Məhkəmə qərarları › İş №e-2-2(113)-4144/2022

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4144/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4144/2022 26.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi iddiaçının nümayəndəsi X1, Cavabdeh5 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4, Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh3 MMC-dən xx.xx.2015-ci il tarixli 240/14 saylı kredit müqaviləsi üzrə 248.488,89 manat əsas, 30.229,35 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 3554,53 manat faiz borcu olmaqla, cəmi 282.272,77 (iki yüz səksən iki min iki yüz yetmiş iki manat, 77 qəpik) manat, xx.xx.2015-ci il tarixli 099/15 saylı kredit müqaviləsi üzrə 300.000 manat əsas, 70.400 manat faiz, kredit müqaviləsinin müddəti bitəndən sonra hesablanmış 4292,01 manat faiz borcu olmaqla, cəmi 374.692,01 (üç yüz yetmiş dörd min altı yüz doxsan iki manat, 01 qəpik) manat, ümumilikdə 656.969,78 (altı yüz əlli altı min doqquz yüz altmış doqquz manat, 78 qəpik) manat kredit borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində xərcin, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün ödənilmiş 547 (beş yüz qırx yeddi) manat dövlət rusumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 130 (yüz otuz) manat rüsumun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh5 məxsus olan İsmayıllı şəhəri, H.Əliyev prospekti 7 ünvanında 2.125 ha torpaq sahəsində yerləşən 4136,6 kv.m. sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinə yönəlməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh3 MMC-dən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh5 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 onlara qarşı irəli sürülmüş iddianın əsassız olmasını, iddiaçı ilə aralarında öhdəlik münasibətlərinin olmamasını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh1 və Cavabdeh4 iş üzrə cavabdeh kimi qeyd etsə də qeyd olunan şəxslərə qarşı tələb irəli sürməmiş, bununla bağlı məhkəmə tərəfindən məlumat verilməsinə baxmayaraq qeyd olunan nöqsanı aradan qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4, Cavabdeh5 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar