Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-409/2023 16.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BK № 031/BK- 21 saylı kredit müqaviləsi üzrə banka olan 65492,07 manat əsas, 12262,14 manat faiz, 7823,81 manat cərimə borcu olmaqla, cəmi borcu 85578,2 manat borcun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun və tərəfimizdən ödənilən 400 manat məbləğində mediasiya rüsumunun, cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsinə görə əldən çıxmış faydanın ödənilməsi üçün 65492,07 manat məbləğində əsas borca hesablanmış 5% məbləğində 6167,16 manat məbləğində borcun tutulması, həmin məbləğlərin ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 1 ünvanındaki 64 nömrəli 19 mərtəbəli binanın 2-ci girişinin 18-ci mərtəbəsində yerləşən 131.60 m2 ümumi 73.70 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 123 saylı mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına TuranBank ASCyə olan borcun ödənilməsi, xx.xx.2021-ci il tarixli, BK № 031/BK-21 saylı kredit müqaviləsinin təminatı olan ipoteka əmlakın hərracda satışından sonra əldə olunan məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin“Sumqayıt” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BK № 031/BK-21 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18 % 36 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi Cavabdeh1 (borcalan), TuranBank ASC və Cavabdeh2 (ipotekaqoyan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 031/BK-21 saylıtarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh2məxsus olan (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, Çıxarışa əsasən) ünvan 1 ünvanındaki 64 nömrəli 19 mərtəbəli binanın 2-ci girişinin 18-ci mərtəbəsində yerləşən 131.60 m2 ümumi 73.70 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 123 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 150000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh1 xx.xx.2022-ci il tarixinə TuranBank ASC-yə 65470,36 manat əsas, 7823,80 manat faiz, 7823,81 manat cərimə borcu olmaqla, cəmi borcu 81117,97 manat təşkil edir. Bununla əlaqədar cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BK № 031/BK-21 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən illik 36 % olmaqla cərimə faizi ödəyir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iddia işinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli BK № 031/BK saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən illik 18% olmaqla 36 ay müddətinə 70000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan əsas borcun qalığına bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə illik 18% olmaqla cərimə faizi ödəyir. xx.xx.2021-cu il tarixli 031/BK-21 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh2 ünvan 2 ünvanındakı 64 nömrəli 19 mərtəbəli binanın 2-ci girişinin 18-ci mərtəbəsində yerləşən 131.60 m2 ümumi 73.70 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 123 saylı mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. xx.xx.2023-cü il tarixli 351 nömrəli maliyyə arayışından görünür ki, TuranBank ASCnin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 031/BK-21 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka əsas borc üzrə 65492,07 manat, faiz borcu üzrə 12262,14 manat, dəbbə pulu 7823,81 manat, cəmi 85578,2 manat məbləğində ödənilməmiş borcu qalmışdır. xx.xx.2023-cü il tarixli 10/532-9/656 nömrəli məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, 64 nömrəli binanın 123 saylı mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 288000 manat məbləğində, likvid dəyəri isə təqribən 259 000 manat məbləğində müəyyən edilir. xx.xx.2023-cü il tarixli 9/4864 nömrəli məhkəmə-mühasibat ekpertizasının rəyindən görünür ki, iş materiallarına olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli BK 031/BK-21 nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla sual üzrə xx.xx.2022-ci il tarixə və xx.xx.2022-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu qeyd edilən tarixlər üzrə ayrı ayrılıqda aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 65492,07 manat, faiz borcu üzrə 5778,43 manat, xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 65492,07 manat, faiz borcu üzrə 12262,14 manat. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 65470,36 manat əsas, 10115,27 manat faiz borcu və kredit müqaviləsinin müvafiq bəndinə əsasən ödəniş müddətinin pozulduğu gündən etibarən hesablanmış 7823,81 manat məbləğində ödənilməmiş cərimə faizi borcu qalmışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC Bakı 5 saylı Mediasiya Təşkilatının hesabına 400 manat mediasiya xərci ödəmişdir. xx.xx.2022-ci il tarixli müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərdən görünür ki, ********** nömrəli sənədə görə İddiaçı ASC 45 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. xx.xx.2023-cü il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, əsas borc 65492,07 manat, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumun və 400 manat məbləğində mediasiya rüsumunun tutulması hissəsində tələb əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, faiz borcu qismən iddiaçının xx.xx.2022-ci il tarixədək (borcun tələbi ilə bağlı bildirişin göndərildiyi tarix) 10100,90 manat (xx.xx.2022-ci il tarixə olan borc 5778,43 (ekspert rəyi) manat + xx.xx.2022-ci il tarixə yaranmış 4322,47 (65492,07x18%:360x132gün) manat) həcmində təmin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək (borcun tələbi ilə bağlı bildirişin göndərildiyi tarix) müqavilədə müəyyən edilmiş 18%-lə faiz borcu təmin edildiyinə görə həmin tarixdən dəqiqləşdirmə ərizəsi daxil olan xx.xx.2023-cü il tarixədək olan faiz borcu 5%-lə hesablanmalı və 3492,91 manat (65492,07x5%:360x384gün) həcmində təmin edilməlidir Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 1914,12 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 65492,07 manat əsas borc, 10100,90 manat faiz borcu, illik 5% hesablanmış 3492,91 manat və 1914,12 manat cərimə, cəmi 81000 manat məbləğində borc, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumu və 400 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma ilkin satış qiyməti 259000 manat olan Cavabdeh2 məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, çıxarışa əsasən) ünvan 1 ünvanındaki 64 nömrəli 19 mərtəbəli binanın 2-ci girişinin 18-ci mərtəbəsində yerləşən 131.60 m2 ümumi 73.70 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 123 saylı mənzilə yönəldildilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmalı və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 borcu ödənilməlidir. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc Cavabdeh1 tutulmalıdır. İddia tələbinin 88,29%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 200 manat ekspertiza xərcinin 176,58 manatı Cavabdeh1, 23,42 manatı isə İddiaçı ASCdən-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 65492,07 manat əsas borc, 10100,90 manat faiz borcu, illik 5% hesablanmış 3492,91 manat və 1914,12 manat cərimə, cəmi 81000 manat məbləğində borc, həmçinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün 45 manat məbləğində rüsumu və 400 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ilkin satış qiyməti 259000 manat olan Cavabdeh2 məxsus (DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, çıxarışa əsasən) ünvan 1 ünvanındaki 64 nömrəli 19 mərtəbəli binanın 2-ci girişinin 18-ci mərtəbəsində yerləşən 131.60 m2 ümumi 73.70 m2 yaşayış sahəsindən ibarət 3 otaqlı 123 saylı mənzilə yönəldildilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmalı və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 borcu ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalıq borc Cavabdeh1 tutulsun. Ekspertiza xərcinin 176,58 manatı Cavabdeh1 və Cavabdeh2, 23,42 manatı isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-409/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-409/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver