Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-411/2022 26.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X3 qızının katibliyi iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, hazrlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 09 aprel 2013-cü il tarixli 090/413 saylı, 26 noyabr 2013-cü il tarixli 261/113 saylı və 12 fevral 2015-ci il tarixli 120/215 saylı kredit müqavilələri üzrə cəmi 949354,55 manat (əsas borc 865583,34 manat; faiz borcu 83771,21 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 840 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması; 2. Borc tələbinin ipoteka predmeti olan aşağıdakı əmlaklara yönəldilməsi: - Cavabdeh1 MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, General Həmidov küçəsi, məhəllə 3161-də mülkiyyətdə olan 0,02547 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 31 (kottec 13) nömrəli fərdi yaşayış evi; - Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, General Həmidov küçəsi, məhəllə 3161-də mülkiyyətdə olan 0,01716 hatorpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 31 (Htik) nömrəli fərdi yaşayış evi; - Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, General Həmidov küçəsi, məhəllə 3161-də mülkiyyətdə olan 0,02266 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 31 (kottec 8) nömrəli fərdi yaşayış evi. 3. Həmin əmlakların açıq hərracda satılması və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsi; 4. Əmlaklar satıldıqdan sonra 1 (bir) ay ərzində mülkiyyətçilərin əmlakdan çıxarılmaları və əmlakların boşaldılması; 5. Satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan məbləğinin Cavabdeh1 MMC-yə məxsus olan “Lexus LX-570 minik” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı və “Audi Q8 minik” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə və digər daşınar və daşınmaz əmlaklara (o cümlədən texnikalara, qurğulara və avadanlıqlara) yönəldilməsi, həmin əmlaklar üzərində Cavabdeh1 sMMC-nin mülkiyyət hüquqlarına xitam verilməsi, İddiaçı QSC-nin həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması, müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə İddiaçı QSC-nin yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 qeyd olunan ərizəni müdafiə edərək iddia ərizəsini geri qaytarılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 nümayəndəsi, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 qarşı borcun ödənilməsi tələbi barədə kommersiya mübahisəsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 840 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə 02.11.2021-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-411/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-411/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver