Məhkəmə qərarları › İş №e-2-2(113)-4105/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4105/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4105/2023 15.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2, ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin "xxxx"xxxx"xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən icarə haqqı borcu üzrə 41.400 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" MMCarasında ünvan 1 ünvanında yerləşən 3909 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 1646 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" MMC arasında bağlanmış 1646 nömrəli 07 aprel 2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC iddianı qəbul etmir, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, Bakı şəhəri 21 saylı notariat ofisində bağlanmış 02 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X7 "xxxx" MMC-də olan nizamnamə kapitalının məbləği 100 manat, nizamnamə kapitalındakı payı 100 pay, nizamnamə kapitalındakı faizi 100% olan paydan 100 manat məbləği, 100 faizi alıcı X1. Bu alqı-satqı müqaviləsinə qədər isə Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 06 oktyabr 2020-ci il tarixli 1613 nömrəli müqaviləyə əsasən ünvan 2nda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-yə yaşayış binasının tikintisi üçün icarəyə verilmiş və MMC tərəfindən həmin sahədə bina tikilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən icarəçi 31 yanvar 2018-ci il tarixdən başlayaraq hər il 13318 manat 12 qəpik icarə haqqını Bakı şəhər İcra Hakimiyyətinin uçotda olduğu vergi orqanının müvafiq xəzinə hesabına ödəməlidir. Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 06 oktyabr 2020-ci il tarixli 1613 nömrəli müqavilənin mövcud və tərəflər üçün məcburi olmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" MMC-nin icarəsində olan ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan həmin torpaq sahəsinə dair müqavilə bağlamağa MMC-ni məcbur etmiş, bunun nəticəsi olaraq cavabdehlə "xxxx" MMC arasında 1646 nömrəli 07 aprel 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləni bağlamağa "xxxx" MMC-nin məcbur edilməsi ilə əlaqədar çəkilmiş foto şəkillər, video görüntülər vardır. Bu şəkil və görüntülərdən tikinti sahəsinə giriş yolunun cavabdehin işçiləri tərəfindən “Tofas” markalı AZ **-AK-*** dövlət qeydiyyat nişanlı, “Nissan XTrail” markalı AZ **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə bağlanıldığı, avtomobilləri tikintiyə giriş yolunda saxlayaraq beton məhlulu daşıyan maşınları tikintiyə buraxmamaları sübut olunur. Cavabdehlə bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən illik icarə haqqı 36000 manat; aylıq icarə haqqı isə 3000 manat müəyyən edilmişdir. Cavabdeh bu hərəkəti ilə qanunları və "xxxx" MMC-nin hüquqlarını pozduğuna görə müqavilə ləğv olunmalıdır. Daha sonra ilkin iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (həcminin artırılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli, 1646 nömrəli icarə müqaviləsi üzrə dövlət büdcəsinə xx.xx.2023-cü il tarixə mövcud olan 50400 manat pul vəsaitinin Əmlak Məsələləri Dövlət Xidmətinin xeyrinə tutularaq (VÖEN **********) Xidmətin Azərbaycan Respublikası X3 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. bik NABZA2ZC) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh ilkin iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə eyniməzmunlu etiraz verərək, ilkin iddianın rədd olunmasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X5 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin (etirazın) məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Bakı şəhər İcra Hakimiyyəti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında 06 oktyabr 2020-ci il tarixli 1613 saylı müqaviləyə əsasən ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi yaşayış binasının tikintisi üçün icarəçinin istifadəsinə verilmişdir. Həmin müqavilənin: 7.1-ci bəndinə əsasən müqavilə 49 il müddətinə bağlanır. 7.2-ci bəndinə əsasən icarəçi hər il icarə haqqını ödəməyi öz öhdəsinə götürür. 7.3-cü bəndinə əsasən icarə haqqı 31 yanvar 2018-ci il tarixdən hesablanır. 7.4-cü bəndinə əsasən icarəçi hər il 13.318,12 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürür. 7.7-ci bəndinə əsasən icarə haqqı hər rübün birinci ayının 5-dən gec olmayaraq ödənilir. xx.xx.2022-ci il tarixdə X7 (satıcı) və X6 (alıcı) arasında təsis payının alqı-satqısı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən satıcı X7 "xxxx" MMC-də olan nizamnamə kapitalının məbləği 100 manat, nizamnamə kapitalındakı payı 100 pay, nizamnamə kapitalındakı faizi 100% olan paydan 100 manat məbləği, 100 faizi alıcı X1. 2-ci bəndinə əsasən tərəflər satılan payın satış qiymətini 100 dəyərində müəyyən ediblər. 3-cü bəndinə əsasən 2-ci bənddə nəzərdə tutulmuş məbləği alıcı satıcıya notariusun depozit hesabına ödəyir. 4-cü bəndinə əsasən satıcı alqı-satqı müqaviləsi təsdiq olunduğu andan müəssisədəki payını alıcıya verməyi alıcı isə həmın payı ona verildiyi tarixdə qəbul etməyi öhdəsinə götürür. 9-cu bəndinə əsasən bu müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburidir. Müqavilə hər iki tərəfdən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında bağlanmış hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 07 aprel 2022-ci il tarixli 1646 saylı icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün icarəçinin müvəqqəti istifadəsinə verilmişdir. Həmin müqavilənin: 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı məbləği 36000 manat, aylıq icarə haqqı 3000 manat müəyyən edilir. 3.2-ci bəndinə əsasən icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X3 idarəsindəki hesabına ödənilməlidir. 4.1-ci bəndinə əsasən icarə müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" MMC-yə dövlət mülkiyyətində olan torpaq sahəsinə görə icarə haqqının ödənilməsi haqqında xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, torpaq sahəsinin icarə haqqı üzrə borcunun 7 iş günü müddətində ödənilməsi təmin edilməyəcəyi təqdirdə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər həyata keçiriləcəkdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh "xxxx" MMC ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 07 aprel 2022-ci il tarixli 1646 saylı icarə müqaviləsi bağlanmış və icarə müqaviləsinə əsasən ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsi yaşayış binasının tikintisinin layihələşdirilməsi üçün illik icarə haqqı məbləği 36000 manat, aylıq icarə haqqı 3000 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh "xxxx"xxxx"xxxx" MMC torpaq sahəsinin icarəsində olduğu müddət üçün icarə haqqını ödəmək öhdəliyini lazımi qaydada icra etmədiyindən dövlət büdcəsinə 50400 manat məbləğində icarə haqqı borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə edilməsi nəzərdə tutulur. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 10-cu abzasına əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 14-cü maddəsinin onuncu abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət müəssisə, idarə və təşkilatlarının istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilən, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, qalan torpaqlara münasibətdə isə Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir. Mülki Məcəllənin 43.3-ci maddəsinə görə Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.11-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, daşınmaz dövlət əmlakını, o cümlədən dövlətə məxsus olan hüquqi şəxslərə məxsus daşınmaz əmlakı icarəyə və istifadəyə vermək, bu məqsədlə bağlanılmış əqdlərin qeydiyyatını aparmaq, icarə haqlarının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlayıb Nazirliyə vermək və bu sahədə nəzarəti həyata keçirmək Xidmətin vəzifələrinə aid edilmişdir. Həmin Əsasnamənin 3.0.15-ci yarımbəndinə əsasən dövlət əmlakı barəsində bağlanılmış əqdlər Azərbaycan Respublikasının iqtisadi maraqlarına ziyanla nəticələndikdə, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin əqdlərlə bağlı məhkəmədə iddia qaldırmaq, dövlətə məxsus olan, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərlə bağlı məhkəmə mübahisələrində dövlətin mənafeyini təmsil etmək Xidmətin vəzifəsinə aid edilmişdir. Həmin Əsasnamənin 4.0.18-ci yarımbəndinə əsasən vəzifə və hüquqlarının həyata keçirilməsi ilə bağlı məhkəmədə öz adından çıxış etmək Xidmətin hüquqlarına aid edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən hallarına və normativ hüquqi aktların məzmununa əsasən müəyyən edilir ki, hazırkı iş üzrə icarə obyekti olan dövlət mülkiyyətində olan torpaq sahəsi "xxxx" MMC-nin icarəsinə verildiyindən Əmlak Məsələləri Dövlət Xidməti dövlət mənafeyinin müdafiəsi üçün hazırkı iddianı məhkəmədə qaldırmaq hüququna malikdir. Mülki Məcəllənin: 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. “Torpaq icarəsi haqqında” AR qanununun 14-cü maddəsinin 1-ci bəndinə görə torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən dövlət mülkiyyətində olan torpaq sahəsinin icarəsinə görə 50400 manat məbləğində borc tutularaq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin hesabına ödənilməlidir. Digər tərəfdən cavabdeh "xxxx" MMC ilkin iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə eyniməzmunlu iddiaya etiraz verərək, 1646 nömrəli 07 aprel 2022-ci il tarixli icarə müqaviləsini ilkin iddia üzrə iddiaçının məcbur etməsi ilə bağladığından müqavilənin ləğv edilməli olmasını və icarə haqqının borcunun tutulmalı olmamasını bildirmişdir. Göstərilən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Sözügedən normanının məzmunundan da göründüyü kimi hazırkı halda ilkin cavabdehin qaldırdığı icarə müqaviləsinin ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin edilərək mübahisəli icarə müqaviləsinin ləğv edilməsi ehtimal edilsə belə göstərilən hal ilkin cavabdehi icarə müqaviləsinin ləğv edilməsinədək olan dövr üçün icarə haqqını ödəmək öhdəliyindən azad etmir. Odur ki, ilkin cavabdehin istinad etdiyi dəlillər ilkin iddianın rədd edilməsi üçün əsas vermir. Cavabdeh "xxxx" MMC ünvan 2 ünvanda yerləşən sahəsi 3909 kv.m olan torpaq sahəsinin yaşayış binasının tikintisi üçün icarəyə götürülməsi barədə ilk əvvəl Bakı şəhər İcra Hakimiyyəti ilə 06 oktyabr 2020-ci il tarixində icarə müqaviləsinin bağlanması və həmin müqavilə qüvvədə olduğu halda iddiaçı ilə eyni torpaq sahəsinə dair yeni müqavilənin bağlanması barədə dəlillərinə gəldikdə isə qeyd etmək zəruridir ki, qarşılıqlı cavabdeh istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti ilə bağlandığı müqavilənin hal-hazırda qüvvədə olması, o cümlədən ilkin iddiaçı ilə icarə müqaviləsi bağlandıqdan sonra əvvəlki müqavilə üzrə hər hansı ödəniş etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qarşılıqlı iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasını müqavilə bağlanmasına məcbur edilməsi ilə əsaslandırmışdır. Mülki Məcəllənin: 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Göstərilən normaların məzmunundan da göründüyü kimi əqdi bağlamağa məcburetmə həmin əqdin etibarlılığının məhkəmə qaydasında mübahisləndirilməsi üçün əsas olmaqla əqdin ləğv edilməsinin əsası qismində çıxış etmir. Bundan əlavə qarşılıqlı iddiaçı tərəfindən 1646 nömrəli 07 aprel 2022-ci il tarixli icarə müqaviləsinin məcbur edilmə nəticəsində bağladığını təsdiq edən mötəbər sübutlar da məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan fotoşəkil və videolara gəldikdə qeyd edilməlidir ki, sözügedən fotoşəkillər və videolar nəinki qarşılıqlı iddia üzrə iddiaçının öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi faktiki halların sübut edilməsi üçün kifayət etmir, həmin fotoşəkillər və videoların hazırkı mübahisə ilə bağlılığının olması belə iş materiallarına əsasən müəyyən edilmir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olmaqla rədd edilməlidir. Məhkəmə xərclərinə gəldikdə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” AR Qanununun: 8.1.3-cü maddəsinə görə iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. MPM-in 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, ilkin iddia üzrə (iddia tələbinin həcminin artırılması barədə ərizə də nəzərə alınmaqla) ödənilməli olan dövlət rüsumunun məbləği 241,20 manat təşkil edir. Hazırkı halda ilkin iddia üzrə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu, eləcə də hazırkı qətnamə ilə ilkin iddanın təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın verilməsinə görə (iddia tələbinin həcminin artırılması barədə ərizə də nəzərə alınmaqla) ödənilməli olan 241,20 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin cavabdeh "xxxx" MMC-dən icarə müqaviləsi üzrə 50.400 manat məbləğind borc tutularaq ilkin iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilsin. İlkin iddia ərizəsinin verilməsinə görə (iddia tələbinin həcminin artırılması barədə ərizə də nəzərə alınmaqla) ödənilməli olan 241,20 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdeh "xxxx"xxxx"xxxx" MMC-nin qarşılıqlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar