Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4080/2023 20.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC tərəfindən 2021-ci ilin avqust, oktyabr aylarında və 2022-ci ilin yanvar ayında Cavabdeh göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 3.823,20 manat və 59 manat ödənilmiş dövlət rüsumu, cəmi 3.882,20 manat Cavabdeh alınaraq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh 2021-ci ilin may və iyun aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, 2021-ci ilin may ayında Cəlilabad və iyun ayında Xudat stansiyasında göstərilmiş xidmətlərə (“ümumiləşmiş vahid yığım” və “plomb”) görə Cavabdeh 12.615,69 manat yığım hesablanmışdır. Sonradan Cavabdeh tərəfindən borc məbləğindən 8.792,49 manat ödənilmiş, qalan 3.823,20 manat ödənilməmişdir. Bununla bağlı, Cavabdeh xx.xx.2023-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia ərizəsində yol verilmiş texniki yanlışlığın düzəldilməsi barədə ərizə verərək, iddia ərizəsinin “xahiş edirik” hissəsində “2021-ci ilin avqust, oktyabr aylarında və 2022-ci ilin yanvar ayında” ifadəsinin “2021-ci ilin may ayında” ifadəsi kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçınin dəyəri ödənilmədən xidmət göstərməsi şübhə doğurur. Cavabdeh məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2019- 2020-ci illərdə stansiya xidmətlərindən istifadə etmişdir. Həmin xidmətlərin dəyəri ödənilib. 2021-ci ildə onun adından mal qəbul edilməyib və göndərilməyib. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: xx.xx.2021-cu il tarixli etibarnamə ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən öz səlahiyyətləri (bəzi dövlət orqanlarında (o cümlədən "xxxx" QSC-də) onu təmsil etmək, idxal-ixrac əməliyyatlarını yerinə yetirməyi, sənədləri almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi) X2 etibar edilmişdir. Etibarnamə 1 il müdətinə verilir və xx.xx.2022-ci ilədək etibarlıdır. 16-xx.xx.2021-ci il tarixləri arasındakı dövrü əhatə edən müxtəlif nömrəli (Forma QU-45) qəbul-təhvilçinin yaddaş vərəqələrinə (vaqonların yükləməyə verilməsi), hesablaşma vərəqəsinə və əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən ödəyici Cavabdeh "xxxx" QSC-nin Cəlilabad stansiyasında müxtəlif nömrəli vaqonlar üzrə göstərilmiş stansiya xidmətlərinin dəyəri cəmi ƏDV daxil 3.823,20 manat təşkil edir. (Forma QU-45) qəbul-təhvilçinin yaddaş vərəqələrini (vaqonların yükləməyə verilməsi), hesablaşma vərəqəsini və əlavə yığımlar üçün yığım vərəqəsini həmçinin Cavabdeh adından Əsmətov Teymur adlı şəxs imzalamışdır. xx.xx.2021-cu il tarixli, EBBO seriyalı, 645773 saylı elekron qaimədən görünür ki, "xxxx" QSC tərəfindən dekabr ayı üçün göstərilmiş stansiya xidmətlərinə görə ƏDV daxil 3.823,20 manat məbləğində elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh göndərilmişdir. "xxxx" QSC tərəfindən ödəyici Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh borcun 10 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə QSCnin pozulmuş hüquqlarının müdafiəsi istiqamətində zəruri addımlar atılacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh arasında şifahi xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən ümumilikdə ƏDV daxil qiyməti 3.823,20 manat olan müxtəlif adda stansiya xidmətlərini göstərərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş stansiya xidmətlərinə görə yığımları ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Nəticədə Cavabdeh həmin müqavilə üzrə 2021-cu ilin may ayında göstərilmiş stansiya xidmətlərinə görə "xxxx" QSC-yə ƏDV daxil 3.823,20 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Məhkəmə qeyd etməyi zəruri sayı ki, iddiaçı mübahisəli müqavilə üzrə 2021-cu ilin may ayında stansiya xidmətlərinin göstərilməsi faktını sübuta yetirmək üçün ikitərəfli qəbul-təhvilçinin yaddaş vərəqələrini (vaqonların yükləməyə verilməsi) və hesablaşma vərəqəsini, eləcə də cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaiməni, eləcə də əlavə yığımlar üçün yığım vərəqəsini təqdim etmişdir. Bununla yanaşı cavabdeh özü də məhkəmə iclasında izahat verərkən "xxxx" QSC tərəfindən stansiya xidmətlərinin göstərilməsini inkar etməmişdir. Lakin cavabdeh həmçinin izahatında "xxxx" QSC tərəfindən 2019-2020-ci illərdə xidmət göstərildiyini, göstərilən xidmətlərin dəyərinin ödənildiyini, 2021-ci ildə özünün fəaliyyət göstərmədiyini və həmin dövrdə onun adından mal qəbul edilmədiyini və göndərilmədiyini, həmin dövrdə malların Əsmətov Teymurun adından göndərildiyini bildirməklə iddiaya qarşı etiraz etmişdir. Cavabdehin etirazının dəlillərinə münasibətdə məhkəmə əvvəla qeyd etməyi zəruri hesab edir ki, cavabdeh həmin dəlilləri təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yük qaimələri ilə təsdiq edilir ki, 2021-ci ilin may ayında Cəlilabad stansiyasından göndərilmiş yüklərin daşınması müqavilələri üzrə yükgöndərən qismində Cavabdeh çıxış etmişdir. Digər tərəfdən isə iş materiallarında olan ikitərəfli qəbul-təhvilçinin yaddaş vərəqələrindən (vaqonların yükləməyə verilməsi) və hesablaşma vərəqəsindən, eləcə də eləcə də əlavə yığımlar üçün yığım vərəqəsindən (o cümlədən cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimədən) də görünür ki, 16-xx.xx.2021-ci il tarixləri əhatə edən dövrdə "xxxx" QSC tərəfindən Cavabdeh stansiya xidmətləri göstərilmişdir (sözügedən sənədləri (elektron qaimə istisna) Cavabdeh etibarnamə əsasında təmsil edən Əsmətov Teymur imzalamışdır). Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Belə olan halda cavabdehin etirazının dəlilləri əsassızdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən 2021-ci ilin may ayında stansiya xidmətlərinin göstərilməsi faktı yuxarıda qeyd edilən sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin: 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi Cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1.4-cü bəndinə əsasən magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aiddir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 19 iyul tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii inhisar subyektlərinin Siyahısı”nın 19-cu qrafasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən magistral və yerli dəmiryol xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti, dəmiryol stansiyaları və sərnişin vağzallarının xidmətlərinin göstərilməsi təbii inhisara aid edilən fəaliyyət növlərinə aid edilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti sədrinin 24 aprel 2017-ci il tarixli 44/S nömrəli əmri ilə təsdiq edilmiş “Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi qaydaları”na əsasən dəmir yol xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilən müxtəlif xidmətlərə görə yığımların qiymətləri müəyyən edilmişdir. Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən 2021-ci ilin may ayında göstərilmiş stansiya xidmətlərinə görə yığımların dəyərini – 3.823,20 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3.823,20 manat məbləğində pul tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 60 manat məbləğində mediasiya prosesinə dair xərclər iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 58,23 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumunundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinə dövlət rüsumunun da daxil edildiyi nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddia tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" QSC tərəfindən 2021-ci ilin may ayında göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 3.823,20 manat məbləğində və mediasiya xərclərinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-4080/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4080/2023
20.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver