Məhkəmə qərarları › İş №e-2-2(113)-4143/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4143/2024

10.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4143/2024 10.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 10341,37 ABŞ dolları - bundan 5448,21 ABŞ dolları əsas, 1694 ABŞ dolları faiz, 2395,84 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 803,32 ABŞ dolları faiz borcu, iş üzrə ödənilmiş 142,74 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən cavabdehə dövriyyə vəsaiti məqsədi ilə 12 (on iki) ay müddətinə illik 20 (iyirmi) faiz olmaqla, 7000 (yeddi min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 280014869/ZM saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 18 fevral 2016-cı il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 6755,39 (altı min yeddi yüz əlli beş ABŞ dolları 39 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixinədək uzadılır və illik 10 (on) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra ********* saylı 04 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə 08 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7412,34 (yeddi min dörd yüz on iki ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5994,97 (beş min doqquz yüz doxsan dörd ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc, 632,33 (altı yüz otuz iki ABŞ dolları 33 sent) ABŞ dolları faiz borcu və 785,04 (yeddi yüz səksən beş ABŞ dolları 04 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********359 saylı 08 aprel 2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 10341,37 ABŞ dolları təşkil edir. Bundan 5448,21 ABŞ dolları əsas, 1694 ABŞ dolları faiz, 2395,84 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 803,32 ABŞ dolları faiz borcu təşkil edir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 470.1, 472.2, 474.2, 739.1-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdehlər tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə iddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. İddiaçının nümayəndəsi “AZEMİS“ elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tədqiq olunan sübutlar:

6. İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərindən görünür ki, borcalana dövriyyə vəsaiti məqsədi ilə 12 ay müddətinə illik 20 faiz olmaqla, 7000 ABŞ dolları məbləğində kredit verilmişdir.

7. 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 1 nömrəli Əlavəyə əsasən Cavabdeh1 verilən kreditin məbləği 7000 ABŞ dolları, kreditin verilmə tarixi xx.xx.2015, kreditin son ödəmə tarixi xx.xx.2016-cı il, aylıq ödəniş 648,53 ABŞ Dolları, banka ödəniləcək ümumi faiz məbləği 782,25 ABŞ Dolları, banka ödəniləcək ümumi məbləğ 7.782,25 ABŞ Dolları təşkil edir.

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında imzalanmış 280014869/ZM saylı xx.xx.2015ci il tarixli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (4.1).

9. 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 18 fevral 2016- cı il tarixdə 01 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 6755,39 ABŞ dolları təşkil edir (1.1). Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixinədək uzadılır və illik 10 (on) faiz ödənilir.

10. 280014869/ZM saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 6755,39 ABŞ dolları təşkil edir (1.1). Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2017-ci il tarixinədək uzadılır və illik 10 (on) faiz ödənilir.

11. ********* saylı 04 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə 08 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş imzalanmışdır. Sazişin 1.1-ci bəndinə əsasən kredit aşağıdakı şərtlərlə restrukturizasiya edilir: Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7412,34 (yeddi min dörd yüz on iki ABŞ dolları 34 sent) ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5994,97 (beş min doqquz yüz doxsan dörd ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc, 632,33 (altı yüz otuz iki ABŞ dolları 33 sent) ABŞ dolları faiz borcu və 785,04 (yeddi yüz səksən beş ABŞ dolları 04 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir.

12. 280014869/ZM saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 7412,34 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5994,97 (beş min doqquz yüz doxsan dörd ABŞ dolları 97 sent) ABŞ dolları əsas borc, 632,33 (altı yüz otuz iki ABŞ dolları 33 sent) ABŞ dolları faiz borcu və 785,04 (yeddi yüz səksən beş ABŞ dolları 04 sent) ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır.

13. xx.xx.2015-ci il tarixli ******* 27075 ABŞ Dolları saylı kassa məxaric orderindən məlum olur ki, 7.000 ABŞ dolları Cavabdeh1 verilmişdir.

14. 19 may 2024-cü il tarixli **********394 nömrəli maliyyə arayışından görünür ki, 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 30 aprel 2024-cü il tarixinə 5448,21 ABŞ dolları əsas borc, 1694 ABŞ dolları faiz borcu, 2395,84 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği üzrə 803,32 ABŞ dolları borc hesablanmışdır.

15. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda cəmi 10319,33 ABŞ dolları məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4143/2024 saylı qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi və həmin müqaviləyə edilmiş 18 fevral 2016-cı il tarixli, 01 nömrəli Əlavə saziş, 08 iyun 2017-ci il tarixli, 02 nömrəli Əlavə saziş üzrə müqavilə müddətinin bitdiyi tarixə (xx.xx.2021-ci il) əsas və faiz borcu, maliyyə arayışında qeyd edilən tarixə (xx.xx.2024-cü il) əsas borc, faiz borcu və müqavilə müddəti bitdikdən sonra 5%-lə hesablanan məbləğin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6806 saylı ekspert rəyinin nəticə hissəsində qeyd olunanlara əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi, xx.xx.2016-cı il tarixli, 01 nömrəli, xx.xx.2017-ci il tarixli, 02 nömrəli Əlavə Sazişlərin şərtləri və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu xx.xx.2021-ci il tarixə əsas borc üzrə 5447,24 ABŞ Dolları, faiz borcu üzrə 1388,54 ABŞ Dolları, 30 aprel 2024-cü il tarixə əsas borc üzrə 5447,24 ABŞ Dolları, faiz borcu üzrə 1.388,54 ABŞ Dolları, faiz (illik 5 %-lə) borcu 788,34 ABŞ Dolları təşkil edir. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi

20. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 bank tərəfindən dövriyyə vəsaiti məqsədi ilə 12 ay müddətinə illik 20 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə 18 fevral 2016-cı il tarixdə 01 nömrəli Əlavə Saziş və 08 iyun 2017-ci il tarixdə 02 nömrəli Əlavə Saziş bağlanmış və həmin sazişlərlə tərəflər arasında bağlanmış 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmiş və kredit qalığı və hesablanmış faizlərin qaytarılması müddətləri uzadılmışdır. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh2 arasında 280014869/ZM saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 04 dekabr 2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Kreditor kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin kredit müqaviləsi üzrə öhdəlikləri tam icra etməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar.

21. İddia tələbinin bir hissəsini cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5448,21 ABŞ dolları əsas, 1694 ABŞ dolları faiz borcunun tutulması təşkil edir.

22. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını, xx.xx.2024-cü il tarixli, 9/6806 saylı ekspert rəyini, MPM-in 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 5447,24 ABŞ dolları əsas borc, 1388,54 ABŞ dolları faiz borcu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh1 tutulmalıdır.

23. İddia tələbinin digər hissəsini cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada krеdit razılaşması üzrə 2395,84 ABŞ dolları cərimə borcunun tutulması təşkil edir.

24. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

25. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq, kredit razılaşması üzrə 250 ABŞ dolları məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

26. İddiaçı kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış 803,32 ABŞ dolları məbləğində faiz borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

27. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də qismən təmin olunmalı, müqavilə müddəti başa çatan tarixdən (xx.xx.2021-ci il) maliyyə arayışında qeyd edilən tarixə (30 aprel 2024-cü il tarixə) olan müddət üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan, ekspert rəyi ilə müəyyən olunan 788,34 ABŞ dolları məbləğində (ekspert rəyinə uyğun) pul ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

28. Borc məbləğinin zamin olan Cavabdeh2 tutulmasına münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri əsas götürülməlidir. Belə ki, həmin maddənin tələbinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə birmişdir. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddətlər keçdiyi, zaminliyə xitam verildiyi üçün cavabdeh – zaminə münasibətdə iddia təmin olunmamalıdır.

29. Eləcə də, iddiaçı iş üzrə ödənilmiş 142,74 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

30. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafasından görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** nömrəli qəbzə əsasən 142,74 manat məbləğində pul dövlət rüsumunun əvəzi olaraq dövlət büdcəsinə ödənmişdir.

31. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 108,7 manat pul Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

32. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 38,10 manat (otuz səkkiz manat on qəpik) hissəsi Cavabdeh1, 11,90 manat (on bir manat doxsan qəpik) hissəsi iddiaçı ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6806 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 5447,24 ABŞ dolları (beş min dörd yüz qırx yeddi dollar iyirmi dörd sent) əsas borc, 1388,54 ABŞ dolları (min üç yüz səksən səkkiz dollar əlli dörd sent) faiz borcu, 250 (iki yüz əlli) ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra 5 faizlə hesablanmış 788,34 ABŞ dolları (yeddi yüz səksən səkkiz dollar otuz dörd sent) faiz məbləği olmaqla, cəmi 7874,12 ABŞ dolları (yeddi min səkkiz yüz yetmiş dörd dollar on iki sent) məbləğində pul vəsaiti manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 108,7 manat (yüz səkkiz manat yetmiş qəpik) ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 38,10 manat (otuz səkkiz manat on qəpik) hissəsi Cavabdeh1, 11,90 manat (on bir manat doxsan qəpik) hissəsi iddiaçı ləğv prosesində İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar