Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4082/2024 18.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 358101-CNS-39954/1 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 6140,08 manat (altı min yüz qırx manat səkkiz qəpik) məbləğində əsas borc, 614,29 manat (altı yüz on dörd manat iyirmi doqquz qəpik) məbləğində faiz borcu, 98,46 manat (doxsan səkkiz manat qırx altı qəpik) məbləğində cərimə üzrə borcu, ümumilikdə 6852,83 manat (altı min səkkiz yüz əlli iki manat səksən üç qəpik) pul və 88,53 manat (səksən səkkiz manat əlli üç qəpik) ödənilmiş dövlət rüsumuna dair xərcin Cavabdeh “Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 358101-CNS-39954 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 (iyirmi üç) faiz hesablanması şərti ilə 24 ay müddətinə 7000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilərək cari hesabına köçürülmüşdür. Borclu kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə problemli kreditlərin siyahısına daxil edilmişdir. Cavabdehə borcunu ödəməsi ilə bağlı pretenziya məktubları göndərilmiş, həmçinin şifahi danışıqlar aparılmış və nəticədə kredit borcunun restrukturizasiya edilməsi, ödəniş cədvəlindəki vaxtın uzadılması ilə aylıq ödəniş yükünün azaldılması barədə razılığa gəlinmişdir. Bununla bağlı cavabdehlə bank arasında bağlanmış “358101-CNS-39954 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı xx.xx.2023-cü il tarixli razılaşma bağlanılmışdır. Razılaşmaya əsasən Cavabdeh 6140,08 manat məbləğində borcu 36 ay müddətinə xx.xx.2026-cı il tarixədək illik 23% hesablanmaqla kapitallaşdırılmışdır. Eyni zamanda Cavabdeh ilə 24 oktyabr 2022-ci il tarixli korporativ biznes kart hesabı müqaviləsi bağlanılmışdır. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2023-cü il tarixdən icra etməmiş və xx.xx.2024-cü il tarixinə banka 6140,08 manat məbləğində əsas borc, 614,29 manat məbləğində faiz borcu, 98,46 manat məbləğində cərimə olmaqla, ümumilikdə 6852,83 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh xəbərdarlıq edilmiş, lakin bundan sonra da kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 462.1, 739.1-ci maddələrinə istinad olunmuşdur.
4. 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
Tədqiq olunan sübutlar:
5. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 385101-CNS-39954 saylı kredit müqaviləsinə əsasən Cavabdeh illik 23 (iyirmi üç) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 7000 (yeddi min) manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verilmişdir.
6. xx.xx.2022-ci il tarixli, 385101-CNS-39954 saylı kredit müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2023-cü il tarixli 01 saylı əlavə razılaşmanın 1-ci bəndinə əsasən borcalanın maliyyə çətinliyinin yaranması səbəbindən kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin lazımı qaydada icrasını təmin etmək məqsədilə tərəflər krediti restrukturizasiya edərək, borcalanın xx.xx.2023-cü il tarixinə olan kredit müqaviləsindən irəli gələn öhdəlikləri kapitallaşdırılaraq 6140,08 manat müəyyən edilmişdir; 3.3-cü bəndinə əsasən kredit alan krediti tam məbləğdə 23 iyun 2026-cı il tarixində və ya kredit müqaviləsində nəzərdə tutulmuş hallarda vaxtından əvvəl ödəməlidir; 3.4.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə faizlər Bank tərəfindən illik 23% (iyirmi üç) olmaqla və kredit müqaviləsinin 5.9-cu bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır.
7. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 385101-CNS-39954/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 6140,08 manat, faiz borcu 614,29 manat, cərimə borcu 98,46 manat olmaqla, ümumilikdə 6852,83 manat təşkil edir.
8. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 920P nömrəli pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi
11. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır.
12. İddia tələbinin bir hissəsini cavabdehdən xx.xx.2022-ci il tarixli, 385101-CNS- 39954 saylı kredit müqaviləsi və müqaviləyə xx.xx.2023-cü il tarixli 01 saylı əlavə razılaşmaya əsasən 6140,08 manat məbləğində əsas borc, 614,29 manat məbləğində faiz borcu, 98,46 manat məbləğində cərimə borcunun tutulması təşkil edir.
13. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 385101-CNS-39954 saylı kredit müqaviləsi və müqaviləyə xx.xx.2023-cü il tarixli 01 saylı əlavə razılaşmaya əsasən 6140,08 manat (altı min yüz qırx manat səkkiz qəpik) əsas borc, 614,29 manat (altı yüz on dörd manat iyirmi doqquz qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır.
14. İddia tələbinin digər hissəsini cavabdehdən müqavilə üzrə 98,46 manat cərimə borcunun tutulması təşkil edir.
15. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
16. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən 98,46 manat (doxsan səkkiz manat qırx altı qəpik) cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir.
17. Eləcə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödənilmiş 88,53 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
18. Məhkəmə qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88,53 manat (səksən səkkiz manat əlli üç qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 385101-CNS-39954 saylı kredit müqaviləsinə xx.xx.2023-cü il tarixli 01 saylı əlavə razılaşma üzrə 6140,08 manat (altı min yüz qırx manat səkkiz qəpik) əsas borc, 614,29 manat (altı yüz on dörd manat iyirmi doqquz qəpik) faiz borcu, 98,46 manat (doxsan səkkiz manat qırx altı qəpik) cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88,53 manat (səksən səkkiz manat əlli üç qəpik) olmaqla, cəmi 6941,36 manat (altı min doqquz yüz qırx bir manat otuz altı qəpik) məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova