Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-413/2025 19.01.2026 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, əsas, faiz, cərimə borcu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3755.73 manat əsas borc, 175.45 manat faiz borcu və 134.21 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 40.9 manat məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, cəmi 4106.29 manat borcun tutulması; 2. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə8720.54 manat əsas borc, 38.75 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 8759.29 manat məbləğində borcun və 128.6 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasənCavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 30%-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq, Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 20%-lə 24 ay müddətinə 29000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. 2024-cü il mayın 30-dək Cavabdeh1banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3755.73 manat əsas borc, 175.45 manat faiz, 268.42 manat cərimə borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 40.9 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 4240.5 manat borcu vardır. Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 268.42 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 134.21 manat məbləğində tələb olunur. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 20%-lə 20 ay müddətinə 26000 manat məbləğində kredit götürmüşdür. 2024-cü il mayın 30-dək Cavabdeh1banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8720.54 manat əsas borc, 38.75 manat faiz borcu olmaqla ümumilikdə cəmi 8759.29 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməyib və gəlməməyinin səbəbləri barədə məlumat verilməmişdir.
5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 30%-lə 120 ay müddətinə 200000 manat məbləğində kredit limiti verilmişdir.
8. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli və Cavabdeh3 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.
9. Həmin müqavilənin:
10. 1.1-ci bəndinə əsasən bu Müqavilənin predmeti xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir.
11. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada İcra edilmədlkdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
12. 4.2-ci bəndinə əsasən kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu (cərimə və penlya), borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.
13. 4.3-cü bəndinə əsasən zamin Borcalanın kredit müqaviləsindən irəli gələn vəzifələrini vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Kreditor qarşısında ona (Zaminə) məxsus bütün əmlakı ilə məsuliyyət daşıyır.
14. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 20%-lə 24 ay müddətinə 29000 manat məbləğində kredit götürmüşdür.
15. xx.xx.2023-cü il tarixli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə Əlavə Saziş 1-ə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixinə kimi uzadılmışdır.
16. xx.xx.2022-ci il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-nin “Nərimanov” filialından illik 20 %-lə 20 ay müddətinə 26000 manat məbləğində kredit götürmüşdür.
17. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 2024-cü ilin sentyabr ayının 10dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2384,19 manat əsas borc, 318,61 manat faiz borcu və 640,56 manat cərimə borcu və 85,20 manat illik 5 % hesablanmış faiz borcu olmaqla cəmi 3428,56 manat borcu vardır.
18. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 2024-cü ilin sentyabr ayının 10dək Cavabdeh1 banka xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8720,54 manat əsas borc, 500,67 manat faiz borcu və 240,39 manat cərimə borcu olmaqla cəmi 9461,60 manat borcu vardır.
19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli Kredit müqavilələrinin şərtləri və aparılmış ödənişlər nəzərə alınmaqla hər müqavilə müddətlərinin bitdiyi tarixə və maliyyə arayışının verildiyi xx.xx.2024-cü il tarixinə (ayrı-ayrı göstərilməklə) əsas, faiz və cərimə borcunun məbləği nə qədər təşkil etməsinin, İddiaçı ASC ilə borc alan Cavabdeh1 oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən maliyyə arayışında göstərilən xx.xx.2024-cü il tarixinə kimi illik 5 % ilə hesablanan faiz borcu nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
20. Azərbaycan Respublikası ƏN MEM-nin xx.xx.2025-ci il tarixli, 9/4066 saylı rəyinə əsasən 17 mart 2022-ci il tarixli, 22-MCR-1-629-21/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sulada qeyd edilən tarixlərə İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 3.585,79 manat, faiz borcu üzrə 147,56 manat. xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 1.179,77 manat, faiz borcu üzrə 0 manat, 5%-lə hesablanmış faiz borcu üzrə 61,15 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 23 avqust 2022-ci il tarixli, 22-MCR-1629-21/3 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sulada qeyd edilən tarixlərə İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 8.318,51 manat, faiz borcu üzrə 429,11 manat, xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 8.318,51 manat, faiz borcu üzrə 761,85 manat müəyyən edilmişdir.
21. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.
27. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
28. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
29. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
30. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
31. Göründüyü kimi hazırkı iş üzrə iddia tələbi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gələn borc məbləğlərinin tutulmasından ibarətdir. Cavabdehlər tərəfindən müqavilə üzrə öz öhdəliklərinin yerinə yetirilməməsi iş materiallarını ilə öz təsdiqini tapmışdır.
32. Bundan əlavə, məhkəmə əsas, faiz və cərimə borcunun nə qədər təşkil edilməsini hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin ƏN MEM-in xx.xx.2025-ci il tarixli, 9/4066 saylı rəyinə əsasən 17 mart 2022-ci il tarixli, 22-MCR-1-629-21/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sulada qeyd edilən tarixlərə İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 3.585,79 manat, faiz borcu üzrə 147,56 manat. xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə, müqavilə müddəti bitdikdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla): əsas borc üzrə 1.179,77 manat, faiz borcu üzrə 0 manat, 5%-lə hesablanmış faiz borcu üzrə 61,15 manat, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 23 avqust 2022-ci il tarixli, 22-MCR-1629-21/3 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sulada qeyd edilən tarixlərə İddiaçı ASC-ə olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-cü il tarixə (sualda qeyd edilən tarixə): əsas borc üzrə 8.318,51 manat, faiz borcu üzrə 429,11 manat, xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas borc üzrə 8.318,51 manat, faiz borcu üzrə 761,85 manat müəyyən edilmişdir.
33. Azərbaycan Respublikası Mülki Prpsessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Buna görə məhkəmə hesab edir ki, iddiaçının maliyyə arayışda göstərilən tarixə xx.xx.2022-ci il tarixli kredit müqavilələrinə əsasən yaranmış əsas borc və əsas borca hesablanan faiz borcu ekspert rəyi ilə eynilik təşkil etmədiyi üçün, əsas borc və faiz borcu ekspert rəyi ilə daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, xx.xx.2022-ci il tarixli kredit müqavilələrinə əsasən yaranmış əsas borc və əsas borca hesablanan faiz borcu ekspert rəyi ilə eynilik təşkil etmədiyi üçün, əsas borc ekspert rəyi ilə daha aşağı həddə müəyyən etdiyi üçün rəyə uyğun, faiz borcu isə iddia tələbində daha aşağı həddə müəyyən edildiyi üçün iddia tələbinə uyğun müəyyən edilərək cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
36. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən hesablanmış 134,21 manat məbləğində cərimə pullunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür.
37. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
38. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
39. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
40. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən tutulacaq dəbbə pulu xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 134,21 məbləğində müəyyən edilməlidir.
41. Bundan başqa iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 40,90 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir.
42. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
43. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
44. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçının kredit müqavilələri üzrə tələb etdiyi gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu, ekspert rəyində göstərilən məbləğlər ilə fərqlənir. Belə ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu iddia tələbində ekspert rəyində göstərilən məbləğlərdən daha aşağı həddə müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu iddia tələbində müəyyən edilən məbləğlərdə müəyyən edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
45. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlə bağlanmış kredit müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 3585,79 manat əsas borc, 147,56 manat faiz borcu, 134,21 manat dəbbə pulu və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8318,51 manat əssa borc, 38,75 manat faiz borclarının yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 40,90 məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
46. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 175,42 manat məbləğində iddiaçı tərəfindən dövlət rüsumu ödənişi edilmişdir.
47. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Odur ki, hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2dan, Cavabdeh3 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 3585,79 manat əsas borc, 147,56 manat faiz borcu, 134,21 manat dəbbə pulu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 40,90 manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 8318,51 manat əsas borc, 38,75 manat faiz borcu olmaqla ümumilikdə hər iki müqavilə üzrə 12.265,72 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 127 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2dan, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova