Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-412/2025 03.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun ödənilməsi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələblərə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 oktyabr 2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3559,32 (üç min beş yüz əlli doqquz manat otuz iki qəpik) manat məbləğində borcun-bundan 2097,46 manat (iki min doxsan yeddi manat qırx altı qəpik) əsas borc, 1169,17 manat (bir min yüz altmış doqquz manat on yeddi qəpik) müqavilə müddəti üçün hesablanmış faiz borcu, 48,80 manat (qırx səkkiz manat səksən qəpik) cərimə, 243,89 manat (iki yüz qırx üç manat 89 qəpik) kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə əsas borca hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 55,59 (əlli beş manat əlli doqquz qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 20 (iyirmi) faiz dərəcəsi ilə 3318 (üç min üç yüz on səkkiz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 19 oktyabr 2018-ci il tarixli, 19102018/159072/Z1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 19 oktyabr 2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi üzrə 20 fevral 2024-cü il tarixə banka ödənilməmiş cəmi 3559,32 manat (üç min beş yüz əlli doqquz manat otuz iki qəpik) məbləğində borcu vardır. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 27 fevral 2024-cü il tarixli, **********754 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2019-ci il tarixdə isə banka 130 (yüz otuz) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445, 445.2.1, 445.2.2, 445.7, 445.3, 448.1, 449.4, 470.1, 472.2, 472.3, 474.2, 474.3-cü maddələrinə istinad olunmuşdur.
4. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.
5. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməmələrinin səbələri barədəməlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdelərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən bank borcalana 36 ay müddətinə, illik 20% ödənilməsi şərtilə, 3318 manat məbləğində məqsədli istifadə, qaytarılmaq, faizlər ödənilmək və təminatlılıq əsasında kredit verir, borcalan isə üzərinə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etmək, habelə krediti və kreditə hesablanmış faizləri banka ödəməyə dair pul öhdəliyi götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilədə göstərilmiş qaydada borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında ödənişləri nağd və ya köçürmə yolu ilə həyata keçirir. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən borcalan ardıcıl olaraq 30 gündən artıq müddətdə ona verilmiş krediti və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə, ödəniş qrafiki üzrə ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirdikdə bank verdiyi krediti hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır. Müqavilə tərəflərin imzası ilə təsdiq edilmişdir.
7. Ləğv prosesində olan İddiaçı ASC-nin Həzi Aslanov filialı tərəfindən tərtib edilmiş kassa məxaric orderinin məzmunundan müəyyən olunur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 **********15907201 nömrəli hesabına 3318 manat vəsait köçürülmüşdür.
8. İddiaçı ASC, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 19102018/159072/Z1 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC qarşısında 19102018/159072 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
9. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********808 nömrəli maliyyə arayışından müəyyən olunur ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 19102018/159072 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə yaranmış əsas borc 2097,46 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz məbləği 1169,17 manat, gecikdirilmiş vaxt üçün illik 5%lə hesablanmış faiz məbləği 243,89 manat, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcun məbləği 3559,32 manat təşkil edir.
10. İddiaçı tərəfindən iş materiallarına ödəniş cədvəli və hesabdan çıxarış əlavə edilmişdir.
11. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 oğlu və Cavabdeh2 göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, Cavabdeh1 və Cavabdeh2 müqavilə üzrə yaranmış 3559,32 manat borcun 3 gün müddətində ödənilməsi təələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 3(103)-130/2020 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9754 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 19102018/159072 saylı kredit müqaviləsinin şərtləri üzrə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu xx.xx.2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 2122,72 manat, faiz borcu üzrə 1242,43 manat, xx.xx.2024-cü il tarixinə (maliyyə arayışının tərtib olunduğu tarixə) əsas borc üzrə 2122,72 manat, faiz borcu üzrə 1242,43 manat, illik 5%-lə hesablanan faiz borcu üzrə 247,95 manat, xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət olunan tarix) əsas borc üzrə 2122,72 manat, faiz borcu üzrə 1242,43 manat, illik 5%-lə hesablanan faiz borcu üzrə 301,31 manat təşkil edir. Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi
16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 oğlu arasında xx.xx.2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 oğluna bank tərəfindən 36 (otuz altı) ay müddətinə, illik 20% ödənilməsi şərtilə, 3318 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 oğlunun bank qarşınıdakı öhdəliyinin təminatı kimi ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən zamin borclu Cavabdeh1 İddiaçı ASC qarşısında öhədliklərini yerinə yetirməsinə görə öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı ASC müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdehlər (borcalan və zamin) öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə banka borcları yaranmışdır.
17. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi üzrə 2097,46 manat əsas borcun, 1169,17 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun tutulması təşkil edir.
18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit və faiz borcunun tutulması hissəsində təmin edilməli, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi üzrə 2097,46 manat (iki min doxsan yeddi manat qırx altı qəpik) əsas borc və 1169,17 (tələbə uyğun) manat (min yüz altmış doqquz manat on yeddi qəpik) faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9754 saylı ekspert rəyində həmin məbləğlər daha artıq qeyd olunsa da, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hazırkı qənaətə gəlmişdir.
19. İddiaçı eyni zamanda ödənişinin gecikdirilməsinə görə xx.xx.2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 243,89 manat məbləğin cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etmişdir.
20. Məhkəmə qanunvericilik normalarını əsas götürərək hesab edir ki, iddiaçı gecikdirilmiş əsas məbləğə illik beş faizin ödənilməsini cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və xx.xx.2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi üzrə 243,89 manat (iki yüz qırx üç manat səksən doqquz qəpik) məbləğində pul vəsaiti Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/9754 saylı ekspert rəyində həmin məbləğ daha artıq qeyd olunsa da, məhkəmə MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hazırkı qənaətə gəlmişdir.
21. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 48,8 manat (qırx səkkiz manat səksən qəpik) cərimə borcunun tutulması təşkil edir.
22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.
23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 48,8 manat (qırx səkkiz manat səksən qəpik) cərimə tutulmalıdır.
24. Borc məbləğinin zamin olan Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddətlər keçdiyi, zaminliyə xitam verildiyi üçün cavabdeh – zaminə münasibətdə iddia təmin olunmamalıdır.
25. Eləcə də, iddiaçı məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 55,59 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.
26. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,59 manat (əlli beş manat əlli doqquz qəpik) məbləğində pul vəsaiti Cavabdeh1 oğlundan iddiaçının xeyrinə tutulmalıdır.
27. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 19 oktyabr 2018-ci il tarixli, 19102018/159072 nömrəli kredit müqaviləsi üzrə 2097,46 manat (iki min doxsan yeddi manat qırx altı qəpik) əsas borc, 1169,17 manat (min yüz altmış doqquz manat on yeddi qəpik) faiz borcu, 48,8 manat (qırx səkkiz manat səksən qəpik) cərimə, 243,89 manat (iki yüz qırx üç manat səksən doqquz qəpik) illik 5%-lə hesablanmış faiz məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 55,59 manat (əlli beş manat əlli doqquz qəpik) olmaqla, ümumilikdə 3614,91 manat (üç min altı yüz on dörd manat doxsan bir qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan İddiaçı Açıq Şəhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova