Məhkəmə qərarları › İş №e-2-2(113)-4149/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-4149/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-4149/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi X1 İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 27-03/23 saylı müqaviləyə əsasən yaranmış 146.000 manat məbləğində əsas borcun, 26.280 manat ƏDV borcunun, 8614 manat məbləğində hesablanmış faiz borcunun, hüquqi xidmət müqabilində vəkilə ödənilmiş 300 manat pulun, dövlət rüsumu olaraq məhkəməyə ödənilmiş 470,89 manat pulun, cəmisi 181.664,89 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. İşə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4145/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı MMC eyni əsas və eyni predmetlə Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin iddia ərizəsi (İş № e-2-2(113)-4145/2024) Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilmişdir (hakim Nərmin Əhmədova). Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı Kommersiya Məhkəməsinin icraatında iş vardır. Azərbaycan Respublikasının MPM-nin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırki eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxıldığından iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair ərizənin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumu geri qaytarılsın. Ərizəçi İddiaçı MMC-yə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçinin həmin maraqlı şəxsə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən ərizə verməyə mane olur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar