Məhkəmə qərarları › İş №e-2-2(113)-41/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-41/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-41/2025 31.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29298,69 (iyirmi doqquz min iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 1199,01 (bir min bir yüz doxsan doqquz manat bir qəpik) manat gecikdirilmiş faiz borcu, 8336 (səkkiz min üç yüz otuz altı) manat cərimə borcu olmaqla, cəmi 38833,70 (otuz səkkiz min səkkiz yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borc, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 163823,86 (bir yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) manat əsas borc, 35354,11 (otuz beş min üç yüz əlli dörd manat on bir qəpik) manat faiz borcu, 10293,18 (on min iki yüz doxsan üç manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 209471,15 (iki yüz doqquz min dörd yüz yetmiş bir manat on beş qəpik) manat məbləğində borc, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-90072783LE/2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X3 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli, DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən borc alana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5% olmaqla, 100000 (yüz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən borc alana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 191424 (yüz doxsan bir min dörd yüz iyirmi dörd) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi ilə birdəfəlik kredit verilmişdir; Borc alan Cavabdeh1 MMC-nin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bank ilə Qanuni nümayəndə arasında DC90072783-02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********68 saylı zaminlik müqaviləsi, DC90072783-04 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli DG**********243 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borc alan qeyd edilən DC90072783-02 saylı müqavilə üzrə öhdəliklərini 428 gün, DC90072783- 04 saylı müqavilə üzrə öhdəliklərini 428 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Bank tərəfindən borc alana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borc alanın xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi belədir: - DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29298,69 (iyirmi doqquz min iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 1199,01 (bir min bir yüz doxsan doqquz manat bir qəpik) manat gecikdirilmiş faiz borcu, 8336 (səkkiz min üç yüz otuz altı) manat cərimə borcu olmaqla, cəmi 38833,70 (otuz səkkiz min səkkiz yüz otuz üç manat yetmiş qəpik) manat təşkil edir; - DC90072783- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 163823,86 (bir yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) manat əsas borc, 35354,11 (otuz beş min üç yüz əlli dörd manat on bir qəpik) manat faiz borcu, 10293,18 (on min iki yüz doxsan üç manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 209471,15 (iki yüz doqquz min dörd yüz yetmiş bir manat on beş qəpik) manat təşkil edir. Bundan başqa, bank tərərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə Mediasiya İnstitutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC iddia ərizəsinin məhkəməyə verilməsi üçün 197 manat dövlət rüsumu və mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı ödəmişdir. X4 4cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X4 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X5 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikasının qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29298,69 manat (iyirmi doqquz min iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) əsas borc, 1191,01 manat (min yüz doxsan bir manat bir qəpik) faiz borcu, 9797,27 manat (doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) cərimə borcu olmaqla, cəmi 40294,97 manat (qırx min iki yüz doxsan dörd manat doxsan yeddi qəpik) məbləğində borcun, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 163823,86 manat (yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) əsas borc, 39763,71 manat (otuz doqquz min yeddi yüz altmış üç min yetmiş bir qəpik) faiz borcu, 13245,21 manat (on üç min iki yüz qırx beş manat iyirmi bir qəpik) cərimə borcu olmaqla, cəmi 216832,78 manat (iki yüz on altı min səkkiz yüz otuz iki manat yetmiş səkkiz qəpik) məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 148 (yüz qırx səkkiz) manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbinə münasibət bildirməyərək, iclasın təxirə salınmasını xahiş etmiş, lakin təxirə salmaq üçün əsasr olmadığından vəsatət təmin olunmamışdır.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında xx.xx.2022-ci il tarixli, OnGTC- 90072783LE/2019 saylı Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

9. X4 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur. X4 “Bank hesabı” adlı hissəsinin 1.1-ci maddəsinə əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Həmin hissənin 5.1-ci maddəsinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. X4 4-cü hissəsinin 3.1-ci maddəsinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.2-ci maddəsinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin hissənin 3.4-cü maddəsinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin hissənin 3.5-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.6-cı maddəsinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. Həmin hissənin 3.11-ci maddəsinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12-ci maddəsinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci maddəsinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

10. Bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, Cavabdeh1 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X4 bankın rəsmi internet səhifəsində https:/www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2022-ci il tarixli 1.0.5 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dayişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə, əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir.

11. xx.xx.2021-ci il tarixli, DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5% olmaqla, 100000 (yüz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

12. xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 191424 (yüz doxsan bir min dörd yüz iyirmi dörd) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

13. xx.xx.2023-cü il tarixli, PB/BPŞ-OUT-01024-2023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri - DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 29298,69 manat əsas borc, 1199,01 manat faiz borcu, 9797,27 manat cərimə borcu olmaqla, cəmi 40294,97 manat (gecikmə günü: 485 gün); - DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 163823,86 manat əsas borc, 39763,71 manat faiz borcu, 13245,21 manat cərimə borcu olmaqla, cəmi 216832,78 manat (gecikmə günü: 485 gün) təşkil edir.

14. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********68 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

15. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********243 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 MMC-yə pretenziya qaydasında xx.xx.2023-cü il tarixli, PB-OUT-03846-2023/10 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Qanuni nümayəndə pretenziya qaydasında xx.xx.2023-cü il tarixli, PB-OUT-03846-2023/11 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

18. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış, ödəniş cədvəlləri əlavə edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9483 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC90072783- 02 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə 29258,5 manat əsas borc, 5873,64 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC90072783-04 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 39254,9 manat faiz borcu təşkil edir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4797 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC90072783- 02 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə 29258,5 manat əsas borc, 1072,81 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 29258,5 manat əsas borc, 5136,09 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 29258,5 manat əsas borc, 5873,64 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC90072783-04 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 34996,48 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 39254,9 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 46145,8 manat faiz borcu təşkil edir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

25. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2022ci il tarixli, OnGTC-90072783LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair X4 xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixli, DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5% olmaqla, 100000 (yüz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Tərəflər arasında xx.xx.2021ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 191424 (yüz doxsan bir min dörd yüz iyirmi dörd) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********243 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

26. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29298,69 manat əsas borc, 1191,01 manat faiz borcu, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 163823,86 manat əsas borc, 39763,71 manat faiz borcunun tutulması təşkil edir.

27. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/4797 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi DC90072783-02 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunun tutulması hissəsində qismən, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunun tutulması hissəsində tam və həmin ərizələr üzrə faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 29258,50 manat (iyirmi doqquz min iki yüz əlli səkkiz manat əlli qəpik) əsas borc, 1072,81 manat (min yetmiş iki manat səksən bir qəpik) faiz borcu (müqavilə müddətinin sonuna) və DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 163823,86 manat (yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) əsas borc, 34996,48 manat (otuz dörd min doqquz yüz doxsan altı manat qırx səkkiz qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gəlinərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe də əsas götürülmüşdür.

28. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada - DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9797,27 manat cərimə borcu, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 13245,21 cərimə borcunun tutulması təşkil edir.

29. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

30. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1500 (min beş yüz) manat cərimə borcu, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 8200 (səkkiz min iki yüz) manat cərimə borcu məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Eləcə də, iddiaçı mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xərc və 148 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

32. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 508,24 manat (beş yüz səkkiz manat iyirmi dörd qəpik) məbləğində pul cavabdehdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

33. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat pulun 92,90 manat hissəsi cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 7,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 29258,50 manat (iyirmi doqquz min iki yüz əlli səkkiz manat əlli qəpik) əsas borc, 1072,81 manat (min yetmiş iki manat səksən bir qəpik) faiz borcu, 1500 (min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 31831,31 (otuz bir min səkkiz yüz otuz bir manat otuz bir qəpik) manat; DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 163823,86 manat (yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) əsas borc, 34996,48 manat (otuz dörd min doqquz yüz doxsan altı manat qırx səkkiz qəpik) faiz borcu, 8200 (səkkiz min iki yüz) manat cərimə borcu olmaqla, cəmi 207020,34 (iki yüz yeddi min iyirmi manat otuz dörd qəpik) manat məbləğində borc; ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 508,24 manat (beş yüz səkkiz manat iyirmi dörd qəpik) olmaqla, ümumilikdə 239359,89 manat (iki yüz otuz doqquz min üç yüz əlli doqquz manat səksən doqquz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (iki yüz) manat pulun 92,90 manat hissəsi cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 7,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar