Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4145/2024 20.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, podrat münasibətləri, borclunun icranı gecikdirməsi, qanuni faiz, hüquqi yardım xərci) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə 146 000 manat əsas borcun, 26280 manat ƏDV məbləğinin, əsas borca illik 5 faizlə hesablanmış 8614 manat məbləğində pulun və 300 manat hüquqi yardım xərcinin, ödənilmiş 470,89 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 27 mart 2023-cü il tarixli 27-03/23 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, iddiaçı torpaq qazılmasıdaşınması işlərinin görülməsi xidmətlərini həyata keçirməyi, cavabdeh müqavilədəki şərtlərə uyğun olaraq həmin xidmətlərin göstərilməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. 2.2. İddiaçı xx.xx.2023-cü il tarixli müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirsə də, cavabdeh tərəfindən görülən xidmətin müqabilində iddiaçıya ödənməli olan xx.xx.2023-cü il tarixli 161007 nömrəli elektron qaimə-faktura sənədinə görə 48500 manat əsas, 8730 manat ƏDV olmaqla cəmi 57230 manat, xx.xx.2023-cü il tarixli 314646 nömrəli elektron qaimə-faktura sənədinə görə 47145 manat əsas, 8486,10 manat ƏDV olmaqla cəmi 55631,10 manat, xx.xx.2023-cü il tarixli 309769 nömrəli elektron qaimə-faktura sənədinə görə 50355 manat əsas, 9063,90 manat ƏDV olmaqla cəmi 59418,90 manat olmaqla ümumilikdə 172 280 manat pul bugünədək iddiaçıya ödənilməmişdir. Beləliklə də həmin müqavilə üzrə cavabdehin iddiaçıya 172 280 manat (146 000 manat əsas borc, 26280 manat ƏDV borcu) ödənilməmiş əsas borcu qalmışdır. 2.3. Eyni zamanda görülmüş işlər təhvil-təslim aktları ilə də təhvil alınmışdır. Belə ki, 002-ERTRANS/SK-2023 nömrəli təhvil-təslim aktı sənədinə əsasən iddiaçı xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə torpaq qazılması-daşınması xidməti görmüş, bunun müqabilində cavabdeh iddiaçıya 18% ƏDV ilə birlikdə 59418,90 manat, 001- ERTRANS/SK-2023 nömrəli təhvil-təslim aktı sənədinə əsasən iddiaçı xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə torpaq qazılması-daşınması xidməti görmüş, bunun müqabilində cavabdeh iddiaçıya 18% ƏDV ilə birlikdə 57230 manat, 003-ERTRANS/SK-2023 nömrəli təhvil-təslim aktı sənədinə əsasən iddiaçı xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərdə torpaq qazılması-daşınması xidməti görmüş, bunun müqabilində cavabdeh iddiaçıya 18% ƏDV ilə birlikdə 55631,10 manat ödəniş etməli olduğunu təsdiq etmişdir. 2.4. Dəfələrlə cavabdehdən borcun ödənilməsi barədə şifahi qaydada xahiş və tələb edilsə də, eyni zamanda xx.xx.2024-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə elektron kargüzarlıq vasitəsilə pretenziya ilə xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən bugünədək ƏDV daxil olmaqla 172 280 manat borc məbləği iddiaçıya ödənməmişdir. 2.5. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə müvafiq olaraq əsas borc məbləği olan 172 280 manat məbləğin 5%-i, yəni (172 280x5%=) 8614 manat məbləğində pul da hesablanmış faiz olaraq cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 431, 448, 445.7-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndə və vəkili Nümayəndə məhkəmənin baxış iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 kommersiya hüquqi şəxslərinin dövlət reyestrində qanuni təmsilçi kimi qeyd olunsa da, cavabdehə faktiki rəhbərliyi Təhməzov Qalibin həyata keçirdiyini, cavabdehə hansı xidmətlərin göstərildiyindən məlumatlı olmadığını, təhviltəslim aktlarının sonuncu tərəfindən imzalandığını bildirdi.
7. Cavabdeh məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 27-03/23 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, “Sifarişçi” yol təmir-tikinti, asfalt işlərinin görülməsi zamanı torpaq qazılması-daşınması işlərinin görülməsi xidmətlərinin göstərilməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada torpaq qazılması-daşınması işlərinin görülməsi xidmətləri göstərməyi öhdəsinə götürür (1.1). Göstərilən xidmətlərin həcmi bu müqaviləyə əlavə edilən xidmət aktı (və ya aktları) ilə müəyyənləşdirilir. Bu müqavilə üzrə xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair hesab-fakturada qeyd edilir (1.2). Xidmətin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində həyata keçirilir (1.3). Xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi “Sifarişçi” tərəfindən verilir (2.1). “İcraçı” “Sifarişçi”nin sifariş verdiyi torpaq qazılması-daşınması işlərinin görülməsi xidmətlərini həyata keçirir (işi icra edir) (2.2). “İcraçı” müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir (2.3). “İcraçı”nın yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “Sifarişçi” tərəfindən təhvil alınır (2.4). Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və müqavilənin tərkib hissəsi olan Əlavə 1-də göstərilir. Xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərkib hissəsi olan Əlavə 1-də qeyd edilir (4.1). Hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir (4.2). Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq (4.3). Bu müqavilədə nəzərdə tutulan tornaa qazılması-daşınması işlərinin görülməsi xidməti razılaşma müddətində həyata keçirilməlidir (5.2).
12. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş görülmüş işlərin təhvil-təslim aktlarından görünür ki, 001-ERTRANS/SK-2023 nömrəli təhvil-təslim aktı ilə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində ƏDV daxil 57230 manat, 002-ERTRANS/SK-2023 nömrəli təhvil-təslim aktı ilə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində ƏDV daxil 59418,9 manat, 003-ERTRANS/SK-2023 nömrəli təhvil-təslim aktı ilə xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində ƏDV daxil 55631,1 manat (ümumilikdə ƏDV daxil olmaqla 172 280 manat) dəyərində görülmüş işlər təhvil alınmışdır.
13. İş materiallarında olan elektron qaimə-fakturalardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDİ 161007 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 57230 manat, xx.xx.2023-cü il tarixli EBDJ 309769 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 59418,9 manat, xx.xx.2023-cü il tarixli EBDJ 314646 seriya və nömrəli elektron qaimə ƏDV daxil olmaqla 55631,1 manat (ümumilikdə ƏDV daxil olmaqla 172 280 manat) dəyərində görülmüş iş üçün tərtib edilmişdir.
14. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli 27-03/23 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh yol təmir-tikinti, asfalt işlərinin görülməsi zamanı torpaq qazılması-daşınması işlərinin görülməsi xidmətlərinin göstərilməsini sifariş verib iddiaçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada torpaq qazılması-daşınması işlərinin görülməsi xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş 001-ERTRANS/SK-2023, 002-ERTRANS/SK-2023 və 003-ERTRANS/SK-2023 nömrəli təhvil-təslim aktları əsasında ümumilikdə ƏDV daxil olmaqla 172 280 manat dəyərində görülmüş iş cavabdeh tərəfindən təhvil alınmış, görülmüş işlərlə bağlı iddiaçı xx.xx.2023-cü il tarixli EBDİ 161007, xx.xx.2023-cü il tarixli EBDJ 309769 və xx.xx.2023-cü il tarixli EBDJ 314646 seriya və nömrəli elektron qaimələr tərtib edərək cavabdehə göndərmişdir.
15. İddiaçı görülmüş işlərin dəyəri olan ƏDV daxil olmaqla 172 280 manat məbləğində pulun tutulmasını tələb edir.
16. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmədiyini, təhvil-təslim aktlarındakı imzaların hüquqi şəxsin faktiki rəhbəri olan Təhməzov Qalibə məxsus olduğunu bildirir.
17. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 27-03/23 nömrəli müqavilə mahiyyət etibarilə podrat müqaviləsi olub, iddiaçının görülmüş işlərin əvəzinin ödənilməsi tələbinin hüquqi əsasını isə Mülki Məcəllənin 752.1, 753.1 və 769-cu maddələri təşkil edir.
18. Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
19. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
20. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
21. Məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd edilən maddələrdən və xx.xx.2023cü il tarixli müqavilədən irəli gələn muzdun ödənilməsi hüququnu realizə edir və hazırkı iş üzrə qeyd olunan normaların dispozisiya şərtləri mövcuddur.
22. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
23. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
26. Beləliklə, məhkəmə qeyd edir ki, xidmət müqaviləsi üzrə görülmüş işlərin dəyərini ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (sifarişçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
27. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2023-cü il tarixli 27- 03/23 nömrəli xidmət müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 26280 manat ƏDV daxil olmaqla 172 280 manat borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə qanuni faiz məbləğinin tutulması tələbi ilə bağlı
28. İddiaçı iddia ərizəsində əsas borca illik 5 faizlə hesablanmaqla 8614 manat məbləğində pulun da tutulmasını tələb edir.
29. Belə ki, Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
31. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).
32. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
33. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
34. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
35. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
36. Lakin tərəflər arasında xx.xx.2023-cü il tarixli 27-03/23 nömrəli xidmət müqaviləsində xidmət müqaviləsində öhdəliyin icrası üçün təqvim günü şərtləşdirilməmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir.
37. İddiaçının xx.xx.2023-cü il tarixdə pulun tələb edilməsi barədə pretenziya məktubunu (üç gün ərzində ödənilməsi) cavabdehə X1 Sistemi vasitəsilə çatdırmaqla pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5 faizlə hesablamanın başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmaqla iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixə qədər 313 gün üçün həyata keçirilməlidir.
38. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 7386,8 manat (172 280 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 313 gün (gecikdirilən gün sayı)) təşkil edir.
39. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 7386,8 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
40. İddiaçı 300 manat hüquqi yardım xərcinin, ödənilmiş 470,89 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
41. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzinə əsasən 472 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmişdir.
42. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 320 manat məbləğində pul Bakı şəhəri 17 saylı vəkil bürosuna ödənilmişdir (xx.xx.2024-cü il tarixli 195 nömrəli müqavilə, order № 0405588).
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
47. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.) nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.
48. Beləliklə, yuxarıda göstərilənləri, iddia tələbinin qismən təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 468 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 27 mart 2023-cü il tarixdə bağlanmış 27-03/23 nömrəli xidmət müqaviləsi üzrə 26 280 (iyirmi altı min iki yüz səksən) manat ƏDV məbləği daxil olmaqla 172 280 (bir yüz yetmiş iki min iki yüz səksən) manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 7386 (yeddi min üç yüz səksən altı) manat 80 (səksən) qəpik olmaqla ümumilikdə 179 666 (bir yüz yetmiş doqquz min altı yüz altmış altı) manat 80 (səksən) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 468 (dörd yüz altmış səkkiz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova