MMC tərəfindən müqavilə əsasında ümumilikdə (14382 manat ƏDV daxil) 94282 manat (ƏDV-siz 79900 manat) məbləğində müxtəlif adda malların (1 ədəd - 850212000-Generator 330 KVA; 3 ədəd - **********-Generator 70-77 KVA) təqdim edilməsinə dair 641740 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - 23 may 2019-cu il tarixli 19/2305 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların – 1 ədəd Generator 330 KVA qiyməti 41650 manat, 3 ədəd Generator 70-77 KVA (1 ədədin qiyməti 12750 manat olmaqla) 38250 manat, ümumi məbləğ ƏDV daxil 94282 manat müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş hesab-faktura ilə təsdiq edilir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş malın dəyəri ƏDV daxil olmaqla (14382 manat ƏDV daxil) 94282 manat (ƏDV-siz 79900 manat) manat təşkil edir. xx.xx.2019-cu il tarixli 005AZ**********009 saylı ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-yə 79900 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bildirilir ki, cavabdehə satılmış 330 KVA gücündə “AKSA” markalı generator keyfiyyətsiz və ya yararsız olsaydı, sözügedən generator 2 il işlədildikdən sonra yararsız olması müəyyən edilməzdi, generator nasaz idisə, pulunu aldıqdan sonra generatoru qaytarmalı idi, lakin cavabdeh həm iddiaçıdan generatora görə pulunu almış, həm də iddiaçıya məxsus generatoru özündə saxlamışdır. Dəfələrlə cavadehə generatorun qaytarılmasını bildirilsə də, cavadeh generatoru qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən məhkəməyə yazılı qaydada etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıdakılara əsasən "xxxx" MMC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan ona etiraz edilir. Belə ki: 1) İddia ərizəsi həqiqətə uyğun olmayan hallardan ibarət olmaqla, tərəflər arasında mövcud mübahisəinin real vəziyyətini əks etdirmir. 2) 2001-ci ildən informasiya-kommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış "xxxx" MMC ilə "xxxx" MMC arasında 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. 3) Göstərilən müqaviləyə əsasən iddiaçı "xxxx" MMC Cəmiyyətə malları müqaviləyə əlavə edilmiş qiymət protokolunda göstərilən qiymətlər əsasında satmağı, habelə iddiaçıya satılan malların keyfiyyətli olmasını təmin etməyi (müqavilənin 3-cü maddəsinin 2-ci bəndi) öhdəsinə götürmüşdür. İddiaçı isə cavabdeh tərəfindən təqdim edilən malların dəyərini cavabdehə ödəməyi, müqavilə üzrə təqdim edilən malları təhvil almağı üzərinə götürmüşdür. 4) "xxxx" MMC tərəfindən 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra edilsə də, iddiaçı müqavilə öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir. Belə ki, həmin müqavilə əsasında iddiaçının Cəmiyyətə satdığı 330 KVA gücündə “AKSA” markalı generator keyfiyyətsiz olmuşdur. 5) Sözügedən generator Cəmiyyətin Ədliyyə Nazirliyi ilə bağlanılan Satınalma müqaviləsi əsasında Ədliyyə Nazirliyinə satılmışdır və həmin iş üzrə icraatda məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi ilə Cavabdeh MMC arasında olan 02 avqust 2019-cu il tarixli aktdan da məlum olduğu kimi mübahisə predmeti olan generator Ədliyyə Nazirliyinə təhvil verilmişdir. 6) Generatorun keyfiyyətsiz olması ilə bağlı Ədliyyə Nazirliyindən Cəmiyyətə 23 fevral 2020-ci il tarixli, 8/125 saylı məktub daxil olmuşdur. Məlum olmuşdur ki, göstərilən generatorun işində tez-tez dayanmalar, qısa qapanmalar, bəzi hissələrində çatlar müşahidə edilmişdir. Həmçinin, generatoru yoxlayarkən təyin edilmişdir ki, həmin generatorun üzərində "AKSA” əmtəə nişanı göstərilsə də, generator hissələri “AKSA” tərəfindən istehsal edilməmişdir və “AKSA” əmtəə nişanı ilə əlaqəsi yoxdur. 7) Yəni iddiaçı nəinki göstərilən alqı-satqı müqaviləsi üzrə mülki öhdəliklərini lazımi qaydada və vicdanla yerinə yetirməmişdir, hətta keyfiyyətsiz generatoru “AKSA” markalı keyfiyyətli generator kimi satmışdır. “AKSA” əmtəə nişanından saxtakarlıqla istifadə edərək Cəmiyyəti aldatmış, ciddi hüquq pozuntusuna yol vermiş və qanunsuz gəlir əldə etmişdir. 8) Cavabdeh MMC tərəfindən 330 KVA gücündə olan generatorda üzə çıxan və daha əvvəldən bilinməyən nöqsanlar barədə iddiaçıya vaxtında və bir neçə dəfə şifahi məlumat verilmişdir. Bundan başqa, iddiaçıya 12 iyul 2021-ci il tarixli və 09 avqust 2021-ci il tarixli pretenziya məktubları göndərilsə də, iddiaçı tərəfdən məsələnin müsbət həlli istiqamətində heç bir addım atılmamışdır. 9) Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsinin 7-ci maddəsinə görə, bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 10) Mübahisənin məhkəmədənkənar həlli mümkün olmadığından generatorun dəyərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşlar. 11) Sözügedən iş üzrə qanuni qüvvəyə minmiş və hal-hazırda icra mərhələsində olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)- 253/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin iddia tələbi təmin edilmiş və "xxxx" MMC-dən 49147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh MMC-yə qaytarılması qət edilmişdir. 12) Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh MMC ilə cavabdeh "xxxx" MMC aralarında “AKSA” markalı, mühərriki “Doosan” markalı, altematoru “AKSA” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmış, habelə cavabdeh (satıcı) tərəfindən təqdim edilmiş generatora aid texniki sənədlər (texniki pasport, istifadə təlimatları və s.) iddiaçıya (alıcıya) təqdim edilməmişdir. Sonradan "xxxx" MMC-dən alınmış həmin generator hazırki iş üzrə üçüncü şəxs Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinə satılmış, cəmi 4 saat işlədikdən sonra sıradan çıxmışdır. 13) Yəni qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsdiq olunur ki, həmin generator real olaraq Cəmiyyətin istifadəsində və sahibliyində deyil, onun özgəninkiləşdirilməsi, özgəninkiləşdirilməsinin qarşısının alınması, üçüncü şəxslərə, o cümlədən iddiaçı "xxxx" MMC-yə qaytarılması ilə bağlı hər hansı hüquq və səlahiyyətləri mövcud deyil. 14) Sözügedən məhkəmə icraatının gedişində hazırkı iş üzrə iddiaçı "xxxx" MMC generatorun qaytarılması ilə bağlı qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməmiş, məhkəmə qətnaməsinin çıxarılmasından iki ildən çox vaxt keçdikdən sonra, sadəcə qətnamənin icrasını gecikdirmək məqsədilə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. 15) Habelə, cavabdeh generatorun dəyərinin Cəmiyyətə ödənildiyini iddia etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Çünki Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsi borclu “Zamanlı" MMC tərəfindən bu günədək icra edilməmiş və pul vəsaiti Cəmiyyətə ödənilməmişdir. 16) Qətnamənin icrası təmin edilmədiyindən "xxxx" MMC-nin direktoru X1 inzibati xəta haqqında qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilmiş, Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli. 3(005)-999/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli. 3(103)-1165/2024 saylı qərarı ilə qüvvəsində saxlanılmışdır. Bu səbəbdən də dəyəri geri ödənilməmiş generatorun "xxxx" MMC-yə qaytarılması mümkün deyildir. 17) Digər tərəfdən, iddiaçının generatorun “saz” vəziyyətdə ona qaytarılması ilə bağlı tələbinin əsası da müəmmalıdır. Generatorun istehsal qüsuru olması və bu səbəbdən yararsız vəziyyətdə olması qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsi ilə təsdiq edilmişdir. Hazırda yararsız vəziyyətdə olan, dəyəri Cavabdeh MMC tərəfindən ödənilmiş və məhkəmə qətnaməsinə əsasən geri qaytarılmamış generatorun saz vəziyyətə gətirilməsi ilə bağlı Cəmiyyətin üzərinə hər hansı vəzifə qoyula bilməz. Belə öhdəlik nə müqavilədən, nə də qanundan irəli gəlmir. Habelə, generatorun saz vəziyyətə gətirilməsi mümkün olsaydı, onun dəyərinin Cavabdeh MMC-yə qaytarılması ilə bağlı məhkəmə qətnaməsi çıxarılmazdı. 18) İddia tələbinin hüquqi yardıma görə ödənilən haqqın və dövlət rüsumunun Cəmiyyətdən tutulması hissəsində də əsassızdır. Cəmiyyət "xxxx" MMC tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində ciddi ziyana məruz qalmışdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi iddiaçı tərəfindən icra edilmədiyindən vurulmuş ziyanlı nəticələr bu günədək aradan qaldırılmamışdır. Bu səbəbdən Cəmiyyət iddiaçı “Zamanlı" MMC-nin müqavilə öhdəliklərini pozması və lazımi qaydada icra etməməsi səbəbindən ziyana məruz qalan tərəf olduğundan onun üzərinə əlavə öhdəliklərin qovulması əsassız xərc çəkməsinə səbəb olduğundan ağlabatan və ədalətli hesab edilə bilməz. 19) Beləliklə, “Zamanlı" MMC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin generatorun Cəmiyyət tərəfindən saz vəziyyətdə iddiaçıya qaytarılması mümkün olmadığından, iddia tələbinə etiraz edir, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edilir.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia ərizəsinə əlavə” barədə ərizə verərək, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə “AKSA” markalı generator saz və işlək vəziyyətdə, həmin əmlakın qaytarılması mümkün olmadıqda onun dəyərini təşkil edən 49147 (qırx doqquz min yüz qırx yeddi min) manat məbləğində pulun cavabdeh “Bakinity Distribution" MMC-dən alınaraq iddiaçı "xxxx" MMC-yə verilməsi, hazırkı iş üzrə iddia ərizəsinin və “iddianın dəyişdirilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 238 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi, hüquqi xidmətə görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 330 KVA gücündə “AKSA” markalı generatorun saz vəziyyətdə Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə verilməsi, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat, hüquqi xidmətə görə vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia əsasında başlanmış kommersiya işinə baxılması zamanı Cavabdeh MMC-nin nümayəndəsi verdiyi izahatında bildirmişdir ki, onun təmsil etdiyi MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elan etdiyi tenderdə qalib gəlmiş və həmin tenderin nəticələrinin icrası ilə bağlı iddiaçıdan hazırkı iş üzrə mübahisə predmeti olan 330 KVA gücündə “AKSA” markalı generatoru almışdır. Sonradan Cavabdeh MMC və Ədliyyə Nazirliyi arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən həmin generator Ədliyyə Nazirliyinə satılmış və Ədliyyə Nazirliyi generatorun dəyərini cavabdehə ödəmişdir. Hazırda da generator Ədliyyə Nazirliyinin sahibliyindədir. Göstərilənlərə əsasən müəyyən edilir ki, hazırkı iş üzrə mübahisə predmeti olan və cavavbdeh Cavabdeh MMC-dən qaytarılması tələb olunan 330 KVA gücündə “AKSA” markalı generator hazırda cavabdehdə deyildir.
7. Cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə əlavə ilə bağlı yazılı qaydada etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 330 KVA gücündə olan “AKSA” markalı generatorun saz vəziyyətdə Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə verilməsi və 240 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmətə görə 320 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 30 avqust 2024cü ildə iddia ərizəsinə əlavə təqdim edərək, 330 KVA gücündə olan “AKSA” markalı generatorun saz vəziyyətdə Cavabdeh MMC-dən alınaraq "xxxx" MMC-yə verilməsi, bu mümkün olmadıqda onun dəyəri kimi 49147 manat pulun, 238 manat dövlət rüsumunun və 320 manat hüquqi yardım haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin nümayəndəsi generatorun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə satıldığını və hazırda Nazirliyin istifadəsində olduğunu bildirmişdir. Ona görə də generatorun qaytarılması mümkün olmadığı təqdirdə onun dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Aşağıdakılara əsasən "xxxx" MMC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan ona etiraz edilir. Belə ki: 1) İddia tələbi generatorun saz və işlək vəziyyətdə qaytarılması ilə bağlı hissəsində məntiqsiz və əsassızdır. Belə ki, tərəflər arasında mövcud olmuş münasibətlərin xarakteri və işin halları artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. Bakı Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, generatorun keyfiyyətsiz olması ilə bağlı Ədliyyə Nazirliyindən Cəmiyyətə 23 fevral 2020-ci il tarixli, 8/125 saylı məktub daxil olmuşdur. Məlum olmuşdur ki, göstərilən generatorun işində teztez dayanmalar, qısa qapanmalar, bəzi hissələrində çatlar müşahidə edilmişdir. Generator cəmi 4 saat işlədikdən sonra sıradan çıxmışdır. Həmçinin, generatoru yoxlayarkən təyin edilmişdir ki, həmin generatorun üzərində “AKSA” əmtəə nişanı göstərilsə də, generator hissələri “AKSA” tərəfindən istehsal edilməmişdir və “AKSA” əmtəə nişanı ilə əlaqəsi yoxdur. 2) Cavabdeh MMC tərəfindən 330 KVA gücündə olan generatorda üzə çıxan və daha əvvəldən bilmədiyimiz nöqsanlar barədə iddiaçıya vaxtında və bir neçə dəfə şifahi məlumat verilmişdir. Bundan başqa, iddiaçıya 12 iyul 2021-ci il tarixli və 09 avqust 2021-ci il tarixli pretenziya məktubları göndərilsə də, iddiaçı tərəfdən məsələnin müsbət həlli istiqamətində heç bir addım atılmamışdır. 3) Halbuki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2019-cu il tarixli, 19/2305 nömrəli alqı-satqı müqaviləsinin 7-ci maddəsinə görə bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. 4) Həmin iş üzrə məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat idarəsinin nümayəndəsi vermiş olduğu izahatında qeyd etmişdir ki, Cavabdeh MMC ilə bağladıqları alqı-satqı müqaviləsinə əsasən aldıqları 330 KVA-lıq generator "xxxx" MMC tərəfindən onlara (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsi) təhvil verilmiş, quraşdırılma idarənin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Quraşdırdıqdan soma çalışmağa başlaması üçün işə salınma düyməsinə basılmalı idi. Bununla bağlı Cavabdeh MMC-yə müraciət etdilər və onlar da bildirdilər ki, generatoru kim gətiribsə, o da işə salmalıdır. "xxxx" MMC-nin işçisi kimi özünü təqdim edən iki şəxs gəldi və generatoru işə saldı. Həmin iki nəfərdən şifahi formada zəmanət talonunu verməyi xahiş etdilər, onlar bildirdi ki, daha sonra təqdim edəcəklər. Bugünədək hər hansı sənəd təqdim edilməmişdir. Bir müddət soma, mart ayında servis şirkətinə generatorun yerləşdiyi yerin nəm olması səbəbi ilə müraciət etdilər. Servis şirkəti generatorun mühərrikinin blokunda çat olduğunu bildirdi. Həqiqətən də çat var idi. Bakinity Distribution MMC-yə müraciət etdilər. Araşdırdılar və məlum oldu ki, üzərində “AKSA” yazılmasına baxmayaraq, generator həmin firmaya aid deyil. Nümayəndə məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, ona şifahi olaraq da “AKSA” firmasına aid generatorun gətirələcəyi bildirilmişdir. Generatorun üzərində də “AKSA” yazılmışdır. Generator 2019-cu ilin yay aylarında quraşdırılmışdır. Qüsurlu olması 2020-ci ilin mart ayında məlum olmuşdur. Qüsur ondan ibarətdir ki, mühərrikin detalında çat mövcud olmuşdur. Qüsurlu detalı əvəz etmək üçün generatorun mühərriki dəyişməlidir. Generatoru Zamanlı MMC-nin nümayəndəsi işə salmışdır. 5) Deməli, generator saz və işlək vəziyyətdə olmadığından və onun nasazlığının aradan qaldırılması mümkün olmadığından tərəflər arasında məhkəmə mübahisəsi mövcud olmuşdur. Əks təqdirdə generatorun əvəz edilməsi və ya nasazlığının aradan qaldırılması mümkün olsaydı, onun dəyərinin "xxxx" MMC-dən tutulub Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmazdı. Ona görə də, hazırda cavabdeh tərəfindən həmin generatorun saz və işlək vəziyyətdə iddiaçıya qaytarılması barədə iddia tələbinin təmin olunması Cəmiyyətin üzərinə əsassız öhdəlik qoyulması ilə nəticələnəcəkdir. 6) Habelə, iddia tələbinin generatorun qaytarılması mümkün olmadığı təqdirdə onun dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı hissəsi də qanuni və ədalətli hesab edilə bilməz. Hazırda generatorun dəyərinin "xxxx" MMC-dən tutularaq Cavabdeh MMC-yə qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Həmin qətnamə iddiaçı "xxxx" MMC tərəfindən qərəzli olaraq icra edilmir və icradan yayınmaq məqsədilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Əks halda hazırki iş üzrə iddiaçı generatorun dəyərinin ondan tutulması barədə Cəmiyyətin iddiasına baxılması zamanı generatorun ona geri qaytarılması barədə iddia irəli sürər və ya bu tələblə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən dərhal sonra məhkəməyə müraciət edərdi. 7) Hazırkı iş üzrə iddia tələbinin generatorun dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsində ifadə olunmuş hüquqi mövqeyə tamamilə zidd olmaqla, Cəmiyyətin (alıcının) hüquqlarının və qanuni mənafeyinin pozulması ilə nəticələnəcəkdir. 8) Digər tərəfdən, iddiaçı özü də qeyd edir ki, generator Ədliyyə Nazirliyində saxlanılır, ona görə onun qaytarılması mümkün olmadığı təqdirdə generatorun dəyəri cavabdehdən tutulmalıdır. Deməli, generatorun dəyərinin cavabdehdən tutulması üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Hazırkı vəziyyətdə generatorun qaytarılmasının təmin edilməsi üçün əvvəlcə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsi iddiaçı tərəfindən icra edildikdən sonra cavabdeh həmin generatorun olduğu vəziyyətdə qaytarılması ilə bağlı tədbirlər həyata keçirə bilər. 9) Cavabdeh generatorun dəyərinin Cəmiyyətə ödənildiyini iddia etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Çünki Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsi borclu "xxxx" MMC tərəfindən bu günədək icra edilməmiş və pul vəsaiti Cəmiyyətə ödənilməmişdir. 10) Qətnamənin icrası təmin edilmədiyindən "xxxx" MMC-nin direktoru X2 inzibati xəta haqqında qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilmiş, Nərimanov Rayon Məhkəməsinin 08 may 2024-cü il tarixli, 3(005)-999/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə, barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 3(103)-1165/2024 saylı qərarı ilə qüvvədə saxlanılmışdır. Bu səbəbdən də dəyəri geri ödənilməmiş generatorun "xxxx" MMC-yə qaytarılması mümkün deyildir. 11) İddia tələbi hüquqi yardıma görə ödənilən haqqın və dövlət rüsumunun Cəmiyyətdən tutulması hissəsində də əsassızdır. Cəmiyyət "xxxx" MMC tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində ciddi ziyana məruz qalmışdır və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi iddiaçı tərəfindən icra edilmədiyindən vurulmuş ziyanlı nəticələr bu günədək aradan qaldırılmamışdır. Bu səbəbdən Cəmiyyət iddiaçı "xxxx" MMC-nin müqavilə öhdəliklərini pozması və lazımi qaydada icra etməməsi səbəbindən ziyana məruz qalan tərəf olduğundan onun üzərinə əlavə öhdəliklərin qoyulması əsassız xərc çəkməsinə səbəb olduğundan ağlabatan və ədalətli hesab edilə bilməz. 12) Beləliklə, "xxxx" MMC-nin iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin generatorun Cəmiyyət tərəfindən saz və işlək vəziyyətdə iddiaçıya qaytarılması mümkün olmadığından, onun dəyərinin iddiaçıya ödənilməsi Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsi ilə ziddiyyət təşkil etdiyindən, iddianın hüquqi və faktiki əsası olmadığından iddia tələbinə etiraz edir,iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edilir.
8. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasının cavadbehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Tədqiq olunan sübutlar:
9. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
11. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında 23 may 2019- cu il tarixdə 19/2305 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən satıcı bu müqavilədə nəzərdə tutulan bütün malların bu müqavilə ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəməyi öhdəsinə götürürlər; 2.2-ci bəndinə əsasən satılan mallar tərəflər arasında imzalanmış müqaviləyə əsasən EVHF və elektron qaiməfaktura əsasında rəsmiləşdirilir; 3.2.2-ci bəndinə əsasən alıcıya satılan malların keyfiyyətli olmasını təmin etməsi; 3.2.5-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü digər vəzifələrin yerinə yetirilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürməsi satıcının vəzifələrindəndir; 3.3.2-ci bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini satıcıdan tələb etmək alıcının hüquqlarındandır; 3.4.2-ci bəndinə əsasən malların qiymətini bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada satıcıya ödəmək alıcının vəzifələrindəndir; 6.1-ci bəndinə əsasən bu müavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Bu müddətdən sonra tərəflərdən hər hansı birinin təşəbbüsü ilə bir həftə ərzində müqaviləyə xitam verilməzsə, müqavilənin müddəti eyni şərtlərlə və eyni müddətdə uzadılmış hesab edilir; 7.1-ci bəndinə əsasən bu müqavilə üzrə vəzifələrini icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. 23 may 2019-cu il tarixli 19/2305 saylı alqı-satqı müqaviləsinə əlavə edilmiş qiymətlərin razılaşdırma protokoluna əsasən müqavilədə nəzərdə tutulmuş malların – 1 ədəd Generator 330 KVA qiyməti 41.650 manat, 3 ədəd Generator 70-77 KVA (1 ədədin qiyməti 12750 manat olmaqla) 38250 manat, ümumi məbləğ ƏDV daxil 94282 manat müəyyən edilmişdir. Razılaşma tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh MMC cavabdeh "xxxx" MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sözügedən qətnamə ilə iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 49147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdehnə qaytarılması qət edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-550/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, sözügedən qətnamə ilə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-253/2022 nömrəli, 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-684/2022 saylı qərarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)- 550/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-2(103)-550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, 330 KVA gücündə “AKSA” markalı generatorun 3 (üç) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alqı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
19. İşin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh MMC ilə "xxxx" MMC arasında 23 may 2019-cu il tarixdə 19/2305 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC Cavabdeh MMC-yə digər mallarla yanaşı, 1 ədəd 330 KVA-lıq generator təqdim etmiş və Cavabdeh MMC tərəfindən həmin generatorun dəyəri olan ƏDV daxil 49147 manat məbləğində pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh MMC "xxxx" MMC ilə aralarında sözügedən müqaviləyə əsasən təqdim ediləcək 330 KVA–lıq generatorun “AKSA” markalı olması barədə razılığa gəldiklərini, sonradan "xxxx" MMC-dən alınmış həmin generatorun tərəflərindən iş üzrə üçüncü şəxs Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinə satıldığını, generatorun cəmi 4 saat işlədikdən sonra sıradan çıxdığını, generatorda aşkar edilmiş qüsurun aradan qaldırılması üçün servis şirkətinə müraciət etdikdə generatorun “AKSA” markasına aid olmamasının, üzərinə saxta etiketlərinin vurulmasının aşkar edildiyini əsas göstərərək keyfiyyət tələblərinə uyğun olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürmüş, Bakı Kommersiya Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh "xxxx" MMC-dən 49147 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdehnə qaytarılması qərara alınmışdır. Sözügedən qətnamə ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı Cavabdeh MMC "xxxx" MMC ilə aralarında “Aksa” markalı, mühərriki “Doosan” markalı, alternatoru “Aksa” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-253/2022 saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-550/2022 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-253/2022 nömrəli iş üzrə 16 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-550/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-684/2022 saylı qərarı ilə cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 4 iyul 2022-ci il tarixli, 2-2(103)-550/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
20. Hazırda iddiaçının iddia tələbini tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə “AKSA” markalı generatorun saz və işlək vəziyyətdə qaytarılması, həmin əmlakın qaytarılması mümkün olmadıqda onun dəyərini təşkil edən 49147 (qırx doqquz min yüz qırx yeddi min) manat məbləğində pulun cavabdeh “Bakinity Distribution" MMC-dən alınaraq iddiaçı "xxxx" MMCyə verilməsi təşkil edir.
21. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hallarından göründüyü kimi, keyfiyyət tələblərinə uyğun olmayan generator üçün ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddia irəli sürülmüş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 253/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, mübahisəli generator üçün ödənilmiş 49147 manat məbləğində pul vəsaitinin hazırkı cavabdehə qaytarılması qərara alınmışdır. Ona görə də məhkəmənin qənaətinə əsasən mübahisəli əmlakın cavabdehdə qalması üçün əsaslar aradan qalxmışdır və cavabdeh qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur.
22. Qüsurlu əşyaya görə ödənilmiş pul vəsaitinin hazırkı cavabdehə qaytarılmasnı qət edən qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qərarı olduğundan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı həmin əşyanın geri qaytarılmasını tələb etmək hüququna malik olduğundan, cavabdeh isə həmin əşyanı geri qaytarılmaq vəzifəsi daşıdığından iddiaçı hazırkı tələbi irəli sürməkdə qismən (təmin olunan hissədə) haqlıdır.
23. Lakin iddiaçının iddia tələbində əmlakın saz vəziyyətdə geri qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı-qətnamə (Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 253/2022 saylı qətnaməsi) ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçı Cavabdeh MMC "xxxx" MMC ilə aralarında “Aksa” markalı, mühərriki “Doosan” markalı, alternatoru “Aksa” markalı olan 330 KVA-lıq generatorun alqı-satqısı barədə razılığa gəldikləri halda, cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş generator tərəflərin barəsində razılığa gəldikləri göstərilən keyfiyyət tələblərinə cavab verməmişdir. Bundan əlavə təqdim edildiyi tarixdən bir neçə ay sonra (2020-ci ilin mart ayında) generatorda digər qüsurlar (mühərrikində (çatlar)) aşkarlanmışdır. Ona görə də, iddia tələbi göstərilən hissədə təmin edilə bilməz.
24. Həmçinin cavabdehin nümayəndəsi son etiraz ərizəsində generatorun qaytarılmasını nmümkün olmadığını bildirməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-(113)-253/2022 saylı qətnaməsi iddiaçı tərəfindən icra edildikdən sonra həmin generatorun olduğu vəziyyətdə qaytarılması ilə bağlı tədbirlər həyata keçirə biləcəyini qeyd etmişdir.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə generator iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalı, qalan hissələrdə isə təmin olunmamalıdır.
26. Eləcə də, iddiaçı hüquqi xidmətə görə ödənilmiş 320 manat xidmət haqqının, 238 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsait cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin predmeti olan 330 KVA gücündə generator iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Cavabdehndən 320 (üç yüz iyirmi) manat məbləğində hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova