Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4102/2025 13.02.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 6.372,68 (altı min üç yüz yetmiş iki dollar, 68 sent) ABŞ dolları-bundan 1.955,93 (bir min doqquz yüz əlli beş dollar, 93 sent) ABŞ dolları əsas, 1.238,11 (bir min iki yüz otuz səkkiz dollar, 11 sent) ABŞ dolları faiz, 2.893,52 (iki min səkkiz yüz doxsan üç dollar, 52 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 285,12 (iki yüz səksən beş dollar, 12 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 122.50 (yüz iyirmi iki manat, 50 qəpik) manat dövlət rüsumunun Cavabdehtutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeharasında bağlanmış 80006012 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Əsas vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 6.350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 6.350 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Daha sonra kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 7.365,67 (yeddi min üç yüz altmış beş dollar, 67 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissəhissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6.372,68 (altı min üç yüz yetmiş iki dollar, 68 sent) ABŞ dolları təşkil edir. Bundan 1.955,93 (bir min doqquz yüz əlli beş dollar, 93 sent) ABŞ dolları əsas, 1.238,11 (bir min iki yüz otuz səkkiz dollar, 11 sent) ABŞ dolları faiz, 2.893,52 (iki min səkkiz yüz doxsan üç dollar, 52 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 285,12 (iki yüz səksən beş dollar, 12 sent) ABŞ dolları faiz borcu təşkil edir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin (bundan sonra “Mülki Məcəllə” adlanacaq) 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirdi ki, o restrukzasiya barədə 2019-cu il tarixində iddiaçı tərəfə yaxınlaşdı və cavab gözləməyini bildirsələr də, heç bir geri dönüş edilmədi. İddia tələbindən yalnız əsas borcu qəbul edir, digər hissələrə etiraz edir. 12 may 2022-ci il tarixinə qədər uzatma ilə bağlı Əlavə Sazişi o imzalamış, imzalar ona aiddir. İddiaçı tərəf məbləği bölüb hissə-hissə ödənişə şərait yaradacağını bildirsə də, bu baş tutmamışdır.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ASC ilə Cavabdeh arasında 80006012 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Əsas vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə, illik 32% dərəcəsi ilə 6.350 (altı min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir.
7. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 6.350 ABŞ dolları hesablanmış və kreditin müddəti xx.xx.2018ci il tarixədək uzadılmışdır.
8. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmiş və Restrukturizasiya edilmiş kreditin məbləği 7.365,67 (yeddi min üç yüz altmış beş dollar, 67 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % faiz ödənilir.
9. 03 aprel 2025-ci il tarixli 12-5/2-Q-23-5006/2025 saylı maliyyə arayışına əsasən 80006012 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə 03 aprel 2025-ci il tarixinə müqavilə üzrə əsas borcu 1955,93 ABŞ dolları, faiz borcu 1238,11 ABŞ doları, borcun gecikdirilməsinə görə hesablanmış cərimə borcu 2893,52 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış faiz borcu 285,12 ABŞ dolları olmaqla, cəmi 6372,68 ABŞ dolları təşkil etmişdir.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə- İddiaçı ASC ilə borc alan Cavabdeh arasında bağlanmış 80006012 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin və müqaviləyə edilən Əlavələrin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla kredit müqaviləsinin müddətinin bitdiyi tarixə əsas və faiz borcunun və müqavilə müddəti bitdiyi tarixdən maliyyə arayışında göstərilən xx.xx.2025-ci il tarixinə kimi illik 5% ilə hesablanan faiz borcu məbləği nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2025-ci il tarixli, 9/3121 saylı ekspert rəyinə əsasən Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan cari hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, 80006012 saylı kredit razılaşmasının, xx.xx.2015-ci il tarixli 01 saylı Əlavə Sazişə və xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişə əsasən restrukturizasiya şərtləri nəzərə alınmaqla və müqavilə dövründə (xx.xx.2022-ci il tarixədək) illik 8%-lə, müqavilə dövründən sonra (xx.xx.2025-ci il tarixədək) illik 5%-lə faiz hesablanmaqla Cavabdeh sualda göstərilən tarixlərə banka olan əldən çıxmış fayda, faiz və əsas borcu 3.382,15 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 1934,35 ABŞ dolları, faiz borcu üzrə 1168,40 ABŞ dolları (8-%lə). xx.xx.2025-ci il tarixə: əldən çıxmış fayda borcu üzrə 279,91 ABŞ dolları (5-%lə) müəyyən edilmişdir.
12. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
18. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
19. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya kredit müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
20. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcu, ekspert rəyində göstərilən məbləğlərdən fərqlənir. Belə ki, əsas borc və əsas borca hesablanan faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edildiyi üçün, ekspert rəyində müəyyən edilən məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 80006012 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən hesablanmış 2893,52 ABŞ dolları məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
24. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
25. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan cavabdehlərdən tutulacaq dəbbə pulu 97 ABŞ dolları məbləğində müəyyən edilməlidir.
26. Bundan başqa iddiaçı kredit müqaviləsinin müddətinin bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 (beş) ilə hesablanan 285,12 ABŞ dolları məbləğində faiz borcunun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
27. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
29. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqaviləsi üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğ ilə fərqlənir. Belə ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu ekspert rəyində iddia tələbində göstərilən məbləğlərdən daha aşağı həddədir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
30. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə 1934,35 ABŞ dolları əsas borc, 1168,40 ABŞ dolları faiz borcu, 97 ABŞ dolları dəbbə pulu borcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 279,91 ABŞ dolları məbləğində faiz borcu da tutularaq iddiaçıya ödənilməlidir.
31. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 122,50 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənilmişdir.
32. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin məhkəmə – mühasibatlıq ekspertizanın keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 1934,35 ABŞ dolları əsas borc, 1168,40 ABŞ dolları faiz borcu, 97 ABŞ dolları dəbbə pulu, illik 5% ilə hesablanan 279,91 ABŞ faiz məbləği, cəmi 3479,66 ABŞ dolları borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 80 manat tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdеh Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova