Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4128/2021 05.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Hüseyn oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və s.” tələbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 MMM-dən və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 30 sentyabr 2020-ci il tarixli, RBSB-6420 saylı Baş kredit Xətti müqaviləsi üzrə kreditə görə görə 257809,20 (iki yüz əlli yeddi min səkkiz yüz doqquz manat iyirmi qəpik) manat, faiz borcuna görə 19288,99 (on doqquz min iki yüz səksən səkkiz manat doxsan doqquz qəpik) manat, dəbbə borcuna görə 58000 (əlli səkkiz min) manat, cəmi 335098,19 (üç yüz otuz beş min doxsan səkkiz manat on doqquz qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması; Cavabdeh4 MMM-dən İddiaçı ASC-nin xeyrinə29 oktyabr 2020-ci il tarixli, RBSB-6421 saylı Kredit müqaviləsi üzrə kreditə görə 188291,58 (yüz səksən səkkiz min iki yüz doxsan bir manat əlli səkkiz qəpik) manat, faiz borcuna görə 15728,59 (on beş min yeddi yüz iyirmi səkkiz manat əlli doqquz qəpik) manat, dəbbə borcuna görə 44000 (qırx dörd min) manat, cəmi 248020,17 (iki yüz qırx səkkiz min iyirmi manat on yeddi qəpik) manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat pulun tutulması; 30 sentyabr 2020-ci il tarixli, RBSB-6420 saylı Kredit müqaviləsi üzrə tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, mülkiyyətində olan 0.12 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 356,9 kv.m. ümumi sahədən ibarət 416B nömrəli Bağ evinə yönəldilməsi, həmin bağ evinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 MMM-nin30 sentyabr 2020-ci il tarixli, RBSB- 6420 saylı Kredit müqaviləsi üzrə cəmi 335098,19 (üç yüz otuz beş min doxsan səkkiz manat on doqquz qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; 29 oktyabr 2020-ci il tarixli, RBSB- 6421 Kredit müqaviləsi üzrə tələbin tam mülkiyyət hüququ iləCavabdeh1 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, ev 7-də yerləşən 3 otaqlı, 122,3 kv.m. ümumi sahədən ibarət 85 nömrəli mənzilə yönəldilməsi, həmin mənzili ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh4 MMM-nin 29 oktyabr 2020-ci il tarixli, RBSB- 6421 saylı Kredit müqaviləsi üzrə cəmi 248020,17 (iki yüz qırx səkkiz min iyirmi manat on yeddi qəpik) manat borcun və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 manat pulun İddiaçı ASC-nə ödənilməsi; ipoteka predmetlərinin satışından əldə edilmiş pul vəsaiti müvafiq olaraq kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun Cavabdeh4 MMM-dən və Cavabdeh1 tutulması; ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ən geci 1 ay ərzindəipoteka predmetlərinin boşaldılması, boşaldılmış şəkildə təhvil verilməsi və Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və yetkinlik yaşına çatmamış X1 oradan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 3.1 və 3.1.1-ci maddələrinə əsasən mediasiya mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) üzrə tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Həmin Qanunun 29.2-ci maddəsinə əsasən tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. Həmin Qanunun 29.3-cü maddəsinə əsasən tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir. Həmin Qanunun 29.5-ci maddəsinə əsasən tərəflər mediasiya prosesini davam etdirməyə qərar verdikdə isə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanılır və bu Qanunun 24-cü maddəsinə uyğun olaraq mediasiya prosesi həyata keçirilir. Həmin Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanmış qanun normalarının tələblərindən görünür ki, bütün növ kommersiya mübahisələri üzrə tərəflərin mediasiya prosesində iştirakı məcburidir. Kommersiya mübahisəsi üzrə tərəflər yalnız müvafiq mediasiya prosesində iştirak etdikdən sonra mediator tərəfindən tərtib edilmiş sənədi əlavə etməklə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.6-1-ci maddələrinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki işdən göründüyü kimi, iş üzrə tərəflərin mediasiya prosesində iştirak etməsi barədə sənəd iş materiallarına əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 3, 10-1.3, 151-152 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-4128/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4128/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver