Məhkəmə qərarları › İş №e-2-2(113)-4096/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4096/2023

24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4096/2023 24.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlu, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 23617.27 manat məbləğində krеdit bоrcu, 5146.65 manat məbləğində faiz bоrcu və 4582.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33346 manat 52 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddia ərizəsinə dair işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 23617.27 manat məbləğində krеdit bоrcu, 5146.65 manat məbləğində faiz bоrcu və 4582.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33346 manat 52 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə işlərinin elektron idarəetmə sistemindən müəyyən olunur ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3866/2023 saylı iş vardır. Buna görə məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə iş olduğuna görə ərizəni qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə 027R********** saylı krеdit razılaşması üzrə 23617.27 manat məbləğində krеdit bоrcu, 5146.65 manat məbləğində faiz bоrcu və 4582.6 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 33346 manat 52 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərcinin tutulması barədə iddia ərizəsini qəbul etməkdən imtina edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar