Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-41/2022 03.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 MMC Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC arasında bağlanmış 12 may 2015-ci il tarixli 50042-1/KM№-li kredit müqaviləsinin ləğv edilməsi, ondan məcburi qaydada İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə əsas borc üzrə ******* ABŞ dolları, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixə faiz borcu üzrə 850496,55 ABŞ dolları, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 176247,84 ABŞ dolları, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 253353 ABŞ dolları, cəmi 4166397,39 ABŞ dolları kredit borcunun, həmçinin 435 manat məbləğində dövlət rüsumunun və 60 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlər) tutulması, Cavabdeh3 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, ”Mayak” b/y-nin 3-cü və 4-cü Şimal küçəsində yerləşən torpaq sahəsi 0.1 ha olan 336 və 335 saylı bağ sahəsinə və Cavabdeh2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən, ümumi sahəsi 530.6 m2, torpaq sahəsi 0.09983 ha olan 340 saylı bağ evinə tutma yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, ”Mayak” b/y-nin 3-cü və 4-cü Şimal küçəsində yerləşən torpaq sahəsi 0.1 ha olan 336 və 335 saylı bağ sahəsinin və Cavabdeh2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən, ümumi sahəsi 530.6 m2, torpaq sahəsi 0.09983 ha olan 340 saylı bağ evinin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçıASC ilə 1-ci Cavabdeh1 MMC arasında bağlanmış 12 may 2015-ci il tarixli 50042-1/KM№-li kredit müqaviləsinə əsasən ona illik 8 faiz dərəcəsi ilə ******* ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, ”Mayak” b/ynin 3-cü və 4-cü Şimal küçəsində yerləşən torpaq sahəsi 0.1 ha olan 336 və 335 saylı bağ sahəsi 31.05.2017-ci il tarixli, 50042-4/İPMsaylı ipoteka müqaviləsinə və Cavabdeh2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən, ümumi sahəsi 530.6 m2, torpaq sahəsi 0.09983 ha olan 340 saylı bağ evi 31.05.2017-cil tarixli, 50042-2/İPMipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən Cavabdeh1 MMC Kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 ay əsas məbləğə güzəşt verilməklə, ümumilikdə 60 (altmış) ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditin verilmə tarixindən sonra bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə Banka ödənilməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən bu müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi tarixədək 5.2-ci bəndində göstərilmiş faiz dərəcəsindən əlavə cərimə faizləri də hesablanır və cərimə fazinin dərəcəsi 5.3-cü bəndində göstərilmiş fazi dərəcəsinin iki mislinə bərabərdir. Cavabdeh1 MMC öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun Banka əsas borc üzrə ******* ABŞ dolları, Kredit müqaviləsinin müddətinin bitdiyi - 12 may 2020-ci il tarixə faiz borcu üzrə 850496,55 ABŞ dolları, Kredit müqaviləsinin müddətinin bitdiyi - 12 may 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 176247,84 ABŞ dolları, Kredit müqaviləsinin müddətinin bitdiyi - 12 may 2020-ci il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 138542,4 ABŞ dolları, cəmi 4051586,79 ABŞ dolları məbləğində borcu yaranmışdır.Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra edilməmişdir. 12 may 2015-ci il tarixli 50042-1/KM№-li kredit müqaviləsi üzrə borc axırıncı dəfə 31.01.2019-cu il tarixdə cəmi 4,48 ABŞ dolları məbləğində ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddianı müdafiə etdiyini bildirərək, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 12 may 2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı borcalan Cavabdeh1 MMC-yə 12 may 2020-ci il tarixinədək illik 8%-lə ******* USD məbləğində 60 ay müddətinə kredit verir. 31 may 2017-ci il tarixli 50042-2/İPM nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan AFB Bank ASC, ipoteka qoyan Cavabdeh2, borc alan Cavabdeh1 MMC, ipoteka predmeti Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən ümumi sahəsi 530,6 m2, torpaq sahəsi 0,09983 ha olan 340 saylı bağ evi müəyyən olunmuşdur. 31 may 2017-ci il tarixli 50042-4/İPM nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan AFB Bank ASC, ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 MMC, ipoteka predmeti Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Mayak” b/y-nın 3-cü və 4-cü Şimal küçəsində yerləşən torpaq sahəsi 0,1 ha olan 336 və 335 saylı bağ sahəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası mərkəzinin 9/4850 saylı 01 fevral 2021-ci il tarixli ekspert rəyindən görünür ki, 12 may 2015-ci il tarixli 50042- 1/KM saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin 12 may 2020-ci il tarixə əsas borc ******* ABŞ dolları, faiz borcu 850491,92 ABŞ dolları 31.08.2020-ci il tarixə illik 5%-lə borc 43695,38 ABŞ dolları təşkil edir. Tədqiqatın dəyəri 200 manatdır. "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı PR-KM/11-2021 saylı 14 dekabr 2021-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsi, 340 saylı bağ evinin, mülkiyyətdə olan 0,09983 ha (9,983 sot) torpaq sahəsi üzərində ümumi sahəsi 530,6 m2 (+açıq eyvan 55,7) və həyətyanı tikililərdən (su anbarı 22,8 m2, sauna 173,4 m2, köməkçi tikili bilyard otağı 31,9 m2, kölgəlik 44,5 m2, kölgəlik 7,1 m2) ibarət 2 mərtəbə+mansard mərtəbəli bağ evinin 10.12.2021-ci il tarixinə olan bazar dəyəri 475000 manat, likvid dəyəri 427500 manat təşkil edir. Tədqiqatın dəyəri 350 manatdır. "xxxx" MMC-nin torpaq sahəsinin qiymətləndirilməsi barədə 01/21-242 saylı 07 may 2021-ci il tarixli hesabatından görünür ki, X1 məxsus olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Mayak” b/y-nın 3-cü və 4-cü Şimal küçəsi 336 və 335 saylı bağ sahəsi ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin 07.05.2021-ci il tarixə olan bazar dəyəri 200000 manat, likvid dəyəri 170000 manat təşkil edir. "xxxx" MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə 01/21-243 saylı 07 may 2021-ci il tarixli hesabatından görünür ki, Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 0,09983 ha torpaq sahəsi və üzərində yerləşən 530,6 m2 bağ evinin 07.05.2021-ci il tarixə olan bazar dəyəri 380000 manat, likvid dəyəri 323000 manat təşkil edir. 12 may 2015-ci il tarixli Kredit müqaviləsindən görünür ki, İddiaçı borcalan Cavabdeh1 MMC-yə 12 may 2020-ci il tarixinədək illik 8%-lə ******* USD məbləğində 60 ay müddətinə kredit verir. 31 may 2017-ci il tarixli 50042-2/İPM nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan AFB Bank ASC, ipoteka qoyan Cavabdeh2, borc alan Cavabdeh1 MMC, ipoteka predmeti Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən ümumi sahəsi 530,6 m2, torpaq sahəsi 0,09983 ha olan 340 saylı bağ evi müəyyən olunmuşdur. 31 may 2017-ci il tarixli 50042-4/İPM nömrəli ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan AFB Bank ASC, ipoteka qoyan Cavabdeh3, borc alan Cavabdeh1 MMC, ipoteka predmeti Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Mayak” b/y-nın 3-cü və 4-cü Şimal küçəsində yerləşən torpaq sahəsi 0,1 ha olan 336 və 335 saylı bağ sahəsi müəyyən olunmuşdur. 31.08.2020-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh1 MMC-nin Bankla bağladığı 12 may 2015-ci il tarixli 50042-1\KM nömrəli kredit müqaviləsi üzrə 31.08.2020ci il tarixə vaxtı keçmiş kredit borcu: kredit müqaviləsi üzrə iddia qaldırılan günə əsas kredit borcu ******* dollar, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixə faiz borcu 850496,55 dollar, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) 176247,84 dollar, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixdən sonra Banka vurulmuş zərər (əldən çıxmış fayda) 138542,4 dollar, borc üzrə iddia tələbinin məbləği cəmi 4051586,79 dollar təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 421.1, 445.7, 465.2, 467 və 567-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir, borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdehlər arasında qanunvericiliyə uyğun olaraq kredit və ipoteka müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdehlər bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının ******* ABŞ dolları məbləğində olan əsas borc və 12 may 2020-ci il tarixdən 03.02.2022-ci il tarixədək illik 5%-lə hesablanmış əldən çıxmış fayda üzrə 253353 ABŞ dolları (2886300 : 100 x 5 : 360 gün x 632 gün) və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün çəkilmiş 60 manat tələbi hissəsində iddia əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçının 12 may 2020-ci il tarixə faiz borcu üzrə 850496,55 ABŞ dolları tələbi ilə bağlı iddia qismən, yəni ekspertiza rəyində göstərildiyi kimi 850491,92 ABŞ dolları həcmində təmin edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin (cərimə) dəbbə pulu hissəsi ilə əlaqədar qeyd edir ki, dəbbə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 9855,08 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Eyni zamanda iddiaбж 12 may 2015-ci il tarixli 50042-1/KM№-li kredit müqaviləsi ləğvini tələb etsə, məhkəmə hesab edir ki, müqavilənin müddəti 12 may 2020-ci il tarixdə bitdiyinə görə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 96%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 96%-i, yəni 417,60 manatı Cavabdeh1 MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Bununla yanaşı iddia tələbinin 96%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 8 manatı İddiaçı ASC-dən, 192 manatı isə Cavabdeh1 MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 350 manat məbləğində xərcin 14 manatı İddiaçı ASC-dən, 336 manatı isə Cavabdeh1 MMCdən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Cavabdeh2 məxsus Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən, ümumi sahəsi 530.6 m2, torpaq sahəsi 0.09983 ha olan 340 saylı bağ evinin ipoteka müqaviləsində likvid qiymətinin 416000 manat məbləğində müəyyən edildiyini və həmin vaxtdan 7 ilə yaxın müddətin keçdiyini nəzərə alan məhkəmə hesab edir ki, həmin əmlakın ilkin satış qiyməti müqavilədə olan qiymətə yaxın "xxxx" MMC-nin qiymətləndirdiyi kimi 427500 manat (likvid), cavabdeh X1 məxsus olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, “Mayak” b/y-nın 3-cü və 4-cü Şimal küçəsi 336 və 335 saylı bağ sahəsi ünvanında yerləşən 0,1 ha torpaq sahəsinin ilkin satış qiyməti isə "xxxx" MMC qiymətləndirdiyi kimi 170000 manat (likvid) məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh1 MMC-dən ******* ABŞ dolları əsas borc, 850491,92 ABŞ dolları faiz borcu, 9855,08 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixdən illik 5%-lə hesablanmış əldən çıxmış fayda kimi 253353 ABŞ dolları cəmi ******* ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 417,60 manat məbləğində dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma Cavabdeh2 məxsus ilkin satış qiyməti 427500 manat məbləğində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən, ümumi sahəsi 530.6 m2, torpaq sahəsi 0.09983 ha olan 340 saylı bağ evinə və Cavabdeh3 məxsus ilkin satış qiyməti 170000 manat məbləğində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, ”Mayak” b/y-nin 3-cü və 4-cü Şimal küçəsində yerləşən torpaq sahəsi 0.1 ha olan 336 və 335 saylı bağ sahəsinə yönəldilməli, həmin ipoteka predmeti olan daşınmaz əmlaklar hərracda satılma və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 MMC-nin borcu ödənilməli, ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılmalıdır. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 8 manatı İddiaçı ASC-dən, 192 manatı isə Cavabdeh1 MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 350 manat məbləğində xərcin 14 manatı İddiaçı ASC-dən, 336 manatı isə Cavabdeh1 MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 MMC-dən ******* ABŞ dolları əsas borc, 850491,92 ABŞ dolları faiz borcu, 9855,08 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddətinin bitdiyi 12 may 2020-ci il tarixdən illik 5%-lə hesablanmış əldən çıxmış fayda kimi 253353 ABŞ dolları cəmi ******* ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, həmçinin 417,60 manat məbləğində dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma Cavabdeh2 məxsus ilkin satış qiyməti 427500 manat məbləğində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, 3-cü Şimal küçəsində yerləşən, ümumi sahəsi 530.6 m2, torpaq sahəsi 0.09983 ha olan 340 saylı bağ evinə və Cavabdeh3 məxsus ilkin satış qiyməti 170000 manat məbləğində olan Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsi, ”Mayak” b/y-nin 3-cü və 4-cü Şimal küçəsində yerləşən torpaq sahəsi 0.1 ha olan 336 və 335 saylı bağ sahəsinə yönəldilsin, həmin ipoteka predmeti olan daşınmaz əmlaklar hərracda satılsın və satışdan əldə olunan vəsaitin hesabına Cavabdeh1 MMC-nin borcu ödənilsin. İpoteka predmeti olan əmlaklar satıldıqdan sonra 1 ay müddətində boşaldılsın. Məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 200 manat məbləğində xərcin 8 manatı İddiaçı ASC-dən, 192 manatı isə Cavabdeh1 MMC-dən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə, həmçinin əmtəəşünaslıq ekspertizası ilə bağlı olan 350 manat məbləğində xərcin 14 manatı İddiaçı ASC-dən, 336 manatı isə Cavabdeh1 MMC-dən alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-41/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-41/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver