Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4112/2025 19.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, Tərəflərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı X2 Cavabdeh qarşı “icarə obyektinin geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X4 ilə Cavabdeh arasında bağlanmış 01 may 2020-ci il tarixli, № 179/44 saylıavadanlıqların icarə müqaviləsiəsasında yaranmış 39411.59 manat borcunun və ümumi dəyəri 10383 manat olan əmlakların: 1 ədədinin qiyməti 18 manat olan 2 ədəd (cəmi dəyəri 36 manat) dəmir dirək 1,2 m; 1 ədədinin qiyməti 27 manat olan 15 ədəd (cəmi dəyəri 405 manat) dəmir dirək 3,85m; 1 ədədinin qiyməti 32 manat olan 176 ədəd (cəmi dəyəri 5632 manat) dəmir dirək 4,5m; 1 ədədinin qiyməti 55 manat olan 74 ədəd (cəmi dəyəri 4070 manat) dəmir dirək 6.3m; 1 ədədinin qiyməti 8 manat olan 30 ədəd (cəmi dəyəri 240 manat) taxta 5x15 3 metr, cavabdehdan alınaraq X3 verilməsi; Hüquqi yardım üçün vəkilə ödənilən 640 (altı yüz qırx) manat pulun və ödənilmiş 267 manat ( iddia ərizəsi üçün 242 manat+25 manat MTT üçün) dövlət rüsumunun Cavabdeh alınaraq X3 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə hazırlıq iclasları xx.xx.2025-ci il tarixə saat 10:20-ə və xx.xx.2025-ci il tarixə saat 10:50-yə təyin edilmişdir, məhkəmə hazırlıq iclaslarında tərəflər iştirak etməmiş və iştirak etməməklərinin üzürlü səbəblərinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli Qərarının 2-ci bəndinə görə Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı “icarə obyektinin geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** saylı, xx.xx.2025-ci il tarixli qəbzə əsasən ödənilmiş 241 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-4112/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4112/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver