Məhkəmə qərarları › İş №e-2-2(113)-415/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-415/2023

14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-415/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 33.905,17 manat məbləğin və ödənilmiş 210 manat dövlət rüsumunun (mediasiya xərcinin) Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (İddiaçı ASC) ilə Cavabdeh MMC arasında bağlanan 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən Borc alana 50.000 manat məbləğində illik 22 % olmaqla 18 ay müddətinə kredit verilmişdir. Borcun təminatı olaraq, ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evi ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Nikoyl İKB” ASC (İddiaçı ASC) Cavabdeh MMC-dən 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 50.000 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimənin və 19,80 manat dövlət rüsumunun tututlması , tutmanın ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)- 562/2009 saylı 12 fevral 2009-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi ilə Cavabdeh MMC-dən Nikoyl İKB” ASC (İddiaçı ASC)-nin xeyrinə 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun,cəmi 54.612,36 manat borcun tutulması, borcun ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evinin hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qət olunmuşdur. Cavabdeh MMC-nin Banka 29 aprel 2010-cu il tarixdən 29 sentyabr 2022-ci il tarixinədək 01 iyun 2007-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış əldən çıxmış fayda olmaqla (əsas borca hesablanmış 5 %) 33.905,17 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, Nikoyl İKB” ASC (İddiaçı ASC) ilə Cavabdeh MMC arasında 01 iyun 2007-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Qeyd edilmiş kredit müqaviləsindən yaranmış mübahisə üzrə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 2(81)-562/2009 saylı 12 fevral 2009-cu il tarixli qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi ilə qismən ləğv edilərək, Cavabdeh MMC-dən Nikoyl İKB” ASC (İddiaçı ASC)-nin xeyrinə 01 iyun 2007-ci il tarixli kredit müqaviləsinə əsasən 43.317 manat əsas borcun, 7.215,82 manat faiz borcunun, 4.079,54 manat cərimə borcunun,cəmi 54.612,36 manat borcun tutulması, borcun girov qoyulmuş ünvan 1 ünvanında yerləşən, 4 saylı fərdi yaşayış evinin hərracdan satılması və əldə olunmuş vəsait hesabına ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsi üzrə xx.xx.2010-cu il tarixdə icra vərəqəsi verilərək, qətnamə icraya yönəldilmişdir. xx.xx.2010-cu il tarixdə Səbail rayon İcra Şöbəsi tərəfindən qeyd edilmiş icra vərəqəsi əsasında icraata başlanılmışdır. İddiaçı tərəf hazırda Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2- 1(103)-147/2010 saylı qətnaməsinin hələ də, icra edilmədiyini, borcun ödənilmədiyi və ipoteka predmetinin satılması ilə bağlı hərracın keçirilmədiyini qeyd edərək 29 aprel 2010cu il tarixdən 29 sentyabr 2022-ci il tarixinədək 01 iyun 2007-cı il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün əsas borca hesablanmış 5 % üzrə 33.905,17 manat pulun tutulmasını xahiş edir. Cavabdeh tərəf isə Cavabdeh MMC-nin hər hansı bir fəaliyyətinin olmadığını ona görə də, qət edilmiş məbləği ödəyə bilmədiyini və Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icra edilməsinə hər hansı bir sünii maneə yaratmadığını bildirdi. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmə əsası məhz Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icra edilməməsinin nəticəsidir. Bu baxımdan Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından aşağıdakı normaların məzmunu doğru təfsir edilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilmiş maddələr Mülki Məcəllənin altıncı bölməsi olan “Öhdəlik hüququnun ümumi hissəsi və “Öhdəliklər haqqında ümumi müddəalar” adlı 19-cu fəslində yerləşir. Göründüyü kimi, qanun öhdəliyin əmələ gəlmə əsaslarının dairəsini müəyyən edərək onun zərər vurulma (1), əsassız varlanma (2), müqavilə (3), Məcəllədə nəzərdə tutulmuş digər əsaslardan (4) yarana bilmə imkanını qeyd etmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Sonuncu qeyd edilmiş qanunun 2 maddəsi, Mülki Məcəllənin “öhdəliklərin icra edilməməsi” adlı 22-ci fəslində yerləşir. Göründüyü kimi qanunun 445.7-ci maddəsinin təbiəti məhz pul öhdəliyinin icra edilməməsi ilə bağlı bir növ qanundan irəli gələn dəbbə xarakteri daşıyır. Yəni qanunun qeyd edilmiş normasına istinad etməklə məhz mövcud olan, yəni xitam (və yaxud ləğv) edilməmiş öhdəlik münasibətlərinin olması şərtdir. Məhkəmənin qətnaməsi isə hər hansı bir yeni öhdəlik münasibətləri yaratmır, əksinə mübahisə tərəfləri arasında olan öhdəlik münasibətləri ilə bağlı mübahisəni həll edərək bir növ tərəflər arasında mövcud olmuş öhdəlik münasibətlərinə məhkəmənin qətnaməsi ilə qərar qəbul etməklə xitam etmiş olur. Yəni məhkəmənin qətnaməsi (indiki mübahisə ilə bağlı) qəbul edildikdən sonra tərəflər arasında mövcud olmuş öhdəlik münasibətləri davam etmir. Belə olan halda yəni, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2- 1(103)-147/2010 saylı qətnaməsinin icra edilməməsi ilə bağlı iddiaçı tərəfin Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etməklə pul tələbi barədə iddiası, qanun normasında olan dispozitiv şərtlərlə üst-üstə düşməməsi səbəbindən təmin edilə bilməz. Bundan başqa da, məhkəmə tərəfindən həmçinin, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icrası ilə bağlı icra materialları tələb edilmiş (müvafiq sənədlərin surətləri işə əlavə edilmişdir) və qeyd edilmiş icra materiallarında borclunun qətnamənin icrası ilə bağlı hər hansı bir qərəzli maneələrin yaradılması aşkar olunmamışdır. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2- 1(103)-147/2010 saylı qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. xx.xx.2011-ci il tarixli Səbail rayon İcra Şöbəsinin icra məmurunun qəbul etmiş olduğu qərarla ipoteka predmetinin qiymətləndirilməsi ilə məqsədi ilə qiymətləndirici dəvət edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən xx.xx.2011-ci il tarixdə rəy verilərək ipoteka predmetinin qiyməti 35.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X6 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərracın keçirilməsi xx.xx.2015-ci il tarixinə təyin edilmişdir. Ancaq qeyd edilmiş hərracın nəticəsi ilə bağlı hər hansı bir məlumat yoxdur. Bak şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-2852/2022 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" ASC və qeyrilərinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddiası təmin edilməmiş və qeyd edilmiş qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7317/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanmışdır. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 29 aprel 2010-cu il tarixli 2-1(103)-147/2010 saylı qətnaməsinin icrası ilə bağlı hər hansı bir qərəzli olaraq boyun qaçıran hərəkətləri müşahidə olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar