Məhkəmə qərarları › İş №e-2-2(113)-415/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-415/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-415/2020 11.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Mustafayev Ramil Elbrus oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı x6 (ASC) “x9 Hovuz and SPA” x4 (MMC) qarşı pul tələbi barədə ilkin, “x9 Hovuz and SPA” x3 İddiaçı x5rşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30954 manat və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin “x9 Hovuz and SPA” MMC-dən tutularaq İddiaçı ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “x9 Hovuz and SPA” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 45000 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatına olan məzənnəsi ilə hesablanaraq 30954 manat vəsait çıxılmaqla qalan məbləğin İddiaçı ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ASC ilə “x9 Hovuz and SPA” MMC arasında olan razılaşmaya əsasən cavabdeh sonuncu iddiaçıya məxsus satış mağazasından 133954 manat dəyərində mal götürmüş və götürdüyü malın tam dəyərini işlər yekunlaşdıqdan sonra ödəyəcəyini bildirmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmiş və 30954 manat borcunu ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh təşkilatın baş direktoru x8 15 iyul 2018-ci il tarixli İddiaçı ASC-nin sədr müavini Oruc Məmmədova verdiyi iltizamda da borcun ödəyəcəyini bildirmişdir. Cavabdeh borcun ödənilməməsi üçün rəsmi məktubla bildirmişdir ki, ”...müştərimizin obyektində sizdən alınan mərmərlər quraşdırılmış və çox qısa bir müddət ərzində həmin mərmərlərin birləşmə yerlərində və orta yerlərində sarı ləkələrin yaranması müşahidə olunmuşdur. Bu səbəbdən də, müştərimiz bu halı əsas tutaraq bütün mərmərlərin dəyişdirilməsini tələb edir və ödəməli olduğu 45000 ABŞ dolları məbləğindəki vəsaiti ödəməkdən boyun qaçırır”. Bundan sonra İddiaçı ASC-nin nümayəndəsi ilə birlikdə həmin obyektə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, ucuz başa gəlməsi üçün ağ mərmər daşlar rəngli kontakt, yəni, birləşdirici kleylə birləşdirilmişdir. Halbuki, bu zaman ağ sementdən və Master Tile (R) NTS 26 markalı yapışdırıcıdan istifadə olunmalı idi. Bu yapışqan məhz ağ mərmər işləmələrdə istifadə olunur.Həmin yapışqanın təlimatının “Avantajları” bölməsinin 7-ci bəndində türk dilində qeyd olunmuşdur: “Beyaz mermerle kullandıkda ve döşeme işlemi yağlama (yüzdürme yöntemi ile yapıldığında, haricin yol açdığı lekelənme yaşanmaz). Cavabdeh isə məişətdə işlədilən sarı yapışqandan istifadə edib ki, bunun da nəticəsi göz qabağındadır. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ASC “x9 Hovuz and SPA” MMCyə lazımi keyfiyyətdə malları təhvil verməmiş, bununla da sonuncunu xidmət göstərdiyi müştəriləri qarşısında çətin vəziyyətə salmışdır. Belə ki, “x9 Hovuz and SPA” MMC memarlıq fəaliyyəti ilə məşğuldur və İddiaçı ASC-dən aldığı mərmərləri öz müştərilərinə göstərdiyi xidmət zamanı təmir işlərində istifadə etmişdir. Lakin əldə edilmiş mərmərlərin birləşmə və orta yerlərində qısa müddət ərzində sarı ləkələrin yaranması müşahidə olunmuşdur. Buna görə də “x9 Hovuz and SPA” MMC-nin xidmət göstərdiyi müştəri bu halı əsas tutaraq mərmərlərin dəyişdirilməsini tələb etmiş və ödəməli olduğu 45000 ABŞ dolları məbləğində vəsaiti ödəməkdən boyun qaçırmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - “x10 Hovuz and SPA” MMC-nin direktoru Hasan Kaya tərəfindən İddiaçı ASC-yə ünvanlanmış ödənişlərin vəziyyəti barədə 15 iyul 2018-ci il tarixli iltizamla müəyyən edilir ki, cavabdehin iddiaçının alqı-satqı münasibətlərindən irəli gələn borcu həmin tarixə 75954 manat təşkil edir və “x10 Hovuz and SPA” MMC həmin borcu tam olaraq 2018-ci ilin avqust ayında ödəcəyini vəd edir. - 18 iyun 2019-cu il tarixdə İddiaçı ASC tərəfindən “x10 Hovuz AND SPA” MMC-yə pretenziya məktubu ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - 24 sentyabr 2019-cu il tarixli maliyyə arayışı ilə müəyyən edilir ki, cavabdeh “x10 Hovuz and SPA” MMC tərəfindən İddiaçı ASC-yə 27 iyul 2018-ci il tarixdə 15000 manat, 01 sentyabr 2018-ci il tarixdə 3000 manat, 03 sentyabr 2018-ci il tarixdə 20000 manat, 13 sentyabr 2018-ci il tarixdə 7000 manat, cəmi 45000 manat məbləğində ödəniş edilmiş, 24 sentyabr 2019-cu il tarixə cavabdehin iddiaçıya ödənilməmiş borcu 30954 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Alınmış malların dəyərinin tam ödənilməməsi, iddia tələbində göstərilən əsas borc məbləğinin 30954 manat təşkil etməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, ilkin iddianın təmin olunması üçün əsaslar mövcuddur. İlkin iddiaya etirazın və qarşılıqlı iddianın əsası kimi göstərilən hal ondan ibarətdir ki, İddiaçı ASC “x9 Hovuz and SPA” MMC-yə lazımi keyfiyyətdə malları təhvil verməmiş, alınmış mərmərlərin birləşmə və orta yerlərində qısa müddət ərzində sarı ləkələrin yaranması müşahidə olunmuş, buna görə də “x9 Hovuz and SPA” MMC-nin xidmət göstərdiyi müştəri bu halı əsas tutaraq mərmərlərin dəyişdirilməsini tələb etmiş və ödəməli olduğu 45000 ABŞ dolları məbləğində vəsaiti ödəməkdən boyun qaçırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Qeyd olunan normanın məzmunundan görünür ki, əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmək vəzifəsi alıcının üzərinə düşür. Lakin “x9 Hovuz and SPA” MMC tərəfindən məhkəməyə əşyanın qüsurlarının verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini, müştəri ilə 45000 ABŞ dolları məbləğində müqavilə bağlandığını, həmin məbləğin ona ödənilmədiyini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Yəni, hazırkı vəziyyətdə “x9 Hovuz and SPA” MMC tərəfindən ən azı zərərin mövcud olduğunu təsdiq edən sübut təqdim olunmalı idi ki, məhkəmə zərərin yaranma səbəbini araşdırsın. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “... ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.” Beləliklə, məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, qarşılıqlı iddianın əsasını təşkil edən hallar təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim olunmadığına görə qarşılıqlı iddia rədd olunmalıdır. İlkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı x6 “x9 Hovuz and SPA” x1rşı pul tələbi barədə ilkin iddiası təmin edilsin. 30954 (otuz min doqquz yüz əlli dörd) manat məbləğində pul vəsaiti “x9 Hovuz and SPA” x2 tutularaq İddiaçı x6 hesabına köçürülsün. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti “x9 Hovuz and SPA” x2 tutularaq İddiaçı x6 hesabına köçürülsün. “x9 Hovuz and SPA” x3 İddiaçı x5rşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar