Məhkəmə qərarları › İş №e-2-2(113)-4077/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4077/2025

29.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4077/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödənilməsi tələb olunan və artıq hesablanmış 15000 manat məbləğində qaz borcunun silinməsi, tərəfimdən ödənilmiş 135 manat məbləğində dövlət rüsumunun və vəkilə göstərdiyi hüquqi yardımın müqabilində ödənilmiş 300 manat xidmət haqqının iddiaçının lehinə tutulması barədə Qətnamə qəbul etməyinizi xahiş etmişdir. xx.xx.2025-ci il tarixində cavabdehin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı - Cavabdeh ilə X4 arasında bağlanmış xx.xx.2023cü il tarixli, AMX-4006/23 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən Füzuli rayonu, Böyük Bəhmənli kəndində yerləşən İstixananı Cavabdeh İB-nin Tərtər RQİİ- nin Füzuli xidmət sahəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilənin bəndlərinə əsasən üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh X4 müqavilə üzrə irəli gələn öhdəliklərinə əməl etməmiş və nəticədə X2 Cavabdeh Tərtər RQİİ-nin Füzuli xidmət sahəsinə 42 804.15 (qırx iki min səkkiz yüz dörd manat, on beş qəpik ) manat məbləğində debitor borcu yaranmışdır. X2 obyekti (isitixanası) Füzuli rayonu Böyük Bəhmənli kəndində yerləşdiyi üçün aidiyyəti üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsində debitor borcun ödənilməsi təlibilə iddia qaldırmışdır. Cavabdeh iddia tələbi Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-354/2025 saylı kommersiya işi üzrə icraata alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin hakimi Zaur Abbasovun sədirliyilə işə baxılmış və Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-354/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsilə Cavabdeh iddiası təmin olunmuşdur. İddiaçı X2 Bakı Kommersiya Məhkəməsində Cavabdehnə qarşi qaldırdığı “artıq hesablanmış qaz borcunun silinməsi tələbi üzrə” iddiasına xitam verilməlidir. İş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 11:15-ə təyin edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı, nə də nümayəndəsi məhkəmə hazırlıq iclasına gəlməmişdir və iclaslarda iştirak etməklərinin üzürlü səbəbdən mümkün olmamasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X2 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia verilərkən xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən ödənilmiş 135 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar