Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4081/2023 14.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə kiçik iddiaya dair kommersiya mübahisəsi (açar sözlər: kredit, mediasiya xərci) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 901,46 manat məbləğində əsas borc, 72,71 manat məbləğində faiz borcu, 221,70 manat məbləğində cərimə, ümumilikdə 1.195,87 manat pul məbləğinin, xx.xx.2022-ci il tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1.786,89 manat məbləğində əsas borc, 164,39 manat məbləğində faiz borcu, 98,43 manat məbləğində cərimə, ümumilikdə 2.049,71 manat pul məbləğinin, xx.xx.2022-ci il tarixli 347198-CNS-37588 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1.669,40 manat məbləğində əsas borc, 123,54 manat məbləğində faiz borcu, 57,95 manat məbləğində cərimə, ümumilikdə 1.850,89 manat məbləğində pulun, mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində xərcin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10,96 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia üzrə sadələşdirilmiş qaydada verdiyi ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 901,46 manat məbləğində əsas borc, 72,71 manat məbləğində faiz borcu, 221,70 manat məbləğində cərimə, ümumilikdə 1.195,87 manat pul məbləğinin, xx.xx.2022-ci il tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1.786,89 manat məbləğində əsas borc, 164,39 manat məbləğində faiz borcu, 98,43 manat məbləğində cərimə, ümumilikdə 2.049,71 manat pul məbləğinin, xx.xx.2022-ci il tarixli 347198-CNS-37588 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 1.669,40 manat məbləğində əsas borc, 123,54 manat məbləğində faiz borcu, 57,95 manat məbləğində cərimə, ümumilikdə 1.850,89 manat məbləğində pulun, mediasiya prosesi ilə bağlı ödənilmiş 60 manat məbləğində xərcin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 10,96 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə fərdi sahibkar olan fiziki şəxs (VÖEN **********) Cavabdeh arasında bağlanmış 10 iyun 2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 22 faiz hesablanması şərti ilə 12 ay müddətinə 2.034 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Həmçinin, Bank ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2022-ciil tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2.034 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Bundan başqa, Bank ilə Cavabdeh arasında bağlanmış 01 avqust 2022-ciil tarixli 347198-CNS-37588 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.900 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh xx.xx.2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 901,46 manat məbləğində əsas borc, 72,71 manat məbləğində faiz borcu, 221,70 manat məbləğində cərimə, ümumilikdə isə 1.195,87 manat məbləğində borcu; xx.xx.2022-ci il tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.786,89 manat məbləğində əsas borc, 164,39 manat məbləğində faiz borcu, 98,43 manat məbləğində cərimə, ümumilikdə 2.049,71 manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 347198-CNS37588 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.669,40 manat məbləğində əsas borc, 123,54 manat məbləğində faiz borcu, 57,95 manat məbləğində cərimə, ümumilikdə 1.850,89 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin tələbinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. II. Tərəflərin mövqeləri:
3. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
IV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
6. “Dövlət rüsumu haqqında” Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
7. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 10 iyun 2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 22 faiz hesablanması şərti ilə 12 ay müddətinə 2.034 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Həmçinin, Bank ilə Cavabdeh arasında bağlanmış 04 iyul 2022-ciil tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2.034 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Bundan başqa, tərəflər arasında bağlanmış 01 avqust 2022-ciil tarixli 347198-CNS-37588 saylı kredit müqaviləsinə əsasən Cavabdeh dövriyyə vəsaitlərinin artırılması məqsədi üçün illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 1.900 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 901,46 manat məbləğində əsas borc, 72,71 manat məbləğində faiz borcu, 221,70 manat məbləğində cərimə, ümumilikdə isə 1.195,87 manat məbləğində borcu; xx.xx.2022-ci il tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.786,89 manat məbləğində əsas borc, 164,39 manat məbləğində faiz borcu, 98,43 manat məbləğində cərimə, ümumilikdə 2.049,71 manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 347198-CNS37588 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 1.669,40 manat məbləğində əsas borc, 123,54 manat məbləğində faiz borcu, 57,95 manat məbləğində cərimə, ümumilikdə 1.850,89 manat məbləğində borcu qalmışdır. Müqavilə və ödəniş cədvəli tərəflərin imzası və möhürləri ilə təsdiq olunmuşdur.
9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
10. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.
12. X1 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
13. Beləliklə, Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir.
14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş ödəniş qrafiki, maliyyə arayışı, müqayisəli təhlilindən görünür ki, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
15. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında müxtəlif vaxtlarda kredit müqavilələri imzalanmış, iddiaçı tərəfindən ümumilikdə 5968 manat məbləğində pul cavabdehin kart hesabına köçürülmüşdür. Müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi tam icra etməmiş, nəticədə borcu yaranmışdır.
16. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsas və faiz borcunun tələb edilməsi hissəsində əsaslıdır və xx.xx.2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsinə əsasən 901,46 manat məbləğində əsas borc, 72,71 manat məbləğində faiz borcu, xx.xx.2022-ci il tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsinə əsasən 1.786,89 manat məbləğində əsas borc, 164,39 manat məbləğində faiz borcu, xx.xx.2022-ci il tarixli 347198-CNS-37588 saylı kredit müqaviləsinə əsasən 1.669,40 manat məbləğində əsas borc, 123,54 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
17. Məhkəmə həmçinin hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində də, iddia əsaslıdır.
18. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilələrin müvafiq bəndlərinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 0,05% həcmində borc verənə dəbbə pulu ödəməlidir.
19. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
20. Məhkəmə hesab edir ki, əsas məbləğə tənasübsüz surətdə yüksək məbləğ olduğundan cərimə azaldılmalı və xx.xx.2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsinə əsasən 45 manat, xx.xx.2022-ci il tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsinə əsasən 80 manat, xx.xx.2022-ci il tarixli 347198-CNS-37588 saylı kredit müqaviləsinə əsasən 57,95 manat məbləğində cərimə pulu cavabdehdən tutulmalıdır.
21. Məhkəmə hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul da, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Belə ki, iş materiallarında olan 19 may 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Bakı 12 saylı Mediasiya təşkilatına ödənilmişdir.
23. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən müəyyən olunur ki, iddiaçı tərəfindən 10,96 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
24. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 347198-CNS- 36034 saylı kredit müqaviləsinə əsasən 901,46 manat məbləğində əsas borc, 72,71 manat məbləğində faiz borcu, 45 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli 347198-CNS- 36846 saylı kredit müqaviləsinə əsasən 1.786,89 manat məbləğində əsas borc, 164,39 manat məbləğində faiz borcu, 80 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli 347198- CNS-37588 saylı kredit müqaviləsinə əsasən 1.669,40 manat məbləğində əsas borc, 123,54 manat məbləğində faiz borcu, 57,95 manat məbləğində cərimə, mediasiya xərcinə görə 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
VI. Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 347198-CNS-36034 saylı kredit müqaviləsinə əsasən 901,46 manat məbləğində əsas borc, 72,71 manat məbləğində faiz borcu, 45 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli 347198-CNS-36846 saylı kredit müqaviləsinə əsasən 1.786,89 manat məbləğində əsas borc, 164,39 manat məbləğində faiz borcu, 80 manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli 347198-CNS-37588 saylı kredit müqaviləsinə əsasən 1.669,40 manat məbləğində əsas borc, 123,54 manat məbləğində faiz borcu, 57,95 manat məbləğində cərimə, mediasiya xərcinə görə 60 manat, cəmi 4961,34 manat Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 10,96 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev