Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4137/2023 06.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsinin (sonradan İcarəyə Verilən Əmlak(lar) Binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.30 kv.m. təşkiledən qeyri-yaşayış sahəsinə dəyişdirilib), o cümlədən Binanın yerüstü/açıq avtoduracağında 2 (iki) ədəd avtoduracaq yerinin icarəyə verilməsi haqqında 15 yanvar 2021-ci il tarixli, 21/010 nömrəli Müqavilə üzrə Xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 9,911.25 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 119.11 manatı məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 10,030.36 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdehə qarşı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsinin (sonradan İcarəyə Verilən Əmlak(lar) Binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.30 kv.m. təşkiledən qeyri-yaşayış sahəsinə dəyişdirilib), o cümlədən Binanın yerüstü/açıq avtoduracağında 2 (iki) ədəd avtoduracaq yerinin icarəyə verilməsi haqqında 15 yanvar 2021-ci il tarixli, 21/010 nömrəli Müqavilə üzrə Xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 9,911.25 manat məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın da daxil olduğu 119.11 manatı məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 10,030.36 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 15 yanvar 2021-ci il tarixli, 21/010 nömrəli Müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq Başlama Tarixi kimi göstərilmiş 18 yanvar 2021-ci il tarixindən etibarən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV xaric 615.60 AZN aylıq İcarə Haqqı, ƏDV xaric 171.00 AZN aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 68.40 AZN aylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 855.00 AZN aylıq haqqın Cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə Müqaviləsinə dəyişikliklər edilməsinə dair tərəflər arasında imzalanmış 31 mart 2021-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşmaya əsasən İcarə Müddətinin 01 aprel 2021-ci il tarixindən etibarən İcarəyə Verilən Əmlak(lar) qismində çıxış edən qeyri-yaşayış sahəsi dəyişdirilərək, Binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.30 kv.m. təşkil edən ofis sahəsi müəyyən edilmişdir. Müvafiq ofis sahəsinə görə Cavabdeh tərəfindən ödəniləcək aylıq ödəniş haqları isə ƏDV xaric 1,193.40 AZN aylıq İcarə haqqı, ƏDV xaric 331.50 AZN aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 132.60 AZN aylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1,657.50 AZN olmaqla razılaşdırılmışdır. X2 əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 10 iyun 2021ci il tarixli, 2 nömrəli Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 10 iyun 2021-ci il tarixindən etibarən ödənişli əsaslar ilə Cavabdehin istifadəsinə verilmişdir. Müvafiq avtoduracaq yerinin müqabilində 2 nömrəli Əlavənin 2-ci bəndinə əsasən Cavabdeh tərəfindən ƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqının ödənişi nəzərdə tutulmuşdur. Əlavə olaraq İcarə Müqaviləsinə əlavələrin edilməsinə dair tərəflər arasında imzalanmış 16 iyun 2021-ci il tarixli, 3 №-li Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 16 iyun 2021-ci il tarixindən etibarən ödənişli əsaslar ilə Cavabdehin istifadəsinə verilmiş və 3 nömrəli Əlavənin 2-ci bəndinə əsasən ƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqının ödənişi razılaşdırılmışdır. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh İcarəyə Verilən Əmlak(lar)da İcarə Müddəti, o cümlədən X5 ərzində istifadə etdiyi elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri və Müqavilənin 3.3-cü bəndində qeyd edilməmiş və Cavabdeh tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.6-cı bəndinə əsasən Müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə Müqaviləsinin 3.1-ci bəndində göstərilmiş haqlara daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 2 (iki) iş günü ərzində həyata keçirilərək, cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış icarə haqqının və ya Müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində gecikməyə yol verərsə, İddiaçı hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində cavabdehə dəbbə pulu tətbiq etmək hüququnu özündə saxlayır. Bununla belə, icarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (19 oktyabr 2021-ci il tarixində FMG-01/21/517 nömrəli bildiriş və 12 noyabr 2021-ci il tarixində FMG-01/21/576 nömrəli pretenziya bildirişi təqdim edilib) cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 12 aprel 2022-ci il tarixində xitam verilmişdir. Tərəflər arasında imzalanmış 12 aprel 2022-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh icarə müqaviləsinin şərtlərinə uyğun olaraq icarəyə verilən əmlak(lar)ın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 5-ci bəndinə əsasən cavabdehin xitam tarixinə icarə müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 9,911.25 AZN təşkil edir. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq icarə müqaviləsinə xitam verilməsi cavabdehi icarə müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Mübahisənin bir daha məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 30 noyabr 2022-ci il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-02/22/369 nömrəli pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən 1 il 3 aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli barışıq sazişində göstərilən məbləğ şirkətin direktoru tərəfindən ödənilmişdir. Lakin bu ödəniş rəsmi qaydada həyata keçirilməmişdir. Buna səbəb həmin dövrdə şirkətin başqa mübahisələrlə bağlı hesablarına həbs qoyulması idi. Cavabdehin iddiaçıya hal-hazırda heç bir borcu yoxdur. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. xx.xx.2021-ci il tarixli 21/010 saylı Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsini ƏDV xaric 615.60 AZN aylıq icarə haqqı, ƏDV xaric 171.00 AZN aylıq təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 68.40 AZN aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 855.00 AZN aylıq haqqla cavabdehə icarəyə vermişdir.
10. 31 mart 2021-ci il tarixli, 1 nömrəli Əlavə Razılaşmaya əsasən icarə Müddətinin 01 aprel 2021-ci il tarixindən etibarən qeyri-yaşayış sahəsinin sahəsi dəyişdirilərək, Binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.30 kv.m. təşkil edən ofis sahəsi, ödəniləcək aylıq ödəniş haqları isə ƏDV xaric 1,193.40 AZN aylıq İcarə haqqı, ƏDV xaric 331.50 AZN aylıq Təmizlik və texniki xidmətlərə görə haqq və ƏDV xaric 132.60 AZN aylıq Mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1,657.50 AZN müəyyən edilmişdir.
11. 10 iyun 2021-ci il tarixli, 2 nömrəli Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 10 iyun 2021-ci il tarixindən ƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqı ilə cavabdehin istifadəsinə verilmişdir.
12. 16 iyun 2021-ci il tarixli, 3 nömrəli Əlavə Razılaşmaya əsasən Binanın yerüstü/açıq avtoduracağında 1 (bir) avtoduracaq yeri 16 iyun 2021-ci il tarixindən ƏDV xaric 40.00 AZN məbləğində aylıq duracaq haqqı ilə cavabdehin istifadəsinə verilmişdir.
13. 12 aprel 2022-ci il tarixli Xitam Razılaşmasından görünür ki, xx.xx.2021-ci il tarixli 21/010 saylı Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 12 aprel 2022-ci il tarixdən xitam verilmişdir.
14. Xitam Razılaşmasının 5-ci bəndinə əsasən cavabdehin xitam tarixinə İcarə Müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 9,911.25 AZN təşkil edir.
15. İşin müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli 21/010 saylı Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən ofis sahəsini cavabdehə icarəyə vermişdir. Tərəflər arasında 12 aprel 2022-ci il tarixli Xitam Razılaşması bağlanmış və razılaşmaya əsasən Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə 12 aprel 2022-ci il tarixdən xitam verilmişdir. Cavabdehin xitam tarixinə İcarə Müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu ƏDV daxil 9,911.25 AZN təşkil etmişdir.
16. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqaviləyə əlavələrin, xitam razılaşmasının təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, ofis sahəsini cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya icarə müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
17. Belə ki, hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmış, iddiaçı tərəfindən ofis sahəsi cavabdehə verilmiş, cavabdeh ƏDV daxil 9,911.25 AZN məbləğində icarə haqqı borcunu ödəməmişdir. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
18. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında borcun ödənildiyini bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
19. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia icarə haqqı üzrə borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
20. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 110 manat məbləğində mediasiya xərci Bakı 8 saylı Mediasiya təşkilatına ödənilmişdir.
21. İşdə olan ********** saylı xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 9,11 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
VI. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 24 ünvanında yerləşən “Dalğa Plaza” Biznes Mərkəzinin 4-cü mərtəbəsinin dəniz mənzərəli hissəsində, ümumi sahəsi 34.20 kv.m. təşkil edən ofis sahəsinin (sonradan İcarəyə Verilən Əmlak(lar) Binanın 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 66.30 kv.m. təşkiledən qeyri-yaşayış sahəsinə dəyişdirilib), o cümlədən Binanın yerüstü/açıq avtoduracağında 2 (iki) ədəd avtoduracaq yerinin icarəyə verilməsi haqqında 15 yanvar 2021-ci il tarixli, 21/010 nömrəli Müqavilə üzrə Xitam tarixinə yığılmış əsas borc üzrə ƏDV daxil 9,911.25 manat məbləğində borc, mediasiya sessiyasına və dövlət rüsumuna görə ödənilmiş 119.11 manat, cəmi ƏDV daxil 10,030.36 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev