Məhkəmə qərarları › İş №e-2-2(113)-4145/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4145/2025

18.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4145/2025 18.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 04 aprel 2024-cü il tarixli, 03 nömrəli eksklüzivlik müqaviləsi üzrə müxtəlif vaxtlarda hissə-hissə cavabdehə ödənilmiş 1039935,58 manat pulun (881301,33 manat hissəsi dərmanlar üçün nəzərdə tutulan satış dəyəri + 158634,25 manat hissəsi isə ƏDV məbləği olmaqla) və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 1311 (bir min üç yüz on bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1041246,58 manat pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf vəsatətlə məhkəməyə müraciət edərək, hazırkı işin Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-4022/2025 saylı işə birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən iddia ərizəsi ilə Cavabdeh MMC-yə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 1041246,58 manat pulun Cavabdeh MMC-dən tutularaq (alınaraq) İddiaçı MMC-yə ödənilməsi (verilməsi) barədə qətnamənin çıxarılması istənilmişdir. Məhkəmənin hazırlıq iclası 12 iyun 2025-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsindən qabaq məhkəməyə müraciət etmək üçün müvafiq prosessual addımlar atılmış və bu barədə də Cavabdeh MMC bundan xəbərdar idi. Hətta iddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu və bununla bağlı digər sənədlərin göndərilməsi prosedurunun həyata keçirilməsindən cavabdehin xəbəri var idi. Bunu görən cavabdeh öz öhdəliklərindən yayınmaq üçün 340000 (üç yüz qırx min) manat pul vəsaitinin (cərimənin) və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-dən alınaraq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamənin çıxarılması ilə bağlı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Verilən iddia tələbləri xx.xx.2025-ci il tarixə təyin edilənə kimi artıq cavabdehin verdiyi iddia ərizəsinə baxılması barədə Bakı Kommersiya Məhkəməsinin digər hakiminin icraatında baxılması üçün e-2-2(113)-4022/2025 nömrəli kommersiya işi olmuşdur (Cavabdeh MMC-nin verdiyi iddia ərizəsi üzrə). Məhkəmənin 12 may 2025-ci il tarixli, e-2-2(113)-4022/2025 saylı qərardadı ilə ilk hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Qeyd olunan tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və növbəti hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin olunmuşdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, hər iki kommersiya mübahisəsi eyni müqavilədən irəli gəlməklə, eyni tərəflər arasındadır və eyni mübahisə predmeti üzərindən qurulmuşdur. Bu isə hər iki işin bir icraatda baxılması və müvafiq araşdırmanın da tam, obyektiv, qərəzsiz və prosessual qənaət prinsipinin təmin edilməsi məqsədi ilə birləşdirilməsi üçün hüquqi zəmin yaradır. Hər iki işin bir icraatda birləşdirilərək, hər iki tərəfin iddia və tələblərinin birgə araşdırılaraq, bir yerdə hüquqi qiymət verilməklə yekun məhkəmə qərarının çıxarılması məqsədəmüvafiq hesab olunur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında vəsatətin məzmununa uyğun izahat verərək, vəsatəti müdafiə etdi və işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, vəsatət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin icraatında olan hər iki iş üzrə tərəflər eyni olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)-4145/2025) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair işlə (İş № e-2-2(113)-4022/2025) birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iş (İş № e-2-2(113)-4145/2025) məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair işlə (İş № e-2-2(113)-4022/2025) birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar